Məhkəmə qərarları › İş №2-1(102)-456/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-456/2023

01.03.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-456/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aylıq vəzifə maaşına əlavənin verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarından cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2001-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və X2 X1 hüquqşunası təyin edilmiş, həmin müfəttişliyin hüquq şöbəsinin rəisi, sektor müdiri, X7 Departamentində məsləhətçi, Departamentin hüquqi təminat sektorunun məsləhətçisi, X5 və X7 üzrə Dövlət Fonduna daxilolmaların təşkili sektorunda məsləhətçi, sektor müdiri, X3 Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələri üzrə məsləhətçisi vəzifələrində işləmişdir. 2. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir.

3. İddiaçı ona “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanı əsasında xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilən cərimələrin 25 % miqdarında əlavənin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəni təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarə tini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanının tətbiq edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, xx.xx.2001-ci il tarixdən X7 Departamentində (departamentin adı bir neçə dəfə dəyişdirilmişdir) hüquqşünas, hüquq şöbəsinin rəisi vəzifəsində işləmişdir. Demək olar ki, Nazirliyin səlahiyyətlərinə aid inzibati qərarların 90%-nin qəb ul edilməsi, baxışa hazırlanması, məhkəmələrdə müdafiə edilməsi, icrasının təmin etdirilməsi onun tərəfindən həyata keçirilmişdir. Lakin əvvəlki rəhbərliyin ona qarşı əsassız qeyri-səmimi olması nəticəsində bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanına əsasən ödənilən cərimələrdən daxil olan vəsaitin 25%-i əməkdaşların maaşlarına əlavə ediləndə o, “yaddan çıxmışdır”. O vaxt bundan onun xəbəri olmamışdır. Baxmayaraq ki, onun tərəfindən ödənişlə əlaqədar dəfələrlə rəhbərliyə sənədlər hazırlanıb təqdim edilsə də heç bir nəticəsi olmamışdır. Başqa əməkdaşlara orta hesabla təxminən 7-10 (yeddi-on) min AZN məbləğ ödənilmiş və hesab edir ki, ona ödənilməli məbləğ həmin məbləğdən çox olmalıdır. Ona görə ki, onlar müəyyən inziba ti işlərin rəsmiləşdirilməsində iştirak etmişlər, o isə departamentdə qəbul edilmiş bütün qərarların hazırlanmasında, qəbul edilməsində və s. aparıcı rol oynamışdır. O, müvafiq sənədlərin verilməsi üçün dəfələrlə müraciət etmişdir, sənədlər ona verilməmişdir. Məcbur olub yeni rəhbərliyə 2 dəfə müraciət etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq heç bir cavab almamışdır. Yeni rəhbərliyin obyektivliyinə, əməkdaşlara göstərdiyi humanistliyinə və s. müsbət xüsusiyyətlərinə inanaraq mübahisənin məhkəmədən kənar həll olunmasına ümid bəsləyir.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların ın sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 461 nömrəli Fərmanına və həmin Fərmana əsasən X7 üzrə dövlət fondu haqqında əsasnaməyə edilmiş dəyişikliyə əsasən X7, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə ödənilmiş cərimələrin 25 %-i Ekologiya və X6 müvafiq əmrinə əsasən X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların əmək haqlarına əlavə kimi verilmişdir. Ərizəçi İddiaçı Sabir oğlu isə işlədiyi vəzifə (hüquqşunas vəzifəsi) X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsini təmin edən vəzifələrə şamil edilmədiyindən 25 % məbləğin də əlavələrin verilməsi ona şamil edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 461 nömrəli Fərmanı verildiyi zaman Nəcəfov X4 və Təbii Sərvətlər Nazirliyinin X7 Departamentinin hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləmiş və yeni qəbul olunmuş normativ aktlardan bir başa xəbəri olmuş, buna baxmayaraq nədənsə işlədiyi dövrdə hüquqlarının pozulması barədə rəhbərliyə müraciət etməmişdir. Nəticədə iddia müddəti keçmiş və əsassız olan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova ) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir k i, iddiaçının işlədiyi hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətinə və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsinə aid olmadığından, iddiaçı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanın təsirə dairəsinə düşmür və onun xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilə kimi cərimələrdən ödənilən 25 % miqdarda əlavəni almaq hüququ yaranmır. Ona görə də məhkəmə iddia tələbinin həmin hissəsinin təmin olunmaması nəticəsinə gəl ir.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Hüseynov, hakimlər – S.Bəktaşi və A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş,İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin İddiaçı ödənilməsi vəzifəsinin qoyulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, əməkdaşlar nəzarəti rəhbərliyin verdiyi sərəncama əsasən həyata keçirir ki, burada da iddiaçının razılığı vacibdir. Protokolların, aktların tərtibatı da bir çox hallarda yazılı, bəzən də şifahi iddiaçının məsləhəti əsasında həyata keçirilmişdir və buna da nəzarət İddiaçı tərəfindən edilmişdir.

12. Cavabdeh kassas iya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində Konstitusiyanın 25-ci maddəsinə və “X7 haqqında” Qanunun 71-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən iddiaçı kassasiya şikayətinin rədd edilməsini və apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “X7 haqqında“ Qan un Maddə

28. X7ndə dövlət fondlarından istifadə 28.1 X7 üzrə dövlət fondunun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir: Maddə 28.1.11 X7 sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına. 16. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanı Bənd 1. “X7 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologi ya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi qərara alınmışdır. 17. “X7 üzrə dövlət fondu haqqında” Əsasnamə (NK xx.xx.2001. 41 № qərarı)

3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır: 3.2. X7 haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

6. Fondun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir: 6.12. X7 sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə).

7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır. 7-1. “X7 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.

9. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim olunur.

10. Fondda olan və saitlərdən səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edir. 18. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnamə

3. Nazirliyin əsas vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır: 3.0.58. “X7 haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması, müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətlərin dayandırılması, yaxud qadağan edilməsi barədə tədbirlər görmək; 3.0.99. Nazirliyin strukturuna daxil olan qu rumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi şəxslər istisna olmaqla) vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə vəsaitinin, digər vəsaitin xərclər smetalarını təsdiq etmək, onlardan təyinatına uyğun istifadəyə nəzarət etmək; 3.0.109. X7 sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək; 3.0.111. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri aşkarlandıqda isə aidiyyəti üzrə məlumat vermək;

19. Ekologiya və X6 94/Ü saylı, xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “X7 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitdən Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Metodikası - 2.1.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin hesablanması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının müvafiq əməkdaşlarının hər biri tərəfindən toplanılmış və ödənilmiş cərimələrin miqdarının ümumilikdə fon da ödənilmiş cərimələrin miqdarına nisbəti nəzərə alınır. - 3.2-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavələrin ödənilməsi məqsədilə X7 Departamenti X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının hər bir müvafiq əməkdaşı və onlar tərəfindən toplanılmış və ödənilmiş cərimənin məbləğini əks etdirən təsdiq edilmiş məlumatları hər ay (rüb) üçün növbəti ayın 1-dən, dekabr ayı üçün isə həmin ayın 20-dən gec olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Təsərrüfat Şöbəsinə təqdim edir.

20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kass asiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

24. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanının tətbiq edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddianı təmin edən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əməkdaşlar nəzarəti rəhbərliyin verdiyi sərəncama əsasən həyata keçirir ki, burada da iddiaçının razılığı vacibdir. Protokolların, aktların tərtibatı da bir çox hallarda yazılı, bəzən də şifahi iddiaçının məsləhəti əsasında həyata keçirilmişdir və buna da nəzarət iddiaçı tərəfindən edilmişdir.

26. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı işlədiyi vəzifə (hüquqşünas vəzifəsi) X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsini təmin edən vəzifələrə şamil edilmədiyindən və Fərmanın təsir dairəsinə düşmədiyindən 25 % məbləğində əlavələrin verilməsi ona şamil edilməli deyil.

27. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Mübahisənin həllində mühüm rol oynayan arqument məhz iddiaçının xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilədək olan müddətdə işlədiyi vəzifələrin Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətinə və ətraf mühitdən istifadənin tənzimlən məsi sahəsinə aid olub-olmaması, yəni 1 iyul 2011-ci il tarixli Fərmanın iddiaçıya şamil olub-olmaması ilə bağlıdır. Bu istiqamətdə dəyərləndirmənin aparılması isə həmin vəzifənin qulluq funksiyasının müəyyən edilməsi və Fərmanda qeyd edilən sahəyə aid olması ilə xarakterizə olunur.

29. Fərman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlara şamil olunur.

30. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X7nə dövlət nəzarəti həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində işləyən işçilərin vəzifə təlimatından görünür ki, X7 Departamenti, X7nə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun baş məsləhətçisi-müfəttişin, ap arıcı məsləhətçi-müfəttişin, məsləhətçi-müfəttişin qulluq funksiyaları ekoloji tarazlığın qorunmasına, X7 və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə operativ nəzarətin həyata keçirilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin müəyyən edilməsində iştirak edilməsi və ona nəzarətin həyata keçirilməsi; ətraf mühiti çirkləndirici m ənbələrinin uçotunu aparılması, onların ekoloji zərərliklilik dərəcəsini müəyyənləşdirilməsi, bunların aradan qaldırılması üzrə təkliflər hazırlanmasında iştirak edilməsi; yeni obyektlərin layihələrinə verilmiş Dövlət ekoloji ekspertiza rəyinin tələblərinin icrasına nəzarət edilməsi və sairədən ibarətdir.

31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi vəzifə funksiyalarını araşdırmamış, onun vəzifə funksiyalarının cavabdeh tərəfindən təqdim edilmiş X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində işləyən işçilərin vəzifə təlimatında nəzərdə tutulmasını müəyyən etməmişdir.

32. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cavabdehin 1 iyul 2011-ci il tarixli Fərmanı hansı vəzifələrə (ştat vahidlərinə) və hansı meyarlara görə şamil etmə si, iddiaçının işlədiyi vəzifənin (ştat vahidinin) həmin vəzifələrin sırasında olub-olmaması, iddiaçının işlədiyi dövrdə (2011-2020) onun işlədiyi sektorda onunla eyni funksiyaları həyata keçirən digər əməkdaşlara fərmanın müddəalarının tətbiq olunub-olunmaması, fərmanın şamil olunduğu əməkdaşların və iddiaçının əmək funksiyasının müqayisəli təhlili, fərmanın təsir dairəsinə hansı (ştat vahidlərinin) vəzifələrin daxil edilməsi və iddiaçının X7nə dövlət nəzarətini həyata keçirən şəxs, ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaş olması və Fərmanın hansı illər üzrə tətbiq edilməsi, hansı illər üzrə tətbiq edilməməsinin əsasları (Fərman iddiaçıya tətbiq edilməli olduğu halda, cərimələrin ödənildiyi illərdən asılı olaraq hansı illər üzrə iddiaçıya ödəmələrin edilməli ol ması) ilə bağlı da heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələbləri təmin olunmadığından qəbul etdiyi qərar ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli, kasasiya şikayəti qismən təmin olunmalı, iş üzrə əlavə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin qismən olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli 21(103)-2245/2022 n ömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar