Məhkəmə qərarları › İş №2-1(102)-456/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-456/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-456/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsə qarşı “suallara verilmiş cavabların doğru hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1957/2024 nömrəli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-ci il tarixdə keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş, X3 tərəfindən Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara verdiyi cavablar səhv hesab edilmişdir.

2. İddiaçı bununla razılaşmayaraq Apellyasiya Komissiyasına müraciət etmiş, xx.xx.2023-ci il tarixdə müraciətinə video bağlantı ilə cavab verilmiş və nəticələr qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müra ciət edərək, xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı hesab edir ki, aşağıdakı əsaslara görə Apellyasiya Komissiyasının qərarı qanunsuzdur: “58-ci tapşırıq: İ, İV, V abzasların hər birində məna yaxınlığı baxımından bir-biri ilə qarşılıq təşkil edən sözləri müəyyən edərək yazın (hər abzasa aid bir nümunə). Sinif: 8;

9. Standart: 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir; 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir. “Telekinez – fiziki təmas olmadan bir şəxsin materiyaya təsir g östərə bilməsidir. Məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar. Tarixdə telekinetik bacarıqlarının olduğunu iddia edən minlərlə insan olub. Onlar fikrin gücü ilə əşyalara hökm edə bildiklərini iddia etmiş, şou-nümayişlər göstərmiş, insanları özlərinə inandırmışlar. Lakin belələrinin saxtakarlığı ya öz etirafları, ya da insanların müşahidəsi və həyat təcrübəsi nəticəsində təkzib edilmişdir. Məsələn, italyan Evsapiya Palladino seanslarında masanı telekinezlə deyil, ayaqları ilə hərəkət etdirirdi. Yəhudi əsilli Yuri Qeller isə uzun müddət insanları aldatdıqdan sonra öz meneceri tərəfindən ifşa edildi və adi gözbağlayıcı fəndlər işlətdiyi məlum oldu. Təbii ki, bu işə sənət kimi yanaşan insanlar da var. Devid Bleyn, Devid Kopperfıld kimi böyük fok us ustaları göstərdikləri nömrələrin yaxşı hazırlanmış bir gözbağlayıcı fənd olduğunu bildirmiş, bəzən hətta sirlərini açıqlamışlar. Bəs belə nömrələrlə insanları aldadan fırıldaqçıların uğurlarının səbəbi nədir? Əslində, bu insanlar çox zaman qeyri-adi bacarığa malik olduqlarına, qazandıqları nailiyyətlərə özləri də inanırlar. Özünü aldadan insan asanlıqla başqalarını da aldada bilir. Təəssüf ki, biz insanlar çox vaxt möcüzə gözləyirik. Maraqlı faktdır ki, etdiklərini fövqəladə qüvvələrlə bağlayan tək bir şəxs belə indiyə kimi öz bacarıqlarını elmi cəhətdən sübuta yetirə bilməmişdir. Belə insanlar çox vaxt ən adi fiziki qanunlardan xəbərsiz olurlar. Bəs beynin gücü ilə əşyaları hərəkət etdirmək elmi cəhətdən mümkündür? Məlumdur ki, beynimiz elektromaqnit enerjisindən təsirlənən elektrik x assəli fəaliyyətə malikdir. Lakin yalnız beynimizdəki elektrik gücündən və ya maqnit cazibəsindən istifadə edərək hər hansı fiziki hadisəni törədə bilməyimiz mümkün deyil. Belə ki, beyindəki elektrik axını sadəcə 1 nanoamper miqdarındadır. Əgər beynimizdəki 100 milyarda qədər neyronun hamısını eyni vaxtda çalışdırsaq, eyni fəaliyyətə yönəldə bilsək belə, yaranacaq elektrik yalnız bir LED lampanı qısa zaman ərzində işıqlandıra bilər. Beynimizdəki maqnit sahəsinin təsir gücü də həddindən artıq zəif olduğundan bu işdə bizə kömək edə bilməz. Bütün bunlara baxmayaraq, elmin qapıları hər zaman hər kəsə açıqdır və bir gün kimsə indiyə qədər hər kəsin qəbul etdiyi fikirlərin üstündən xətt çəkə, yeni fikir ortaya qoya bilər. Əlbəttə ki, yalnız elmin metodologiyasına uyğun olmaq şərti ilə”. X2 İdd iaçı 58 nömrəli tapşırıq üzrə yazdığı yazı işinə dair ekspert rəyindən aydın olur ki, cümlədə və ya abzasda həmin sözləri bir-biri ilə əvəz etdikdə, cümlənin və ya abzasın mənasını dəyişməyən sözlərə birbiri ilə qarşılıq təşkil edən sözlər deyilir. Komissiya 58 nömrəli tapşırıq üzrə İddiaçı yazdığı yazı işinə dair ekspert rəyində İ abzasda olan “təmas etmədən” və “toxunmadan” ifadələrini bir-biri ilə qarşılıq təşkil edən sözlər hesab etmişdir. Komissiya ekspert rəyində hesab etmişdir ki, “Amma İ abzas üçün yazılan sözlər (bacarmaq-bilmək) səhvdir. Belə ki, abzasın ilk cümləsində (telekinez – fıziki təmas olmadan bir şəxsin materiyaya təsir göstərə bilməsidir) “bilmək” feili yox, “göstərə bilmək” mürəkkəb feili verilmişdir. “Göstərə bilmək” feilində “bilmək” sözünün əvəzinə “bacarmaq” sözü yazıldıqda, mürəkkəb feil mənasını itirir (göstərə bacarmaq) və mətndə də bir-birini əvəz edə bilmir. Digər tərəfdən, abzasın ikinci cümləsində (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) “bacarmaq” sözü “bilmək” sözü ilə əvəz edildikdə, formalaşan “tərpətməyi bilər” ifadəsində leksik norma pozuntusu var. Komissiyanın meyarları ilə götürdükdə “təmas etmədən” ifadəsini “toxunmadan” sözü ilə əvəz etdikdə, “fiziki toxunmadan” ifadəsi əmələ gəlir ki, bu da leksik norma pozuntusu ilə nəticələnir. Çünki dilimizdə “fiziki toxunmadan” ifadəsi işlədilmir. İkincisi, sualın şərtlərində sözlərin yerini dəyişdirməklə qrammatik dəyişikliyə məhdudiyyət qoyulması şərti yoxdur. Yəni, tapşırığın standartında cümlə (məsələn, əgər bir şəxs telekinetik olsa, hə r hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) daxilində belə bir söz dəyişikliyinin (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpədə bilər) aparılmasına qadağa qoyulmamışdır. Üçüncüsü, “bilmək” sözü lüğətdə həm də bacarmaq mənasında qeyd olunmuşdur. Bu baxımdan, onun cavabı məna baxımdan tam uyğun gəlir. Komissiyanın 83 nömrəli tapşırıqla bağlı mövqeyi aşağıdakı səbəblərə görə əsassızdır: “83-cü tapşırıq: m parametrinin hansı qiymətində A (m+1;m+6) və B(m+5;m-4) nöqtələri 3x+2y+26 düz xəttinə nəzərən simmetrik olar? Mövzu: Koordinatlar üsulu Sinif: 6, 8 Standart: 3.2.2. Fiqurla oxa nəzərən simmetrik olan fiqurun həmin fiqurla konqruyent olduğunu göstərir. 3.2.3. Uc nöqtələrinin koordinatlarına görə parçanın orta nöqtəsinin koordinatlarını tapır, verilmi ş iki nöqtədən keçən düz xəttin tənliyini yazır. X2 xx.xx.2023-cü il tarixli cavab məktubunda da qeyd edildiyi kimi, 83 nömrəli tapşırıq araşdırma tələb edən tapşırıqdır. Orta məktəbdə tədris edilən dərslikdə bu tipli tapşırıqlar yoxdur. Bu tipli tapşırıqlar yalnız “Abituriyent” jurnalının 2019-cu il nəşrinin əlavəsində çıxmışdır ki, bu da dərs kitabı və əsas vəsait sayılmır. Həmçinin, “Abituriyent” jurnalının 2019-cu il nəşrinin əlavəsi ödənişlə satılır. Halbuki orta məktəblərdə bütün dərsliklər və əlavələri pulsuz paylanılır. Bu tapşırığın birmənalı cavabı yoxdur. Əvvəlcə, “İctimai TV” və digər yerlərdə müzakirə aparılan zaman X2 nümayəndələri doğru cavabı bir üsulla izah etmişdir. Lakin sonradan X3 öz saytında doğru cavabı iki üsul ilə izah etmişdir. İndiyədək üç dəfə buraxılış imtahanl arı keçirilib. 5 və 12 mart tarixlərində keçirilən imtahanlarda bu tipli tapşırıqlar verilməsinə baxmayaraq, 2 aprel tarixində keçirilən imtahanda belə bir tapşırıq verilməmişdir. X3 bununla da dərsliklərdə izahı verilməyən və araşdırma tələb edən tapşırıqlar verməkdən imtina etmişdir. X1 bu tapşırığa dair hər iki üsul ilə cavab verməməsinə istinad edərək haqlı olduğunu irəli sürə bilməz. Çünki bu tapşırıq dərslikdə izah edilməyib və araşdırma tələb edən tapşırıqdır. Bu səbəbdən də, belə bir sual verilə bilməzdi. Belə ki, o, dərslikdə olmayan və araşdırma tələb edən tapşırığa sərf etdiyi vaxtı digər tapşırıqların həllinə sərf edə bilərdi.

5. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsus i təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada həmin Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X3 tərəfindən həyata keçirilir. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaş dırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir, imtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, komissiyaya mür aciət etmək üçün 12-14 aprel 2023-cü il tarixlərində https://apelyasiya.dim.gov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.gov.az/news/10725/). İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsi ilə) apellyasiya prosesi təşkil edilmişdir. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlərin imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə Mərkəzin https://dim.gov.az rəsmi internet səhifəsində məlumat verilmiş və apellyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmışdır. İddiaçı tam (11 illik) ort a təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmışdır. Həmin test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı onun Apellyasiya Komissiyasına müraciətində qeyd edilmiş elektron poçt ünvanına rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. Əlavə olaraq iddiaçıya yuxarıda adıçəkilən Qaydaların 6.3-cü bəndinə əsasən Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ barədə məlumat verilmişdir. Eyni zamanda, apellyasiya müraciəti ilə bağlı Mərkəzin 01 iyun 2023-cü il tarixli 9-3/2-13-1823-42410/2023 nömrəli cavab məktubunda 83 nömrəli tapşırığın elmi-metodiki baxımdan doğru olduğu və tapşırıq üzrə doğru cavabın birmənalı olduğu iddiaçının nəzərinə çatdırılmış, həmçinin 58 nömrəli tapşırıqla bağlı yazı işi üzrə ekspert rəyi təqdim edilmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodiki qüsur aşkar edilm əmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan, ayrı-ayrı ekspertlər tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş test tapşırıqlarında hər hansı elmi-metodiki qüsurun olması halı istisna edilir. Buna görə də, iddiaçının Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməməsinə dair iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərdən əlavə, işin tam və hərtərəfli araşdırılmasını təmin edilməsi məqsədi ilə 05 mart 2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş sual kitabçasının, Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli suallara iddiaçı tərəfindən verilmiş yazılı cavabların surətləri, həmin sualların qiymətləndirmə meyarları və iddiaçının yazı işlərinə dair ekspertlər tərəfindən verilmiş rəyi Mərkəzin 16 avqust 2023-cü il tarixli 9-3/21821/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2-1(112)-11599/2023 nömrəli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, hazırki tələb xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli sual lara verilmiş cavabların doğru hesab edilməsi barədədir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə 664.1 bal toplayaraq ixtisas seçimində ilk qeyd etdiyi ixtisasa və ali təhsil müəssisəsinə qəbul edilmişdir. 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balı 675.8 bal olmuşdur. İddianın uğurlu olacağı halda belə iddiaçının balı hər bir halda Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balından aşağı olacaqdır. İndiki halda iddiaçının marağı ona hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam verməsi ilə bağlı olmamaqla konkret halda onun hüquqi müdafiəyə ehtiyacın ın olması müəyyən edilmir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1957/2024 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – A.Oruczadə, hakimlər – C.Yusifov və F.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının hazırki tələbi üzrə çatacağı məqsəd, konkret hüquqi marağı mövcud deyildir. Halbuki, hər hansı bir iddianın mümkünlüyü üçün ən mühüm nüans istənilən deyil məhz hüquqi marağın, yəni h üquqi müdafiəyə ehtiyacının olub-olmamasıdır. Hüquqi maraq konkret olaraq iddiaçının ədalət mühakiməsi yolu ilə çatmaq istədiyi, əldə etmək istədiyi hüquqla qorunan məqsəd kimi başa düşülməlidir.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının marağı kimi qanunda “hüquqi, iqtisadi və ideya" marağı göstərilir. Hüquqi marağın müdafiəsi dedikdə, bir qayda olaraq subyektiv hüququn müdafiəsindən daha geniş anlayış nəzərdə tutulur. Qanunda digər iki maraq növlərinin nəzərdə tutulması isə ona xidmət edir ki, dövlət istənilən növ marağın məhkəmə müdafiəsini təmin etsin. Hü quq nəzəriyyəsində adətən “maddi” və "qeyri-maddi" maraqlar anlayışından istifadə olunur. Hesab etmək olar ki, “ideya maraqları" dedikdə, məhz həmin "qeyri-maddi maraqlar" nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, maraq intensiv olmalıdır. Yəni iddiaçı iddiası ilə geniş mənada hər hansı bir "mənfəət” güdməlidir. İddianın mahiyyət üzrə təmin edilməsi iddiaçı üçün hər hansı bir maddi və ya qeyri-maddi və sair nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddianı qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir. Həmçinin iddiaçının tanınmaya olan əsaslı marağı məhkəmə qərarı qəbul edilən anda hələ də, iddiaçı üçün əhəmiyyətli olmalıdır. Yəni keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyətə malik olmayan m araq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Göründüyü kimi məhkəmə iddiaçının iqtisadi və hüquqi maraq güddüyü halda iddia qaldıra biləcəyini qeyd etməklə onun ideya xarakterli maraqla iddia qaldırmaq hüququnu məhdudlaşdırmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1957/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: a)Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktik i halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçı lığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

16. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesa b oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

23. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə ş ərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

24. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.

25. Hazırkı iddia müəyyən etmə haqqında iddia olmaqla, müəyyən etmə növündə iddia hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasına xidmət edir.

26. Nəzərə almaq lazımdır ki, müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. Müəyyən etmə haqqında iddia üçün nəzərdə tutulmuş dispozisiya şərtləri xüsusi mümkünlük şərtləridir ki, bunlar da ümumi mümkünlük şərtləri ilə yanaşı mövcud olmalıdır. İPM-in 36.1-ci maddəsində nəzərdə tutulan mənada hüquq münasibəti dedikdə, bir neçə şəxs arasında münasibətə dair konkret faktiki hala aid publik hüquq norması əsasında həmin konkret haldan irəli gələn hüquqi əlaqə başa düşülür.

27. Bu hüquq münasibəti iki tərəf arasında mübahisəli olmalıdır. Yəni sözügedən hüquq münasibətindən tərəflərdən birinin digərinə qarşı mübahisəli tələb hüquqları irəli gəlməlidir.

28. Müəyyən etmə haqqında iddianın mümkün sayılması üçün növbəti şərt, iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər marağının olmasıdır. Müəyyən etmə marağı, məhz konkret mübahisə predmetinə və prosesdə iştirak edən tərəflərə münasibətdə mövcud olmalıdır. Bu cür maraq o halda mövcud olur ki, məhkəmənin qərarı cavabdehə münasibətdə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıra bilsin. Hüquqi marağın yarana bilməsi üçün inzibati akt qəbul edildikdən sonra şəxs barəsində dərhal və birdaşa hü quqi nəticəyə səbəb olmalıdır. Əgər belə məzmunda hüquqi nəticə yaranmırsa, hüquqi maraq müəyyən olunmur və müvafiq olaraq iddia bu əsasdan mümkünsüzdür.

29. Hazırkı işə münasibətdə məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bildirir ki, iddiaçının cavabdehə qarşı “xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi tələbinə dair” iddiasının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir.

30. Belə ki, iddiaçı xx.xx.2023-ci il tarixdə keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş, X3 tərəfindən Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nö mrəli tapşırıqlara verdiyi cavablar səhv hesab edilmişdir. İddiaçı bununla razılaşmayaraq Apellyasiya Komissiyasına müraciət etmiş, xx.xx.2023-ci il tarixdə müraciətinə video bağlantı ilə cavab verilmiş və nəticələr qüvvədə saxlanılmışdır.

31. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə 664.1 bal toplayaraq ixtisas seçimində ilk qeyd etdiyi ixtisasa və ali təhsil müəssisəsinə qəbul edilmişdir. 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balı 675.8 bal olmuşdur. İddianın uğurlu olacağı halda belə iddiaçının balı hər bir halda Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balından aşağı olacaqdır.

32. Eyni zamanda iddiaçının verdiyi izahata əsasən onun ixtisas seçimi zamanı birinci sırada kodlaşdırdığı fakültə “Kompyuter mühəndisliyi” olmuş və o elə həmin fakültəyə də qəbul olunmuşdur. İddiaçı izahatında hazırda cavablarının doğru hesab olunmasını tələb etdiyi Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli sualların bir yerdə ona əlavə 7.8 bal verəcəyini bildirmişdir. Cavabdeh tərəfindən verilmiş məlumatlarda da mübahisələndirilən sualların ümumilikdə 7.8 bal verə biləcəyi qeyd edilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi halında belə hətt a iddiaçının 2023/2024cü tədris ilində İ ixtisas qrupu üzrə ən yüksək keçid ballı (673.3 bal) fakültəyə qəbul olunma imkanı mövcud olmamışdır. Belə ki, həmin sualların verə biləcəyi balla belə iddiaçının yekun qəbul balı 671.9 olacaqdı (664.1 (iddiaçının mövcud qəbul balı) + 7.8 (iddiaçı tərəfindən verilmiş cavabların doğru hesab olunması halında Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli sualların bir yerdə iddiaçıya verə biləcəyi bal) = 671.9).

33. Göründüyü kimi, iddiaçının hazırkı tələbi üzrə çatacağı məqsəd, konkret hüquqi marağı mövcud deyildir. 34. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımı ndan hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

35. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarını rəhbər tutaraq qeyd edir ki, iddiaçının hazırkı iddiaya münasibətdə hər hansı hüququ əsaslanmadığından iddia mümkün sayıla bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 21(103)-1957/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar