Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-458/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1516/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının 2022-ci ildə təqdim etdiyi, yəni satdığı mallar onun alışında və idxalında olmamış bu səbəbdən onun barəsində cavabdeh tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərar qəbul edilmiş və iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
2. Qərar onunla əsaslandı rılmışdır ki, “Ziyil Arxı" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş dir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.
3. İddiaçı özü 2022-ci il üzrə verdiyi gəlir vergisi bəyannaməsində gəlirini 149.685,44 manat göstərmiş, xərci isə 65.981,04. İddiaçı VM-nin 102.1.30-cu maddəsinə əsasən gəlirinin 75%-ni gəlir vergisindən azad etmiş ((149.685,44 -65.981,04) *75%) 20.973,90 mənfəətə cəlb edilməli olan gəlir yaranmış, keçmiş illərin də zərəri - 20.973,90 manat olduğundan 0 manat mənfəət vergisi bəyannaməsi tətbiq etmişdir.
4. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi olmasını nəzərə almaqla tətbiq etdiyi 7 5%lik azad olmanı qəbul etməmiş, iddiaçının özünün bəyan etdiyi gəlir və xərcləri mübahisələndirməmiş, keçmiş illərin zərərini də nəzərə almaqla xx.xx.2023-cü il tarixli **********338300 saylı qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 12.546,10 manat əlavə vergi hesablanmışdır ((149.685,44(gəlir)-65.981,04(xərc)- 20.973,90 (keçmiş illərin zərəri)*20%). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət dövrü üzrə 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbində qeyd edilmişdir ki, cavab dehin qərarı qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi müəssisənin riskli vergi ödəyiciləri siyahısında olması qeyd edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış məktuba cavab olaraq riskli vergi ödəyicisi siyahısından çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən iddia tələbləri qismən təmin edilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan əlavə 2022-ci il üzrə təqdim edilmiş mənfəət bəyannaməsi üzrə 149685.44 ma nat (113685.44 manat malların təqdim edilməsindən və 36000.00 manat əmlakın icarəyə verilməsindən) gəlir məbləği və 65981.04 manat (32750.58 manat əmək haqqı, 6084.34 manat sosial sığorta haqları, 9416.77 manat icarə haqqı, 853.00 manat rabitə xərcləri, 1074.72 manat bank xidməti üzrə xərclər, 10182.60 manat amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər, 2441.08 manat təmir xərcləri, 2031.09 manat sığorta üzrə xərclər, 245.00 manat digər xərclər, 901.86 manat gəlirdən çıxılan vergilər və yığımlar) xərclər göstərilərək dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Bundan əlavə 20973.90 manat mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri 240-cı sətirdə qeyd olunmuşdur. 62730.50 manat mənfəət vergisi bəyannaməsinin əlavə 5 bölməs ində 31-ci sətrində (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi) qeyd olnmuşdur. xx.xx.2023-cü il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən xx.xx.2023-cü il tarixli **********862400 nömrəli kameral uyğunsuzluq məktubuna əsasən uyğunsuzluq məktubu göndərilmişdir: “Mənfəət vergisi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətirindəki 20973.90 manat məbləği (Uyğun olaraq 2017-ci il- 20973.90 manat;) əvvəlki illərdə təqdim etdikləri bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2017-ci il-39207.05 manat;) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir.” xx.xx.2023-cü il tarixli **********888900 nömrəli məktubla, uy ğunsuzluq məktubuna cavab olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə -əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi uçot bazasında AVİS proqramı mənfəətdən artıq keçmiş ilin zərərini yazan zaman texniki xəta verir. Bu səbəbdən 20973,90 manatdan artıq məbləğin göstərilməsi texniki cəhətdən mümkün deyil. Göstərilənlərin nəzərə alınması, yarannmış uyğunsuzluğun aradan qaldırılması xahiş olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********338300 saylı qərara əsasən “Aparılan təhlillərin nəticəsinə əsas ən tərəflərindən 2022-ci il üzrə təqdim edilmiş müvafiq vergi bəyanamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.” əsas göstərilərək 12546.10 manat məbləğində kameral hesablanmışdır. Bank hesabına 59695.44 manat pul daxil olmuşdur və nəzarət-kassa aparatı qeydiyyatda olmamışdır. Bundan əlavə Kameral hesablama barədə qərarda bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmədiyi göstərilmişdir. Lakin iddiaçı müəssisə tərəfindən xx.xx.2023-cü il tarixində cari mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Gəlir və xərclər qeyd etdikləri kimi mövcud olmuşdur. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edil ənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və iddiaçı barəsində xx.xx.2023-cü il tarixli 2**********12000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlə rin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********191300 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 12546,10 manat 83704,40-20973,9 (əvvəlki illərin zərəri)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********338300 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişd ir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərl ə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi müəssisənin riskli vergi ödəyiciləri siyahısında olması qeyd edilmişdir, riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən qismən təmin ed ilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamışdır. İddiaçının, riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, 2-1(112)-8561/2023 nömrəli qərar qanuni qüvvəyə minməmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən sözügedən qərardan apelyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə tərəfindən qəbul edilən yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra vergi orqanı tərəfindən qanunamüvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, 2-1(112)-8561/2023 n ömrəli qərarla iddia tələbi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli 2**********12000 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qüvvədə saxlanılaraq iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi məhkəmə vergi orqanı tərəfindən qəbul edilən qərarı qanuni hesab edərək, mübahisələndirilən qərarın ləğvi hissəsində iddianı rədd etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-11907/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, **********338300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv ed ilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1516/2024 nömrəli qərarı ilə (hakimlər: A.Orucza də - sədrlik edən və məruzəçi, C.Yusifov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 3.8, 24.0, 24.1, 53.3, 54.0.1-ci maddələrə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 106.1.2 0-ci maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt məbləğini vergitutma məqsədləri üçün mənfəətə tətbiq etdikdən sonra keçmiş illərin zərər məbləği çıxılmaqla hesablama aparılmışdır ki, bu da vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Az ərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1516/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X1ni keçirmək... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Ver gi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannam əsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya c ari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.... Maddə
106. Mənfəət vergisindən azad olmalar və güzəştlər 106.1. Vergidən azaddır:... 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti m üəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;
17. İnzibati Prosessual Məcəllə: a) Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsi nin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəlləni n 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol ve rilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icra atının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 2022-ci ildə təqdim etdiyi, yəni satdığı malların onun alışında və idxalında olmaması səbəbindən onun barəsində cavabdeh tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərar qəbul edilmiş və iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdehin qərarı onunla əsaslandırılmışdır ki, “Ziyil Arxı" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaiməfakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.
23. İddiaçı riskli vergi ödəyicisi hesab olunduğdan sonra cavabdeh Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməməsi qənaətinə gəlmiş və kameral vergi yoxlaması nəticəsində hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla 12.546,10 manat əlavə gəlir vergisi hesablamışdır.
24. Məhkəmə kolleg iyası ilk öncə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbindən əvvəl cavabdehə qarşı riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.
25. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8561/2023 nömrəli qərarı ilə iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması hissəsində təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-431/2024 nömrəli qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 21(102)-1508/2024 nömrəli qərarla qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 -cü il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən müəyyən etmək olmur ki, iddiaçının riskli hesab edilməsinin əsasında duran əməliyyatlara görə hansı elektron qaimə-fakturalar verilmiş, eyni zamanda, bu qaimə-fakturalardan konkret olaraq hansıları ləğv edilmişdir. Eləcə də, ləğv edilməmiş elektron qaimə-fakturaların mövcud olub-olmamasına da aydınlıq gətirilməmişdir.
26. Yuxarıda qeyd edilən iş hal hazırda Bakı Apellyasiya Məhkəməsində baxılma mərhələsindədir.
27. Məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən apellyasiya məhkəməsi qarşısında qoyulan göstərişlərin araşdırılması, hazırkı işin də araşdırılmalı olan hallarını təşkil edir. Belə ki, m övcud işdən görünmür ki, hansı elektron qaimə-fakturalar ləğv edilmiş, ləğv edilmiş elektron qaiməfakturalar üzrə ödənilmiş məbləğlər geri qaytarılıb-qaytarılmamış və buna dair dəqiqləşdirilmiş bəyannamə təqdim edilib-edilməmişdir.
28. Belə ki, qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuş və təhlil zamanı xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə 3 "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd ed ir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tətbiq edilməsi imkanı həmin apellyasiya məhkəməsində araşdırılan iddiadan asılıdır. Belə ki, həmin normanın tələbləri baxımından vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı işin apellyasiya məhkəməsi tərəfindən dayandırılması məqsədəmüvafiq hesab edilə bilər.
31. İPM-in 7-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı ol an hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər.
32. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından ərizənin rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda digər inzibati mübahisə üzrə aparılmış araşdırmanın nəticələrini, eləcə də hazırkı iş üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyini nəzərə alaraq iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhk əmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 21(103)-1516/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.