Məhkəmə qərarları › İş №2-1(102)-4617/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4617/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4617/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması: İPM-nin 90.2-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 2-1(103)3651/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi aldığı pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11-ci maddələrində (2008-ci ildə qüvvədə olan) nəzərdə tutulmuş əlavələrin ödənilməsi və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-2913/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-295/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-2913/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2-1(102)-1017/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)295/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılma sı üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/,X.A.Cəmilova və R.Ə.Səmədov) 17 mart 2023-cü il tarixli, 21(103)-301/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.1.7-ci və 20.11-ci maddələrində nəzərdə tutulmuş əlavələrin və yaranmış pens iya məbləği fərqinin həmin tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra, məhkəmə qərarı icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir.

8. Sonradan iddiaçı 18 dekabr 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra olunmadığını qeyd etmişdir.

9. Cavabdeh tərəfindən etiraz təqdim edilmiş, məhkəmə qərarının icra edildiyi bildirilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 nömrəli, 20 iyun 2025-ci il tarixli qərarı ilə hazırkı iş üzrə qəbul edilmş Ba kı Apellyasiya Məhkəməsinin 17 mart 2023cü il tarixli qərarının icra icraatına xitam verilməsi, məhkəmə qərarının icra edilməməsi ilə bağlı ərizənin rədd edilməsi barədə qərardad qəbul edilmişdir.

11. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) 18 sentyabr 2025-ci il tarixli, 2-1(103)3651/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 nömrəli, 20 iyun 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kass asiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

15. İnzibati Prosessual Məcəllənin 90.2-ci maddəsinin müəyyən etdiyi qaydaya görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

16. Qeyd edilən normanın təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərardadı ilə onun tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları kassasiya şikayəti verən şəxsə, hazırkı halda cavabdehə münasibətdə onun “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur.

17. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur. 18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslə rin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.”

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3651/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 nömrəli, 20 iyun 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.

20. Bu qərardadın qəbul edilməsi nəticəsində kassastorun hər hansı tələbinin təmin olunmaması halı baş verməmişdir. Həmçinin, həmin qərardadla kassatorun əleyhinə və ya ziyanına hər hansı məsələ həll edilmədiyindən, onun bu qərardadın qəbul edilməsi nəticəsində ziyan çəkməsi də müəyyən edilmir. Odur ki, bu qərardad kassastorun ziyanına şərh edilə bilməz.

21. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən yuxarıda qeyd edilən məzmunda qərarın qəbul edilməsi cavabdehin tələbinin təmin olunmaması anlamında, onun əleyhinə və ya ziyanına qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qərarı cavabdehin hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır. Başqa sözlə, sözügedən məhkəmə qərarı hazırkı mübahisəyə münasibətdə cavabdehin tələbinin təmin olunmaması anlamında qiymətləndirilə bilməz. Bu baxımdan həmin məzmunda qərar cavabdehin sözügedən məhkəmə qərarından kassasiya şikayəti vermək hüququnu yaratmır.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3651/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar