Məhkəmə qərarları › İş №2-1(102)-462/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-462/2024

01.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-462/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasını n təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1757/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.1973-cü il tarixdən xx.xx.1974cü il tarixədək (10 ay 3 gün) texniki peşə məktəbində təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 13 gün) hərbi xidmətdə olmuşdur.

2. İddiaçı 1971-1973-cü, 1975-ci, 1977-1978-ci və 1983-1998-ci illərdə (minimum adam günü norması nəzərə alınmaqla faktiki 15 il 1 ay 11 gün) Ucar rayonunun Lək kəndində sabiq “Sovet Azərbaycanı” kolxozunda işləmişdir. Onun həmin kolxozda fak tiki yerinə yetirdiyi adam günü norması 1971-ci ildə 82 gün, 1972-ci ildə 124 gün, 1973-cü ildə 164 gün, 1975-ci ildə 46 gün; 1977-ci ildə 53 gün, 1978-ci ildə 66 gün, 1983-cü ildə 338 gün, 1984-cü ildə 366 gün, 1985-ci ildə 365 gün, 1986-cı ildə 365 gün, 1987-ci ildə 365 gün, 1988-ci ildə 349 gün, 1989-cu ildə 139 gün, 1990-cı ildə 115 gün, 1991-ci ildə 137 gün, 1992-ci ildə 150 gün, 1993-cü ildə 149 gün, 1994-cü ildə 138 gün, 1995-ci ildə 147 gün, 1996-cı ildə 151 gün; 1997-ci ildə 151 gün, 1998-ci ildə 119 gün olmuşdur. Sözügedən kolxozda kişilər üçün minimum adam günü norması 1966-1985-ci illər üçün 210, 1986-1997-ci illər üçün 200 adam günü olmuşdur.

3. İddiaçı həmçinin xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (7 ay 6 gün) "xxxx" QSC-də (keçmiş 7 saylı Səyyar Mexanikləşdir ilmiş Dəstədə), xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (4 il 2 ay 24 gün) “Kirov” adına Maşınqayırma zavodunda işləmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının sığorta stajının 25 ildən az, 2006-cı ilədək hesablanmış pensiya kapitalının tələb olunan 28800 manatdan az təşkil etdiyini, 2006-cı ildən isə fərdi hesabında pensiya kapitalının qeydə alınmadığını əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh in imtinası əsassız hesab edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. xx.xx.1973-xx.xx.1974-cü il tarixədək Bakı Texniki Məktəbində əyani təhsil almış, 1971-1998-ci illərdə Ucar rayonunun Lək kəndində sabiq “Sovet Azərbaycanı” kolxozunda kolxozçu, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci ilədək Ucar TikintiQuraşdırma QSC-də fəhlə işləmişdir. Əmək kitabçası, arxiv arayışı və "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən, işlədiyi illər üzrə stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. İddiaçı sənədlərini cavabdehə təqdim edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtina məktubundakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-2029/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırması ilə iddiaçının sığorta stajının ümumilikdə 22 il 2 ay 17 gün təşkil etdiyi, bu stajın 10 ayının təhsil dövrünə, 2 ilinin hərbi xidmət müddətinə, 4 il 2 ay 24 gününün zavodda, 15 il 1 ay 23 gününün isə kolxozda əmək fəaliyyətinə aid olduğu müəyyən edilir. Qeyd olunmalıdır ki, iddiaçının 2 il hərbi xidmət dövrü, 1 0 ay təhsil müddəti və 4 il 2 ay 24 gün müvafiq zavodda işləməsi, surətləri iş materiallarına əlavə edilmiş hərbi bilet, attestat və əmək kitabçası ilə təsdiqini tapır və bu, işin mübahisələndirilməyən hallarına daxildir.

11. İddiaçının kolxozda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsi məsələsinə gəldikdə isə, qeyd edilməlidir ki, qanunvericilik həmin stajın hesablanmasını xüsusi düsturla müəyyən etmişdir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək i ştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş materiallarında olan və inzibati icraatda təqdim edilmiş əmək kitabçası, arayış və digər sənədlər əsasında müəyyən edilir ki, Ucar rayon Lək kənd sabiq “Sovet Azərbaycanı” kolxozunda kişilər üçün minimum adam günü norması 1966-1985-ci illər üçün 210, 1986-1997-ci illər üçün 200 adam günüdür. Odur ki, iddiaçı minimum adam günü normasını 1983-1987-ci illərdə tam yerinə yetirdiyindən, həmin illər tam əmək stajı kimi, yəni 5 il hesablanmalı, digər illərdə müvafiq olaraq 210 və 200 minimum adam günü normasından az işlədiyindən, həmin dövrlər tam əmək stajı kimi deyil, faktiki müddət nəzərə alınmaqla hesablanmalıdır. Həmin illərin 1985ci ilədək olan hissəsi 5868 gün təşkil edir (82 + 124 + 164 + 53 + 66) gün x 12 ay). 5868/210 = 27,94 ay = 2 il 3 ay 28 gün. 1986-cı ildən etibarən olan hissəsi 18768 gün təşkil edir (198 + 139 + 115 + 137 + 150 + 149 + 138 + 147 + 151 + 151 + 89) x 12). 18768/200 = 93,84 ay = 7 il 9 ay 25 gün. Cəmi 15 il 1 ay 23 gün (5 il + 2 il 3 ay 28 gün + 7 il 9 ay 25 gün) staj toplanmış olur. Məhkəmə iddiaçının Ucar rayon Lək kəndi sabiq “Sovet Azərbaycanı” kolxozundakı iş stajının təqvim tarixi ilə sığorta stajına daxil edilməsi barədə mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının həmin kolxozda işlədiyi dövrü “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə müvafiq olaraq kolxoza münasibətdə müvafiq dövrdəki minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə almaqla hesablamışdır.

12. Məhkəmə həmçinin iddiaçının 22 il 2 ay 17 gün sığorta stajına münasibətdə pensiyanın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan 28800 manatdan (12 x 12 x 200 manat) az olması barədə cavabdeh tərəfin mövqeyi ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eləcə də 25 il sığorta stajı toplanmadığından, onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Bu səbəbdən də cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddi a tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 05 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1757/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının “Kirov” adına Maşınqayırma zavodunda xx.xx.1978-xx.xx.1983-cü illərdə işlədiyi dövr onun həmin illərdə kolxozda işlədiyi dövrlə üst-üstə düşdüyündən ikiqat hesablana bilməz, ikisindən biri nəzərə alınmalıdır. Həmin qayda ilə iddiaçının zavod stajını nəzərə alıb, onun həmin dövr üzrə kolxoz stajı (2 il 3 ay 28 gün) çıxıldıqda, onun ümumi stajı cəmi 20 il 5 ay 24 gün (15 il 1 ay 23 gün - 2 il 3 ay 28 gün) = 12 il 9 ay 24 gün + 10 ay 3 gün+ 7 ay 6 gün+ 2 il 7 gün+ 4 il 2 ay 24 gün) təşkil edir. Hətta iddiaçının həm zavod stajının, həm də kolxoz stajının üst-üstə düşən hissəsi ikiqat nəzərə alınsa belə, onun cəmi sığorta stajı 25 ildən az, yəni, 22 il 9 ay 22 gün təşkil edir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının sığorta stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan 65 yaşından pensiya hüququ yaranmır. Göründüyü kimi, onun apellyasiya şikayətinin 25 ildən çox (27 il 17 gün) iş stajının mövcud olması ilə bağlı dəlilləri öz təsdiqini tapmır. Eyni zama nda, iddiaçının pensiya kapitalına görə də yaşa görə pensiya hüququ yaranmır. Belə ki, cavabdeh orqan həm iddiaçıya ünvanladığı imtina məktubunda, həm də iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında bildirir ki, iddiaçının əmək fəaliyyəti 2006-cı il tarixinə qədər olan dövrə düşür və onun 2006-cı il tarixdən sonrakı müddətdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, 27.1-ci və 29.1-1-ci maddələrinə əsasən, xx.xx.2006-cı il tarixinədək olan 20 il 2 ay 17 gün sığorta stajına uyğun hesablanan pensiya kapitalı 17028,86 manat təşkil edir ki, bu da tələb edilən 28800 manat pensiya kapitalından azdır (xx.xx.2020-ci il tarixdən minimum pensiya məbləği 200 manat müəyyən edilmişdir). Başqa sözlə, iddiaçının əmək pensiyasın ın minimumum məbləğinin ödənilməsinə imkan verən pensiya kapitalı mövcud deyildir.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının “Kirov” adına Maşınqayırma zavodunda xx.xx.1978-xx.xx.1983-cü illərdə işlədiyi dövrün onun həmin illərdə kolxozda işlədiyi dövrlə üst-üstə düşdüyünü qeyd etmişdir. Halbuki, əmək kitabçasından da göründüyü kimi, iddiaçı həmin illərdə kolxozda işləməmişdir ki, üst-üstə düşmə hal ı mövcud olsun. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsası nda əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə yerin ə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

30. İstinad olunan həmin normanın müddəaları baxımından, şəxsin yaşa görə əmək pens iyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.

31. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Belə ki, iddiaçının pensiya yaşına çatdığı tarixədək qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajını topladığı və ya fərdi hesabının sığorta hissəsində ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının qeydə alındığı iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının “Kirov” adına Maşınqayırma zavodunda xx.xx.1978-xx.xx.1983-cü illərdə işlədiyi dövrün onun həmin illərdə kolxozda işlədiyi dövrlə üst-üstə düşməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş üzrə materiallardan həmin hal müəyyən edilmir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə digər əsaslara görə düzgün olduğundan, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəs ində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

34. Beləliklə, ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1757/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar