Məhkəmə qərarları › İş №2-1(102)-462/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-462/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-462/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə q arşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli (2020-ci ilin mənfəət vergisi) qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024cü il tarixli, 2-1(105)-903/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əsas fəaliyyəti ayrı-ayrı fiziki şəxslərdən metal tullantılarının yığılması, onlardan məhsul istehsalı və məhsulun xaricə ixracı ilə bağlıdır.

2. İddiaçının 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin cavabdeh tərəfindən araşdırılması nəticəsində 1.342.477,90 manat sənədlərlə təsdiq edilməyən xərclər bəyan edildiyi müəyyən edilmişdir.

3. Bununla əlaqədar olara q iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir.

4. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 268495,58 manat vergi məbləği hesablanılmış və iddiaçıya "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********305200 nömrəli hesablama barədə qərar göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli (2020-ci ilin mənfəət vergisi) qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

6. İddia ərizəsində qeyd edilmişdi ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samovarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış) və xaricə (satılmış) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 712.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəf lərindən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəfimizdən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə mübahisələndirilən qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2020-ci ilin mənfəət vergisi üzrə 1342477.90 manat, o cümlədən 2021-ci ilin mənfəət vergisi üzrə 133795.21 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral q aydada qanunsuz vergi məbləği hesablanmışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2020-ci il üzə hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri" (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), "Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (9302984.31 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi"nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal- material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların və alış aktlarının məbləği (9683787.49 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (148805.80 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1 608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (9832593.29 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1872086.88 manat) çıxılması nəticəsində yaranan (7960506.41 manat) məbləğin müqayisəsi nəticəsində 1342477.90 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-1600/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 3/7310 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, müəssisənin 2020-ci ilin sonuna 1.872.086,90 manat məbləğində mal qalığının olması müəyyən edilir; 2020 yanvar 2020 dekabr ayları üzrə müəssisə xammal materialı olaraq ümumilikdə 11.045.086,00 manat məbləğində metal tullantısı fiziki şəxslərdən əldə etmiş və 32.113,35 manat məbləğində mal idxal edilmişdir; müəssisənin 2020-ci il üzrə xərcləri ümumilikdə 9.535.674,39 manat təşkil edir, müəssisənin 2020-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 20.456,57 manat təşkil edir və belə olan halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********2035200 nömrəli qərarı əsasında hesablanan əlavə vergi məbləğinin düzgünlüyü müə yyən olunmur.

10. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-1(118)-278/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğinin 4693.51 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə et mədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsi nin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası(elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövc ud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Cavabdeh inzibatı orqanın iddiaçının gəlir və xərclərini sənədlər və rəsmi məlumatlar əsasında müəyyən etmək üçün kifayət qədər geniş informasiya bazası mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya in stansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-903/2024 nömrəli qərarı ilə (hakimlər G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 71-2.1, 71-2.2, 712.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydasının 1.3, 2.1, 3.1, 3.2 və 3.3-cü bəndlərinə istinad edərək qeyd etmişdir ki, həmin normanın qüvvəyə mindiyi tarixdən malların alışını təsdiq edən sənəd qismində yalnız elektron alış aktları çıxış etmiş və kağız daşıyıcıda olan aktlar qəbul edilmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxsdən mal alarkən bunu 2 formada rəsmiləşdirməlidir. Birincisi, əvvəlcə kağız daşıyıcıda alış aktı tərtib edir və 5 gün müddətində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində buna dair elektron alış aktı tərtib edir. İkincisi, vergi ödəyicisi Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində elektron alış aktı tərtib edir, onu çap edib satıcı fiziki şəxsə imzaladır və kağız daşıyıcıda hər hansı alış aktı tərtib etmir. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun tərtib edilməyən elektron alış aktları malların alışının rəsmiləşdirilməsinə əsas vermir. İndiki halda isə, cavabdeh inzibati orqan məhz həmin dövr üzrə iddiaçı tərəfindən İnternet Vergi İdarəsi portalında tərtib edilmiş elektron alış aktlarını xərc sənədi qismində nəzərə almış, lakin 1342477,90 manat məbləğində xərclərə dair hissədə iddiaçı tərəfindən yalnız kağız daşıyıcıda alış aktları təqdim edildiyindən, həmin hissədə təqdim edilmiş alış aktlarını xərc sənədi kimi qəbul etməyərək, əlavə vergi məbləği hesablamışdır. Belə ki, cavabdeh hesab etmişdir ki, kağız daşıyıcıda tərtib edilmiş alış aktları ilə bağlı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində elektro n alış aktı tərtib edilmədiyindən, həmin kağız daşıyıcıda alış aktları xərclərə dair təsdiqedici sənəd hesab edilə bilməz.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 71-2.1, 71-2.2, 71-2.3-cü maddələrinin tələbinə görə alış aktları həm kağız daşıyıcı da, həm də elektron formada tərtib edilə bilər. Buna qanunla hər hansı məhdudiyyət qoyulmur. Yəni, ya kağız daşıyıcıda tərtib edilən zaman bu akt əsasında elektron alış aktı tərtib edilməlidir, ya da birbaşa elektron alış aktı tərtib edilərək vətəndaşa imzalandığı halda k ağız daşıyıcısının tərtibinə artıq ehtiyac qalmır. Bu iki alternativ üsulun nəzərdə tutulması heç də təsadüfi deyildi. Belə ki, hazırkı halda iddiaçının əsas fəaliyyəti əhalidən metal tullantılarının yığılması, onlardan məhsul istehsalı və məhsulun xaricə satılmaqla ixracı təşkil etmişdi. Metal tullantıların təhvili isə vətəndaşlar tərəfindən həm iddiaçının anbarına bilavasitə yaxınlaşmaqla həyata keçirilə bilər ( bu zaman birbaşa elektron alış aktının tərtib edilərək çap edilməsi və vətəndaşa imzalanması mümkündür), digər tərəfdən həm də iddiaçının nümayəndələri tərəfindən müxtəlif rayonlar üzrə metal qəbulu üçün ayrı-ayrı vətəndaşların bilvasitə özlərinə individual qaydada yaxınlaşmaqla metalın təhvil alınması həyata keçirilə bilər. (bu zaman əvvəlcədən sifariş verilmiş kağız alış aktı v ə kassa məxaric orderi əl ilə doldurulmaqla tərtib edilir və vətəndaşlara imzalatdırılır, daha sonra həmin metal tullantısı ilə birlikdə bu kağız aktlar da iddiaçıya (ofisə) təhvil verilir və bu aktlar əsasında ofis işçiləri elektron alış aktları tərtib edir). Məlum olduğu kimi ikinci üsul əməliyyatların rəsmiləşdirilməsi zamanı həmişə üstünlük təşkil edir. Çünki heç kim əlavə yol xərci çəkərək xırda məişət metal tullantısını iddiaçının Sumqayıt şəhərində yerləşə anbarına gətirməkdə maraqlı deyildi. İddiaçı isə vətəndaşların evlərinə, bilavasitə özlərinə yaxınlaşmaqla metal tullantısını əldə etməyə həm məcburdur, həm də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində maraqlıdı. Hazırkı iş üzrə, mübahisələndirilən 1342477.90 manat məbləğində xammalın alışı yuxarıda qeyd edildiyi kimi əvvə lcə kağız alış aktı, daha sonra elektron alış aktı ilə rəsmiləşdirilmişdi. Bu aktlar iş materiallarına əlavə edilmişdi. Yəni, qanunvericiliyin tələbi pozulmamışdı. Lakin kağız alış aktları əsasında elektron alış aktı tərtib edilən zaman onların sayının çox olması, işçilərin sayının azlığı, elektron alış aktının sistemə daxil edilməsi müddətinin azlığı və iş yükünün çoxluğu səbəbindən bir neçə kağız alış aktı üzrə məlumatların elektron alış aktı üçün doldurulması zamanı texniki səhvə yol verilmişdi. Belə ki, vətəndaş X1 əldə edilmiş metal tullantıları 2020-ci il tarixli kağız alış aktı ilə rəsmiləşdirilsə də, elektron sistemə məlumatlar daxil edilərkən texniki səhvə yol verilmiş və elektron alış aktı aidiyyəti olmayan digər vətəndaş X2 adına rəsmiləşdirilmişdir. Bu pozuntu X2 şifahi qayd ada iddiaçıya müraciəti əsasında 2022-ci ilin yay ayında iddiaçı tərəfindən müəyyən edilmiş və sonuncunun müraciəti əsasında səhv tərtib edilmiş elektron alış aktları ləğv edilmişdi. Buna baxmayaraq 5 gündən çox müddət keçdiyi üçün digər vətəndaş X3 ilə rəsmiləşdirilmiş kağız alış aktları üzrə məlumatları elektron sistemə daxil etmək mümkün olmamışdı. Hazırkı mübahisə də məhz bu məsələdən qaynaqlanmışdı. Xüsusilə qeyd edək ki, məsələ ilə bağlı tərəfimizdən cavabdehə xx.xx.2022-ci il tarixli məktuba da göndərilmiş və həmin məktuba qoşma olaraq məhz bu kağız aktları əlavə edilmişdi. Lakin texniki səbəblərdən qaynaqlanan bu halı cavabdeh qanunsuz olaraq nəzərə almamışdı. Nəzərə alınmalıdır ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərində istisna olaraq belə texniki səhvlərin olmas ı ən təbii haldır, qaçılmazdı və mümkündür. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsus i notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən ka meral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışd a vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə ye ni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddə tində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır Maddə

71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.... Maddə 71-2. Malları n alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Maddə

130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdiril məsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.... 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan ver ən uçotun aparılmasını təmin etməyə borcludur.... Maddə

108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbləri baxımından iddiaçıya əlavə vergi məbləğinin hesablanması barədə qərarın əsaslığına dair məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşd ırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş 4.12.2022-ci il tarixli, **********2035200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə yönəlmişdir.

29. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əsas fəaliyyəti ayrı-ayrı fiziki şəxslərdən metal tullantılarının yığılması, onlardan məhsul istehsalı və məhsulun xaricə ixracı ilə bağlıdır. Hazırda mübahisələndirilən qərarın qəbul edilməsini cavabdeh belə əsaslandırmışdır ki, iddiaçı barəsində 2020-ci il üzrə 268495,58 manat və 2021-ci il üzrə 26759,04 manat mənfəət vergi məbləği hesablanmış, təqdim edilmiş elektron qaiməfaktura, YGB və digər mlumatlara əsasən müəyyən edilmiş cəmi məbləği 9832593,29 manat olduğu, mal qalığının məbləğinin 1872086,88 manat olduğu müəyyən edilmiş, həmin məbləğlərin fərqi nəticəsində 1342477,90 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğu müəyyən edilmişdir. Yəni, iddiaçı tərəfindən müvafiq məbləğdə xərci təsdiq edən sənəd qismində qanunvericiliyin tələbinə əsasən elektron alış aktı tərtib edilməli olduğu halda, kağız daşıyıcıda alış aktı təqdim edildiyin dən, həmin sənədləri xərc sənədi kimi nəzərə almamış və nəticə etibarilə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərə müvafiq olaraq əlavə vergi məbləğini hesablamışdır.

30. İddiaçı hesab edir ki, cavabdeh onun tərəfindən kağız daşıyıcıda tərtib edilmiş malların alış aktlarını heç bir səbəb olmadan nəzərə almamışdır. Belə ki, vətəndaş X1 əldə edilmiş metal tullantıları 2020-ci il tarixli kağız alış aktı ilə rəsmiləşdirilsə də, elektron sistemə məlumatlar daxil edilərkən texniki səhvə yol verilmiş və elektron alış aktı aidiyyəti olmayan digər vətəndaş X2 adına rəsmiləşdirilmişdir. Bu pozuntu X2 şifahi qaydada iddiaçıya müraciəti əsasında 2022-ci ilin yay ayında iddiaçı tərəfindən müəyyən edilmiş və sonuncunun müraciəti əsasında səhv tərtib edilmiş elektron alış aktları ləğv edilmi şdi. Buna baxmayaraq 5 gündən çox müddət keçdiyi üçün digər vətəndaş X3 ilə rəsmiləşdirilmiş kağız alış aktları üzrə məlumatları elektron sistemə daxil etmək mümkün olmamışdı.

31. Məhkəmə kollegiyası qeyd edir ki, malların alışını və ya mədaxilini təsdiq edən sənədlər vergi qanunvericiliyi ilə müəyyən edilmiş formada və qayda tərtib edilməlidir.

32. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən vergi öhdəliyi yaradan əməliyyatların rəsmiləşdirməsi ilə bağlı qaydaların nəzərdə tutulması vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl olunması və bunun üzərindən həm də hüquqi müəyyənliyin, eləcə də vergi ödəyicilərinin hüquqi təhlükəsizliyinin təmin olunması məqsəd lərinə xidmət edir.

33. Hazırkı qərarın 18-ci bəndində istinad olunan normalara görə, vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdən vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlər ini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

34. Yuxarıda istinad olunan normalara görə, Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmay an fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Alış aktları rəsmi uçot sənədləri sayılır.

35. İstinad olunan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçıya əlavə vergi məbləğinin hesablanması məhz onun tərəfindən alınmış malların qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsi, yəni malların alışının müvafiq mötəbər alış aktları ilə təsdiq edilməməsi ilə bağlıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən alış aktlarını yuxarıda göstərilən qanunvericiliyin tələbinə uyğun rəsmiləşdirmədiyindən, yəni aidiyyəti olmayan digər vətəndaşın adına rəsmiləşdirilib sonra ləğv edilməsi iddiaçıy a haqq qazandıra bilməz.

37. Beləliklə, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 71-ci, 71-2-ci, 130-cu maddələrinin tələblərinə əməl edilmədiyindən, yəni malların alışı rəsmiləşdirmə qaydalarını pozulması ilə həyata keçirildiyindən və onun göstərdiyi səbəblər ona bəraət qazandırmadığından, kassasiya şikayətinin qeyd edilən dəlili əsassız sayılmalı və apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən hal qismində qəbul edilməməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

39. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-903/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar