Məhkəmə qərarları › İş №2-1(102)-464/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-464/2022

23.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-464/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi; prosessual müddətin bərpasına dair vəsatət) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-38/2021 nömrəli iş üzrə 23.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı uzun müddət müəllim işlədiyindən ümumi mənzil alma növbəsinə dayanmışdır. Bunun nəticəsində Naxçıvan şəhər XDM İK-nın 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə vətəndaş İddiaçı 59-cu məhəllə, 19 nömrəli ünvanda yerləşən 600 m2 torpaq sahəsi ilə təmin edilmişdir. Torpaq sahəsi verildikdən sonra İddiaçı Bakı şəhərinə getmişdir. Bundan sonra başqa bir qərarla İddiaçı verilmiş torpaq sahəsi X2 eyni ölçüdə verilmişdir. Bunun nəticəsində X2 Naxçıvan şəhəri, 60-cı məhəllə, 19 nömrəl i ünvanda yerləşən torpaq sahəsi ayrılaraq onun mülkiyyətinə verilmişdir. Ünvanlar fərqli olsa da, sonradan məlum olmuşdur ki, torpaq sahəsi birdir. Bunun nəticəsində X3 2009-cu ildə Naxçıvan Şəhər Məhkəməsində cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (əvvəlki adı ilə) qarşı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, həmin torpaq sahəsinə X1 adına torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina mək tubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarının icra olunması və o qərardan irəli gələn bütün hüquqi öhdəliklərin müvafiq inzibati orqan tərəfindən icra olunması barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. Birinci instansiya məhkəməsinin 07.10.2021-ci il tarixli, 2-1(122)61/2021 nömrəli (sədrlik edən hakim Səxavət Novruzov) qərarı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 9.1, 9.1.1, 9.1.2, 9.1.3, 9.1.4-cü maddələrinə, Naxçıvan Muxtar Respublikası X4 2020-ci il 17 iyun tarixli 23-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia əsassızdır.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07.10.2021-ci il tarixli, 2-1(122)-61/2021 nömrəli qərarının bütövlükdə ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı həmçinin birinci instansiya məhkəməsinin 07.10.2021-ci il tarixli, 2- 1(122)-61/2021 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edərək bərpa edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.11.2021-ci il tarixli, 2-1(108)-27/2021 nömrəli (hakimlər İlqar Mirzəyev sədrlik edən və məruzəçi, Yusifəli Qurbanov və Əhliman Xıdırov) qərardadı ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122) 61/2021 nömrəli qərarından Vəkil tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.12.2021-ci il tarixli, 2-1(108)-38/2021 nömrəli (hakimlər İlqar Mirzəyev sədrlik edən və məruzəçi, Yusifəli Qurbanov və Əhliman Xıdırov) qərardadı ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)61/2021 nömrəli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş vəsatətin rədd edilməsi, buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi, şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə sinin 22.1, 22.2-ci maddələrinə, MPM-in 130.1-ci maddəsinə istinad etmişdir.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.12.2021-ci il tarixli, 21(108)-38/2021 nömrəli qərardadının ləğv olunmasını, Naxçıvan MR İnizbati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)-61/2021 saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək işin baxılmaq üçün Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şi kayətin mümkünlük məsələsinə baxılan zaman məlum olmuşdur ki, onun iddiaçı tərəfindən verilmiş etibarnamənin vaxtı bitdiyindən şikayəti imzalamaq səlahiyyətim hüquqi baxımdan olmamışdır. Belə ki, apellyasiya şikayəti verilən vaxt etibarnamənin qüvvədə olma müddəti bitmişdir. Onların isə bundan (vəkil və iddiaçının) yalnız şikayətin mümkünlük məsələsinə baxılanda xəbəriləri olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, birinci instansiya məhkəməsi də bu hala fikir verməmiş və şikayəti məhz baxılmaq üçün apellyasiya instansiyasına göndərmişdir. Əgər bu hal birinci instansiya məhkəməsində müəyyən edilsə idi, o zaman şikayət məhz Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən geri qaytarılardı. Həmin vaxt isə müddətin bu qədər buraxılmasına səbəb olmazdı. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, o vəkil və nümayəndə olaraq şikayəti AR İPM-də müəyyən olunmuş müddət daxilində vermiş və heç bir müddətin buraxılmasından söhbət gedə bilməzdi. Yalnız etibarnamənin vaxtının şikayət verilən zaman bitməsi və iddiaçı tərəfindən yenidən etibarnamənin verilməsi və şikayətin yenidən göndərilməsi müəyyən qədər müddətin üzrlü səbəbdən buraxılmasına səbəb olmuşdur. Yəni ilkin olaraq verilmiş şikayət qanunla müəyyən olunmuş müddətdə verilmişdir. Sadəcə həmin vaxt iddiaçı tərəfindən ona verilmiş etibarnamənin vaxtı bitmiş olduğundan şikayət qeyri-mümkün hesabedilmişdir. İlkin şikayətdə müddətə riayət olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Prosessual Məcəllə: Maddə

130. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. İ nzibati Prosessual Məcəllə: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıda kı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiy a şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti ndə göstərdiyi dəlilləri formal mülahizələrə əsaslanmaqla, deklarativ və ümumi xarakterlidir.

18. İş materiallarına əsasən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)61/2021 nömrəli qərarı rəsmi qaydada 08.10.2021-ci il tarixdə poçt vasitəsi ilə verilmişdir. Onlar tərəfindən qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.

19. İddiaçı birinci instansiya məhkəməsinin qərarından onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq iddiaçı tərəfindən həmin müddətdə apellyasiya şikayəti verilməmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddə tinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

20. Belə ki, məhkəmə kollegiyası vəsatətdə qeyd olunan onun həmin etibarnamənin vaxtının bitdiyindən məlumatının olmaması, həmçinin birinci instansiya məhkəməsinin də həmin hala fikir verməməsi və inzibati iddia üzrə işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsi, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

21. Eyni z amanda məhkəmə kollegiyası prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi gətirilən etibarnamənin vaxtının bitdiyindən məlumatının olmaması əsasını üzrlü hesab etməyərək həmin əsası şəxslərin özlərinin subyektiv fikri və onların özlərinin səhlənkarlığı kimi qiymətləndirərək qeyd edir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

22. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına man e olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.

23. Lakin hazırkı qərarın 12-13-cü bəndlərində qeyd edilən normalardan görünür ki, prosessual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa edilir, ərizədə müddətin nədən buraxıldığı əsaslandırılmalıdır. İddiaçı isə ərizəsində müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 23.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçını n kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.12.2021-ci il tarixli, 2-1(108)-38/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar