Məhkəmə qərarları › İş №2-1(102)-465/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-465/2020

18.02.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X8 Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-465/2020) (Açar sözlər: hesablanması) sabiq prokurorluq işçisinin əmək Azərbaycan Respublikası pensiyasının yenidən Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X8 Nəsimi rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 o ktyabr tarixli 2-1(103)-2145/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1966-cı il 10 sentyabr tarixdən əmək fəaliyyətinə başlamış, 1976-cı il 13 oktyabr tarixdən 1980-cı il 21 yanvar tarixə qədər Azərbaycan SSR X11 Vilayətinin Prokurorluğunda prokuror köməkçisi, böyük müstəntiq, 1983-cü il 26 sentyabr tarixdən 1993-cü il 3 iyul tarixə qədər Kirovabad nəqliyyat prokuroru, 1993-cü il 3 iyul tarixdən 1994-cü il 8 oktyabr tarixə qədər Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləmiş, 1994-cü il 10 avqust tarixdən 1995-ci il 24 noyabr tarixə qədər Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edə rək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçı 2018-ci il 7 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona pensiya təyin edilərkən xidmət illərinə görə vəzifə maaşının 45 faizi həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinət, iki aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının iki qat misli qədər üç dəfə maddi yardım (mükafat) qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavə haqq və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında təyin edilməsi və pensiya təyin edilməsində iddiaçıya ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona pensiya təyin edərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin, hər il məzuniyyətə çıxarkən onlara 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il onların əmək haqqının 2 qat həcmindən az olmayaraq 3 dəfə maddi yardım, ixtisas dərəcəsinə görə haqq (hal-hazırda 200 manat təşkil edir) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində iddiaçıya ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, onun 38 il ümumi iş stajı vardır, həmin stajın 18 ili prokurorluq orqanlarında qulluq stajına aiddir. Son 15 ay 5 gün iş fəaliyyəti Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. Prokurorluq orqanlarında qulluq etdiyi zaman xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı və prokuror işçiləri üçün nəzərdə tutulan məzuniyyətlə bağlı ildə 1 dəfə 2 aylıq həcmində müalicə xərci və daha 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, əmək haqqının 2 qat mislindən az olmayaraq ildə 3 dəfə maddi yardım verilir. Bütün bu əlavələr və sairə nəzərə alınmaqla iddiaçını n orta əmək haqqı cavabdeh tərəfindən müəyyən edilməli və alınmış məbləğin 80%-i qədər iddiaçıya pensiya təyin edilməli idi. İddiaçı göstərilənlərə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9cu maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.8.3, 31.1, 37.7-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı prokurorlar üçün nəzərdə tutulmuş hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım və ixtisas dərəcəsinə görə 65 manatın verilməsi haqqında iş yerindən rəsmi arayış təqdim etmədiyinə görə onun pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli 2-1(81)3781/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım və ixtisas dərəcəsinə görə (halhazırda 200 manat) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20 və 21-ci maddələrində nəzərdə tutulan məbləğlər, iddiaçının həqiqi dövlət ədliyyə müşaviri olması nəzərə alınmamış, bununla da iddiaçının sosial təminat hüququ pozulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-1(103)-76/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlav ələrin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavələrin məbləği isə əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş vermiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşdırılmamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrlər 2001-ci il 19 iyul tarixindən qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun qəbul edilməsindən əvvələ aid olduğu üçün məhz 2001-ci il 19 iyul tarixli Qanunda qeyd edilmiş əlavələr hazırkı iş üzrə iddiaçının pensiyasının yenidən hesablanmasında nəzərə alına bilməz. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(102)-1818/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona pensiya təyin olunduğunu bəyan etsə də, məhkəmələr iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmamış və işdə iddiaçıya pensiya təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh də etiraz və şikayətlərində iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu göst ərməmişdir. Bununla bağlı cavabdeh inzibati orqandan iddiaçıya aid pensiya işi tələb edilməmiş, həmin işin materialları məhkəmə araşdırmasının predmeti olmamışdır. Halbuki, həmin halların, o cümlədən iddiaçının pensiya hüququnun yarandığı və ona pensiya təyin olunduğu vaxtın müəyyən edilməsi mübahisənin düzgün həlli, xüsusən də pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinin tətbiqi üçün zəruridir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2-1(103)-2145/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 28 oktyabr tarixdə təqdim edilmişdir. DSMF-nin X7 İdarəsi həmin qərardan 2019-cu il 14 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 yanvar tarixli qərardadı ilə cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsi DSMF-nin X7 İdarəsi ilə əvəz edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının iddia ərizəsindən göründüyü kimi, iddia qismən məcburetmə, qismən də öhdəliyin icrası haqqında iddiadır. Bu hal, iddiaçının iddia tələbinin dəyişdirilməsi haqqındakı ərizəsindən də aydın görünür. Pensiyanın təyin edilməsi haqqında qərarın inzibati akt olduğu şübhəsizdir. Əgər iddi açı ona pensiya təyin edilməsi haqqında 2009-cu il 10 sentyabr tarixli qərarla razı deyildisə, onda bu halı mübahisələndirə bilərdi. Həmin qərar qəbul edilən tarixdə bu məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəsli (“Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat”) ilə tənzimlənirdi. Həmin Məcəllənin 298-ci maddəsində hüququ pozulduğunu iddia edən şəxsə bu barədə məhkəmədə iddia qaldırmaq üçün 1 aylıq müddət tanınmışdı. İddiaçının bu müddətdə iddia qaldırmadığında tərəddüd yoxdur. Göründüyü kimi, aşağı məhkəmə qüvvəyə minmiş və mübahisələndirilməmiş inzibati aktın - pensiya təyin edilməsi haqd a qərarın mövcudluğuna baxmayaraq, inzibati orqanın üzərinə təkrarən yeni inzibati aktın qəbulu vəzifəsini qoymuşdur. Beləliklə, hazırkı iddia qaldırılan tarixə qədər iddiaçı pensiya təyin edilməsi haqqında qərarı mübahisələndirmədiyindən, həmin inzibati akt qüvvədə olduğundan və onun mübahisələndirilməsi üçün müddət bitdiyindən iddia bu tələbə münasibətdə mümkün sayılmamalıdır. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 2001-ci il 29 iyun tarixdə qəbul edilib, 2001-ci il 31 iyul tarixdə dərc olunub, iddiaçı həmin vaxtda prokurorluq orqanlarından xaric edilmişdir. Göründüyü kimi, iddiaçının “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi. Sözügedən əlavələrin əmək haqqı nın sonrakı artımı kimi qiymətləndirilməsi əsassızdır. Əlavələri almamış iddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehə görə həmin əlavələr sonrakı artım deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə görə, bu Qanunun 20.1.5ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, “Əmək pensiyaları haqqında” Qanun “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan vaxt aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, həmin Qanunun 20.8-ci maddəsinə görə, prokurorluq işçiləri hər il məzuniyyətə çıx arkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə görə, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, hər üç məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı. Çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Digər tərəfdən, həmin Qanunun 20.9-cu maddəsinə münasibətdə isə, d aha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş “prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici 1-ci cümlədə “prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutmuşdur. Bir sözlə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir; pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təchiz edilirlər. Deməli, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş və hal-hazırda da qüvvədə olan “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahı”sında nəzərə alınmayan ödənclərin siyahısına əsasən orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənişlərdən biri də birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla), həmçinin maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdi. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 2018-ci il 24 iyul tarixli, 17/521 saylı arayışdan göründüyü kimi, iddiaçıya ərizədə qeyd edilən müddətlər ərzində verilmiş mükafatlar ona eyni vaxtda, eyni aylarda və məhz bayram günləri ərəfəsində verilmişdir. Göründüyü kimi, arayışda göstərilə n iddiaçıya verilmiş mükafatlar ona bayramlarla əlaqədar verildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən iddiaçının orta əmək haqqı hesablanarkən nəzərə alınmayan vəsaitə daxildir və qeyd edilən vəsait iddiaçının pensiyası hesablanarkən nəzərə alınmamalıdır. İddiaçıya xidmət dövründə verilmiş maddi yardımlar da yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən onun əmək haqqına əlavə edilməyən ödənişlərə aid oİduğundan qeyd edilən vəsait də iddiaçının pensiyası hesablanarkən nəzərə alınmamalıdır. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildirlər; əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta ayl ıq məbləği”nə daxil ola bilər; almayıbsa, həmin maddələrə istinad edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi onun digər müddəaları, xüsusilə də 1.0.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməlidir. Belə ki, “əmək haqqındakı sonrakı artım” ifadəsi mücərrəd artımı deyil, konkret pensiyaçının əmək haqqındakı artımını ifadə edir. Daha açıq bir ifadə ilə, şəxs pensiyaya çıxarkən onun pensiyasının hesablanması zamanı əsas alınmış “əmək haqqının orta aylıq məbləği”nə şəxsin pensiyaya çıxdığı anda aldığı “əmək haqqı” və “digər ödənclər” daxildir. Dolayısı ilə, əgər şəxs pensiyaya çıxarkən almadığı, yəni “əmək haqqının orta aylıq məbləği”nə daxil olmayan məbləği “əmək haqqındakı sonrakı artım” kimi tələb edə bilməz. Bu nəticə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci mad dəsində əmək pensiyasına verilmiş anlayışla da uzlaşır. Çünki həmin maddəyə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Fərz edilsə ki, əlavələr diqqətə alınmalıdır bu ehtimalda belə, həmin əlavələrin 2001ci ildən yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması maddi hüquq pozuntusudur. Əvvəla, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən, Azərba ycan Respublikasının Prokurorluğunun işçilərinə pensiya təyin edilməsi 2007-ci il 01 yanvar tarixdən Dövlət X9 həvalə edilmişdir. Bu tarixədək pensiya təyin etmək hüququ İdarədə olmayıb. İkincisi, bu ehtimalda, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin açıq tələbi pozulmuş olar. Həmin maddəyə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya ş ikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh iddia tələbinə etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na istinad edir. Bu siyahıda mövcud olan nəzərə alınan və alınmayan ödənclər əmək münasibətlərindən irəli gələn tələbləri: məzuniyyətə çıxan işçilərin əmək haqlarının hesablanması, orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinətlərin hesablanması, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqının ödənilməsi hallarını və s. tənzimləyir. Həmin siyahının pensiya təyinatı zamanı orta əmək haqqının müəyyən edilməsinə aidiyyətı yoxdur. Bunun üçün Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” mövcuddur. Həmin Qaydaların 2-ci maddəsində deyilir ki, “Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır”. Məhz bu Qaydalara uyğun cavabdeh iddiaç ıya pensiya təyin etməlidir. Şikayətdə iddiaçının məcburi dövlət sosial sığorta olunanlar sırasında olmadığı göstərilir. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, prokurorlar məcburi dövlət sosial sığorta haqqında hüquqi olan subyektlərdir. Bu kateqoriyaya aid olanlar könüllü sosial sığortaya cəlb olunanlar sırasında deyillər. Belə olan halda iddiaçının qanun qəbul edilənə qədər və sonra məcburi dövlət tərəfindən sığorta olunma yükü üzərinə düşmür, buna görə məsuliyyət daşımır. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsi səhv təfsir edilmiş, “keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ən çoxu üç il üçün ödənilməsi” göstərilmişdir. Həmin maddədə deyilir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bun dan başqa, həmin Qanunun 32.1-1-ci maddəsi fərqin birdəfəlik ödəməsini qadağan etmir. Əksinə vaxtında ödənilən təminatın sonradan indeksləşdirilməsinə ehtiyacı olmur. Ümumiyyətlə Qərarın icrası başqa bir çəkişmənin predmetidir. İddiaçının vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçiləri nin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (burada və bundan sonra mətndə - Qanunun 2017-ci il 1 iyul tarixədək qüvvəd ə olan redaksiyası nəzərdə tutulur) 9.4-cü maddəsinə əsasən (2009-cu il 20 oktyabr tarixli, 895-İİİDQ №-li Qanunla edilmiş əlavə və dəyişikliklərlə. Əvvəlki redaksiyada deyilirdi: 9.4. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.), prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən (2009-cu il 20 oktyabr tarixli, 895-İİİDQ №-li Qanunla edilmiş əlavə və dəyişikliklərlə), qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri... Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1 - 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıld ıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulandigər ödənişlərdən ibarətdir (iddiaçının istinad etdiyi ödənişlər "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunda nəzərdə tutulmuşdur); prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, yaxud yaşa görə prokurorluq orqanlarında qullu ğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir; həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq “əmək haqqının tərkibi”nə və “sonrakı artımlar”a dair hissədə şikayətin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası prosessual n ormaların tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya əmək pensiyasının 2009-cu ildən təyin edildiyi qəbul edildikdə (cavabdehin nümayəndəsinin izahatına görə - iş v. 26), yenidən hesablama, bu hesablamanın aparıldığı vaxtda qüvvədə olan qanuna əsasən, həmçinin əmək haqqındakı sonrakı artımlara (o cümlədən, iddiaçının istinad etdiyi və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərə) uyğun olaraq aparılmalıdır (“Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.1.5, 20.8, 29.3-cü maddələri). İddia ərizəsinin məzmunu, habelə iddiaçının hazırkı məzmunda iddia tələbi ilə əslində hansı nəticəyə nail olmaq istədiyi və yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla iş üzrə aydınlaşdırılmalı olan hallar - işi n hazırkı vəziyyətində aşağıdakılardan ibarətdir: 1) iddiaçıya ilk dəfə əmək pensiyası hesablanarkən onun istəyi ilə seçilmiş qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək fəaliyyəti müddətinə həmin müddətlə əhatə olunan, qanunla prokurorluq işçisinin “əmək haqqı” kimi təsnif edilən gəlir və ödənişlərin nəzərə alınıb-alınmadığı; 2) iddiaçı “ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını” tələb etdiyindən, ona əmək pensiyası təyin edildikdən sonra yenidən hesablamanın həmin vaxtda qüvvədə olan qanuna əsasən, həmçinin əmək haqqındakı sonrakı artımlara (o cümlədən, iddiaçının istinad etdiyi və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərə) uyğun olaraq aparılıbaparılmadığı. Apellyasiya ins tansiyası məhkəməsi iş üzrə tərəflərin dəlillərini, iddiaçının pensiya hüququnun reallaşdırılmasına təsir edən və ya edə bilən işin hallarını (inzibati icraat materiallarının tədqiq edilməsi də daxil olmaqla) nəzərə almalı idi. Bu da öz növbəsində İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin təmin olunmasını şərtləndirir. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fər qli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna bilavasitə təsir edə bilən hallara da aydınlıq gətirməlidir. Öz növbəsində, şəxslərin pens iya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olsun. Cavabdehin imtina məktubu ndan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 25 iyun tarixli 2-1(102)-1818/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli qərarının ləğv edilməsi və işin təkrar apellyasiya baxışı na göndərilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, “İddiaçı ona pensiya təyin olunduğunu bəyan etsə də, məhkəmələr iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmamış və işdə iddiaçıya pensiya təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh də etiraz və şikayətlərində iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu göstərməmişdir... Halbuki, həmin halların, o cümlədən iddiaçının pensiya hüququnun yarandığı və ona pensiya təyin olunduğu vaxtın müəyyən edilməsi mübahisənin düzgün həlli, xüsusən də pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinin tətbiqi üçün zəruridir.”. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasi ya instansiyası məhkəmələri üçün məcburidir. Həmin normanın tələbi apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının istinad edilən qərarında göstərilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının pensiya işinin materiallarına istinadlar olsa da, bu istinadların bilavasitə əhatə etdiyi sənədlərin surətləri işə əlavə edilmədiyindən (yaxud da həmin sənədlər bilavasitə məhkəmə iclasında elan və tədqiq edilməklə məhkəmə iclasının protokolunda təsvir edilmədiyindən), birinci instansiya məhkəməsinin qeyd etdiyi “pensiyanın baza və sığorta hissələrinin, habelə xidmət illərinə görə əlavələr”in iddiaçının hüququ çatan və əmək haqqı kimi təsnif edilən məhz hansı gəlir və ödənişlərdən formalaşdığı qeyri-müəyyəndir. Bundan başqa, iddiaçı digər gəlir və ödəmələrlə yanaşı əmək pensiyasının “hər il əmək haqqının 2 qat həcmindən az olmayaraq 3 dəfə ödənilən maddi yardımın” da nəzərə alınmaqla təyin edilməsini tələb etmişdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici maddi yardımın miqdarının minimum həddini müəyyən etmişdir. Yardımların ödənilməsinin dövriliyi və yuxarı həddi isə, işdən göründüyü kimi Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə müəyyən edilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi birinc i instansiyası məhkəməsinin həmin hissədə qənaətinin “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə uyğunluğunu yoxlamalı, gəldiyi nəticəni əsaslandırmalı idi. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələr ində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərar ı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2-1(103)-2145/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar