Məhkəmə qərarları › İş №2-1(102)-480/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-480/2020

18.02.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-480/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinəqarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyindən, ona münasibətdə «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1ci hissəsi tətbiq oluna və müharibə veteranı adı verilə bilməz) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2206/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdən 1994cü il tarixədək Füzuli və Kəlbəcər rayonlarında yerləşən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, orada yaralandığını, Bak ı şəhərində hərbi hospitalda müalicə olunduğunu, yenidən cəbhə bölgəsinə göndərildiyini və Laçında yerləşən 6-cı batalyonun tərkibində döyüşlərdə iştirakını davam etdirdiyini, 2000-ci ildə Binəqədi rayon hərbi komissarlığı tərəfindən ona müharibə veteranı vəsiqəsi verilsə də, 2008-ci ildə ondan geri alındığını, yenidən veteran vəsiqəsi almaq üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu xx xxxx 2019-cu il tarixli məktubla tələb olunan sənədlər tam təqdim edilmədiyindən, müharibə veteranı statusu verilməsinin mümkün olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)2153/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir(hakim – Ş.Ə.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2206/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə qərarında göstərilən «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinə 2-ci hissə və qeyd xx xxxxx 2006-cı il tarixli 90-İİQB №-li Qanunla əlavə edilmiş, həmin qeydə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı şamil edilmir, həmin norma tiv akt 2006-cı ildə qəbul edildiyindən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından, ona şamil edilə bilməz. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili Vək il izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2206/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, istintaq orqanına ərizə ilə müraciət edərək, N saylı hərbi hissədə xidmət edən zaman anasının xəstə olduğundan, oranı tərk etdiyini və bir daha xidmət yerinə qayıtmadığını bildirərək, hərbi cinayət törətdiyini səmimi etiraf etmiş və barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmiş, Prokurorluq tərəfindən onun həmin xahişi və xx.xx.2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli «Hərbi cinayətlər törətmiş şəxslər bar əsində «Dövlət müstəqilliyi günü» münasibəti ilə amnistiya haqqında» Qərarının 1.1-ci və 1.6-cı maddələri nəzərə alınaraq onun barəsində cinayət işi başlanması rədd edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etsə də, sonradan hərbi hissəni özbaşına tərk edərək hərbi cinayət əməli törətmiş, lakin amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etsə belə, ona münasibətdə «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin tətbiq oluna və müharibə veteranı adı verilə bilməz, eyni zamanda veteran adı və vəsiqəsinin verilməsini zəruri edən şərtlərdən biri də onun nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mövcud olmalıdır, lakin iddiaçının qanuni əsaslarla hərbi hissənin şəxsi heyət sıralarından çıxarılması barədə belə bir məlumat mövcud deyildir, o, hərbi hissəni özbaşına tərk etmiş, qayıtmamış, qanuni əsaslarla hərbi xidmətdən çıxarılmadığı, əksinə xidmət etdiyi hərbi hissəni özbaşına tərk edərək, hərbi cinayət əməli törətdiyi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyi halda, iddiaçıya müharibə veteranı statusunun verilməsi veteranlar haqqında qanunvericiliyin tələblərinə və hüquqi müəyyənlik prinsiplərinə uyğun hesab edilə bilməz, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. Həmin maddənin qeydinə görə isə bu maddənin 1-ci hissəsinin 3-cü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cə zadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 2000-ci ildə veteran vəsiqəsi verilənə qədər Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli xxx əmri ilə təsdiq olunmuş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi Qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndində nəzərdə tutulurdu ki, «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısı ndan çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etsə də, sonradan hərbi hissəni özbaşına tərk edərək hərbi cinayət əməli törətdiyini, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə ona münasibətdə «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci h issəsinin tətbiq oluna və müharibə veteranı adının verilə bilmədiyini, iddiaçının qanuni əsaslarla hərbi hissənin şəxsi heyət sıralarından çıxarılması barədə məlumatın olmadığını, onun hərbi hissəni özbaşına tərk edərək qayıtmadığını, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən cavabdehin imtinasının qanuni və əsaslı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2206/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2206/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar