Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-482/2020 09.06.2020 ALİ MƏHKƏMƏ "X" firmasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz: cavabdehin qanunsuz hərəkəti, əmlakın sökülməsi, kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili iştirakı ilə İddiaçı «X» firmasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: «Xx» firması, X rayon İcra Hakimiyyəti) «maddi ziyanın tutulması» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı firmaya – Ünvan ünvanında yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən həmin ərazidə bir neçə ictimai iaşə obyektləri yaradılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 13.08.2007-ci il tarixli *** saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli *** saylı sərəncamı X ayon İcra Hakimiyyətinin 29.05.2007-ci il tarixli **/*** saylı məktubu və iddiaçının 28.04.2007-ci il tarixli XX/X-** saylı müraciəti əsasında ləğv ed ilmişdir. İstirahət parkı 2008-ci il tarixdən hasara alınaraq təmirə dayanmış, parkda iddiaçıya məxsus əmlaklar parkın rekonstruksiya işləri ilə əlaqədar sökülmüşdür Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.09.2010-cu il tarixli *** saylı və 22.04.2011-ci il tarixli *** saylı sərəncamlarına əsasən istirahət parkı “Xx” MMC-nin 49 illik müddətinə istifadəsinə verilmişdir. Bundan sonra iddiaçı 05.12.2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə ona məxsus tikililərin sökülməsinə görə dəymiş ziyanın əvəzi olaraq 208610 manatın ödənilməsini xahiş etmişdir. İddiaçı «X» firması cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvanında yerləşən istirahət parkının ərazisində yerləşən obyektlərin və avadanlıqların məhv edi lməsinə görə cavabdehdən iddiaçının xeyrinə 208.201 manat məbləğində maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1301/2018 saylı 11.10.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası 2-1(103)-540/19 saylı 27 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1960/2019 sa ylı 9 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya ayrılan torpaq sahəsində iddiaçı tərəfindən 3 ədəd kafenin inşa edərək vaxtilə mövcud olması və cavabdeh tərəfindən sökülməsi barədə dəlillərinə və sadalanan sübutlara münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının kafelərin tikilməsi və ya quraşdırılmasına çəkilmiş xərclər, avadanlıqların maddi dəyəri barədə mötəbər sübutları təqdim etməməsini bildirmiş, lakin işin müvafiq olaraq 13, 14, 28 və 29-cu səhifələrində kafelərdə olan avadanlıqların siyahısı, kafelərə çəkilən xərclər, tikinti materialların dəyəri barədə t əqdim edilən sübutlarla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. Bakı şəhəri X rayon İcra Hakimiyyəti “X” parkbulvar idarəsinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanlanan 28 fevral 2012-ci il tarixli məktubda qeyd edilmişdir ki, B.Nuriyev küçəsində yerləşən parkın ərazisində fəaliyyət göstərən iddiaçıya məxsus kafelərin sökülməsi parkın yenidən konstruksiya işləri ilə əlaqədardır. İddiaçıya məxsus sökülmüş obyektlərə parkın ərazisində yenidən bərpası üçün yer verilməsi nəzərdə tutulmamışdır. Bu məktubla bağlı da apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymətləndirmə aparılmamışdır. Cavabdehin Bakı şəhəri X rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 28.04.2007-ci il tarixli, XX/X-** nömrəli məktubda qeyd edilmişdir ki, 27.05.1998-ci il tarixli *** saylı Bakı şəhə r İcra Hakimiyyəti tərəfindən X rayonu B.Nuriyev küçəsində yerləşən Heydər parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair verilmiş sərəncamın ləğv olunmasına etiraz etmir. Cavabdeh rayon icra hakimiyyətinə belə məktub göndərmədiyini bildirsə də, apellyasiya məhkəməsi cavabdehin dəlilini araşdırmamışdır. Cavabdehin və onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tikinti obyektinin eskiz-layih əsinin tərtib olunub Memarlıq və Şəhərsaldma Baş İdarəsi ilə razılaşdırılmasını aparsa da, Memarlıq və Şəhərsalma Baş İdarə ilə razılışdırılmış tikinti pasportu almamış və tikintini qeydiyyatdan keçirməmişdir. Bundan əlavə, iddiaçının dəymiş ziyanla bağlı istinad etdiyi sübutetmə vasitələrini mötəbər sübutlar kimi qəbul edilə bilməz. Birincisi, ona görə ki, istinad olunan mütəxəssis qiymətləndirmələri eskiz-layihəyə söykənir və nəzəri baxımdan tərtib olunmuşdur. Kafelərə çəkilən xərclər və avadanlıqlarla bağlı siyahılara gəldikdə isə iddiaçının sadə bir kağız parçasında tərtib etdiyi, həqiqliyi qeyri-müəyyən və əsası bilinməyən həmin xərclər və alınan avadanlıqlar hüquqmüəyənedici sənədlərlə öz təsdiqini tapmır. Beləliklə də onların mötəbər sübutetmə vasitələri kimi qəbul olunması istisna olunur. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin 27.05.1995-ci il tarixli *** saylı sərəncamının ləğv edilməsi qarşılıqlı razılıq əsasında həyata keçirilmişdir. İş mateiallarının 87-ci vərəqində olan «X» Park bulvar idarəsinin Bakı şəhər Vergilər Departamentinə ünvanlanmış 28 fevral 2012-ci il tarixli məktubunda – «parkın ərazsində fəaliyyət göstərən «X» firmasına məxsus kafelərin sökülməsinin parkın yenidən rekonstruksiya işləri ilə əlaqədar olması»nın qeyd olunması da, məhz, tədqiq olunan sənədlərlə müəyyən olunan halların məntiqi davamıdır, yəni, iddiaçının, üçüncü şəxs və yerli icra hakimiyyətinin öz aralarında qarşılıqlı razılığından irəli gələn nəticəni özündə əks etdirir. Hər bir halda, qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan tərəfindən 27.05.1995-ci il tarixli *** saylı sə rəncamın ləğv edilməsi haqqında *** №-li 13.08.2007- ci il tarixli sərəncamının qəbulunu şərtləndirən faktiki hallar mövcud olmuş və onun hərəkətlərində iddiaçıya ziyan vurulmasına gətirib çıxaran qanunsuzluq, mülki hüquqa zidd hərəkətin mövcudluğu müəyyən edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən, Ali Məhkəmənin 2-1(102)-1960/2019 saylı 9 iyul 2019-cu il tarixli qərarında qeyd edilən göstərişlərə əməl etməmişdir. Kassasiya ş ikayətində həmçinin bildirilmişdir ki, torpaq sahəsinin geri alınmasına dair və 27.05.1995-ci il tarixli *** saylı sərəncamın ləğv edilməsinə dair *** nömrəli 13.08.2007-ci il tarixli sərəncam iddiaçı "X" firmasına rəsmi qaydada təqdim edilməmişdir. Apelyasiya instansiyasının məhkəməsinin qərarında iddiaçı "X" firması tikinti obyektinə eskiz-layihəsinin tərtib olunub Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmadığı qeyd edilsədə, sözügedən layihə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıb və təsdiq edilməsinə dair sübutlar iş materiallarına əlavə edilib. Kassator İPM-nin 90, 94, 96.9-cu maddələrinə, MPM-nin 417.1.3-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli qərarının ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli qərarının ləğv edilməsini, işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı firmaya - Ünvanünvanında yerlə şən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən həmin ərazidə bir neçə ictimai iaşə obyektləri yaradılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 13.08.2007-ci il tarixli *** saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli *** saylı sərəncamı X ayon İcra Hakimiyyətinin 29.05.2007-ci il tarixli **/*** saylı məktubu və iddiaçının 28.04.2007-ci il tarixli XX/X-** saylı müraciəti əsasında ləğv edilmişdir. İstirahət parkı 2008-ci il tarixdən hasara alınaraq təmirə dayanmış, parkda iddiaçıya məxsus əmlaklar parkın rekonstruksiya işləri ilə əlaqədar sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.09.2010-cu il tarixli *** saylı və 22.04.2011-ci il tarixli *** saylı sərəncamların a əsasən istirahət parkı “Xx MMC-nin 49 illik müddətinə istifadəsinə verilmişdir. Hazırda iddiaçı Ünvanünvanında yerləşən istirahət parkında ona məxsus tikililərin sökülməsinə görə dəymiş ziyanı tələb edir. Məhkəmə kollegiyası ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iş materiallarında iddiaçının müvafiq maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə Pretenziya məktubu olsa da (iş v.15), həmin məktubun cavabdehə çatdırılmasına dair sübut iş materiallarında mövcud deyildir. Belə olan halda, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbinə mahiyyəti üzrə qiymət verməmişdən öncə, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini yoxlamalı idilər. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk növbədə iş materiallarında olan sənədlərdən iddiaçıya Ünvanünvanında yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilməsi, iddiaçı tərəfindən həmin ərazidə bir neçə ictimai iaşə obyektlərinin (kafelərin) yaradılması, tikinti obyektlərinin eskiz-layihəsinin tərtib olunub Memarlıq və Şəhərsaldma Baş İdarəsi ilə razılaşdırılması, daha sonra Bakı şəhər İcra Hakimiyyətinin 13.08.2007-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçıya Ünvan ünvanında yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilməsinə dair Bakı şəhər İcra Hakim iyyəti Başçısının 27 may 1998-ci il tarixli *** saylı sərəncamınin ləğv edilməsi, istirahət parkının 2008-ci il tarixdən hasara alınaraq təmirə dayanmış olması, parkda iddiaçıya məxsus əmlakların parkın rekonstruksiya işləri ilə əlaqədar sökülməsi müəyyən olunur. İşə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı tikinti obyektinin eskiz-layihəsinin tərtib olunu Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmasını aparsa da, Memarlıq və Şəhərsalma Baş İdarə ilə razılışdırılmış tikinti pasportu almamış və tikintini qeydiyyatdan keçirməmişdir. Bundan əlavə, iddiaçının dəymiş ziyanla bağlı istinad etdiyi sübutetmə vasitələrini mötəbər sübutlar kimi qəbul edilə bilməz. Birincisi, ona görə ki, istinad olunan mütəxəssis qiymətləndirmələri eskiz-layihəyə söykən ir və nəzəri baxımdan tərtib olunmuşdur. Kafelərə çəkilən xərclər və avadanlıqlarla bağlı siyahılara gəldikdə isə iddiaçının sadə bir kağız parçasında tərtib etdiyi, həqiqliyi qeyri-müəyyən və əsası bilinməyən həmin xərclər və alınan avadanlıqlar hüquqmüəyənedici sənədlərlə öz təsdiqini tapmır. Beləliklə də onların mötəbər sübutetmə vasitələri kimi qəbul olunması istisna olunur. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin 27.05.1995-ci il tarixli *** saylı sərəncamının ləğv edilməsi qarşılıqlı razılıq əsasında həyata keçirilmişdir. İş mateiallarının 87-ci vərəqində olan «X» Park bulvar idarəsinin Bakı şəhər Vergilər Departamentinə ünvanlanmış 28 fevral 2012-ci il tarixli məktubunda – «parkın ərazsində fəaliyyət göstərən «X» firmasına məxsus kafelərin sökülməsinin parkın yenidən rekonstruksiya işləri ilə əlaqədar olması»nın qeyd olunması da, məhz, tədqiq olunan sənədlərlə müəyyən olunan halların məntiqi davamıdır, yəni, iddiaçının, üçüncü şəxs və yerli icra hakimiyyətinin öz aralarında qarşılıqlı razılığından irəli gələn nəticəni özündə əks etdirir. Hər bir halda, qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan tərəfindən 27.05.1995-ci il tarixli *** saylı sərəncamın ləğv edilməsi haqqında *** №-li 13.08.2007- ci il tarixli sərəncamının qəbulunu şərtləndirən faktiki hallar mövcud olmuş və onun hərəkətlərində iddiaçıya ziyan vurulmasına gətirib çıxaran qanunsuzluq, mülki hüquqa zidd hərəkətin mövcudluğu müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə ilk növbədə parkın ərazsində fəaliyyət göstərən «X» firmasına məxsus kafelərin sökülməsinin kim tərəfindən həyata keçirildiyini müəyyən etməlidir ki, bu hazıkrı iş üzrə cavabdehin düzgün müəyyən edilməsi baxımından vacibdir. Belə ki, iş materiallarında olan X rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanladığı məktubda iddiaçıya məxsus kafelərin sökülməsinin parkın yenidən rekonstruksiya işləri ilə əlaqədar olduğunu qeyd edilsə də, sözügedən rekonstruskiya işlərinin kim tərəfindən (X rayon İcra Hakimiyyəti ya Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən və ya digər inzibati orqan) həyata keçirilməsi iş materialları ilə müəyyən edilmir və bu istiqamətdə aşağı instansiya məhkəmələri araşdırma aparmamış, müvafiq orqanlara sorğu ünvanlamamışdır. Bundan əlavə, iş materiallarında Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya isitrahət parkında tikinti işlərinin aparılmasına icazə verilməsinə dair sərəncam və bu sərəncamın ləğvinə dair sərəncam mövcuddur ki, tikililərin sökülməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş hər hansı sənəd iş materiallarında yoxdur. Halbuki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla yanaşı, parkda rekonstruskiya işlərinin hansı qurum tərəfindən həyata keçirilməsi müəyyən olunduqdan sonra buna dair sənədlər (rekonstruksiya işlərinin aparılmasına dair layihə, layihənin icrası ilə əlaqədar qeydlər, aparılan işlər barədə məlumatlar və s.) həmin qurumdan tələb edilməlidir ki, həmin sənədlərdən iddiaçıya məxsus obyektlərə dair hər hansı məlumat (obyektlərin rəsmi, obyektin ölçülərinə və görünüşünə dair məlumat və s) əks oluna bilər ki, belə məlumatlar hazırkı işin həllində mühüm rol oynayır. Bununla yanaşı, sözügedən qurumdan iddiaçıya məxsus obyeklərin söküntüsü zamanı iddiaçıya məlumat verilib-veri lməməsi, xəbərdarlıq edilib-edilməməsi, iddiaçıya ona məxsus avadanlıqları götürməyə şərait yaradılıb-yaradılmamasına dair məlumatlar da tələb edilməli və bu istiqamətdə müvafiq məhkəmə araşdırması aparılmalıdır. Hər bir halda, hazırkı iş üzrə iddiaçıya qanuni əsaslarla verilmiş sahədə ictimai iaşə obyektlərini inşa etməsi və həmin obyektlərin sökülməsi iş materiallarında olan sənədlərlə müəyyən olunur. Belə olan halda, hazırkı iş üzrə söküntünün hansı qurum tərəfindən və hansı qaydada aparılmasının müəyyən olunması, söküntünün aparılmasının qanuniliyinin qiymətləndirilməsi və söküntü nəticəsində maddi ziyan dəyməsi məsələsinin müəyyən edilməsi zərurəti yaranır. Söküntünün aparılması nəticəsində iddiaçıya zərər vurulduğu müəyyən edildiyi halda isə dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin II bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respub likası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi Önər Yıldız Tür kiyəyə qarşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “iddiaçının tikinti obyektinin eskiz-layihəsinin tərtib olunub Memarlıq və Şəhərsaldma Baş İdarəsi ilə razılaşdırılmasını aparsa da, Memarlıq və Şəhərsalma Baş İdarə ilə razılışdırılmış tikinti pasportu almaması və tikintini qeydiyyatdan keçirməməsinə” dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın döv lət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. İddiaçıya məxsus tikililərin qiymətləndirilməsi məsələsinə gəldikdə isə, işə baxan apellyasiya instanisya məhkəməsi qeyd etmişdir ki, istinad olunan mütəxəssis qiymətləndirmələri eskiz-layihəyə söykənir və nəzəri baxımdan tərtib olunmuşdur. Kafelərə çəkilən xərclər və avadanlıqlarla bağlı siyahılara gəldikdə isə iddiaçının sadə bir kağız parçasında tərtib etdiyi, həqiqliyi qeyri-müəyyən və əsası bilinməyən həmin xərclər və alınan avadanlıqlar hüquqmüəyənedici sənədlərlə öz təsdiqini tapmır. Beləliklə də onların mötəbər sübutetmə vasitələri kimi qəbul olunması istisna olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən tikililər artıq mövcu d olmadığından, həmin tikililərə dair eskiz-layihələr vardır ki, iddiaçı tərəfindən təqdim edilmişdir. Cavabdeh tərəf isə mövcud tikililərin eskiz-layihəyə uyğun olmamasına dair hər hansı dəlil irəli sürməmiş və ya sübut təqdim etməmişlər. Hazırkı halda iddiaçıya məxsus olan tikililər söküldüyündən qiymətləndirmənin başqa cür aparılması istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkət ləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələbləri nin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia üzrə cavabdeh olmalı olan inzibati orqanı müəyyən etməli, bundan sonra isə Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla iş üzrə araşdırma aparmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2248/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-482/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-482/2020
09.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver