Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-492/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: kameral vergi qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilm əsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2243/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin 1-ci rübü üçün 12.507,10 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə təqdim edi lmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizl ik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən kameraİ vergi yoxlaması nəticəsində müəssisəyə 12507.10 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, vergi orqanı tərəfindən iddaçıya ünvanlan mış qəbul edilmiş qərarın səbəblər hissəsində qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində tərəfinizdən 2023-cü ilin 1-ci rübü yanvar, fevral, mart ayları üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olması qeyd etmişlər. Bu barədə şikayət və məktublar ilə müraciətlər edilmişdir. Lakin bu kimi halları vergi orqanı nəzərə almadan qərar qəbul etmişdir. Tərəfindən bu barədə vergi o rqanına açıqlamalar təqdim edilərək qeyd edilmişdir ki, fəaliyyəti Şadliq Evlərinin Xidmətləridir. Bununla əlaqədar olaraq şadlıq sarayında toy olan günlər işə əlavə olaraq ofisiantlar və aşbazlar cəlb edilir və tələb olunan qaydada minimum aylıq əmək haqqı məbləğindən (1 yanvar 2023-ci il tarixdən 345 manat müəyyən edilib) aşağı olmayan əmək haqqı məbləğində işçilər ilə əmək müqaviləsi bağlanır və əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınır. Toyların olmadığı günlər isə qarşılıqlı razılaşma əsasında ştatda əlavə işçilərə ehtiyac olmadığından əmək müqavilələrinə xitam verilmişdir. Bu səbəbdən məktubda göstərilən tarixdə işçi sayında azalma olmuşdur. Bu kimi hallara əsasən şadlıq sarayında toyların olmadığı dövr ərzində həmin işçilər də işə gəlməmiş və onların işdə iştirak etməmələrini sübuta yetirəcək tabel cədvəllər də təqdim edilir. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı qəbul etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərarı ləğv edilmiş və iş üzrə keçirilmiş məhkə mə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
5. Məhkəmə hesab etmişdir ki, cavabdeh kameral vergi yoxlamasının aparılması barədə sübut təqdim etməmişdir. Yəni iddiaçının Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində nəyi səhv göstərməsi (işçinin sayını və ya əmək haqqı fondunun), fərqin nə qədər olması, hansı işçilərin işləməsi barədə məhkəmə hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəmənin 08 avqust 2023-cü il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən hər iki tərəfə sübu tların təqdim edilməsi təklif edilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən həmin dövr ərzində neçə işçinin xidmət göstərməsi nə operativ vergi nəzarəti ilə, nə işçilərin izahatı, nə də ki, müqavilələr ilə təsdiq edilməsi müəyyən edilmir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2243/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və M.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və ekspertiza tədqiqatının dəyərinin - 100 (yüz) manat məbləğində prosessual xərcin X1 hesabına cavabdeh tərəfindən ödənilməsi vəzifəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixində **********526100 nömrəli işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiri ş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Fiziki şəxs İddiaçı tərəfindən toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər təqdim edilmədiyindən, baza üzrə əmək müqavilələrinə əsasən 2023-cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli "Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir.
11. Toyl arın keçirilməsinə dair qəbzlər, işçilər barəde əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Qeyd edirik ki, hesablama işçilər üzrə əməkhaqqının ölkə üzrə minimum əməkhaqqı məbləğindən az göstərilməsi nəticəsində aparılmışdır. Bildiyimiz kimi 2023-cü il ölkə üzrə minimum əməkhaqqı məbləği 345 manat olmasına baxmayaraq işəgötürən tərəfindən bu məbləğdən dəfələrlə az həddə əməkhaqqı məbləği bəyan edilmişdir. İşçilərin isə işləmədiyi günlər üzrə əmrlər təqdim edilməmiş və əməkhaqqı köçürmələri üzrə bank sənədləri təqdim edilməmişdir.
12. Həmçinin bildirir ki, vergi ödəyicisinin özünün bəyan etdiyi işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi sayından az olm uşdur.
13. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və ekspertiza tədqiqatının dəyərinin - 100 (yüz) manat məbləğində prosessual xərcin X1 hesabına cavabdeh tərəfindən ödənilməsi vəzifəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilə rin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyə ti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində gös tərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 94.0. Verginin hesablandığ ının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahis ələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ca vabdehin 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdehin iddiaçıya dair verdiyi etirazında qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) xx.xx.2023-cü il tarixində **********526100 nömrəli işçilərin sayı və əmək haqqı fondunun az əks etdirildiyi barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Fiziki şəxs İddiaçı tərəfindən toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənəd lər təqdim edilmədiyindən, mövcud əmək müqavilələrinə əsasən 2023-cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli “Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir.
20. Apellyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 21(103)-2243/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən, belə hesab etmişdir ki, “... Cavabdehin bu qərarı əsssızdır. Belə ki, cavabdeh kameral vergi yoxlamasının aparılması barədə sübut təqdim etməmişdir. Yəni iddiaçının Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcbu ri dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində nəyi səhv göstərməsi (işçinin sayını və ya əmək haqqı fondunun), fərqin nə qədər olması, hansı işçilərin işləməsi barədə məhkəmə hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəmənin 08 avqust 2023-cü il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən hər iki tərəfə sübutların təqdim edilməsi təklif edilmişdir. Həmçinin vergi orqanı tərəfindən həmin dövr ərzində neçə işçinin xidmət göstərməsi nə operativ vergi nəzarəti ilə, nə işçilərin izahatı, nə də ki, müqavilələr ilə təsdiq edilməsi müəyyən edilmir...”
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən m üəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin 1-ci rübü üçün 12.507,10 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
22. Cavabdehin qənaətinə görə iddiaçının işçiləri (şadlıq evlərində çalışan ofisiantlar) 2023-cü ilin İ rübündə (yanvar, fevral, mart) hər, yəni 90 gün işləmiş, halbuki buna dair mötəbər sübutlar yoxdur, bu səbəbdən də muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi düzgün hesablanmamışdır.
23. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə 08 avqust 2023-cü il tarixli məhkəmə qərardadı əsasında 9/6611 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspert aşağıdakı nəticəyə gəlmişdir: “Tədqiqat zamanı iş ma teriallarından göründüyü kimi, İddiaçı fəaliyyəti şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat məbləğində müəyyən edilir, o cümlədən: Muzdlu işə dair MDSS. işsizlikdən sığorta, İTS haqqları üzrə hesablamalar MDSS Hesablama (cəmi) Yanvar ayı üzrə Fevral ayı üzrə 1669,15 1121,25 Mart ayı l"17rə 1880,8 1 Rüb 4671,17 İŞS Hesablama (cəmi) İTS Hesablama (cəmi) MDSS Hesablama (cəmi) Fiziki şəxsin özünə görə İTS Hesablama (cəmi) Fiziki şəxsin özünə görə Cəmi 66,77 267,06 86,25 44,85 179,4 86,25 75,23 300,91 86,25 186,85 747,38 258,75 13,8 13,8 13,8 41,4 5905,55
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelly asiya məhkəməsi haqlı olaraq öz qərarında göstərmişdir ki, “...İddiaçı fəaliyyəti şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat müəyyən edilir...”
25. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən düzgün olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1., 23.1.1., 23.1.2., 37.1., 37.2., 37.2-1., 53.3., 94.0., 94.0.1., 94.0.2-ci maddələrin tətbiq etmişdir.
26. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, cavabdeh iddiaçının müvafiq vergi bəyannaməsində nəyi səhv göstərməsi, fərqin nə qədər olması, hansı işçilərin işləməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.
27. Bununla yanaşı işin İ cildinin 81-156 səhifələrində iddiaçı tərəfin dən məhkəməyə təqdim edilmiş şadlıq evində çalışmış işçilərin işdən öz xahişi ilə azad edilməsi və onların işə qəbulu haqqında əmrlər mövcuddur ki, həmin əmrlərdən görünür ki, həmin işçilərin böyük əksəriyyətini ofisiantlar təşkil edir, eyni zamanda az sayıda adminstratorlar, aşbazlar, kababçılar, xadimələr də var ki, bu da təbiidir.
28. Belə ki, iddiaçının fəaliyyəti növü şadlıq evlərində xidmət göstərməkdən ibarətdir.
29. Hamıya məlum olan və buna görə sübuta ehtiyac olmayan məsələdir ki, (İPM-in 1.2-ci maddəsinə istinadən, MPM-in 82.1-ci maddəsi) şadlıq evi nə restoran, nə kafedir, nə də ki, bardır, başqa sözlə toya və yaxud da başqa məclislərə sifariş olduğu zaman yuxarıda sadalanmış işçilərin fəaliyyət göstərməsinə zərurət yaranır, onlar işə qəbul olunur, ehtiyac, yəni sifarişçilər ol madığı halda, işdən öz xahişləri əsasında azad olunur, beləliklə də konkret olaraq işçilərin 2023-cü il İ rübün (yanvar, fevral, mart ayları) bütün 90 günü ərzində işləmələri praktiki şəkildə mümkün deyildir və hər halda bunun əksinin olmasına dair cavabdeh tərəfindən hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmişdir.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 21(103)-2243/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.