Məhkəmə qərarları › İş №2-1(102)-495/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-495/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-495/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; vergi ödəyicinin özünə şərti rentabellik normasının tətbiq edilməsinin yol verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisa diyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2261/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının 2021-2022-ci illərdəki fəaliyyəti nəticəsində dövriyyəsi 200.000 manatı keçdiyindən ƏDV qeydiyyatına alınmış və 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi vermək öhdəliyi yaranmışdır.

2. İddiaçı özü ilk dəfə gəlir vergisi bəyannaməsini təqdim edərkən gəlirlərini 81.664,43 manat göstərmiş, xərclərini 9.313,15 manat göstərmiş, gəlir vergisini isə 14.470,26 manat bəyan etmişdir.

3. D aha sonra iddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim edərək gəlirlərini 81.664,43 manat göstərmiş, xərclərini 68.053,69 manat göstərmiş (iddiaçının xərc sənədləri yoxdur, özü-özünə şərti rentabellik norması tətbiq etməklə xərc göstərib), gəlir vergisini isə 2.722,15 manat bəyan etmişdir.

4. Yaranmış kənarlaşma ilə əlaqədar iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir.

5. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 14470,26 manat (81664,43-9313,15)*20% (2022-ci ilin avqust-dekabr ayları üzrə onlayn NKA və Bank məlumatlarına əsasən) gəlir vergisi müəyyən edilmiş, həmin məbləğdən iddiaçı tərəfindən bəyan edilmiş 2.722,15 manat çıxılaraq 11748,11 manat əlavə vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********021000 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********021000 nöm rəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********021000 nömrəli qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 11.748,11 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********021000 nömrəli qərarı qanunsuz və əsassızdır. İddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 81.664,43 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2022-ci il üzrə gəlirlərini 81.664,43 manat, xərclərini 9.313,15 manat (o cümlədən əmək haqqı 5.185,68 manat, sosial sığorta haqları 1.982,47 manat, digər xərclər 2.145,00 manat), vergiyə cəlb edilən gəliri 72.351,28 manat, gəlir vergisini isə 14.470,26 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Qanunvericiliyin tələblərindən aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1-ci bəndində müəyyən edilmiş düstur əsasında hesablayır. Əgər iddiaçı gəlir vergisinin ödəyicisi olsaydı, onun ödəməli olduğu gəlir vergisi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilər ək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı sənəd olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Göründüyü kimi, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2.722,15 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 11.748,11 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin etirazları:

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş, 2021-ci ilin 3-cü və 4-cü rübləri (35173 manat dövriyyə) (sentyabr, oktyabr, noyabr və dekabr) 2022-ci ilin yanvar- iyul ayları üzrə onlayn NKA məlumatları (69241 manat) (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsaitinə (99403 manat) əsasən Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan gəlir vergisi üzrə kameral qaydada hesablama aparılmışdır və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair **********188500 nömrəli ƏDV bildirişi göndərilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqın da" xx.xx.2023-ci il tarixli **********545800 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 14470,26 manat (81664,439313,15)*20% (2022-ci ilin avqust-dekabr ayları üzrə onlayn NKA və Bank məlumatlarına əsasən) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********021000 nömrəli “Vergilərin, sosial sığorta və işsi zlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiklərinin əksinə, mübahisələndirilən qərar üzrə vergi məbləği qanunamüvafiq qaydada hesablanmışdır. Vergi orqanı Vergi Məcəlləsinin 23.1.1, 23.1.2, 24.0.1, 24.0.2, 37.1, 37.2, 37.1-1, 37.3-cü maddələrinə istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2-1(112)-2511/2024 nömrəli qərarı ilə(hakim N.Abıyev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********021000 nömrəli qərarını qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqq ında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2261/2024 nömrəli qərarı ilə (hakimlər P.Hüseynov - sədrlik edən və məruzəçi, K.Əkbərov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, cavabdehin 01 sentyabr 2023-cü il tarixli, **********021000 nömrəli qərarı ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Lakin iddiaçının gəlirlərinə çəkdiyi xərclərə dair sənədlərinin olmaması onun mal ların alınması ilə bağlı xərcinin olmadığını sübut etmir. İddiaçının malların alınmasına çəkilən xərcləri barədə təsdiqedici sənədləri olmadığından 2022-ci il üzrə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmalı idi. İddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün qeyd olunan Qaydalara istinad etmək hüququndan cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edil məməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququ kimi təsbit edilmişdir. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz və qanunvericilkdə də bu kimi səlahiyyət vergi ödəyicisi üçün nəzərdə tutulmamışdır. Belə ki, əksinə gəlir və xərclərin düzgün uçotunun aparılması, nəticədə buna uyğun tərtib edilmiş bəyannamələri vergi orqanına təqdim etməklə hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2001-ci il tarixli 55 saylı Qərarı ilə inzibati orqan tərəfindən şərti rentabellik normasının tətbiq edilməsinə gəldikdə isə bu cür hesablama aparılarkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını düzgün dəyərləndirməmişdir.

16. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 13.2.70, 13.2.82, 16.1.3, 16.1.3-1, 23.1.1, 71-1.1, 71-2.1, 94, 130.1, 130.2-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. b u Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X1ni keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəz ərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, ca ri vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Maddə

71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.... Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hak imiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) Maddə

130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlir in (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.... 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarma sını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.... Maddə

108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə a raşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq norma larının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********021000 nömrəli qərarın ləğv edilməsinə yönəlmişdir.

25. İşin hallarından müəyyən olunur ki, iddiaçının 2021-2022-ci illərdəki fəaliyyəti nəticəsində dövriyyəsi 200.000 manatı keçdiyindən ƏDV qeydiyyatına alınmış və onun 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən o, ilk dəfə gəlir vergisi bəyannaməsini təqdim edərkən gəlirlərini 81.664,43 manat göstərmiş, xərclərini 9.313,15 manat göstərmiş, gəlir vergisini isə 14.470,26 manat bəyan etmiş, sonradan isə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək gəlirlərini 81.664,43 manat göstərmiş, xərclərini 68.053,69 manat göstərmişdir (iddiaçının xərc sənədləri yoxdur, özüözünə şərti rentabellik norması tətbiq etməklə xərc göstərib), gəlir vergisini isə 2.722,15 manat bəyan etmişdir.

26. Cavabdeh qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya uyğunsuzluq məktubu göndərmiş, lakın iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilmədiyindən ona 11748,11 manat əlavə vergi məbləği hesablanmışdır.

27. Qeyd edilməlidir ki, dəqiqləşmiş bəyannamədə 68.053,69 manat xərc kimi göstərildiyi məbləğin xərc sənədlərinin tam olmaması iddia çı tərəfindən mübahisələndirilmir, hətta etiraf olunur. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xərc sənədləri natamam olduğundan özünə münasibətdə şərti rentabellik norması əsasında vergi hesablamaqla gəlir vergisini bəyan etmişdir.

28. Nəzərə alınmalıdır ki, qanunverici vergi orqanına bəyan edilmiş dövriyyəni azaltmaqla dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilkin bəyannamədəki məbləğlərin azaldılmasının əsaslılığını və zəruriliyini sübutetmə yükünü ilkin olaraq iddiaçının üzərinə qoyur.

29. Qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlər in, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VM-nin 16.1.3 və 16.1.7-ci maddələri).

30. Bundan əlavə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur (VM 130.1, 130.2).

31. Həmç inin qeyd edilməlidir ki, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (VM 108.1)

32. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, vergi ödəyici gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin dəqiq uçotunu aparmaq, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmək öhdəliyi daşıyır. Bu tələblər, vergi şəffaflığını təmin etmək və vergi risklərini azaltmaq məqsədilə qanunvericilikdə açıq şəkildə göstərilmişdir

33. Lakin vergi qanunvericiliyində iddiaçının özü-özunə şərti rentabellik norması tətbiq edərək gəlir və xərclərin müəyyən edilməsi və bununla bağlı müvafiq vergilərinin hesablaması qanunsuzdur. Vergi qanunvericiliyi çərçivəsində, ya lnız vergi orqanının şərti rentabellik normasının tətbiqi hüququ vardır.

34. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

35. Göründüyü kimi, Vergi Məcəlləsinin 6 7-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququ kimi təsbit edilmişdir. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz və qanunvericilkdə də bu kimi səlahiyyət vergi ödəyicisi üçün nəzərdə tutulmamışdır. Belə ki, əksinə gəlir və xərclərin düzgün uçotunun aparılması, nəticədə buna uyğun tərtib edilmiş bəyannamələri vergi orqanına təqdim etməklə hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir.

36. Belə olan halda, vergi ödəyicisi olan iddiaçı tərəfindən xərc sənədlərinin natamam olması səbəbindən özünə münasibətdə şərti rentabellik normasının tətbiq edilməsi qanunsuz olmuş, cavabdeh isə əksinə öz hüququndan düzgün istifadə edərək iddia çıya əlavə vergi məbləği hesablamışdır.

37. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli **********021000 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir.

38. Nəticə etibarı ilə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2261/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar