Məhkəmə qərarları › İş №2-1(102)-499/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-499/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-499/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş ƏDV-nin penya ilə birlikdə geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı rəyin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli 2-1(103)-2642/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən verilmiş **********6178 saylı ilkin gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 69 1490 0000 kimi göstərilmiş, həmin malların ümumi dəyəri 98.799,15 AZN bəyan edilmişdir. Lakin həmin bəyannamə gömrük orqanı tərəfindən qəbul edilməmiş, mallar sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmamışdır.

2. İddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasınd an təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 690722 9000 kimi, həmin malların ümumi dəyəri 415.312,91 manat bəyan edilmiş və həmin bəyannamə təsdiq olunmuşdur. Bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilmiş və mallar xx.xx.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. 3. “Köçürmənin aparılması haqqında” xx.xx.2018-ci il tarixli bildirişə əsasən İddiaçı tərəfindən Bakı Baş Gömrük İdarəsinin ƏDV sub-uçot hesabına 48276.36 manat məbləğində idxala görə ƏDV köçürülmüşdür

4. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********6178 nömrəli idxal gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** nömrəli alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-52/2020 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölü mündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyərək qanuni qüvvəyə minmiş və bununla bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli icra vərəqəsi verilmişdir.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli, **********148500 nömrəli çıxarışına əsasən, İddiaçı MMC xx.xx.2023-cü il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmışdır.

7. Elektron hesab səhifəsində iddiaçıya məxsus ********** nömrəli VÖEN üzrə xx.xx.2023-xx.xx.2023 dövr arasında, xx.xx.2023-ci il tarixdə məhkəmə qərarı ilə ƏDV üzrə 48276,36 AZN artıq ödəmə olması qeyd edilmişdir.

8. İddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh orqana müraciət edərək, məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 48276,36 manat artıq ödəmənin qaytarılmasını xahiş etmişdir.

9. Həmin məktuba X2 və Ödənişlər Baş İdarəsi tərəfindən verilmiş cavabda artıq ödənilmiş gömrük ödənişinin qaytarılması qaydaları izah edimişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instan siya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli Gömrük ödənişlərinin qaytarılması barədə ərizədə göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla, dövr üzrə hər gecikdirilmiş günə 0,1% penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə xx.xx.2023 cü il tarixdə cavabdehə müraciət edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən ərizədə göstərilən artıq ödəmə məbləği 48276,36 manat onlara 45 gün ərzində geri qaytarılmalı idi, lakin bugünədək həmin məbləğ onlara geri qaytarılmamışdır. Odur ki, həmin məbləğ ərizənin təqdim edildiyi gündən ödəmə günü də, daxil olmaqla dövr üzrə hər gecikdirilmiş günə 0.1 % penya ilə birlikdə (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı Qərarına əsasən) onlara geri qaytarılmalıdır. Bu barədə Dövlət Gömrük Komitəsinə ünvanladığı şikayət məktubuna da, formal cavab verərək heç bir qanuni tədbir görülməmişdir. Cavab məktubunda rəyin təqdim edilməli olduğu göstərilir, lakin, rəyin təqdim olunması üçün heç bir tədbir görülmür.

12. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən gömrük orqanına təqdim edilən **********6178 sorğu nömrəli gömrü k bəyannaməsi üzrə yaranmış gömrük borcunun 2018-ci ildə ödənildiyi və həmin müddətdən artıq 5 ildən artıq zaman keçdiyi müəyyən olunmuşdur. Həmin gömrük ödənişləri iddiaçının müraciətinə əsasən onun tərəfindən gələcək xarici iqtisadi fəaliyyətində istifadə edilə bilər.

13. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(112)-3470/2024 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçının xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsində göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də, daxil olmaqla hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 % i məbləğində penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyi cavabdehə h əvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğ xx.xx.2018-ci il tarixdə ƏDV sub-uçot hesabına köçürülsə də, həmin məbləğin artıq ödəmə kimi təsbit edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarının icrası zamanı, xx.xx.2023cü il tarixdə yaranmışdır və iddiaçı artıq ödəmə məbləğinin yarandığı gündən bir gün sonra dərhal ona həmin artıq ödənilmənin geri qaytarılması ilə bağlı müraciət ünvanlanmışdır. Göründüyü kimi, iddiaçının artıq ödəməsi xx.xx.2023-cü il tarixdə məhkəmə qərarının icrası nəticəsində müəyyən edildiyindən və o, həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən və beləliklə, o, həmin vəsait üzrə 5 illik müddəti ötürmədiyindən qeyd edilən artıq ö dəniş ona geri qaytarılmalıdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli 2-1(103)-2642/2024 nömrəli (hakimlər P.Hüseynov - sədrlik edən və məruzəçi, M.Qarayeva və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı son olaraq xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tari xdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, iddiaçı gecikdirilmiş hər gün üçün 48276,36 manat məbləğin 0,1% məbləğində faiz məbləğini tələb etməkdə haqlıdır.

18. Apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 59.3, 87.1, 87.3, 87.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na istinad etmişdir.

19. Cavabdeh hə min qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş qətnaməsindən əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən etdiyi ödənişlərin artıq olduğu qənaətində olmuşdur. İddiaçı tərəfindən artıq ödənilmiş vergilərin tutulması üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddətin ötürüldüyü iddiaçının həmin məsələ barədə məlumatlı olduğu məhkəmələr tərəfindən araşdırılmamışdır.

21. Kassator mövqeyini əsaslandırmaq üçün Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılm ası Qaydaları”nın 8.1, 8.2-ci, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinin qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. Maddə 1.0.20-ci maddəsinə əsasən gömrük rüsumları - malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. Maddə 1.0.56-cı maddəsinə əsasən vergilər - malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlərdir.

24. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödən ilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra h akimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş kürmöG“ ödənişlərinin qaytarılması Qaydaları” Bənd. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyaların ın qaytarılması Qaydaları” 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zaman da Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, f aizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanla rına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyic isinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inziba ti mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla o nunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından artıq ödənilmiş vəsaitin geri qaytarılması və bu barədə müvafiq rəyin tərtib edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələ ləri təkrarlamağa lüzum qalmır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Kassasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin tutulması üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddətin ötürüldüyü iddiaçının həmin məsələ barədə məlumatlı olduğu məhkəmələr tərəfindən araşdırılmamışdır.

37. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyannaməsinin «31. Malları təsviri» bölümündə olan «Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə%-dən çox olan, lakin 10 kütlə%-d ən çox olmayan digər lövhəciklər» adlı malların təsvirinin «33. Malın kodu» bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən infoys və ixracağçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən qanunvericiliyə uyğun olan «malların təsviri» və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur, bununla əlaqədar xx.xx.2023-cü ildə icra vərəqəsi verilmişdir.

38. İddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh orqana müraciət edərək, məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixi nə yaranmış 48276,36 manat məbləğinin qaytarılmasını xahiş etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı müraciət etdiyi tarixdə onun həqiqətən də qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mübahisə edilən məbləğdə (48276,36 manat) artıq ödəməsi mövcud olmuşdur. Belə ki, qeyd edilən məbləğ iddiaçıya məxsus ********** nömrəli VÖEN üzrə xx.xx.2023-cü il tarixdə elektron hesab səhifəsində ƏDV üzrə vərəqə hissəsində məhkəmə qərarı ilə artıq ödəmə kimi öz əksini tapmışdır.

40. Beləliklə, iddiaçının artıq məhkəmə qərarının icrası nəticəsində müəyyən edildiyindən və o, həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edildiyindən və beləliklə, o, həmin vəsait üzrə müddəti ötürmədiyindən qeyd ed ilən artıq ödəniş ona geri qaytarılmalıdır.

41. Eyni zamanda, Gömrük Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı son olaraq xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, iddiaçı gecikdirilmiş hər gün üçün 48276,36 manat məbləğin 0,1% məbləğində faiz məbləğini tələb etməkdə haqlıdır.

42. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024- cü il tarixli 2-1(103)-2642/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar