Məhkəmə qərarları › İş №2-1(102)-5/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-5/2025

19.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-5/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi) qarşı “Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004- cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının koordinatlarının mövcud vəziyyətinə uyğun TEKUİS ba zasına işləməklə dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-23/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli protokolun surətindən görünür ki, Qaradağlı Bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, X8 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. 2. ünvan 1 ü nvanladığı xx.xx.2004-cü il tarixli 12 nömrəli vəsatətindən görünür ki, Ağdaş rayon Qaradağlı kəndində yaşayan X1 torpaq islahatı aparılan zaman əsas siyahıda nümayəndəlik tərəfindən adı ailəsi ilə birlikdə qeyd olunmasına baxmayaraq texniki səhvdən irəli gələrək onun torpaqdan pay almaq hüququ pozulmuşdur. Odur ki, həmin ailənin ərizəsinin nəzərə alınmasını və hüququnun bərpa edilməsini, bu barədə lazımi sənədləşmə işinin aparılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağdaş Rayon Şöbəsinin 25 mart 2004-cü il tarixli, 38 saylı rəyindən görünür ki, Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahəsindən X8 5 nəfər ailə üzvü ilə birlikdə pay norması daxilində pay torpağı ayrılmasına etiraz etməmişdir.

4. JN- 0303 kod 90307018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1,70 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X12, İddiaçı1 Hümbət qızı, X11, X13 və X4 verilmişdir.

5. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı protokolunun nəzərə alınması, Qaradağlı kənd sakini X9 həyətyanı sahəsi nəzərə alınmaqla ona 5 nəfər ailə üzvü ilə birlikdə bələdiyyənin fonduna aid sahədən norma əsasında pay verilməsi qərara alınmışdır.

6. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 64 saylı arayışından görünür ki, təsərrüfatbaşına uçot kitabına əsasən İddiaçı1 mərhum əri X7 adına Qaradağlı kəndi ərazisində 1,70 ha pay torpaq sahəsi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır.

7. Qaradağlı rayon bələdiyyəsinin 10 fevral 2022-ci il tarixli 3 nömrəli arayışından görünür ki, İddiaçı1 mərhum əri X7 adına JN-303 saylı Dövlət Aktında təsdiq olunmuş qaydada 1,70 ha pay torpaq sahəsi Qaradağlı Bələdiyyəsinin inzibati ərazisində vardır və həmin torpaqdan hal-hazırda istifadə edirlər. Həmin torpaq sahəsinin vətəndaşın adına məhkəmə tərəfindən verilməsinə Qaradağlı Bələdiyyəsi etiraz etmir. 8. 170356 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə vəfat etmişdir.

9. İddiaçı1 cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində q eydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli məktubla müraciətin təminindən imtina edərək qeyd etmişdir ki, müraciətlə əlaqədar Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303 KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu, Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət aktlarının qeydiyyat kitabında X7 adına JN-303 nömrəli Dövlət aktı olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublik ası Qanununun 15.1.1-ci maddəsinə əsasən, Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən 1.70 ha torpaq (pay) sahəsi üzərində X7 və onun ailə üzvlərinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkünsüzdür. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiy yəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. Məlumat üçün bildirilir ki, elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X6 X18”ndə olan məlumatlara əsasən İddiaçı1 Hümbət qızının naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha pay torpaq sahəsi verilən JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi JN0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci in stansiya məhkəməsindəki icraat

11. İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının elektron adlı siyahıya, Dövlət Aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət rey estrində qeydiyyata alınması və iddiaçıların adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçıların istifadəsinə (X12, İddiaçı1, X11, X13, X10) Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.70 ha pay torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə JN:303 KOD 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. X12 ailə başçısı olmuş, o, xx.xx.2021-ci ildə vəfat etmiş, vərəsələri olaraq arvadı - İddiaçı1 Hümbət qızı, qızları - X11, X13, X10 müəyyən edilmişdir. İddiaçılar uzun illərdir ki, onlara verilən bu torpaq sahəsindən istifadə edir. Ağdaş rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 64 saylı arayışda göstərilmişdir ki, təsərrüfatbaşına uçot kitablarına əsasən, İddiaçı1 mərhum əri X7 adına Qaradağlı kənd ərazisində 1.70 ha pay torpaq sahəsi, 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Ağdaş rayon Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 saylı arayışda da eyni məlumatlar göstərilməklə, iddiaçılar tərəfindən həmin torpaq sahəsinin verildiyi vaxtdan hazıradək istifadə edildiyi qeyd olunmuşdur.

13. Cavabdehin iddia tələbinə qarşı etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq bildirmişdir ki, Ərazi idarəsinin arxiv qovluğunda saxlanılan JN-303 saylı dövlət aktının ikinci nüsxəsində qeyd olunan döngə nöqtə koordinatlarını X6ı üzrə məlumat bazasına daxil etdikdə həmin sahənin bələdiyyə mülkiyyəti, islahat uqodiyası şoranlıq olmaqla kənd təsərrüfatı təyinatlı, əkinə yararsız kimi göstərildiyi məlum olur.

14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərardadı ilə Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

15. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 25 avqust 2022-ci il tarixli, 2-1(116)-960/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair iddia qaldırılması üçün subyektiv hüquqa malik olmal arına baxmayaraq, naturada göstərilən və istifadə etdikləri 1.70 ha torpaq sahəsi JN0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

17. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və G.İ.Cavadova) 14 dekabr 2022-ci il tarixli, 21(107)-354/2022 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(116)-960/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2-1(102)- 1050/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən tə min edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2-1(107)-354/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə müəyyən edilən hallarla iddiaçıların irəli sürdükləri tələb arasında ziddiyyətlərin və uyğunsuzluqların olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallar ının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olduğu halda, bunları etməmiş, iddiaçıların tələbinin faktiki istifadə etdikləri torpaq sahəsinə, yoxsa JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sxemində qeyd olunan torpaq sahəsinə yönəldiyini müəyyənləşdirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən irəli sürülən tələb hazırkı halda aydın deyil. İş üzrə iddiaçıların təqdim etdikləri ərizə və izahatlardan məlum olur ki, iddiaçılar aqrar islahat zamanı onlara verilmiş və həmin vaxtdan istifadələrində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edirlər, eyni zamanda bu tələbin əsası kimi JN-0303 kod 903070 18 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktını təqdim edirlər. Halbuki, 1.70 ha torpaq sahəsinə dair iddiaçıların adına verilmiş JN0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sxemində göstərilən koordinatlar ilə iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, sadəcə olaraq, mütəxəssis rəyinə istinad etməklə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadədə olan və ya Dövlət aktının sxemində qeyd edilən koordinatlara uyğun olmasının, iddiaçıların hüquqi marağının təqdim etdikləri hüquqmüəyyənedi ci sənəddə göstərilən və ya faktiki istifadələrində olan torpaq sahəsinə yönəlməsinin müəyyən edilməsini zəruri edən şərt ondan ibarətdir ki, yalnız bu halda iddiaçıların mülkiyyət hüquqlarının məhkəmədə keyfiyyətli müdafiəsinə nail olmaq mümkündür. Eyni zamanda, mübahisəli (sənəd üzrə və faktiki istifadədə olan) torpaq sahəsi üzərində digər şəxslərin də hər hansı hüquqlarının mövcudluğunun olub-olmaması yoxlanılmalı, belə bir hal mövcud olduğu zaman həmin şəxslərin də hazırkı işə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi araşdırılmalıdır. Bundan başqa, hazırkı qərarın 18-ci bəndində qeyd edilən normaya əsasən, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mö vcud olan uyğunsuzluqların aradan qaldırılması halları müəyyən edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələblərinin hazırkı iş üzrə tətbiq edilməli olub-olmaması hallarını yoxlamadan, iş üzrə müəyyən edilmiş halları həmin normanın tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərilərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahə sinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının koordinatlarının mövcud vəziyyətinə uyğun TEKUİS bazasına işləməklə dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-23/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), İ.H.Şükür ov və E.Ş.Hüseynov) iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə tərəflərin iştirаkı ilə Ağdaş rayonu Qaradağlı kəndində yerləşən mübahisə predmeti olan 1.70 ha torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıların faktiki istifadə etdiyi mübahisə predmeti olan torpaq sahəsi Ağdaş rayonu Qaradağlı bələdiyyəsinə məxsusdur. Həm in torpaq sahəsindən iddiaçılardan başqa heç kim istifadə etmir və heç kim həmin torpaq sahəsini iddia etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsi həmin rəyə əlavə edilmiş yerquruluşu planına əsasən hazırda İddiaçı1 əri X7 qardaşı X14 icarəsindədir. Həmin icarə müqaviləsinin müddəti 2025- ci ilədəkdir. xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasına iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tər əfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərilərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının koordinatlarının mövcud vəziyyətinə uyğun TEKUİS bazasına işləməklə dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş iddia tələbinin dəyişdi rilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair iddia qaldırılması üçün subyektiv hüquqa malik olmalarına baxmayaraq, naturada göstərilən və istifadə etdikləri 1,70 ha torpaq sahəsi JN0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Ona görə də cavabdehin iddiaçıların müraciətinin təmin edil məsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçıların öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilməsinə və iddiaçının iddia tələbinin aydın olmasına baxmayaraq iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normal arın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

27. İddiaçı1 qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki istifadə edilən və Dövlət aktı əsasında verilən torpaq sahəsi koordinatlarının üst-üstə düşməməsi həmin sənədlərdə daha əvvəl də qeyd etdi yimiz kimi sürüşmələrin olması ilə əlaqədardır. İslahat vaxtı verilən torpaq sahələrində sürüşmələr olduğu üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında əlavə tədbirlər görülmüş, torpaq sahələri elektron baza məlumatları ilə uyğunlaşdırılmışdır. Lakin bu uyğunlaşma Ağdaş rayonunun bir çox hissəsinə şamil edilməmiş, baza məlumatlıarı yanlış işlənmiş, Dövlət Aktlarının ikinci nüsxəsi Arxiv məlumatları olduğu halda bazaya daxil edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi istifadə etdikləri torpaq sahəsinin Qaradağlı bələdiyyəsinə məxsus olduğunu, heç kimin iddiası olmadığını, lakin Dövlət Aktı ilə onlara verildiyi qeyd edilən torpaq sahəsinin İddiaçı1 mərhum ərinin qardaşı Alı Əliyevin icarəsində olduğunu bildirərək iddia tələbini əsaslı hesab e tməmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi əgər Alı Əliyevin istifadə etdiyi torpaq sahəsi onların idisə onda niyə Qaradağlı bələdiyyəsi həmin torpaq sahəsini başqa şəxsə İcarəyə verirdi? Elə özünə məxsus olduğu qeyd edilən onların istifadə etdikləri torpağı verərdi də. Deməli sürüşmə nəticəsində onlara Dövlət Aktı ilə verilən və istifadə etdikləri torpaq sahəsinin koordinatları bələdiyyə torpaqlarına aid edilmiş, dövlət aktının koordinatlarında qeyd edilən sahə belə bələdiyyə torpağı kimi qeyd edilməklə bələdiyyə tərəfindən başqa şəxsə icarəyə verilmişdir. İddiaçılara məxsus 0303 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı hazırda qüvvədədir və ikinci nüsxəsi cavabdeh orqanın Arxivində mövcuddursa və iddiaçılara başqa yerdən torpaq verilməmişdirsə onda islahat vaxtı iddiaçıla ra verilən 1.70 ha pay torpaq sahəsi hardadır? İslahatdan bu vaxtadək heç kimin iddiası olmayan və iddiaçıların istifadəsində olan həmin torpaq sahəsinə Qaradağlı bələdiyyəsinin etirazı olmadığı halda sənəd verilməməsi qanuni və ədalətli deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, sadəcə olaraq, mütəxəssis rəyinə istinad etməklə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadədə olan və ya Dövlət aktının sxemində qeyd edilən koordinatlara uyğun olmasının, iddiaçıların hüquqi marağının təqdim etdikləri hüquqmüəyyənedici sənəddə göstərilən və ya faktiki istifadələrində olan torpaq sahəsinə yönəlməsinin müəyy ən edilməsini zəruri edən şərt ondan ibarətdir ki, yalnız bu halda iddiaçıların mülkiyyət hüquqlarının məhkəmədə keyfiyyətli müdafiəsinə nail olmaq mümkündür. Eyni zamanda, mübahisəli (sənəd üzrə və faktiki istifadədə olan) torpaq sahəsi üzərində digər şəxslərin də hər hansı hüquqlarının mövcudluğunun olub-olmaması yoxlanılmalı, belə bir hal mövcud olduğu zaman həmin şəxslərin də hazırkı işə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi araşdırılmalıdır. Ali Məhkəmənin qeyd edilən tələbinə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən əməl edilməmiş, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması halları aradan qaldırılm amışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarının 18-ci bəndində qeyd edilən normanın tələblərinin hazırkı iş üzrə tətbiq edilməli olub-olmaması hallarını yoxlamadan, iş üzrə müəyyən edilmiş halları həmin normanın tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir. Halbuki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bundan başqa iş materiallarına əlavə edilmiş cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2004-cü il tarixli 02 nömrəli protokolundan görünür ki, Qaradağlı bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, ona 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. Cavabdeh orqanın həmin məktubuna əlavə olunmuş ünvan 3 ünvanladığı xx.xx.2004-cü il tarixli 12 nömrəli vəsatətində qeyd olunur ki, Ağdaş rayon Qaradağlı kəndində yaşayan X1 torpaq islahatı aparılan zaman əsas siyahıda nümayəndəlik tərəfindən adı ailəsi ilə birlikdə qeyd olunmasına baxmayaraq texniki səhvdən irəli gələrək onun torpaqdan pay almaq hüququ pozulmuşdur və lazımi sənədləşmə işlərinin aparılmasına köməklik edilməlidir. Bundan başqa cavabdehin həmin məktubuna əlavə edilmiş Ağdaş rayon AİK-nin xx.xx.2004-cü il tarixli 1 nömrəli iclas protokolunda Qaradağlı kənd sakini Məmməd Əliyevin həyətyanı sahəsi nəzərə alınmaqla ona 5 nəfər ailə üzvü ilə birlikdə bələdiyyənin fonduna aid sahədən norma əsasında pay verilməsi qərara alınmışdır. İşdə olan cavabdeh xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1.70 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş Rayon Qaradağlı bələdiyyəsinin xəritə materialları əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. Həmin məktubda məlumat üçün bildirilmişdir ki, elektron məlumat bazasında mövcud xə ritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında aparılmış düzəlişlərdən sonra müəyyən olunmuşdur ki, İddiaçı1 faktiki istifadəsində olan 1.70 ha torpaq sahəsinə verilən 0303 kod 90307018 saylı Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş rayon Qaradağlı bələdiyyəsinin xəritə materiallarında (DWG) göstərilməmişdir. İş materiallarına əlavə edilmiş və yuxarıda sadalanan sənədlərlə də təsdiq edilir ki, iddiaçılara 1.70 ha torpaq sahəsi islahat vaxtı verilmiş, həmin vaxtdan onların istifadəsindədir, heç kimin ora iddiası yoxdur və kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyəyə məxsusdur. Və Qaradağlı kəndində torpaq islahatı aparılan zaman əsas si yahıda nümayəndəlik tərəfindən iddiaçıların ailəsinin adı siyahıda qeyd olunmasına baxmayaraq texniki səhvdən irəli gələrək onların torpaqdan pay almaq hüququ pozulduğundan xx.xx.2004-cü il tarixli 02 nömrəli protokol əsasında Qaradağlı bələdiyyəsinin həmin tarixli iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınaraq ona 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. İddiaçıların islahatdan indiyədək faktiki istifadəsində olan və pay torpağı kimi verilən 1.70 ha torpaq sahəsinin bələdiyyəyə məxsus olması və kənd təsərrüfatı təyinatlı olması onlara islahat vaxtı siyahıda adları olmasına baxmayaraq verilməmiş lakin sonradan bələdiyyə ərazisindən v erilən torpaqdır və kənd təsərrüfatı təyinatlıdır. (hazırda həmin torpağın bələdiyyəyə məxsus olması torpaq bələdiyyə fondundan verildikdən sonra bazada düzəliş edilməməsidir. Fərmana əməl edilərək düzəliş edilməli idi) Şəki Apellyasiya Məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən sənədləri öz qanunsuz qərarında sadalamaqla kifayətlənmiş, hüquqi qiymət verməmiş, səhv nəticəyə gəlmişdir. Bələdiyyənin bölgüyə getmiş ərazisindən verilən pay torpağı bələdiyyə mülkiyyətində saxlanılmış, sözügedən Fərman iddiaçılara nisbətdə tətbiq edilməmiş, iddiaçıların sənədlərində baza məlumatlarında kimlərinsə səhvi ucbatından düzəlişlər edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi isə işin bu hallarına qiymət verməmiş, işi formal araşdırmış, iddia tələbinə dəqiqləşmə aparmaqla kifayətlənmiş, iddia tələbinin əsa slarını araşdırmadan, toplanan sənəd və sübutlara cəm halda qiymət vermədən işi yekunlaşmışdır. Bu da öz növbəsində qanunsuz və ədalətsiz qərar çıxarılmasına gətirib çıxarmışdır. Ağdaş Rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən və işə əlavə edilən xx.xx.2022-ci il tarixli 64 saylı Arayış, Ağdaş rayon Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 saylı Arayış və işə cəlb edilən Qaradağlı bələdiyyəsinin iddia tələbinin təmin edilməsinə etirazının olmaması nəzərə alınmamışdır. Cavabdehin tələbindən imtinası Ağdaş rayon Qaradağlı kənd ərazisi üzrə elektron xəritə bazasında (DWG) 0303 kod 90307018 saylı torpağın öz əksini tapmaması, Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq elektron adlı siyahıda və Dövlət Aktlarının q eydiyyat kitabında X7 adına 0303 nömrəli Dövlət Aktı olması barədə məlumatların olmaması göstərilmişdir. Bildirirlər ki, Elektron xəritə bazasına məlumatları onlar işləmirlər, kiminsə səhvi ucbatından bu gün mülkiyyətlərindən məhrum edilə bilməzlər və ailələrinə verilən Dövlət Aktı saxta deyil ki, onun bir nüsxəsi arxivdə tapılmasın. X16 ikinci nüsxəsi mövcud olduğu halda elektron adlı siyahıya və Dövlət Aktının qeydiyyat kitabına bu məlumatların işlənməməsi iddiaçıların təqsiri deyildir. Cavabdeh orqanın arxivində belə bu məlumatlar vardır ki, ünvan 4 ünvanladığı xx.xx.2004-cü il tarixli 12 nömrəli vəsatətində də qeyd edilir ki, texniki səhv nəticəsində ailəyə torpaqdan pay almaq hüququ pozulmuş və bu barədə lazımi sənədləşmə işlərinin aparılması xahiş olunmuşdur. Lakin hər nə səbəbdənsə bu görməzdən gəlinmiş Fərmana uyğun olaraq düzəliş edilərkən məlumatlar bazaya daxil edilməmişdir. Təsərrüfatbaşına kitabda həmin torpağın qeydi olduğu halda (iş materiallarında məlumat və məktublar var) və Reyestr İdarəsinin Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq Elektron xəritə bazasında (DWG) 0303 kod 90307018 saylı torpağın öz əksini tapmaması bunun nəticəsidir. Cavabdeh məhkəməyə həmin Dövlət Aktının mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinin tələbləri baxımından Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. b. Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 31. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı: 1.“Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki:... 2.3. X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələbl ərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəd də göstərilən ölçülərdən artıq olduqda, X6 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X6 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulm asına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkə mə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri h esab edir.

38. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağının faktiki istifadəsində olan 1,70 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsindən ibarətdir.

39. İşdə olan sənədlərdən görünür ki, Ağdaş rayon Qaradağlı kəndində yaşayan X1 torpaq islahatı aparılan zaman əsas siyahıda nümayəndəlik tərəfindən adı ailəsi ilə birlikdə qeyd olunmasına baxmayaraq texniki səhvdən irəli gələrək onun torpaqdan pay almaq hüququ pozulduğundan həmin ailənin ərizəsinin nəzərə alınmasını və hüququnun bərpa edilməsini, bu barədə lazımi sənədləşmə işinin aparılmasına köməklik göstərilməsi ilə bağlı Ağdaş RİH başçısının Qaradağlı kəndi üzrə nümayəndəsi Rayon İslahat komissiyasının sədrinə xx.xx.2004-cü il tarixli 12 nö mrəli vəsatət ünvanlamış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağdaş Rayon Şöbəsinin 25 mart 2004-cü il tarixli, 38 saylı rəyi ilə Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahəsindən X8 5 nəfər ailə üzvü ilə birlikdə pay norması daxilində pay torpağı ayrılmasına etiraz edilməmişdir.

40. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı protokolunun nəzərə alınması, Qaradağlı kənd sakini X9 həyətyanı sahəsi nəzərə alınmaqla ona 5 nəfər ailə üzvü ilə birlikdə bələdiyyənin fonduna aid sahədən norma əsasında pay verilməsi qərara alınmışdır.

41. JN-0303 kod 90307018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağ daş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1,70 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X12, İddiaçı1 Hümbət qızı, X11, X13 və X4 verilmişdir.

42. Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli protokolun surətindən görünür ki, Qaradağlı Bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, X8 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır.

43. Kollegiya qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin verilməsinin əsasında hüquqmüəyyənedici sənəd qismində Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 nömrəli Qərarın ın, yaxud Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli protokol-qərarının dayandığı hazırkı işin halları ilə müəyyən edilmir.

44. Cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303 KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu, Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət aktlarının qeydiyyat kitabında X7 adına JN-303 nömrəli Dövlət aktı olması barədə məlumatlar qeyd olunmamışdır.

45. Bundan başqa, Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. “X6 X18”ndə olan məlumatlara əsasən İddiaçı1 Hümbət qızının naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiy yə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha pay torpaq sahəsi verilən JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.

46. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirаkı ilə Ağdaş rayonu Qaradağlı kəndində yerləşən mübahisə predmeti olan 1. 70 ha torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıların faktiki istifadə etdiyi mübahisə predmeti olan torpaq sahəsi Ağdaş rayonu Qaradağlı bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahəsindən iddiaçılardan başqa heç kim istifadə etmir və heç kim həmin torpaq sahəsini iddia etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsi həmin rəyə əlavə edilmiş yerquruluşu planına əsasən hazırda İddiaçı1 əri X7 qardaşı X14 icarəsindədir. Həmin icarə müqaviləsinin müddəti 2025-ci ilədəkdir.

47. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə istinad etməklə, habelə yerli baxışın nəticəsi əsasında iddiaçının faktiki istifadə etdiyi mübahisə predmeti olan torpaq sahəsinin Ağdaş rayonu Qaradağlı bələdiyyəsinə məxsus olması nəticəsinə gəlsə də, gəldiyi nəticəni əsaslandırmamış, işin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etməmişdir.

48. Bundan başqa, apellyasiya məhkəməsi mütəxəssis rəyinə əsasən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsi həmin rəyə əlavə edilmiş yerquruluşu planına əsasən hazırda İddiaçı1 əri X7 qardaşı X14 icarəsində olduğunu qeyd etsə də, işin obyektiv həlli üçün həmin icarə müqaviləsi tələb edilməmiş, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə X14 icarəsində olan torpaq sahəsinin eyni olub-olmamasını, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə əlaqəsini araşdırmamışdır.

49. İddiaçı kassasiya şikayətində sürüşmə nəticəsində onlara Dövlət Aktı ilə verilən və istifadə etdikləri torpaq sahəsinin koordinatlarının bələdiyyə torpaqlarına aid edildiyini, dövlət aktının koordinatlarında qeyd edilən sahə belə bələdiyyə torpağı kimi qeyd edilməklə bələdiyyə tərəfindən başqa şəxsə icarəyə verildiyini qeyd etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanın tələblərinin hazırkı iş üzrə tətbiq edilməli olub-olmaması hallarını yoxlanılmamış, iş üzrə müə yyən edilmiş halları həmin normanın tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir. 51. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması halları müəyyən edilmişdir.

52. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 nömrəli qərarı əsasında JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlə t Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi, yaxud Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi araşdırılmalıdır.

53. Eyni zamanda, mübahisəli (sənəd üzrə və faktiki istifadədə olan) torpaq sahəsinin faktiki sahəsinin nə qədər olması, həmin torpaq sahəsi üzərində digər şəxslərin də hər hansı hüquqlarının olub-olmaması yoxlanılmalıdır.

54. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya bələdiyyə qərarı əsasında ona satılmış torpaq sahəsinə (sahə dəqiqləşdirilməklə) hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

55. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi müəyyən edildiyi halda məhkəmə yalnız torpaq sahəsinin ayrılmasına dair qərarın özünün mövcudluğu ilə kifayətlənməməli, həmçinin, sözügedən qərarda ayrılmış torpağın konkret ölçüsünün göstərilməsi, onun naturada harada yerləşməsini dəqiqləşdirməlidir.

56. Bununla yanaşı, qeyd edilməlidir ki, Qaradağlı bələdiyyəsinin 10 fevral 2022-ci il tarixli 3 nömrəli arayışından görünür ki, İddiaçı1 mərhum əri X7 adına JN-303 saylı Dövl ət Aktında təsdiq olunmuş qaydada 1,70 ha pay torpaq sahəsi Qaradağlı Bələdiyyəsinin inzibati ərazisində vardır və həmin torpaqdan hal-hazırda istifadə edirlər. Həmin torpaq sahəsinin vətəndaşın adına məhkəmə tərəfindən verilməsinə Qaradağlı Bələdiyyəsi etiraz etmir.

57. Ağdaş rayon Qaradağlı Bələdiyyəsinin 2 fevral 2024-cü il tarixli məktubunda da vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsinin pay torpağı kimi onun mülkiyyətinə verilməsi, əgər məhkəmə belə qərar verərsə, Qaradağlı Bələdiyyəsinin həmin qərarın icrasını təmin etməyə söz verdiyini və torpağın vətəndaşa verilməsinə etiraz etmədiyini bildirmişdir.

58. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə ar aşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə a ltına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

60. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-23/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı İddiaçı1 verdiyi kassasiya şikayətinə münasibətdə ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 mart 2024-cü il tari xli, 21(107)-23/2024 nömrəli qərarı İddiaçı1 verdiyi kassasiya şikayətinə münasibətdə ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar