Məhkəmə qərarları › İş №2-1(102)-50/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-50/2025

10.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-50/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-50/2025) (Açar sözlər: ƏDV-nin əvəzləşdirilməsinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə d air iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2024-cü il tarixli, 2-1(105)-431/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********100600 saylı qərar ilə 2023-cü ilin yanvar ayı üçün 890.810,59 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********777000 saylı qərar ilə 2022-ci ilin sentyabr ayı üçün 359,57 manat ƏDV və xx.xx.2023-cü il tarixli **********779400 saylı qərar ilə 2022-ci ilin noyabr ayı üçün 335.593,22 manat ƏDV hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********100600 saylı, xx.xx.2023-cü il tarixli **********777000 saylı və xx.xx.2023-cü il tarixli **********779400 saylı qərarlarının ləğv olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olmuş və 2017-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən 30 iyun 2017-ci il tarixdə vergi orqanına AVİS nömrəsi **********145600 olan məktubla “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat forması təqdim etmişdir. 2017-ci ildə qüvv ədə olan Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Yuxarıda qeyd olunan Məlumat Formasında da iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyini bildirmişdir. Bina tikintisi üçün podratçı təşkilat tərəfindən gördüyü işə görə təqdim edilən elektron qaimə-fakturaların dəyəri ödənildikcə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV məbləği əvəzləşdirilmiş və nəticədə şəxsi hesab vərəqəsində artıq ödənilmiş vergi məbləği formalaşmışdır. Vergi Məcəlləsinin 87-ci və 179-cu maddələrinə əsasən iddiaçı vergi orqanına ərizə ilə müraciət edərək, artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdi r. Vergi orqanı artıq ödənilmiş vergi məbləğini qaytarmamaq üçün mübahisələndirilən qərarları qəbul etmişdir. Halbuki həmin dövrdə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, hər hansı mal (iş və ya xidmət) təqdim etməmiş, bank hesabına pul mədaxil olmamışdır.

4. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, vergi ödəyicisi (iddiaçı) Quba rayonu 2-ci Nügədi kəndində daşınmaz əmlakın (otel binası) icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilmiş və bu fəaliyyətdən əldə olunan gəlirlər Məcəllənin 155-ci maddəsinə əsasən ƏDVnin məqsədləri üçün vergitutma obyekti deyildir. Həmçinin Vergi Məcəlləsinin 175.6-cı mad dəsinə əsasən, ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Vergi ödəyicisinin son 3 illik fəaliyyəti üzrə qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə sərf olunan malmaterialların alışı zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq, şəxsi hesab vərəqəsində əvəzləşdirilmiş ƏDV məbləğlərinin büdcəyə hesablanması tam əsaslıdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(118)-2869/2023 nömrəli qərarı (hakim:V.E.Əzizova) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********100600 saylı, xx.xx.2023-cü il tarixli **********77 7000 saylı və xx.xx.2023-cü il tarixli **********779400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən hər üç qərarda vergi orqanı iddiaçının daşınmaz əmlakın (otel binasının) icarəyə verilməsi fəaliyyəti ilə məşğul olduğunu və Vergi Məcəlləsinin 93.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edildiyini və bu fəaliyyətdən əldə olunan gəlirlərin Məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmadığını qeyd etmişdir. Cavabdeh vergi orqanı hesab edir ki, iddiaçı daşınmaz əmlakın icarəsi (qeyri-sahibkarlıq) fəaliyyəti ilə məşğul olduğund an otel binasının tikintisinə sərf olunan mal-materialların alışı zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsi yolverilməzdir. Cavabdeh iddiaçının daşınmaz əmlakın icarəsi ilə məşğul olması, yəni bina tikinitisi ilə məşğul olmadığının müəyyən edildiyini bildirir. Lakin bu halın nəyin əsasında müəyyən edildiyini əsaslandırmamış, ehtimal əsasında ödənilən ƏDV məbləğlərini əvəzləşdirməkdən imtina etmişdir. Bundan əlavə, iddiaçı ƏDV üzrə əvəzləşməni daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə bağlı deyil, bina tikintisi fəaliyyəti ilə məşğul olması ilə bağlı əldə etmişdir. Odur ki, vergi ödəyicisinin əmlakının icarəyə verilməsi fəaliyyətinin uçotu ayrıayrılıqda aparılmalı və həmin fəaliyyətə ayrı əməliyyat kimi baxılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi nin 12-ci maddəsinə əsasən, vergitutma elementlərindən biri də vergi dövrüdür. Kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni müvafiq olaraq 2023-cü ilin yanvar, 2022-ci ilin sentyabr və 2022-ci ilin noyabr ayında baş vermiş əməliyyatları əsas götürməli idi. 2023-cü ilin yanvar, 2022-ci ilin sentyabr və 2022-ci ilin noyabr ayında iddiaçı üçün vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, iddiaçı həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-ni çıxaraq yaranan fərqi büdcəyə ödəmi ş olsun. Lakin iddiaçının göstərilən aylarda sahibkarlıq fəaliyyəti göstərməsi, hər hansı mal (iş və ya xidmət) təqdim etməsi, bank hesablarına pul vəsaiti daxil olması işin halları ilə təsdiqlənmədiyindən vergi orqanının hesabladığı vergi məbləği əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərarlarda göstərilən hesabat aylarında iddiaçı ƏDV üzrə vergi tutulan əməliyyatlar aparmamışdır.

7. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2024-cü il tarixli, 2-1(105)-431/2024 nömrəli qərarı ilə (hakimlər: Z.İ.Məmmədov /sə drlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(118)2869/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b) kassasiy a şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrin də nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qə bul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddi anın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməklə iddia həmin hissədə rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

17. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisənin predmetini iddiaçı tərəfindən əldə edilmiş mallara (iş, xidmət) görə ƏDV-nin əvəzləşdirilməsinin qanuniliyi təşkil edir. Belə ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə mə şğul olduğunu və bu fəaliyyətdən irəli gələrək ƏDV-ni əvəzləşdirmək hüququnun olduğunu iddia edir, cavabdeh isə iddiaçının faktiki daşınmaz əmlakın kirayəsi ilə məşğul olduğunu (ƏDV cəlb edilməyən fəaliyyət) və buna görə də Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmək hüququnun olmadığını bildirir.

18. Məhkəmə kollegiyası mübahisənin predmeti ilə bağlı aşağıdakıları qeyd edir. X1 (ƏDV) mahiyyəti və onun əvəzləşdirilməsinin yolverilənliyinin hüquqi təbiəti ilə bağlı qeydlər

19. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli ol an verginin məbləği arasındakı fərqdir. Vergi Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmçinin, Vergi Məcəlləs inin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən isə bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDVyə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

20. Qeyd edilməlidir ki, əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Bu vergi istehsal və satış dövrünün müxtəlif mərhələlərində tətbiq olunur, lakin faktiki maliyyə yükü yalnız son istehlakçının üzərində qalır. Hüquqi olaraq, satıcılar ƏDV-nin daşıyıcısı deyil, toplayıcısı funksiyasını yerinə yetirirlər (əldə etdikləri ƏDV-ni dövlətə ötürürlər). Belə ki, ilk baxışdan ƏDV-ni ödəyən şəxsin satıcı olması görünsə də, əməliyyatın xarakterinin təhlili zamanı məlum olur ki, satıcı alıcı (istehlakçı) ilə dövlət arasında bir vasitəçi və ya ötürücü kimi çıxış edir. Başqa sözlə, ƏDV-ni dövlət məhz istehlakçıdan, yəni son alıcıdan tutur. ƏDV-nin mərhələli və əvəzləşdirilən xarakteri onu istehlak vergisi statusuna gətirir. Əvəzləşdirmənin əsas məqsədi – ƏDV-nin istehlak vergisi olaraq yalnız son istehlakçı üzərində q alması prinsipini təmin etməkdir. Bu səbəbdən, biznes dövriyyəsində olan ƏDV ödənişləri zəncirvari şəkildə növbəti alıcıya ötürülür və yalnız istehlak mərhələsində dövlət büdcəsinə daxil olur. Odur ki, məntiqi nəticə olaraq, əgər bir şəxs ƏDV-yə cəlb olunmayan və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, o zaman bu şəxsin, öz fəaliyyətindən ƏDV ilə satışı həyata keçirmədiyinə görə, aldığı mallar və xidmətlər üzrə ƏDV-ni əvəzləşdirmək hüququ istisna edilir.

21. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, fəaliyyəti ƏDV-yə cəlb edilməyən vergi ödəyicilərinin Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmək hüququ yoxdur. İddiaçının fəaliyyəti və onun ƏDV-ni əvəzləşdirmək hüququnun olub-olmaması

22. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı bina tikinti si fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyət kodu üzrə qeydiyyatdan keçməmişdir. Belə ki, vergi orqanında iddiaçının fəaliyyəti – “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” (55100), “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə faəliyyət” (6820002), “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200) üzrə olmuşdur.

23. Bununla yanaşı, iddiaçı 2017-ci ildə "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə" məlumat forması təqdim etmiş və sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəmədiyini bildirmişdir.

24. İddiaçı və onun mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının seçdiyi metoda əsasən o, həm bina tikintisi fəaliyy əti ilə məşğuldur, həm də onun bina tikintisi fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyətdir və bu fəaliyyət çərçivəsində əldə edilən mallara və xidmətlərə görə ödənilən ƏDV əvəzləşdirilməlidir.

25. Cavabdeh isə iddiaçının faktiki əmlak kirayəsi ilə məşğul olduğunu, yəni fəaliyyətinin ƏDV-yə cəlb edilmədiyini, bununla da ƏDV-ni əvəzləşdirmək hüququnun olmadığını bildirmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının daşınmaz əmlakın icarəsi ilə məşğul olması, yəni bina tikinitisi ilə məşğul olmadığının nəyin əsasında müəyyən edildiyini əsaslandırmamış, yalnız ehtimal əsasında ödənilən ƏDV-məbləğlərini əvəzləşdirməkdən imtina etmişdir. Bundan əlavə, iddiaçı ƏDV üzrə əvəzləşməni daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə deyil, bina tikintis i fəaliyyəti ilə məşğul olması ilə bağlı əldə etmişdir. Odur ki, vergi ödəyicisinin əmlakının icarəyə verilməsi fəaliyyətinin uçotu ayrı-ayrılıqda aparılmalı və həmin fəaliyyətə ayrı əməliyyat kimi baxılmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olmaması ehtimala deyil, fakta əsaslanır. Belə ki, iddiaçı tərəfindən tikilən binanın təqdim edilməsi (mənzillərin satılması və s.) iş üzrə sübuta yetirilmir və iddiaçı tərəfindən mübahisələndirilmir.

28. Bu hal isə iddiaçının 2017-ci ildən hazırkı vaxtadək faktiki bu fəaliyyətlə məşğul olmamasına dəlalət edir. Əksinə, iddiaçının sadəcə, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə" məlumat f orması təqdim etməsi, daha sonra isə həmin fəaliyyətə yönəlik digər hərəkətlərin edilməməsi iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olmasının ehtimala əsaslandığını göstərir. Hətta iddiaçı başlanğıcda bina tikintisi fəaliyyəti ilə məşğul olsa da belə (tikintiyə başlayarkən belə niyyəti olmuşsa da belə) nəticə etibarı ilə faktiki bu fəaliyyətlə məşğul olmamışdır.

29. Vergitutma obyektinin düzgün müəyyən edilməsi, verginin düzgün istifadə edilməsi və ƏDV əvəzləşdirməsindən sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlərə və bəyanlara deyil, əslində həyata keçirilən faktiki fəaliyyətə baxılmalıdır.

30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda nə iddiaçı bina tikintisi ilə bağlı fəaliyyət kodu üzrə qeydiyyatdan keçməmişdir, nə də həmin fəaliyyətlə faktiki məşğul olması iş üzrə sübuta yetirilmir.

31. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçı sahibkar kimi bir neçə fəaliyyətlə məşğul ola bilər və həmin fəaliyyətin uçotu ayrılıqda aparılmalıdır. Lakin hazırda iddiaçının iki fəaliyyətlə məşğul olması sübuta yetirilmir. “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat forması təqdim edilmiş olması (2017-ci ildə) iddiaçının birmənalı olaraq həmin fəaliyyətlə məşğul olması nəticəsinə gəlməyə əsas olmamalıdır. Əks mövqe, formal yanaşma ilə dövlət büdcəsinə qanuni vergilərin daxil olmasının qarşısını almış olar. Qeyd edilməlidir ki, ƏDV əvəzləşdirməsinin əsas prinsipi əvəzləşdirilən məbləğin sonrakı alıcıya ötürülməsi yolu ilə son nəticədə ƏDV-nin döv lət büdcəsinə ödənilməsini təmin etməkdir.

32. Hazırkı halda iddiaçı faktiki ƏDV tətbiq etməklə hər hansı fəaliyyətlə məşğul olmur. Bu halda ƏDV-nin əvəzləşdirilməsi qanuni hesab olunarsa, alınmış mallara görə büdcəyə ödənilməli olan ƏDV son nəticədə ödənilməmiş qalmaqla, büdcə qarşısında öhdəlik icra edilməmiş olur.

33. Beləliklə, iddiaçının faktiki fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyət deyildir və iddiaçının ƏDV əvəzləşdirmələri VM-nin 175.6-cı maddəsinə zidd olmuşdur.

34. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının gələcəkdə faktiki bina tikintisi fəaliyyəti ilə məşğul olduğu halda (mənzillər təqdim edildiyi halda) təqdim edilən mənzillərin dəyərinə müvafiq olaraq ƏDV əvəzləşdirilməsi məsələsinə yenidən baxıla bilər. Cavabdehin qəbul etdiyi inzibati aktların qanuniliyi

35. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********100600 saylı qərar ilə 2023-cü ilin yanvar ayı üçün 890.810,59 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********777000 saylı qərar ilə 2022-ci ilin sentyabr ayı üçün 359,57 manat ƏDV və xx.xx.2023-cü il tarixli **********779400 saylı qərar ilə 2022-ci ilin noyabr ayı üçün 335.593,22 manat ƏDV hesablanmışdır.

36. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənf əət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi Məcəlləsinin 37.4cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

37. Göründüyü kimi, kameral vergi yoxlaması hər iki halda: h əm vergi bəyannaməsi verildiyi halda, həm də vergi bəyannaməsi verilmədiyi halda keçirilə bilər. Əgər vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim olunarsa, bu halda kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddətlərdə keçirilməlidir.

38. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 2022-ci ilin sentyabr və noyabr aylarında müvafiq olaraq 359,47 manat (ƏDV, sentyabr 2022) və 335.593,22 manat (ƏDV, noyabr 2022) məbləğində ƏDV-ni əvəzləşdirmişdir. İddiaçı tərəfindən bu aylar üzrə sonuncu dəqiqləşmiş bəyannamə 15 mart 2023-cü il tarixli olmuş, vergi orqanı 15 may tarixində qərar qəbul etməklə VM-nin 37.2-ci maddəsinin tələbini pozmamışdır.

39. Bununla yanaşı, cavabdeh iddiaçının son 3 illik fəaliyyəti üzrə qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə sərf olunan malmaterialların alışı zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsini qanuni hesab etməmiş və 2023-ü ilin yanvar ayına 890.810,59 manat ƏDV hesablamışdır. Lakin kameral yoxlama barədə qərarın və iddiaçının təqdim etdiyi bəyannamənin məzmunundan, eləcə də tərəflərin dəlillərindən bəlli olur ki, iddiaçı 2023-cü ilin yanvar ayında hər hansı əvəzləşdirmə aparmamışdır. Odur ki, iddiaçının faktiki əvəzləşdirmə apardığı aylar üzrə təqdim edilmiş bəyannamələrə münasibətdə kameral vergi yoxlaması keçirilməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2024-cü il tarixli, 2-1(105) -431/2024 nömrəli qərarı qismən – “xx.xx.2023-cü il tarixli **********777000 nömrəli və xx.xx.2023-cü il tarixli **********779400 nömrəli qərarların ləğv edilməsi” hissəsində ləğv olunsun və həmin hissədə iddia tələbi təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2024-cü il tarixli, 2-1(105)-431/2024 nömrəli qərarı qalan hissədə (xx.xx.2023-cü il tarixli **********100600 nömrəli qərarın ləğv edilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar