Məhkəmə qərarları › İş №2-1(102)-500/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-500/2024

01.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-500/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2470/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı q əbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 1 avqust 1986-cı il tarixli qərarına əsasən X6 Donanmasının müraciətinin təmin olunaraq QXD-ya 26 Bakı Komissarı adına rayonun 29cu məhəlləsində zabitlər üçün qarajlar tikintisinə icazə verilmişdir.

2. Bakı şəhər 26 Bakı Komissarı adına rayon X3 99/9080 nömrəli, 22 may 1987-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması məqsədilə “Kaspiyets-2” kooperativinin təşkil edilməsi qərara alınmış, həmin kooperativin üzvlərinin siyahısı təsdiq edilmiş, nizamnaməsinin üzvlərinin ümumi yığıncağında qəbul edilməsi qərara alınmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 580 nömrəli, 31 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən, Səbail rayonu, F.Mehdiyev küçəsi 1 saylı yaşayış binası nda mənzili olan vətəndaşlara və F.Mehdiyev küçəsi 9 saylı ünvandakı şəxsi evin sahibinə ünvan 1 verilməsi Bakı şəhər Mənzil Kooperativ İdarəsinə həvalə edilmiş, ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kaspiyets2” Kooperativində yerləşən, İddiaçı məxsus olan 26 saylı qarajın sökülməsi nəticəsində 20.000 (iyirmi min) manat məbləğində vurulan ziyanın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 12/829 saylı Qərarı ilə Xəzər Gəmiçiliyinin zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi barədə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması üçün xx.xx.1987-ci ildə 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 98/9075 saylı Qərarı ilə “Kaspiets-1”, sonradan isə “Kaspiets-2” və “Kaspiets-3” kooperativləri təsis edilmişdir. 26 Bakı Komissarı rayonu XDS İK-nın xx.xx.1987-ci il tarixli 11/938 saylı və sonrakı müvafiq qərarları ilə kooperativlərin üzvlərinin siyahısı təsdiq edilmişdir. xx.xx.1987-ci il tarix li 6 nömrəli Protokoldan görünür ki, X2 və digərləri “Kaspiets-2” kooperativinə üzv qəbul edilmişdir və onun adına 26 nömrəli order verilərək qaraj ayrılmışdır.

6. Daha sonra isə X1 və İddiaçı xx.xx.2003-cü il tarixli ərizələri nəzərə alınaraq Y.Yevqeniyeviçin əvəzinə İddiaçı “Kaspiets-2” kooperativinə üzv qəbul edilmiş, həmçinin Y.Yevqeniyeviçə ayrılmış qarajın əvəzi (********** manat) İddiaçı tərəfindən ödənilməklə 26 nömrəli qaraj İddiaçı adına keçirilmişdir. Bununla bağlı İddiaçı adına 26 nömrəli arayışorder verilmişdir. Elə həmin vaxtdan da iddiaçı kooperativin üzvü olaraq həmin ərazidə tikilmiş qarajın mülkiyyətçisi və qanuni istifadəçisi olmuşdur. “Kaspiets-1” kooperativi üzrə 29 ədəd, “Kaspiets-2” kooperativi üzrə 70 ədəd, “Kaspiets-3” kooperativi üzrə 20 ədəd, cəmi 119 qaraj mövcu d olmuşdur. Qeyd edildiyi kimi iddiaçı qarajın qanuni əsaslarla istifadəçisi olmuşdur. Bu Bakı şəhəri 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 263 saylı, “A" seriyalı arayış-orderlə tam təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən iddiaçı “Kaspiyets-2” kooperativinin payçısıdır. Azərbaycan Respublikası Prezidentinin X4 yaradılması ilə bağlı xx.xx.2007-ci il tarixli 2504 N nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2008-ci il tarixli 580N-H sərəncam vermişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncamı icrası ilə əlaqədar olaraq iddiaçının qanuni əsaslarla istifadəsində olmuş qaraj sökülmüş və ona bununla bağlı kompensasiya ödənilməmişdir. İddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən və ona bununla bağlı hər hansı kompensasiya məbləği ödənilmədiyindən, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin, onun müraciətinə hər hansı cavab verilməmişdir. Həmçinin, “Kaspiyets-2” kooperativinin payçıları olan digər fiziki şəxslər tərəfindən məhkəmədə iddialar qaldırılmış və məhkəmə qərarları ilə onların iddiaları qismən də olsa təmin edilmişdir. Məhkəmələr tərəfindən qarajların hər bir kv.m b azar dəyəri 300 manat təşkil etsə də, keçən müddət ərzində manatın 2 dəfə devalvasiya olunması və hal-hazırda davam edən inflyasiya nəzərə alınaraq iddiaçıya məxsus, sahəsi 31,1 kv.m olan qarajın sökülməsi nəticəsində ona ən azı 20.000 (iyirmi min) manat dəyərində ziyan dəymişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, “Kaspiets-2” kooperativinin V.Yakovlevin üzvlükdən çıxarılması, onun əvəzinə İddiaçı “Kaspiets-2” kooperativinə üzvlüyə qəbul edilərək ona 26 nömrəli boksun ayrılması barədə 90/03 nömrəli xx.xx.2003-cü il tarixli protokolu “Kaspiets2” kooperativinin sonu ncu qanuni təmsilçisi “A.Eldarxanov” tərəfindən imzalanmışdır.

9. İddiaçının kooperativ üzvlüyünə qəbulu xx.xx.2003-cü il tarixli protokol əsasında həyata keçdiyi halda adına A seriyalı 26 nömrəli arayış-order X1 üzvlüyə qəbul edilməsi barədə olan Səbail rayon İcraiyyə Komitəsinin 31/3248 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına istinadən verilmişdir. Həmçinin, işdə olan xx.xx.2003-cü il tarixli protokol “Kaspiets-2” kooperativinin rəhbəri “A.Kuzmenko” tərəfindən imzalanmadığı və kooperativin möhürü ilə təsdiq edilmədiyi (“A.Eldarxanov” tərəfindən imzalandığı) halda iddiaçının adına olan arayış-order “Kaspiets2” kooperativinin keçmiş rəhbəri “A.Kuzmenko” və komendant “B.Dubrovin” tərəfindən imzalanmışdır.

10. Nəhayət, iş materiallarında iddia olunan 26 nömrəli qarajın texniki göstəricilə rini ifadə edən sənəd-plan (sxem) əlavə edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2023-cü il tarixli **********11 nömrəli məktubundan da müəyyən olunur ki, “Kaspiets-2” kooperativinə aid 26 saylı qaraja dair daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanda texniki pasport aşkar edilməmişdir. Beləliklə, kompensasiya tələb edilən Kaspiets-2” kooperativinə aid 26 saylı qarajın iddiaçının istifadəsinə verilməsi ilə bağlı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, iddia olunan qarajın daş tikili olmaqla, ölçüsü, texniki parametrləri, yerləşdiyi yer (cizgi) göstərilməklə əmlakın naturada mövcud vəziyyətdə mülki dövriyyənin obyekti olmasını təsdiq edən texniki pasportu təqdim edilməmişdir.

11. İddiaçı həmin qərardan apell yasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2470/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və A.İmanov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a ) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya tələb edilən “Kaspiets-2” kooperativinə aid 26 saylı qarajın iddiaçının istifadəsinə verilməsi ilə bağlı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, iddia olunan qarajın daş tikili olmaqla, ölçüsü, texniki parametrləri, yerləşdiyi yer göstərilməklə əmlakın naturada mövcud vəziyyətdə mülki dövriyyənin obyekti olmasını təsdiq edən texniki pasportu təqdim edilməmişdir.

16. İddiaçı “Kaspiets-2”koperativinə üzvlüyü ilə bağlı DƏDKR-də çıxarışı vardır. Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı “Kaspiets-2” kooperativinə üzvlüyü ilə bağlı DƏDKR-də çıxarışının olması təkzibedilməz faktdır və onun sözügedən qaraja dair mülkiyyət hüququ tanınmalıdır. 17. “Kaspiets-2” kooperativinə aid 26 saylı qarajın mülki dövriyyədə obyekti olubolmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 580N-H nömrəli sərəncam ı ilə iddiaçının qanuni əsaslarla istifadəsində olmuş sökülmüş qarajla bağlı kompensasiya ödənilməlidir ki, həmin mübahisə ilə bağlı analoji məhkəmə qərarları mövcuddur.

18. İnzibati orqan tərəfindən sökülmüş əmlakla bağlı kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq məhkəmə qərarların olması və buna oxşar mübahisə ilə iddia verilməsinə baxmayaraq birinci instansiya, apellyasiya məhkəməsi iddianın təmin etməməsi ilə Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanununun tələbləri pozulmuşdur. Belə ki, digər vətəndaşlar inzibati orqan tərəfindən sökülmüş əmlakla dair kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət, bərabərlik hüquqları və Hüquq və azadlıqların inzib ati və məhkəmə təminatı pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillə rini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

27. Hazırkı kassasiya baxışının predmetini təşkil etməsi baxımından, iddiaçının iddia tələbi “Kaspiets-2” kooperativinin üzvü olaraq onun sözügedən ərazidə 26 saylı qarajın qanuni əsaslarla istifadəçisi olduğunu, Bakı Şəhər İcra Hakimiyyətinin adıçəkilən xx.xx.2008-ci il tarixli, 580N-H sərəncamının icrası ilə əlaqədar həmin qarajın söküldüyünü, bununla bağlı kompensasiya ödənilmədiyini iddia edərək qarajın sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın ödənilməsinə yönəlmişdir.

28. Qanunvericiliyin yuxarıda isti nad olunan normaları baxımından, kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etmə yi zəruri hesab edir.

31. Qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir.

32. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri mütənasib yük qoyub-qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.

33. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün ol araq belə qənaətə gəlmişdir ki, işdə olan xx.xx.2003-cü il tarixli protokol “Kaspiets-2” kooperativinin rəhbəri “A.Kuzmenko” tərəfindən imzalanmadığı və kooperativin möhürü ilə təsdiq edilmədiyi (“A.Eldarxanov” tərəfindən imzalandığı) halda iddiaçının adına olan arayış-order “Kaspiets2” kooperativinin keçmiş rəhbəri “A.Kuzmenko” və komendant “B.Dubrovin” tərəfindən imzalanmışdır.

34. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, 26 nömrəli qarajın texniki göstəricilərini ifadə edən sənəd plan (sxem) əlavə edilməmişdir. Bununla yanaşı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq “Kaspiets-2” kooperativinə aid 26 saylı qaraja dair daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanda texniki pasport aşkar edilməmişdir.

35. Göründüyü kimi məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sökülən ərazidə iddia olunan qaraja dair mülkiyyət hüququnun və ya “qanuni gözləntisi”nin olmadığı işin faktiki halları ilə müəyyən edilir.

36. Bundan başqa hazırkı işin 23-cü səhifəsinə əlavə edilmiş ərizədə Y.Yevqeniyeviçə ayrılmış qarajın əvəzi 1.500.000.000 (bir milyon beş yüz min manat) İddiaçı tərəfindən ödənilməklə, 26 nömrəli qaraj İddiaçı adına keçirildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ərizədə qeyd edilmiş məbləğ rəqəmlə 1.500.000.000 - 1 milyard beş yüz milyon manat, lakin mötərizədə hərflə bir milyon beş yüz min manat yazılmışdır. Belə ki, qeyd edilən məbləğin özündə də anlaşılmazlıq olduğu müəyyən edilmişdir.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2470/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar