Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-500/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərə görə kompensasiya ödənilməsi 18.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində dəymiş real zərərin məbləği 39592 manat, bank faizinin uçot dərəcəsinin məbləği 65145 manat, mənəvi zərərin məbləği 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər 500 manat, ekspertiza xərcləri 200 manat olmaqla, cəmi 115437 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2879/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)2276/2015 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, X20, X11, X27, X21, X16, X24, X22, X25, X23, X17, X6 və X2 Bakı şəhəri, Xətai rayonu, Babək prospe kti, 78 saylı evin 178 sayıl mənzilindən çıxarılması, qətnamənin Laçın rayonundan məcburi köçkün olan X7, X3, X18, X8, X4, X12, X9, X13, X10, X5, X1 və X2 Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsas olması qət edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)1509/2018 nömrəli qərardadı ilə icra sənədi üzrə tələbkarın (hazırkı iş üzrə iddiaçı) ərizəsi təmin edilmiş, Xətai rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)-2276/2015 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2018-ci il tarixli, 8(1 03)-820/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh münasibət bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi və Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, kompensasiya ödənilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən ev 19 dekabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. 28 ildən artıq müddətdir ki, borclular, Laçın rayonundan məcburi köçkün olan X20 və ailə üzvləri onun mülkiyyətində olan mənzili zəbt edib və bu günə kimi orada yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-188 nömrəli, 12 yanvar 1998-ci il tarixli, 2(011)-3007/2008 nömrəli, xx.xx.2008-ci il tarixli və 2(011)-2276/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli qətnamələri ilə iddiaçılar T.A.Mehdiyev, S.S.Quliyev və İddiaçı cavabdehlər A.M.Həsənova və digərlərinə qarşı mənzildən çıxarılmasına dair iddiası təmin edilmiş, Asif Həs ənovun və onun ailə üzvlərinin Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, hazırki qətnamə Laçın rayonundan məcburi köçkün olan X7 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-1509/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” barədə ərizəsi təmin edilmiş və Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.20155-ci il tarixli, 2(011)-2276/2015 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilm işdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)820/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmışdır. Baxmayaraq ki, borcluların mübahisəli mənzildən çıxarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin üç qanuni qüvvəyə minmiş qətnaməsi vardır, 23 ildən artıq (1998-ci ilin yanvar ayından bu günə kimi) bir müddətdir ki, həmin məhkəmə qətnamələri icra olunmur, borclular ona məxsus mənzili zəbt edərək uzun müddətdir ki, orada qanunsuz olaraq yaşayır və bununla da, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Xətai rayon İcra şöbəsi məhkəmə aktı əsasında verilən icra sənədini 23 ildən artıq müddət ərzində icra etməmiş və bunun üçün hər hansı konkret hərəkət həyata keçirməmişdir. Digər tərəfdən, Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən də bu 23 il ərzində 3 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi üçün heç bir tədbir görülməmiş, Laçın rayonundan məcburi köçkün olan A.M.Həsənovun ailəsinə hər hansı yaşayış sahəsi ayrılmamış və onlar bu günə kimi mənzillə təmin edilməmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmədiyinə görə, ona və ailəsinə vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməlidir. "xxxx" MMC-nin 16 avqust 2021-ci il tarixli, 213 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 78 saylı evin 178 saylı mənzilinin hazırkı respublikadaxili orta bazar qiyməti 86000 manat, bir aylıq kirayə haqqının orta bazar qiyməti isə 392 manat müəyyən edilir. Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, əmlakdan məhrum olduğuna (86 min manat) və bu 6 il 6 ay ərzində məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə (özü, həyat yoldaşı və azyaşlı uşaq) kirayədə yaşadığına görə (78 ay x 392 manat = 30576 manat) ailələrinə 116576 manat məbləğində maddi ziyan (real zərər) dəymişdir. Digər tərəfdən, cavabdehlərin bu 6 il 6 ay ərzində məhkəmə qətnaməsinin icra edilməsini gecikdirdiyinə görə, ona məxsus əmlakın dəyərinin məbləğindən faizlər ödənilməlidir. 19 mart 2021-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi 6.25 % təşkil edir. Cavabdehlərin 2015-ci ilin aprel ayından 2021-ci ilin noyabr ayına kimi ona məxsus dəyəri 86000 manat olan mənzilin qaytarılmasını gecikdirdiyinə və məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinə görə, həmin əmlakın dəyərinin 6,25 % məbləğində - hər il üçün 5375 manat, 6 il 6 ay üçün 34937,50 manat məbləğində pul cavabdehlərdən tutulub onun xeyrinə ödənilməlidir. Eyni zamanda, Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri nəticəsində ona və yaxınlarına mənəvi zərər dəymişdir, çünki bu müddət ərzində ailələri mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdehlər tərəfindən ailələrinə vurulmuş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 25 yanvar 2022-ci il tarixli 2-1(112)-3850/2022 nömrəli qərardadı ilə iddia mü mkün sayılmamışdır.
9. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 04 may 2022-ci il tarixli, 21(103)-1515/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) 1 3 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1386/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, G.T.Axundova və M.Ə.Rüstəmli) 02 mart 2023-cü il tarixli, 2-1(103)-813/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi nin qərardadı qismən – Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat 14. 9542 İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 15 dekabr 2023-cü il tarixli, 2-1(112)-3654/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində ona ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödəni lməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Məhkəmə işin istinad olunan hallarına əsasən qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətlər “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur.
16. İddiaçı həmin qərardan a pellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiya məhkəməsində üçüncü icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və E.Ə.Əliyev) 04 sentyabr 2024-cü il tarixli, 21(103)-2879/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).... Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) də yişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norm alarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilmədiyi 6 il 6 ay ərzində ailəsi ilə birlikdə kirayədə yaşadığına görə və qətnamənin vaxtında icra edilməməsinə görə ona dəymiş zərərin ödənilməsindən ibarətdir.
30. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ o nun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.
31. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati orqanın mülki məsuliyy ətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
33. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qe yri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
34. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
35. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
36. Hazırkı iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktı imza edənlər - Xətai Rayon Məhkəməsinin iş icraçısı X19, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektorun məsləhətçisi X14, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78 ünvanında yerləşən 178 saylı mənzilin sahibi İddiaçı, həmin mənzildə məskunlaşmış Laçın rayonundan məcburi köçkün X27 bu aktı tərtib etmişlər ondan ötrü ki, Həsənov Natiq zəbt etdiyi yuxarıda qeyd olunan 178 saylı mənzili öz sahibi İddiaç ı təhvil vermişdir.
37. Görünüdüyü kimi, həmin ünvanda məskunlaşmış şəxslərin Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən digər mənzilə köçürülməsi nəticəsində mənzilin mülkiyyətçisinə təhvil verilməsi mümkün olmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir.
39. Belə ki, məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra h ərəkətləri “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. İşin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmir.
40. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. İddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş v ə bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İddiaçının cavabdehin qanunsuz hərəkətinə (hərəkətsizliyinə) görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2879/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.