Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-504/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın əsaslandırılmaması, şərti rentabellik normasının birbaşa tətbiqi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarə t tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)396/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx. 2022-ci il tarixli, **********161990 nömrəli qərarının qismən, ƏDV üzrə 204705,14 manat artıq hesablanma hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2-1(118)801/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərarı “89898,62 manat ƏDV və 1169338,37 manat mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024cü il tarixli, 2-1(105)-396/2024 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr iddianı təmin edərkən qeyd etmişdirlər ki, iddiaçı barəsində həyata keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması ilə 2018-2020-ci illərə aid mənfəət vergisi üzrə 1182236,65 manat, 2018 və 2020-2021-ci illərə aid ƏDV üzrə 129265,66 manat, 2020-ci ilə aid əmlak vergisi üzrə 925,90 manat, 2020-ci ilə aid ödəmə mənbəyindən tutulan vergi üzrə 1580,78 manat əlavə vergi məbləği hesablanmış və bunlara müvafiq olaraq maliyyə sanksiyası tətbiq edilmiş, bundan başqa müvafiq dövrlər üzrə əlavə dəyər vergisinin və ödəmə mənbəyində tutulan vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş və nəticədə iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə predmeti olan qərar məhz növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Qeyd edilməlidir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilməsələr də, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanı istisna edilmir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh “Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151764 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə qanunvericiliyin tələbləri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
5. Cavabdeh, həyata keçirdiyi hesablamaları iddiaçı tərəfindən müvafiq hesabat dövrləri ərzində ƏDV üzrə vergitutulan əməliyyatların və əvəzləşdirilən ƏDV məbləğlərinin vaxtının və məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı cavabdeh yoxlanılan dövrün ƏDV-si üzrə hesablama apararkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində qeyd edilənlərə əsasən vergi orqanı xx.xx.2018-ci il tarixli, HU 754885 nömrəli elektron vergi hesab-faktura üzrə aparılmış 375226,88 manat məbləğində əməliyyatı 2018-ci i lin oktyabr ayının vergi tutulan dövriyyəsinə daxil etmiş və nəticədə iddiaçıya 67540,83 manat ƏDV məbləği hesablamışdır. Halbuki, qeyd olunan xx.xx.2018-ci il tarixli, HU 754885 nömrəli elektron vergi hesab-faktura üzrə aparılmış 375226,88 manat məbləğində əməliyyat iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş vergi bəyannaməsində vergitutulan dövriyyəyə daxil edilərək vergi hesablanmış və həmin hesabat dövrü cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********168122 nömrəli qərarına əsasən təyin edilmiş əvvəlki səyyar vergi yoxlaması ilə əhatə olunaraq, müvafiq hesabat dövrü üzrə təqdim edilmiş vergi bəyannaməsinin düzgünlüyü həmin yoxlama ilə təsdiq edilmişdir. Bu isə, o deməkdir ki, cavabdeh vergi orqanı 375226,88 manat mə bləğində vergiyə cəlb edilən əməliyyatı həm 2018-ci ilin sentyabr, həm də oktyabr aylarına aid etməklə, iddiaçıya 67540,83 manat ƏDV məbləğini iki dəfə hesablamışdır. Digər tərəfdən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə vergilərin yenidən hesablanması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət bitmişdir. Nəticə etibarilə, hətta 375226,88 manat vergiyə cəlb edilən dövriyyə 2018-ci ilin oktyabr ayının dövriyyəsi olsa belə, həmin dövriyyə 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilmiş, həmin bəyannamənin doğruluğu vergi orqanı tərəfindən təsdiq edilmiş və hesabat dövrü üzrə vergilərin yenidən hesablanması ilə bağlı müddət də bitmişdir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiy i mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göstərilənlərə əsasən səyyar vergi yoxlaması nəticəsində 2018-ci ilin oktyabr ayı üzrə müəyyən edilmiş 375226,88 manat məbləğində vergiyə cəlb edilən əməliyyat və ona müvafiq olaraq hesablanmış 67540,83 manat ƏDV məbləği vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
6. Bundan başqa səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən yoxlanılan hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 252223,58 manat dövriyyə üzrə əvəzləşdirilmiş 45400,25 manat ƏDV məbləği vergi orqanı tərəfindən etibarsız hesab edilərək bərpa edilmişdir. Lakin məhkəmə araşdırması zamanı ekspertiza tədqiqatına müvafiq olaraq iddiaçı tərəfindən alınmış və ya idxal edilmiş malların dəyərinin və ƏDV məbləğinin qanun la müəyyən edilmiş qaydada ödənildiyi müəyyən edilmişdir ki, bu da, əvəzləşdirilmiş 45400,25 manat ƏDV məbləğinin vergi orqanı tərəfindən etibarsız hesab edilərək bərpa edilməsinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığını göstərir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023cü il tarixli, 9/626 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində iddiaçı tərəfindən elektron qaimə-faktura (elektron vergi hesab-faktura) əsasında alınmış ümumilikdə 31909043,40 manat məbləğində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız qaydada bank hesabı vasitəsilə, 5743627,80 manat məbləğində ƏDV məbləğinin isə ƏDV sub-uçot hesabı vasitəsilə, həmçinin idxal edilmiş 325516,03 manat məbləğində malların dəyərinin tam ödənildiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunan ekspert rəyinə əsasən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarla yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə hesablanmış 89898,63 manat ƏDV məbləğinin düzgünlüyü müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar hesablanmış 89898,62 manat əlavə dəyər vergisinə münasibətdə əsassız olmuşdur.
7. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçının 2018-2021-ci illər üzrə ödəməli olduğu mənfəət vergisi onun gəlirləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması nəzərə alınmaqla müəyyən edilmiş və nəticədə iddiaçıya 2018-ci il üzrə 375811,61 manat, 2019-cu il üzrə 483440,83 manat, 2020-ci il üzrə 322984,21 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh apardığı hesablamanı belə əsaslandırmışdır ki, yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçı vergi uçotunu 2018-ci il üzrə kassa metodu ilə apardığı halda, 2019-cu il üzrə hesablama metoduna dəyişdirmiş və cavabdeh Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı 2018-ci ilin sonuna olan 1373229,92 manat debitor borc məbləğini 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlirə daxil edərək vergiyə cəlb etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də cavabdeh yoxlama zamanı göstərilən debitor borc məbləğini 2019-cu il üzrə vergiyə cəlb edilən ümumi gəlirə daxil edərək əlavə vergi məbləği hesablamışdır. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş digər üsulları tətbiq etmək hüququndan imtina edərək birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi vergi qanunvericiliy in tələblərinə ziddir və bu cür metodla aparılmış hesablama qanuni sayıla bilməz. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2018-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı vergi ödəyicisinin gəlirlərə və xərclərə dair müvafiq təsdiqedici sənədlərinin mövcud olduğu müəyyən edilmiş və həmin sənədlər əsasında iddiaçının 2018-2020-ci illər üzrə ödəməli olduğu mən fəət vergisi hesablanmışdır.
8. Bundan başqa, vergi uçotu metodunun kassa metodundan hesablama metoduna dəyişdirilməsi ilə bağlı 2018-ci ilin sonuna olan 1373229,92 manat debitor borc məbləğinin 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlirə daxil edilərək vergiyə cəlb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2019-cu il tarixə 1373229,92 manat debitor borcunun olduğu müəyyən edilmədi və vergi orqanı buna dair hər hansı mötəbər təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Digər yandan, cavabdeh vergi orqanı uçot metodu dəyişdirildiyi üçün iddiaçının debitor borclarını müəyyən edərək gəlirlərə aid etdiyi halda, iddiaçının xərclərə salınmalı olan kreditor borclarını araşdırmamışdır. Halbuki, uçot metodu kassa metodundan hesablama metoduna dəyişdirilərkən vergi ödəyicisinin əvvəlki metod üzrə kredit borcları yeni metod üzrə gəlirləri, kreditor borcları isə yeni metod üzrə xərcləri kimi qiymətləndirilir. Cavabdeh iddiaçının vergi uçotu metodunun dəyişdirilməsi əsası ilə debitor borclarını müəyyən etsə də, kreditor borclarını müəyyən etmədiyindən və eyni zamanda, debitor borclarını necə müəyyən etdiyini də məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən, bu əsasla iddiaçıya hesablanmış əlavə vergi məbləği əsassız olmuşdur. Beləliklə, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar hesablanmış 118226,65 manat mə nfəət vergisinə münasibətdə 12898,28 manat hissə istisna olmaqla, qalan hissədə əsassız olmuşdur.
9. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçının 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə 185179,90 manat məbləğində əmlakı (əsas vəsaitləri) olduğu halda, 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi təqdim etmədiyindən, ona Vergi Məcəlləsinin 202.1.1-ci maddəsinə müvafiq olaraq 925,90 manat əlavə vergi məbləği hesablanmışdır. Göstərilən hesablama ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən 2020-ci il üzrə əmlak vergisi bəyannaməsinin qanunla müəyyən edilmiş qaydada təqdim edilmədiyi və nəticədə 925,90 manat əmlak vergisinin azaldıldığı müəyyən edildi. İddiaçı isə öz növbəsində qeyd olunan hesablamanın əsassızlığına dair hər hansı sübutu məhkəm əyə təqdim edə bilməmişdir. Beləliklə, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar 925,90 manat əmlak vergisinin hesablanması hissəsində əsaslı olmuşdur.
10. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçı tərəfindən 2020ci ilin 2-ci və 3-cü rübləri üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələrdə kənarlaşma müəyyən edilmişdir. Belə ki, göstərilən hesabatlarda hesabat dövrlərinin müvafiq ayları üzrə bəyan edilmiş muzdlu işçilərin gəlir lərinin məbləği ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında olan göstəricilər arasında fərq yaranmış və həmin kənarlaşmaya müvafiq olaraq iddiaçıya məcburi dövlət sosial sığorta haqları və işsizlik sığortası haqları üzrə ümumilikdə 1580,78 manat əlavə sığorta haqqı hesablanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı, təqdim edilmiş hesabatlar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında əmək haqqı məbləğləri ilə bağlı olan göstəricilər arasında yaranmış kənarlaşmanın və həyata keçirilmiş 1580,78 manat hesablamanın əsassızlığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar 1580,78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması hissəsində əsaslı olmuşdur.
11. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçı 2018-ci il üzrə 221963,40 manat, 2019-cu il üzrə 292331,70 manat ƏDV məbləğini gec ödədiyinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq, ümumilikdə 257147,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı olaraq cavabdeh səyyar vergi yoxlaması aktında öz əksini tapmış 2018-ci il üzrə 221,963.40 manat, 2019-cu il üzrə 292331,70 manat ƏDV məbləğlərinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə dair təsdiqedici cədvəli məhkəmə yə təqdim etmiş və iddiaçı, həmin cədvəldə olan məlumatların düzgünlüyünü təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
12. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən 120 manat maliyyə sanksiyası tətbiq edilmiş və məhkəmə araşdırması zamanı qeyd olunan bəyannamələrin faktiki olaraq iddiaçı tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar ƏDV-nin gec ödənilməsinə görə tətbiq edilmiş 257147,55 manat, hesabatl arın gec təqdim edilməsinə görə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası hissəsində əsaslı olmuşdur.
13. Cavabdeh “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərarında mənfəət, əmlak vergisi, ƏDV və məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqları hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi və məhkəmə araşdırması üzrə gəlinən nəticə inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2018-2020-ci illər üzrə 1169338,37 manat mənfəət vergisinin və 2018-2021ci illərin müvafiq ayları üzrə 89898,62 manat ƏDV-nin əsassız hesablanmasını m üəyyən edir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə alınmış xx.xx.2023-cü il tarixli, 9/626 nömrəli ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas mövcud deyil. Həmçinin məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyin müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 12898,28 manat mənfəət vergisinin, 925,90 manat əmlak vergisinin, 1580,78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının qanuna uyğun olması qənaətinə gəlir. Eyni zamanda, məhkəmə mübahisələndirilən qərar ilə ƏDV məbləğlərinin gec ödənilməsinə görə tətbiq edilmiş 257147,55 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə tətbiq edilmiş 120 manat maliyyə sanksiyalarının da qanuna uyğun olması nəticəsinə gəlir. Qeyd olunanlara əsasən ca vabdehin xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərarı qismən, yəni 89898,62 manat ƏDV və 1169338,37 manat mənfəət vergisinin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna ziddir. Mübahisələndirilən inzibati akt (xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əsas vergi borcu və maliyyə sanksiyasını) ödəmək öhdəliyi yaradır.
14. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
16. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməs i məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasi bət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilm işsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
17. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təc rübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri gözlənilmədən qəbul edilən yoxlamanın keçirilməsi haqqında qərar artıq formal-hüquqi baxımdan qüsurlu sayılır. İlk növbədə qeyd edilməlidir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə b ilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçiril məsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə, aşağıdakı səbəblərdən irəli gəlir. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunveri ciliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətləri ndən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlə rin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparı lmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)751/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1089/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2429/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2106/2024 nömrəli qərarları).
19. Həmçinin vahid məhkəmə təcrübəsinə əsasən, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əl də etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa söz lə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hes ablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcə lləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)943/2024 nömrəli qərarları).
20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərar ının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-396/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.