Məhkəmə qərarları › İş №2-1(102)-505/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-505/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-505/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarə t Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisnin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-633/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********379000 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində vergi ödəyicisi İddiaçı (**********) ri skli vergi ödəyicisi hesab edilmiş və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsini qərara almışdır.

2. Qərar onunla əsaslandırılmışdır ki, qarşılıqlı əməliyyat apardığı vergi ödəyicisində xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı qeydiyyata qoyulmuş təsərrüfat subyektinin real olmadığı müəyyən edilmiş, bu səbəbdən təqdim olunmuş cəmi 60311 manat dəyərindəki qaimələr əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisnin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarı nın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müəssisə olaraq xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis olunmuş, fəaliyyət göstərdiyi müddət ərzində nümunəvi vergi ödəyicisi olmuş, əsas iqtisadi fəaliyyəti mebel avadanlıqlarının idxalı və ölkə ərazisində satışıdır. Fəaliyyəti çərçivəsində kifayət qədər dövlət büdcəsinə vəsait ödəmiş, ölkənin iqtisadi cəhətdən inkişafının bir hissəsi olmuşdur. Lakin, onun fəaliyyətinə maneə olmaq istəyən cavabdeh xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul etmişdir. Qərarda əsas olaraq “Qarşılıqlı əməliyyat apardığını: vergi ödəyicisində xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarə t tədbiri zamanı qeydiyyata qoyulmuş təsərrüfat subyektinin real olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq tərəfindən təqdim olunmuş cəmi 60311 manat dəyərindəki qaimələr əmtəəsi: əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab olunur.” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarın 2,1.2-ci yarımbəndini qeyd edərək əsassız və qanunsuz xx.xx.2023-cü il tarixli **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul etmişdir. Bundan əvvəl görüşdə olmağına, dəfələrlə məktublar yazmağına baxmayaraq qərar qəbul edilmişdir. Halbuki qərarın qəbul edilməsi üçün heç bir əsas yoxdur və tamamilə subyektiv fikirlərə əsaslanan mülahizələrdir. Heç bir hüquqi və faktiki əsası yoxdur.

5. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı MMC xx.xx.2020- ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi mebellərin topdan satışı qeyd edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bildirilir ki, İ ddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Belə ki, Dövlət Vergi Xidmətinə X2 (VÖEN: **********) tərəfindən daxil olmuş məktuba əsasən İddiaçı MMC-nin mal təqdim etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) obyekti real olmadığı müəyyən edilmişdir (müvafiq məktub etiraza əlavə olunur). Faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən obyektdən istifadə hüququ olmadı ğı, istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, "xxxx" MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X1 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. İddiaçı MMC tərəfindən riskli əməliyyatların aparılması, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq xx.xx.2023- cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2- 1(102)-1212/2023 saylı qərarında Ali Məhkəmənin hüquqi mövqeyi də müəyyən edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-857/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarın ləğv edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin verdiyi izahatlardan və təqdim ed ilmiş etirazdan aydın olur ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar məhz iddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı əməliyyatına görə qəbul edilmişdir. Hazırda "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında deyildir. İddiaçı tərəfindən təqdim edilən sənədə əsasən müəyən olunur ki, Cavabdehin riskli hesab etdiyi və "xxxx" MMC ilə əməliyyat aparıldığına görə barəsində riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilən iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilsə də, "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına əlavə edilməmişdir. Həmçinin, riskli vergi ödəyicisi ilə aparılmış bütün əməliyyatların qəti şəkildə əmtəəsiz əməliyyat olması qənaət inə gəlmək düzgün hesab oluna bilməz. Çünki, riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqısatqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Halbuki, burada "xxxx" MMCnin riskli vergi ödəyicisi olmasına dair qərar belə mövcud deyildir. İddiaçının "xxxx" MMC ilə alqı-satqı əməliyyatı həyata keçirlən zaman "xxxx" MMC-nin hansı anbarda saxlamaq üçün mal aldığını və həmin qeydiyyata qoyulmuş fəaliyyət obyektinin qanuni şəkildə qeydiyyatda olub-olmadığını araşdırmaq və ya müəyyən etmək kimi bir vəzifəsi və ya səlahiyyəti qanunvericiliklə müəyyən olunmamışdır. Bu isə qəbul edilmiş qərarın əsaslı olmadığını göstərir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci mad dəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-633/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən: G.Cabbarova, hakimlər: H.Babayeva və Z.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş mış, əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi qismində çıxış edən iddiaçının alqı-satqı müqaviləsi bağladığı vergi ödəyicisinin obyektinin olub-olmaması, obyektinin fəaliyyətinin qanuni əsaslarla olub-olmaması barədə məlumat əldə etmək, həmin məlumatları dəyərləndirmək, ona əsasən malların satılıbsatılmaması barədə qənaətə gəlmək kimi bir vəzifəsi, öhdəliyi mövcud olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı qeyd edilən MMC-yə sorğu ünvanlanmış, həmin müəssisə tərəfindən məhkəməyə malların alqı-satqı müqaviləsi, elektron-qaimə, hesab faktura, təhvil-təslim aktı və digər sənədlər təqdim edilmişdir. Həmçinin, "xxxx" MMC-nin adı həmin əməliyyatın aparıldığı tarixdə riskli vergi ödəyicisi siyahısında olmamışdır. Hətta riskli vergi ödəyicisi hesab edilsə idi b elə, bu hal iddiaçının həmin hüquqi şəxslə əməliyyat aparmasında əngəl deyildi və iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün əsas qismində çıxış edə bilməzdi. arasında baş tutmuş əməliyyatın əmtəəsiz olduğunu, yəni faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri ilə sübuta yetirməlidir. Həmçinin cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının mal satışından əldə etdiyi gəliri vergiyə cəlb edilən əməliyyat kimi qiymətləndirmişdir ki, bu da, əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir.

11. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Vergilər Məcəlləsinin 13.2.82, 175.1.1, 175.1 1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 2.1.2, 3.1.1, 3.1.2-ci bəndlərinə istinad etmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

14. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 13.2.70, 13.2.81, 13.2.82, 32.4, 70.2-1.3-cü maddələri, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi, İnziba ti icraat haqqında AR Qanununun 64.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-633/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcə llə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məq sədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1. Kameral vergi yo xlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnziba ti orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

18. Azər baycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üç ün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər v ə onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmə ti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelly asiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı iş üzrə iddiaçını hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarın ləğv edilməsinə yönəlmişdir.

29. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçının mal təqdim etidyi "xxxx" MMC-nin obyektinin real olmadığı müəyyən edilmiş, faktiki olaraq həmin anbardan istifadə etmək hüququ olmamış, görüntü yaratmaq üçün icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən riskli əməliyyatların aparılması, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd edilən əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara uyğun olduğunu nəzərə alaraq, qeyd edilən qərarı qəbul etmişdir.

30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

31. Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdi m edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

32. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı barəsində 60311 manat məbləğində qaimələrin əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirildiyini hesab etmişdir. Həmçinin, cavabdeh inzibati orqan həmin qənaətə məhz iddiaçı vergi ödəyicisi ilə "xxxx" MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həmin MMC-yə malların satılması nəticəsində gəlmişdir. Eyni zamanda cavabdeh vergi orqanı həmin əməliyyatın əmtəəsiz əməliyyat hesab olunması barədə gəldiyi qənaətini həmin malların alqı-satqı müqaviləsi üzrə mal alan qismində çıxış edən "xxxx" MMC-nin obyekti icarəyə götürməsi ilə bağlı icarə müqaviləsinin saxta olması, görüntü üçün belə bi r müqavilə bağlanılması, faktiki istifadə hüququnun olmaması kimi hallarla əsaslandırmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən qərarın qəbul edilməsinin əsaslarını təşkil edən hallar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün əsas qismində çıxış edə bilməz.

34. Belə ki, vergi ödəyicisi qismində çıxış edən iddiaçının alqı-satqı müqaviləsi bağladığı vergi ödəyicisinin obyektinin olub-olmaması, obyektinin fəaliyyətinin qanuni əsaslarla olub-olmaması barədə məlumat əldə etmək, həmin məlumatları dəyərləndirmək, ona əsasən malların satılıbsatılmaması barədə qənaətə gəlmək kimi bir vəzifəsi, öhdəliyi mövcud olmamışdır.

35. Bundan başqa iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş malların alqı-satqı müqaviləsi, elektron-qaimə, hesab faktura, təhvil-təslim aktı da qeyd edilən əməliyyatların əmtəəsiz əməliyyat kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir.

36. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh inzibati orqan hazırkı işdə zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 16-19a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normaların tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-633/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar