Məhkəmə qərarları › İş №2-1(102)-509/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-509/2019

05.03.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-509/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2292/18 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı İİ qrup əliliyə görə X manat pensiya alır, “Azərbaycan X6” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilmiş 25.01.2018-ci il tarixli arxiv arayışında qeyd olunur ki, iddiaçı 18.07.1988-ci ildən 30.06.1989-cu ilədək X11 Təmiri İB-nin “Zakfederasiya” adına Gəmi Təmiri zavodunda ikinci dərəc əli rəngsaz, 10.01.1995-ci ildən çilingər sahəsində şagird çilingər gəmi təmirçisi, birinci dərəcəli çilingər gəmi təmirçisi, 13.09.1995-ci ildən 28.10.1999-cu ilədək elektrik quraşdırma sahəsində gəmi təmiri üzrə elektrik quraşdırıcı şagirdi, ikinci dərəcəli gəmi təmiri üzrə elektrik quraşdırıcı vəzifələrində işləmişdir. H.Z.Tağıyev adına “Toxucutikişsənaye” Kombinatı tərəfindən verilmiş 30.03.2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı V.İ.Lenin Kombinatına, sonradan Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin 24.08.1991-ci il tarixli əmri ilə “H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi’' adlandırılmış və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 27.12. 2001-ci il tarixli əmri ilə “H.Z.Tağıyev adına BTTB”-nin bazası əsasında yaradılmış “H.Z.Tağıyev ad ına X5 Kombinatı”na 24.10.1981-ci il tarixli əmrə əsasən 26.10.1981-ci il tarixdə İnşaat Şöbəsinə suvaqçı şagirdi vəzifəsinə qəbul edilmiş və 10.06.1986-ci il tarixdə hərbi xidmətə getdiyinə görə 13.06.1986-ci il tarixli əmrlə işdən azad olunmuşdur. 03.08.1992-ci il tarixli əmrə əsasən “H.Z.Tağıyev adına X5 Kombinatı”nın İnşaat şöbəsinə 3-cü dərəcəli rəngsaz vəzifəsinə 05.08.1992-ci il tarixdə qəbul edilmiş və 26.12.1994-cü il tarixli əmrə əsasən 30.12.1994-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 1981-ci il oktyabrın 24-dən 1986-cı il iyunun 18-dək H.Z.Tağıyev adına Toxuculuq Kombinatında fəhlə, 1988-ci il iyulun 18-dən X6 İB-nın “Zakfederasiya” adına Gəmi Təmiri Zavodunda rəngsaz və 1995-ci il yanvarın 10-dan 1999-cu il oktyabrın 28-dək X6 İB-nın “Zakfederas iya” adına Gəmi Təmiri Zavodunda çilingər vəzifəsində işlədiyi illər nəzərə alınmaqla ona əlilliklə bağlı təyin olunmuş pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 14.05.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən iddiaçının əmək pensiyasının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının ərizəsində qeyd etdiyi 24.10.1981-ci ildən 26.12.1994-cü ilədək H.Z.Tağıyev adına Toxuculuq kombinatında olan fəaliy yət dövrü əmək kitabçasında qeyd olunmadığı üçün ərizəsini təmin etmək mümkün deyildir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı 16 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “1981-ci il oktyabrın 24-dən 1986-cı il iyunun 18-dək H.Z.Tağıyev adına Toxuculuq Kombinatında fəhlə, 1988-ci il iyulun 18-dən X6 İB-nın “Zakfederasiya” adına Gəmi Təmiri Zavodunda rəngsaz və 1995-ci il yanvarın 10-dan 1999-cu il oktyabrın 28-dək X6 İB-nın “Zakfederasiya” adına Gəmi Təmiri Zavodunda çilingər vəzifəsində işlədiyi illər nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2656/2018 saylı iş) 12 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İş üzrə təqdim olunmuş əmək kitabçası və “Azərbaycan X6” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun və H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatının arayışları ilə iddiaçının 24.10.1981-ci ildən 18.06.1986-cı ilədək, habelə 18.07.1988-ci ildə və 10.01.1995-ci ildən 28.10.1999-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən iddiaçının həmin dövrün sığorta stajına hesablanmaqla pensiyanın yenidən hesablanmasını tələb e tməsi əsaslı olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il l tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X7 və X4, 2-1(103)-2292/2018 saylı iş) 17 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 1 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 3 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının qeyd etdiyi 24.10.1981-ci ildən 26.12.1994-cü ilədək H.Z.Tağıyev adına toxuculuq kombinatında işləməsinə dair qeydlər əmək kitabçasında qeyd olunmamışdır. Lakin hər iki instansiya məhkəməsi cavabdehin iddia ərizəsinə etdiyi etiraza məhəl qoymayaraq əsassız qərar qəbul etmişlər. Məhkəmə qərar qəbul edərkən qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində ((İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati or qan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi 1981-1986 və 1988-1999-cu ilədək olan iş stajı nəzərə alınmaqla iddiaçıya İİ qrup əlil kimi pensiyanın yenidən hesablanması barədədir. Cavabdeh imtinasında bildirmişdir ki, 1981-1994-cü illərin iş stajı əmək kitabçasında qeyd edilmədiyindən qanunvericiliyin tələbinə görə pensiya təyini zamanı həmin dövr nəzərə alına bilməz. Cavabdehin 13 mart 2018-ci il tarixli arayışından görünür ki, 17 aprel 2017-ci ildən iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçının 1981-1991-ci illərə aid iş stajı onun iş yerlərindən verilən arayışlarla təsdiq edilir. 1995-1999-cu illərə aid iş stajı isə həm iş yerinin verdiyi arayış, həm də əmək kitabçası ilə təsdiq edilir. İddiaçının 1981-1991-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Həmin Qaydaların 117-ci maddəsinin b) bəndində qeyd edilir ki, iş yerindən verilən arayışlar iş stajını təsdiq edən sübut sayılır. İddiaçının iş stajı ilə bağlı arayışlardan görünür ki, həmin arayışlar konkret olaraq işəgirmə və işdənçıxma haqqında əmrlərə istinad edilməklə müvafiq olaraq 30 mart 2018ci il və 25 yanvar 2018-ci il tarixdə iddiaçının iş yerlərindən verilmişdir. 1992-1999-cu illərdə qüvvədə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, elə cə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddia çının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən sənəd arayışlar və əmək kitabçası mövcuddur, arayışlar və əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddiaçıya məxsus arayışlarda və əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iş yerlərindən verilmiş arayışlarda və iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə do ğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İİ qrup əlil kimi əmək pensiyası alan iddiaçının pensiyası hesablanarkən 1981-1986cı illər və 1988-1999-cu illərə aid iş stajı da nəzərə alınmalı olduğundan iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə t utulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-229 2/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar