Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-514/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı işi üzrə QƏRARDADİ Açar sözlər: iddianın geri götürülməsi, icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi və xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın geri götürülməsi barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarda dı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA 00022177 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nastrifikasiyasının) müəyyən edilməsi barədə” qərarının ləğv edilməsi və xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 21 iyun 2024-cü il tarixli, 21(114)-2137/2024 nömrəli qərarı ilə iddiа təmin edilmiş, "xxxx" MMC tərəfindən İddiaçı verilmiş HEM №00564 saylı qeydiyyat nömrəsi 216 olan xx.xx.2022-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və A.V.Bayramov) 26 sentyabr 2024-cü il tarixli, 2-1(104)-659/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, iş kassasiya şikayətinə əsasən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
5. İş kassasiya məhkəməsinin icraatında olarkən iddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
55. İddiadan imtina edilməsi... 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.... 55.5 İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bi lməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin olunmalı və iş üzrə icraata xitam verilməlidir.
8. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur.
9. Belə ki, bir halda iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət onun icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından - onun iddianı geri götürmə barədə ərizə vermə sindən irəli gəlir.
10. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir.
11. Bununla yanaşı iddiaçıya izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
12. Yuxarıda göstərilənlərə və İPM-in 55.5-ci, 96-cı və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Qərardad qətidir.