Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-515/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın hərəkəti/hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyan ın əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 2-1(104)-531/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Mehram oğlu Kimid və onun ailə üzvləri X4, Mehram oğlu Svetlana Kimit qızına Qazax rayonu, Qiyasbəyli kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,63 ha (4292,99 kv.m və 2040,99 kv.m olmaqla) torpaq sahəsi verilmişdir.
2. Qazax Rayon Məhkəməsinin 2008-ci il 15 fevral tarixli, 2-42/2008 nömrəli qətnaməsinə əsasən ərizəçi X6 ilə Mehram oğlu Kimit arasında sonuncuya Az ərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon şöbəsi tərəfindən xx.xx.1998-ci ildə qeydə alınmış JN: 1298 kod ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış 0,63 ha pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməklə həmin torpaq sahəsinin mülkiyyət hüququ ərizəçi X3 verilmişdir.
3. X2 adına Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,43 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (DTXK Qazax rayon şöbəsi tərəfindən verilmiş) xx.xx.2018-ci il tarixli, 1530 nömrəli arayışına əsasən xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən Məhrə m oğlu Kimit, X4, X1 ümumi birgə mülkiyyətində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
5. Məhrəm oğlu Kimit, X4, X5 tərəfindən iddiaçıya Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi satılmış, bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə Qazax rayon notariat ofisində təsdiq edilmişdir.
6. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması və ya dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər görülməsi barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********56 nömrəli məktubunda bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Qazax Rayon Məhkəməsinin 242/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən başqa şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin sözügedən torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
8. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,429233 ha və 204099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə təkrar müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubu ilə əvvəlki imtinasında olan halları təkrar qeyd etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina etmişdir.
9. İddiaçının qeyd edilən tələblə bağlı digər orqanlara göndərilmiş müraciətlərinə aidiyyəti üzr ə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində baxılmış, həmin orqan da xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubunda qeyd edilən halları sadalamışdır.
10. İddiaçı Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Qazax Rayon Məhkəməsinin 2022-ci il 06 aprel tarixli, 2(023)-42/2008 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)1722/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir.
12. İddiaçı cavabdehə qarşı “vurulmuş ziyanın qarşılığında 6.300 manat və 174,75 manat pul kompensasiyasının ödənilməsi” tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Q azax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1202/2022 nömrəli qərardadı ilə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi”ni xahiş etmişdir. İddiaçının əsaslandırması:
14. İddiaçı tələbini onunla əsaslandır mışdır ki, o, yaşadığı Qazax rayonu Ağköynək kəndinin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdehin Qazax rayon Şöbəsinin müdiri Faiq Binnətova müraciət etmiş, Faiq Binnətov və Qeydiyyat icraçısı imzası və möhürü ilə təsdiqlədiyi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alın mayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı müqaviləsi (AN-i N-0681370) bağlamışdır. Həmin F-1 arayışına güvənib, əsaslanıb alqı-satqı müqaviləsi bağlayıb, 3250 manat torpağın dəyərini ödəmiş və 143.75 manat müqavilənin dəyəri və 31 manat isə F-1 arayışı üçün rəsmi pul ödəmişdir. Ümumilikdə 3424.75 manat pul ödəmişdir.
15. İddiaçıya ödənilməli olan kompensasiya isə təkcə bu deyildir. Belə ki, onun aldığı torpağın dəyəri qalxmaqla bərabər, o, həmin torpaqdan neçə illərdə istifadə edib, əkibbecərib, fayda əldə edə bilməmişdir. Həmin torpağın 1 sotunun dəyəri hazırda 325 manatdır. Bu isə ümumilikdə 63 sotun qiyməti 20.475 manat təşkil edir. İddiaçının bu gün də çəkdiyi ziyanlığın təqsirkarı cavabdeh orqan dır ki, onların verdiyi F-1 arayışına əsasən o, torpağın dəyərini ödəyib, alqı-satqının pulunu ödəyib, ziyan çəkmişdir. Cavabdeh orqan həmin arayışı verdikdə həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu arayışında qeyd etsə idi, iddiaçı nə torpağın dəyərini, nə də müqavilənin pulunu ödəyəcəkdi. Təkcə F1 arayışının pulunu ödəmiş olacaqdı və başqa torpaq sahəsi alıb, əkib-becərib, fayda götürəcəkdi. O, indiyə kimi 3 il ərzində 0.63 ha torpaq sahəsini əkib-becərsəydi 4.000 manat qazanc əldə edəcəkdi və buna görə əldən çıxmış faydaya görə cavabdeh orqanın təqsiri ucbatından 4.000 manat ziyanlıq çəkmişdir. Həmçinin cavabdeh orqanın iddiaçıya etdiyi hüquqazidd hərəkətlərinə görə ona 200.000 manat miqdarında mənəvi zərər dəymişdir. Cavabdehin etirazları:
16. Cavabdeh xx.xx.2022-ci il tarixl i, **********34 nömrəli məktubu ilə iddiaya dair münasibət bildirmişdir. Həmin məktubunda cavabdeh imtinanın əsaslarını təkrarlamış və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş yanlış məlumat arayış əsasında Qazax rayonu, Ağköynək kəndində yerləşən torpaq sahəsinin ilkin mülkiyyətçilər tərəfindən ikinci dəfə İddiaçı satılması faktı aşkar edildiyindən, təqsirkar şəxslər barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün zəruri materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.
18. Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqısatqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər mövcuddur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 0,63 ha torpaq sahəsinin alınması üçün 3.250 manat məbləğində pul ödəmiş olsa d a, həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilməmişdir.
20. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya dəymiş zərər inzibati orqan tərəfindən deyil, müqavilə iştirakçısı olan digər şəxs tərəfindən yerinə yetirilmişdir. Çünki, həmin məbləğ cavabdehə deyil, müqavilə iştirakçısına ödənilmişdir.
21. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda, bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəs i isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır.
21. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda, bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, A.Bayramov və A.İsgəndərova) 2023-cü il 14 sentyabr tarixli, 2-1(104)-311/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, 2-1(114)-255/2023 nömrəli qərarı ləğv edilmiş, cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan, 300 manat miqdarında mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər mövcuddur və iş materialları ilə də müəyyən edilir ki, iddiaçı yaşadığı Qazax rayonu Ağköynək kəndin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdeh orqanın Qazax rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh orqanın Qazax rayon Şöbəsi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı m üqaviləsi (AN-i N0681370) bağlamışdır.
25. Göründüyü kimi, iddiaçı cavabdeh orqanın Qazax rayon Şöbəsi tərəfindən verilmiş arayışa etimad göstərərək, Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı müqaviləsini (AN-i N-0681370) bağlamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən yəni, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsi hissəsində əsaslıdır. 3 il ərzində 0.63 ha torpaq sahəsinin əkilib-becərilməsinə görə əldən çıxmış fayda ilə bağlı iş materiallarında Qazax Rayon Aqrar İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi mövcuddur və məhkəmə qeyd olunan rəyi əsaslı hesab edərək göstərir ki, əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 (altı min yüz qırx iki manat əlli qəpik) manat miqdarında m addi ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi iddianın mənəvi ziyan hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki,..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozm aqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
28. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən 300 manat miqdarında mənəvi ziyan tutularaq iddiaçıy a ödənilməlidir.
30. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan, 300 manat miqdarında mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində aparılan birinci icraat
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.Hüseynov /məruzəçi/, N.Rəsulbəyova və K.Bədəlov) 2024-cü il 14 mart tarixli, 2-1(102)607/2024 nömrəli qərarı ilə Gən cə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023cü il 14 sentyabr, 2-1(104)-311/2023 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətlərin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 52, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etməyərək qeyd etmişdir ki, məhkəmə əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən tutulmasına qərar verdiyi 6.142,50 manat məbləğin tərkibini, yaranma əsasını qərarında aşkar olaraq göstərməmişdir. Digər tərəfdən, əgər həmin məbləğdə tələb, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, məhz əldən çıxmış faydanın əvəzi kimi təmin edilirsə, bu halda, məhkəmə iddia təl əbindən kənara çıxmış olur. Belə ki, iddiaçı əldən çıxmış faydanın əvəzi kimi 4000 manat tələb edir.
34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2023cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, 0,63 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin sahəyə yonca bitkisi əkildiyi müəyyən edilmişdir. İşin materiallarında həmin yonca bitkisinin kimin (iddiaçının və ya digər şəxsin) tərəfindən əkildiyinə dair məlumat yoxdur. İddiaçı isə apellyasiya şikayətində bəyan edir ki, o, həmin torpaq sahəsindən “neçə illərdə istifadə edib, əkib-becərib, fayda əldə edə bilməmişdir”. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərini araşdırmamış, alğı-satqı predmeti olmuş 0.63 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının sah ibliyinə verilib-verilmədiyini, iddia ərizəsində və şikayətdə göstərilən müddətdə iddiaçının faktiki istifadəsində olub-olmadığını, istifadəni və ondan fayda götürülməsini mümkünsüz etmiş səbəbləri, həmçinin onların cavabdehin təqsirli, hüquqazidd hərəkəti və ya hərəkətsizliyi ilə səbəb əlaqəsini müəyyən etməmiş, onları işin digər halları ilə birgə qiymətləndirmədən yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi iddiada qeyd olunan zərərli nəticələrin baş verməsinin məhz cavabdehin təqsirli, hüquqazidd hərəkəti (hərəkətsizliyi) ilə səbəb əlaqəsinin olub-olmadığının müəyyən edilməsi baxımından apellyasiya şikayətindəki həmin dəlillərə münasibət bildirməmiş, onları işdəki digər məlumatlarla birgə, həm də Mülki Məcəllənin 144-cü maddəsinin (torpağa dair müqavi lənin bağlandığı vaxtda qüvvədə olan redaksiyada) müddəaları nəzərə alınmaqla tədqiq etməmiş, iddiaçının cavabdehə qeydiyyat üçün ilk dəfə müraciət etdiyi tarixədək iddiaçı ilə bağlanmış müqavilənin Mülki Məcəllənin 144-cü maddəsinin müddəalarının tələbləri qaydasında cavabdehə göndərilibgöndərilmədiyi, müsbət halda, cavabdehin təqdimetmədən sonrakı davranışı (artıq başqa şəxsin adına məhkəmə qətnaməsi əsasında qeydə alınmış eyni torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi ilə digər şəxs /iddiaçı/ arasında əqdin bağlandığının və ikinci hüquqmüəyyənedici sənədin təqdim edildiyinin müəyyən edilməsi, bununla bağlı maraqlı şəxslərin məlumatlandırılması və s.) araşdırma predmeti olmayıb. Bu xüsusatın müəyyən edilməsi təkcə zərərli nəticələrlə hüquqazidd hərəkət (hərəkətsizlik) arasındakı səbəb əla qəsinin deyil, həm də zərərin tərkibinin (real zərər, əldən çıxmış fayda, mənəvi ziyan) və məbləğinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.
36. Məhkəmə prosessual hüquq normasının pozulmasına yol verərək, iddiaçının alğısatqını xx.xx.2018-ci ildə etdiyi halda, torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün 3 ildən sonra müraciət etməsinin, torpaq sahəsində əkin işlərinin aparılmamasının, habelə gözləmə mövqeyindən çıxış edərək 3 il müddətində hərəkətsizlik etməsinin səbəblərini araşdırmamış, son nəticədə iddiaçının hərəkətsizliyinin məsuliyyətini cavabdehin üzərinə qoymuşdur. ç) apellyasiya instansiya məhkəməsində aparılan ikinci icraat
37. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.Rzaquliyev /sədrlik edən və məruzəçi/, L.Süleymanov və İ.Həsən ov) 2024-cü il 25 sentyabr tarixli, 21(103)-531/2024 qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, 21(114)-255/2023 saylı qərarı qismən iddianın təmin edilməmiş mənəvi ziyan hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən 300 (üç yüz) manat miqdarında mənəvi ziyanın əvəzi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona maddi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Belə ki, iddiaçının və onun nümayəndəsinin izahatından da göründüyü kimi həm alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, həm də müqavilə bağlandıqdan sonra alğı-satqı predmeti olan torpaq sahəsi mülkiyyətçinin yox, digər şəxsin istifadəsində olmuş, müqavilə bağlandıqdan sonra iddiaçı torpaq sahəsinin ona təqdim olunmasını tələb etməmiş, digər şəxsin istifadəsində olan torpaq sahəsini aldığını bilmiş, lakin cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan alğı-satqı predmeti olan torpaq sahəsinin yüklü olmamasına dair arayışına güvənmişdir. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə qətnaməni təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
39. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini də zəruri hesab edir. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.
40. Qeyd olunan maddi hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, həqiqətən iddiaçı cavabdeh orqan tərəfindən verilmiş arayış nəticəsində mənəvi zərərə məruz qalmışdır və bu hal mübahisəsizdir. Ona görə də 300 (üç yüz) manat miqdarında mənəvi ziyanın əvəzi cavabdehdən tutularaq İddiaçı ödənilməli, bununla da iddia qismən təmin edilməlidir.
41. İddiaçı kassasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
42. İdd iaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiasının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Mülki Məcəllə: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə ed əcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki,..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əs asında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
46. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
50. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin t əşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
51. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
52. İşin müəyyən edilmiş hallarından məlum olur ki, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Məhrəm oğlu Kimit, X4, X5 arasında Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsinin alğı-satqısına dair notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanmış, satıcı alğı-satqı müqaviləsində göstərilən məbləğdə pulu qəbul etmiş olsa da, lakin həmin torpaq sahəsini iddiaçıya faktiki olaraq təhvil verməmişdir. İddiaçı daha sonra (işdəki sənədlərdə ancaq 2021-ci ilə dair müraciət etməsi müəyyən olunur) həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya torpaq sahəsi üzərində artıq başqa şəxsin hüquqlarının dövlət reyestrində qeydə alındığını əsas gətirərək imtina cavabı vermişdir.
53. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
54. Kollegiya ilk növbədə bildirir ki, zərərin ödənil məsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir.
55. Hazırkı işin hallarına görə isə, iddiaçıya dəymiş zərərin mövcud olması müəyyən edilsə də, bu zərər cavabdeh inzibati orqan tərəfindən deyil, müqavilə iştirakçısı olan digər şəxs tərəfindən yerinə yetirilmişdir. Belə ki, iddiaçı tərəfindən torpağın alğı-satqı müqaviləsi əsasında ödənilən məbləğ cavabdehə deyil, müqavilə iştirakçısına ödənilmişdir.
56. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, həm alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, həm də müqavilə bağlandıqdan sonra alğı-satqı predmeti olan torpaq sahəsi mülkiyyətçinin yo x, digər şəxsin istifadəsində olmuş, müqavilə bağlandıqdan sonra iddiaçı torpaq sahəsinin ona təqdim olunmasını tələb etməmiş, digər şəxsin istifadəsində olan torpaq sahəsini aldığını bilmiş, lakin cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan alğı-satqı predmeti olan torpaq sahəsinin yüklü olmamasına dair arayışına güvənmişdir.
57. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 2-1(104)-531/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.