Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-533/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tə yinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 21(103)-2200/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.xxxx-cü ildə Ağdaş rayonunda doğulmuşdur.
2. İddiaçı 25 oktyabr 1981-ci ildən 15 noyabr 1983-cü ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 1980-ci ildə Ağdaş rayon “X2” kolxozunda kolxozçu (minimum adam günü 240, il ərzində adam günü 180 – cəmi 9 ay), 1981-ci ildə Ağdaş rayon “X2” kolxozunda kolxozçu (minimum adam günü 240, il ərzində adam günü 180 – cəmi 9 ay), 1984-cü ildə Ağ daş rayon “X2” kolxozunda kolxozçu (minimum adam günü 200, il ərzində adam günü 238), 1985-ci ildə Ağdaş rayon “X2” kolxozunda kolxozçu (minimum adam günü 200, il ərzində adam günü 181, 1984 – 1985-ci illər cəmi 2 il) işləmişdir.
3. O, 3 noyabr 1986-cı il tarixindən “X3” “X4” adına Gəmi Təmiri zavodunda qaynaqçı köməkçisi, 15 noyabr 1988-ci il tarixindən gəmi takelajçısı şagirdi, 16 dekabr 1988-ci il tarixindən (Gövdə sahəsində) 2-ci dərəcəli gəmi takelajçısı, 3 noyabr 1989-cu il tarixindən 3-cü dərəcəli gəmi takelajçısı, 16 mart 2007-ci il tarixindən 4-cü dərəcəli gəmi takelajçısı, 5 yanvar 2010-cu il tarixindən 5-ci dərəcəli gəmi takelajçısı, 3 fevral 2014-cü il tarixindən Mexaniki təmir sexində 3-cü dərəcəli takelajçı, 15 may 2014-cü il tarixindən Mexaniki təmir sexində 4-cü dərəcəli ta kelajçı, 2 fevral 2015-ci il tarixindən Mexaniki təmir bölməsində 5-ci dərəcəli takelajçı peşəsində işləmişdir. "xxxx" QSC-nin “X5” Gəmi Təmiri zavodunun adı 6 sentyabr 2017-ci il tarixində dəyişdirilərək "xxxx" QSC “X5” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. İddiaçı da hal-hazırkı vaxta kimi "xxxx" QSC “X5” Gəmi Təmiri və Tikintisi zavodunun Mexaniki təmir bölməsində 5-ci dərəcəli takelajçı peşəsində işləyir.
4. İddiaçı 18 avqust 2020-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 13 oktyabr 2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yan var 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır (22 il 18 gün). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 13 fevral 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1 yanvar 2006-cı il tarixinədək 26 il 1 ay 10 gün ümumi, 16 il 1 ay 15 gün güzəştli iş stajı var. "xxxx" QSC-nin 3 mart 2020-ci il tarixli PSU 01/28 nömrəli arayışında onun işlədiyi peşələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş ******* a-18451 – çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. Həmçinin, Dövlət Arxivinin 20 fevral 2020-ci il tarixli 25 nömrəli arxiv arayışından görünür ki, 19801981 və 1984-1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “X2” kolxozunda işləməsi ilə bağlı rəsmi məlumat öz əksini tapmışdır.
7. Cavabdehin etirazı imtina məktubu ilə eyni məzmunludur.
8. Bakı İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(112)-3109/2021 nömrəli qərarına əsasən (hakim Pərviz Hüseynov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 13 fevral 2020-ci il tarixind ən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü və “X2” kolxozunda kolxozçu işlədiyi dövr (3 il 6 ay) nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinə kimi ümumi stajı 25 il 06 ay 20 gün olmaqla tələb edilən 25 ildən artıqdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 2-1(103)-2200/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Həmid Həmidov) cavabdehin apellyasiya şika yəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(112)-3109/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 2-1(103)-2200/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Cavabdeh hesab edir ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan iddia tələbi təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvaf iq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına ça tdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstə ricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Na zirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
20. İnziba ti Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şik ayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə Apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
24. İddiaçı xx xxxxxx 1963-cü ildə doğulmuş, 13 fevral 2020-ci ildə 57 yaşı tamam olmuşdur. Əmək şəraiti zərərli və ağır olan sahədə gəmi takelajçısı peşəsində işlədiyini, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək ş əraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
25. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə qədər ümumi stajı 22 il 18 gün təşkil etdiyindən, o 25 il ümumi staja malik olmadığından, 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
26. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 27. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
28. İddiaçı 25 oktyabr 1981-cı il tarixdən 15 noyabr 1983-cü il tarixədək (2 il 20 gün) keçmiş SSRİ SQ-də həqiqi hərbi xidmət keçmiş, 3 yanvar 1986-cı ildən fasiləsiz olaraq 1 yanvar 2006-cı il tarixədək (19 il 11 ay 27 gün) hazırkı "xxxx" QSC “X5” Gəmi Təmiri və Tikinti zavodunda işləmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11, 23.2-ci maddələri, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il t arixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n tələblərinə görə iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti, hərbi xidmət dövrü və əyani ali təhsil dövrü ümumi iş stajına daxil edilir.
30. Bu səbəbdən hərbi xidmət və zavodda fəaliyyət dövr haqlı olaraq iddiaçının ümumi stajına hesablanmalıdır.
31. İddiaçının əmək kitabçasına, həmçinin Ağdaş Rayon Dövlət Arxivinin 25 saylı 20 fevral 2020-ci il tarixli və 73 saylı 19 aprel 2021-ci il tarixli arayışlarına əsasən 1980, 1981, 1984 və 1985-ci illərdə Ağdaş rayonu “X2” kolxozunda işləmişdir. 32. 1980 və 1981-ci illərdə minimum adam günü 240 gün olduğu halda iddiaçı kolxozda həmin illərdə hər il 180 gün, yəni hər il 9 ay (180 x 12 ay: 240 = 9 ay), 1984 və 1985-ci illərdə isə minimum adam günü 200 gün olduğu halda iddiaçı 1984-cü ildə 238 gün, yəni 1 il (minimum 200 adam günü normasından artıq olduğu üçün 1 il sayılır), 1985ci ildə isə 181 gün, yəni 9 ay (181 x 12 ay: 200 = 10 ay) işləmişdir ki, bu da cəmi 3 il 6 ay (9 ay + 9 ay + 1 il + 10 ay) təşkil edir. 33. 1992-ci ildə qəbul edilmiş və 1 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi v ə ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
34. Odur ki, iddiaçının kolxozda işlədiyi dövrü 3 il 6 ay saymaqla onun ümumi stajına daxil etməsi barədə məhkəmə haqlı olmuşdur.
35. İddiaçının hərbi xidmət dövrü (2 il 20 gün), 1980, 1981, 1984 və 1985-ci illərdə “X2” kolxozunda işlədiyi dövr (3 il 6 ay) və zavoddakı fəaliyyət dövrü (19 il 11 ay 27 gün) nəzərə alınmaqla 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 6 ay 16 gün ümumi stajının olduğu müəyyən olunur. 36. 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən çox olduğundan, ümumi stajının 22 il 18 gün olması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır. 37. "xxxx" QSC “X5” Gəmi Təmiri və Tikintisi Zavodunun 3 mart 2020-ci il tarixli arayışına əsasən iddiaçı 15 noyabr 1988-ci il tarixdən “X3” “X4” adına Gəmi Təmiri zavodu Gövdə sahəsində gəmi takelajçısı şagirdi, 16 dekabr 1988-ci il tarixdən 2-ci dərəcəli gəmi takelajçısı, 3 noyabr 1989-cu il tarixdən 3-cü dərəcəli gəmi takelajçısı işləmiş, həmin peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2150300a-18451 çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur.
38. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələr üzrə iş stajı 12 il 06 aydan artıq olmaqla, iş stajı onun əmək kitabçasında və iş yerindən təqdim edilmiş güzəştli arayışla öz təsdiqini tapmışdır.
39. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması iş yerinin arayışı ilə təsdiq olunduğundan, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
40. Odur ki, kassasiya şikayətinin dəlilləri əsas lı olmadığından təmin edilmədən, Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2200/2021 saylı, 20 okyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.