Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-533/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüququn məxsus olması barədə arayışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması bardə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-734/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən X11 Bakı şəhər İcra Hakimiyyətinin 28 dekabr 1998-ci il tarixli 130 nömrəli qərarına əsasən Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK nəzdində 0,10 ha torpaq sahəsi, 498 nömrəli bağ ayrılmışdır.
2. X14 (etibarnamə üzrə nümayəndə X7) notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 498 saylı bağın 1000 kv.m torpaq sahəsndən faktiki isti fadəsində olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir.
3. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsi X8 adına, xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ evinin tikintisi üçün X8 adına A seriyalı xx.xx.2014-cü il tarixli, 38034 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
5. AN seriyalı, xx.xx.2014-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X14 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 498 saylı 0.041354 ha ölçüdə bağ sahəsini alıcı X2.
6. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsi X9 adına, xx.xx.2014-cü il tarixdə *** ******* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
7. AN seriyalı, xx.xx.2019-cu il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X15 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsini alıcı X10 satmışdır.
8. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.0413 ha ölçüdə 498 saylı bağ sahəsi X6 adına, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
9. İddiaçı mərhum X8 vərəsəsi olmaqla sonuncunun adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı c avabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə dair notarial ərizə təqdim edildiyini, bununla da torpaq sahəsinin faktiki olaraq sənəd üzrə olan sahədən az olduğuna istinad edərək müraciətin təminindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan ünvanında yerləşən bağ sahəsinin qalan 590 kv.m sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barəd ə ərizə təqdim edərək Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X3nın vərəsəsidir. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı Bakı şəhəri 39 saylı Notariat ofisinə mərhum anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat ofisinin notariusu tərəfindən vərəsəlik dairəsi müəyyən edilərkən iddiaçı mərhum anasının vərəsəsi hesab edildiyi üçün notarius tərəfindən ünvan ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir. Eyni zamanda da iddiaçı daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınmasına dair digər hüquqmüəyyənedici sənədlərlə birlikdə 1 saylı Ərazi İdarəsinə müraciət etmiş və imtina almışdır.
13. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E-53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri. Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşdirilməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özəlləşdirilmişdir.
14. Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişniyovka-2) bağlar sahə sindən yerləşən 498 saylı bağın 1000 kv.m sahəsi xx.xx.1998-ci il tarixdən 4 saylı order əsasında mərhum anasına verilmişdir. 2013-cü ilin avqust ayında anası həmin sahənin özəlləşdirilməsi və mülkiyyət sənədi almaq müvafiq hərəkətlərin icra edilməsini etibarnamə ilə X4 etibar etmişdir. Cəlilova Zərifə də anasının sağlığında həmin bağ sahəsini 410 kv.m hissəsini anasının adına özəlləşdirərək çıxarış almış və xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2.
15. Anasının vəfatından sonra anası tərəfindən verilən etibarnamə qüvvədən düşdüyü üçün sonra X7 bağ sahəsinin yerdə qalan 590 kv.m sahəsinə dair hər hansı fəaliyyət həyata keçirə bilməmişdir. Odur ki, yerdə qalan 590 kv.m torpaq sahəsinə dair hər hansi fəaliyyəti həyata keçirmək anasının vərəsəsi kimi iddiaçı nın hüququdur. Cavabdehin etirazları:
16. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinin sənəd üzrə olan ölçüdən az hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməsi tövsiyə olunmuşdur. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən göstərilən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubları ünvanlanmışdır.
17. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən əlavə torpaq sahəsi qonşu hissədə ayrı hasar daxilində yerləşir və qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olmasını elektron bazaya əsasən müəyyənləşdirmək mümkün olmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız ar xivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə sorğularına cavab:
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2014-cü il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ evi ilə əlaqədar xx.xx.2014cü il tarixdə ********** nömrəsi ilə X8 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ilkin qeydiyyat aparılmışdır. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m, faktiki 413 kv.m, bağ sahəsi hər tərəfdən mişar daşla hasarlanmış, sahədə A birmətəbəli yaşayış evi, İ natamam tikili, İİ kölgəlik vardır. A-37.1 kv.m, İ- 92.7 kv.m, İİ -22.1 kv.m. Həmin məktubla göndərilmiş xx.xx.2022-ci il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.041352 ha, faktiki 0.1 ha. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır, 2 ayrı hissədən ibarətdir. Bağ evi və köməkçi tikili inşa edilmişdir.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********42 nömrəli məktubunda idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışd ır, sahəsi 585 kv.m təşkil edir. Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində yarımçıq tikililər mövcuddur. Bundan əlavə sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmamışdır. Həmçinin bağ sahəsi koordinat sistemində verilməmişdir. Bu səbəblərdən qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Qonşu hasar daxilində yerləşən özəl 498 saylı bağ sahəsi Ləğv olunmuş X18 Komitəsinin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələri 498, 34/5 saylı bağlardır.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarilxi 3-21-3-30/2-26848/2023 saylı məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 498 saylı bağ sahəsi 34 saylı BTK nəzdində 4 saylı order əsasında qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Həmin məktubla göndərilmiş əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, yerli baxış zamanı məlum oldu ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, sahəsi 585 kv.m təşkil edir Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində İ və İİ yarımçıq həyət tikilisi var. Bağ sahəsinin cizgisi və koordinatları ərizəyə əlavə olundu. Sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən qeyd olunan sualı dəqiq cavablandırmaq mümkün olmadı. Məsələ ilə bağlı bildirilir ki, qonşu hasar daxilində yerləşən özəl 498 saylı bağ sahəsi ləğv olunmuş DT və XK-nin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Həmçinin qeydiyyat zamanı vətəndaş tərəfindən bağ sahəsinin azalmasına dair notarial razılıq ərizəsi təqdim olunmuşdur. Qeyd olunan sualların kadastr sektorunda elektron baza məlumatlarına əsasən cavablandırılması məqsədə uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2761/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 130 nömrəli qərarı ilə X11 Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən 0,10 ha ölçüdə 498 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. X14 xx.xx.2013-cü il tarixində etibarnamə üzrə nümayəndəsi vasitəsilə verdiyi ərizədə 1000 kv.m torpaq sahəsindən 410 kv.m-nin özəlləşməsinə etiraz etməmiş, nəticə etibarı ilə xx.xx.2014-cü il tarixdə 498 saylı bağ sahəsi 0.041354 ha ölçüdə X8 adına ilkin qeydiyyata alınmış və sonradan həmin ölçüdə bağ sahəsi X6 adına özgəninkiləşdirilmişdir.
23. Hazırda iddiaçı X8 vərəsəsi olmaqla sözügedən 498 nömrəli bağ torpaq sahəsindən qalan və faktiki istifadəsində olan 585 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun X11 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir.
24. Məhkəmə hesab edir ki, X8 ilkin qeydiyyat zamanı 498 nömrəli 1000 kv.m ölçüdə bağ sahəsindən 413 kv.m hissəsini özəlləşdirməsi, hazırkı halda həmin bağ sahəsindən qalan və faktiki istifadədə olan torpaq sahəsinin qeydiyyatına mane olmur.
25. Əvvəla, iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinin 4 nömrəli orderidir. Orderdə torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir. Qeyd edilən ölçüdə torpaq sahəsindən özəlləşdirilməmiş, qalan hissənin hazırda hər hansı üçüncü şəxsin qanuni istifadəsinə verilməsi ilə bağlı torpaqayırma sənədi iş üzrə müəyyən olunmamışdır.
26. Hazırkı iş üzrə təqdim edilmiş arxiv sənədlərində X8 etibarnamə üzrə nümayəndəsi reyestr orqanı na təqdim etdiyi 20.1.2013-cü il tarixli ərizədə hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m torpaq sahəsindən yalnız 410 kv.m hissəsinin özəlləşməsinə etiraz etməmişdir. Başqa sözlə, həmin ərizədə hüquq sahibi 410 kv.m hissə çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsinə olan mülkiyyət hüququndan imtina etməmiş, mülkiyyət hüququdan imtina etdiyini aydın şəkildə əks etdirən hər hansı qeydi təqdim etməmişdir.
27. Təsadüfi deyildir ki, məhz həmin ərizədən sonra 410 kv.m hissəyə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış və eyni ayda həmin ölçüdə bağ sahəsini X1.
28. Beləliklə, iddia olunan torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə mərhum F.Nəsirovaya aid olmaqla bütövlükdə onun istifadəsində olmuş, F.Nəsirova yalnız ilkin olaraq həmin torpağın müəyyən hissəsini özgəninkiləşdirmək məqsədilə qeydiyyata aldırmış, qalan hissə ilə bağlı isə sərəncam verməmiş yaxud cavabdehin qeyd etdiyi və MM-nin nəzərdə tutduğu qaydada mülkiyyət hüququndan imtina barədə ərizə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir.
29. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
30. Cavabdeh iddia olunan ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirməyin mümkün olmadığını bildirsə də iddia olunan torpaq sahəsinin faktiki yerləşməsinə dair cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən sxem, koordinat və ərazinin ortofoto görüntüsündən məlum olur ki, iddia olunan faktiki istifadədə olan torpaq sa həsi 585 kv.m-dir, həmin bağın ətrafında yerləşən qonşu özəl bağ nömrələri 498 nömrəli və 34/5 bağ sahələridir. Faktiki sahənin qonşuluğunda qeydiyyatdan keçmiş 498 nömrəli 413 kv.m bağ sahəsinin yerləşməsi iddia olunan torpaq sahəsinin məhz 1000 kv.m ölçüdə olmuş vaxtilə 498 nömrəli bağ sahəsinin tərkib hissəsi olmaqla həmin bağdan yerdə qalan 585 kv.m torpaq sahəsi olmasını bir daha təsdiq edir. Torpaq sahəsinin faktiki yerləşmə koordinatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həmin koordinatlardakı torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü də müəyyən olunmamışdır.
31. Beləliklə, cavabdeh iddiaçının 498 nömrəli bağ sahəsindən qalmış 585 kv.m torpaq sahəsi kimi iddia etdiyi faktiki naturada göstərdiyi bağ torpaq sahəsinin konkret olaraq sx ematik xəritədəki 498 saylı bağ sahəsi (bir hissəsi) olmadığını və ya başqa nömrəli bağ sahəsinə uyğun gəlməsini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir.
32. Hazırda iddiaçının faktiki istifadəsində olan 585 kv.m ölçüdə bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Başqa sözlə, bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan iddia olunan torpaq sahəsinin X11 aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
33. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx. 2024-cü il tarixli, 21(103)-734/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. - Birinci sual: Hazırkı iş üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi 590 kv.m torpaq sahəsi (koordinatları müəyyən edilməklə) onun anası mərhum X11 xx.xx.1998-ci il tarixdən 4 saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişniyovka-2) bağlar sahəsində yerləşən 498 saylı, 0.10 ha bağ sahəsinin hüdudları daxilində yerləşirmi? - İkinci sual: Hazırkı iş üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nmasını tələb etdiyi 590 kv.m torpaq sahəsi digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü?
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 316-16/2-10/1383 №-li ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. - Birinci suala cavab: Mübahisə predmeti olan torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan X11 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 130 saylı qərarı, BTİ və İB-in 4 saylı orderi ilə 498 saylı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman mübah isə predmeti olan torpaq sahəsinin mərhum X11 xx.xx.1998-ci il tarixdə 4 saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişnyovka-2) bağlar sahəsində yerləşən 498 saylı bağ sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. - İkinci suala cavab: Mübahisə predmeti olan torpaq sahəsinin baxış zamanı əldə edilmiş döngə nöqtələrinin faktiki koordinatları Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron kadastr portalında (kadastrportali.az) araşdırılan zaman həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.”
36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-734/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2761/2023 saylı qərarı ləğv edilmiş, iddiaçının iddiası təmin edilməmiş, iddiaçıdan ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyindən görünür ki, iddiaçının hazırda mərhum anasının adına arayış verilməsini tələb etdiyi 585 kv.m torpaq sahəsi X11 xx.xx.1998-ci il tarixdə 4 saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişnyovka2) bağlar sahəsində yerləşən 498 saylı bağ sahəsinin hüdudları daxilində yerləşməməklə, dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
38. Məhkəmə kollegiyası ekspert rəyinə istinad edərək qeyd edir ki, cavabdehin imtinası qanunsuz de yil.
39. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
40. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normaların pozulmasına dair dəlillər:
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 152, 204-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinin tələbi pozulmuşdur. Məlum olduğu kimi, MM-nin 139-1.1-ci və istinad olunan Qanunun 8.0.7-ci maddələri ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir ki, bu əsaslardan birinə də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər aid edilmişdir. Göründüyü kimi, orderin mövcudluğu mülkiyyət hüququnun mövcud olmasını mübahisəsiz təsdiq edir və həmin order müvafiq icra hakimiyyəti orqanı (hazırkı iş üzrə cavabdeh) üçün öhdəlik yaradaraq həmin hüququn qeydə alınması vəzifəsini müəyyənləşdirir, yəni belə olan halda cavabdehin rolu həmin hüququn qeydə alınması, icra olunmasından ibarət olur.
42. MM-nin 152. 1-ci maddəsinə əsasən isə “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur." Qeyd olunan maddəyə əsasən sərəncam hüququ mülkiyyətçiyə mənsub olmaqla, onun iradəsindən asılı olaraq və həmin hüquq əsasında ona öz mülkiyyətinin hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz istəyinə görə mülkiyyəti tam və yaxud onun bir hissəsinə dair sərəncam vermək hüququna malikdir.MM-nin 204-ci maddəsi mülkiyyət hüququndan imtinanın qaydasını müəyyən edir. Həmin maddənin 1-ci bəndinə əsasən "Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. İstinad olunan maddə ilə imperativ qayda olaraq müəyyən edilmişdir ki, əgər şəxs mülkiyyət hüququndan imtina edirsə, buna dair ərizə daşınmaz əmlakın dövlət reyestrində mütləq şəkildə qeydə alınmalıdır və həmin ərizənin qeydindən sonra mülkiyyət hüququndan imtina məcburi qüvvəsini alır.
43. MM-nin 204.1-ci maddəsi ilə müəyyən edilmiş imperativ normaya əsasən orderlə Fatma Nəsirovaya ayrılmış 0,10 ha torpaq sahəsinin 590 kv.m. sahəsindən mülkiyyətçinin imtina edilməsinə dair ərizə mövcud deyil. Mülkiyyət sahibi Fatma Nəsirovanın etibarnamə üzrə nümayəndəsi Zərifə Cəlilova tərəfindən 0.10 ha torpaq sahəsinin 410 kv.m. sahəsi ilə bağlı verilmiş ərizə cavabdeh orqan tərəfindən digər 590 kv.m. sahədən imtina kimi qəbul edilməməlidir və cavabdeh bu qənaətə gəlməklə mülkiyyət hüququnun kobud pozuntusunu yol vermişdir. Bununla yanaşı, 0,10 ha torpaq sahəsinin 410 kv.m. sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etibarnamə əsasında X7 tərəfindən edilmişdir. Ölkə üzrə məlum olan faktdır ki, əvvəllər order və digər əsasla əmlaka mülkiyyət hüququ olan şəxslər öz əmlaklarını digər şəxslərə etibarnamə verməklə faktiki alqı-satqı əməliyyatını icra edirdilər.
44. Order hazırda qüvvədə olan qanunverciliklə termin olaraq müəyyən edilmiş və mülkiyyət hüququnun qeydiyyatını təsdiq edən, xüsusi formaya malik olan sənədə çıxarışa bərabər tutulur. Odur ki, mülkiyyətçi Fatma Nəsirova order əsasında mülkiyyət hüququna sahib olduğu 498 nömrəli bağ sahəsinin 410 kv.m və 590 kv.m. sahələri ilə bağlı ayrılıqda sərəncam vermişdir. Belə ki, 410 kv.m. sahəni etibarnamə əsasında X4, digər 590 kv.m. sahəsini isə - 2008-ci ildə X13 (hazırkı inzibati mübahisə üzrə 3-cü şəxsə) satmışdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqlarını qeydiyyata alınmasından imtina edilməsi üçün əsasa rast gəlinmir. Prosessual hüquq normaların pozulmasına dair dəlillər:
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçı hüquqlarının qeydiyyata alınmasını istədiyi torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər təqdim etmişdir. Lakin, cavabdeh sübut etmə vəzifəsini icra e tməyərək "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasa görə imtina etdiyini sübutu yetirə bilməmişdir.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.2-ci, 12.1-ci, 12.2ci, 28.1-ci və 28.2-ci maddələrinin tələbləri pozulmuşdur. İPM-in 27.2-ci maddəsinə əsasən Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Hazırkı inzibati mübahisə üzrə X16 üçüncü şəxs qismində cəlb edilmişdir.
47. İPM-in 12.1-ci maddəsinə əsasən “Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur."
48. Həm in Məcəllənin 12.2-ci maddəsinə əsasən "Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur." Proses iştirakçısı olan Nailə Məmmədova barəsində Məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, yalnız formal şəkildə üçüncü şəxsin cəlb edilməsi ilə kifayətlənmişdir. Bununla yanaşı, mülkiyyət hüququnun qeydiyyata alınması tələb olunan torpaq sahəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və ekspertizanın rəyində qeyd olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
49. İPM-in 12-ci maddəsinin tələbləri Məhkəmə tərəfindən pozularaq, mübahisə predmeti olan torpaq sahəsi barəsində tam araşdırma aparılmamış, həmin torpaq sahəsi hansı əsasla və hansı vaxtdan Dövlət mülkiyyətinə verildiyi araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
50. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) ərizə və vəsatətlər:
51. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.
52. Məhkəmə kollegiyası iddiaçının vəsatətini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ni zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
53. Hazırkı halda, iddianın maddi-hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
54. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kass asiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
56. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
58. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
59. Yuxarıda §-55-də istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və i şdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
60. İşin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 130 nömrəli qərarı ilə X11 Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən 0,10 ha ölçüdə 498 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. X14 xx.xx.2013-cü il tarixində etibarnamə üzrə nümayəndəsi vasitəsilə verdiyi ərizədə 1000 kv.m torpaq sahəsindən 410 kv.m-nin özəlləşməsinə etiraz etməmiş, nəticə etibarı ilə xx.xx.2014-cü il tar ixdə 498 saylı bağ sahəsi 0.041354 ha ölçüdə X8 adına qeydiyyata alınmış və sonradan həmin ölçüdə bağ sahəsi X6 adına özgəninkiləşdirilmişdir.
61. Hazırda iddiaçı X8 vərəsəsi olmaqla sözügedən 498 nömrəli bağ torpaq sahəsindən qalan və faktiki istifadəsində olan 585 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun X11 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir.
62. İş materiallarından görünür ki, aşağı instansiya məhkəmələrində işə baxılan zaman aşağıdakı məlumatlar cavabdehdən tələb edilmişdir. a) İddiaçı tərəfindən naturada göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağlar sahəsində yerləşən 498 saylı bağ sahəsinin qalan 590 kv.m hissəsinin yerləşdiyi bağların bölgüsünə dair sxematik xəritənin təsdiq olunmuş sürətinin, həmçinin sözügedən bağ sahəsinin bağların bölgüsü sx emində harada yerləşdiyi (işarələnmiş şəkildə) barədə ətraflı məlumat, b)İddiaçı tərəfindən naturada göstərilən 585 kv.m torpaq sahəsinin bağların bölgü sxemində hansı nömrəli bağ sahəsinə uyğun gəlməsi barədə məlumat və ya hər hansı nömrəli bağ sahəsinin tərkib hissəsi olub-olmaması barədə məlumat ( bölgü sxeminə uyğun işarələnmiş şəkildə) c) Həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənəd əsasında hər hansı hüquqi və ya fiziki şəxsin adına qeydiyyata alınıb-alınmaması barədə məlumat, qeydiyyata alındığı halda bu torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat.
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 316-16/2-10/1383 №-li ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin baxış zamanı əldə edilmiş döngə nöqtələrinin f aktiki koordinatları Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron kadastr portalında (kadastrportali.az) araşdırılan zaman həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən mübahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 130 nömrəli qərarı ilə X11 Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən 0,10 ha ölçüdə 498 nömrəli bağ torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsi yetərincə araşdırlmamışdır.
65. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan ərazinin digər üçüncü şəxslərin (fiziki və y a hüquqi şəxslər) adına ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və sair olub-olmaması məsələsinin aydınlaşdırılmadığı qənaətinə gəlir.
66. Sonda məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin düzgün həlli üçün hazırkı qərarın 62-ci bəndində (a,b,c) göstərilən məlumatlar və BTK-nın bağların yerləşmə sxemi araşdırılmalıdır.
67. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
68. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
69. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblər inin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
70. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-734/2024 saylı qərarı ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.