Məhkəmə qərarları › İş №2-1(102)-536/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-536/2025

19.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-536/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Rusiya Federasiyasında toplanan iş stajına görə pensiya hüququnun yaranması şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2-1(103)3277/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 19 avqust 1963-cü il təvəllüdlüdür. 2. НВ seriyalı, 008789 nömrəli diplomla müəyyən edilir ki, İddiaçı 1981-ci il tarixdə M.Əzizbəyov adına X12 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə Neft və Qaz yataqlarının işlənməsinin texnologiya və kompleks mexanikləşdirilməsi ixtisasını bitirmişdir.

3. İddiaçıya məxsus ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında xx.xx.1980-cı il tarixdə əmək fəaliyyə tinə başladığı, müxtəlif işlərdə, o cümlədən xx.xx.1986-xx.xx.2003-cü il tarixlərdə Rusiya Federasiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi qeyd edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 19 sentyabr 2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (8 il 28 gün), güzəştli iş stajı isə 10 ildən az (5 il 3 ay 8 gün) olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Həmçinin İddiaçı təqdim etdiyi 5 iyul 1980-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, İddiaçı Rusiya Federasiyasında işlədiyi dövrlər 23.2-ci maddədə nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1980-ci ildə başlamışdır. 1986-2003-cü illərdə Rusiya Federasiyası, Tümen vilayəti X9 Məhsuldarlığın Artırılması və Əsaslı Təmiri İdarəsində qazmaçı köməkçisi, qazmaçı və quyuların əsaslı təmiri üzrə usta işləmişdir. xx.xx.2003-cü ildə işdən azad olmuşdur. Ona güzəştli şərtlərlə yaşa görə əmək stajına görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciət təmin edilməmişdir. İmtina məktubunda qanunsuz və əsassız səbəblər göstərilmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edi lməsi xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-2733/2024 nömrəli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşından, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hazırkı məhkəmə icraatı zamanı “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X 8 əsasən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 26 aprel 2022-ci il tarixdə imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiq edilmişdir (xx.xx.2023-cü il, № 59-FZ Moskva, Kreml). Həmçinin Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmişdir. Bu səbəbdən həmin Müqavilə hazırkı işə tətbiq edilməli və qeyd edilən dövrlər də, iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi stajı və 10 ildən çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna mali kdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-2733/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3277/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X7 və X5) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-2733/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

18. Qeyd edilmişdir ki, iddiaçı F.X2 təqdim etdiyi sənədlərdə əks edilən məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (8 il 28 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1992-ci il və xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (5 il 3 ay 8 gün (xx.xx.1986xx.xx.1991-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 iyul 1980-cı il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında xx.xx.1992- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

19. Bundan başqa İddiaçı xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işləyib-işləməməsi, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da imzalanmış Müqavilənin qüvvəyə minib-minməməsi barədə məlumatların təqdim edilməsi üçün X3 Departamentinə sorğu ünvanlanmışdır. Qeyd olunan sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası ilə digər ölkələr arasında pensiya təminatı sahəsində olan münasibətlər müvafiq sahədə əməkdaşlıq haqqında beynəlxalq müqavilələrə uyğun tənzimlənir. xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublik ası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin (bundan sonra – Müqavilə) 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilənin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixində isə Rusiya Federasiyasında ratifikasiya edildiyinə baxmayaraq, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. Bu səbəbdən, Rusiya Federasiyasının ərazisində xx.xx.1992-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta ödənişlərinin və əmək stajının Azərbaycan Respublikası ərazisində pensiya təyin edilərkən nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq həm birinci instansiya məhkəməs i, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilər in və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 22. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusi ya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ Bölmə ÜMUMİ MÜDDƏALAR Maddə

1. Anlayışlar

1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzim ləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;... 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs;... 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;...

2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyy ən edilmiş mənanı daşıyır. Maddə

2. Tətbiq sahəsi

1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə;... Maddə

12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən ed ilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə

18. Keçid müddəalar

1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.

2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.

3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə

20. Müqavilənin qüvvəyə minməsi

1. Bu Müqavilə ratifikasiya edilməlidir.

2. Bu Müqavilə ratifikasiya sənədlərinin müba diləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.

4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılma sı qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və ora da şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

27. Məhkə mə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

28. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

29. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, işin hazırkı məhkəmə icraatı zamanı “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X8 əsasən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 26 aprel 2022-ci il tarixdə imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiq e dilmişdir (xx.xx.2023-cü il, № 59-FZ Moskva, Kreml). Həmçinin Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmişdir. Göründüyü kimi hazırda göstərilən müqavilə hər iki dövlət ərazisində ratifikasiya edilmişdir. Belə olan halda Müqavilə hazırkı işə tətbiq edilməli və qeyd edilən dövrlər də, iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır.

30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə yanaşmasını düzgün qəbul etməyərək gəlinmiş nəticəni aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

31. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası aras ında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır.

32. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur.

33. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir.

34. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır.

35. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması apellyasiya instansiya mə hkəməsi tərəfindən araşdırılmamışdır. Belə araşdırılmanın təmin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərməlidir.

36. Əgər aparılmış araşdırmalar nəticəsində Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparıldığı müəyyən edilərsə, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir.

37. Belə ki, Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

38. Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir: “Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur”.

39. Mə hkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

40. Apellyasiya instansiya məhkəməsi müqavilənin 20-ci maddəsini rəhbər tutmaqla müqavilənin qüvvəyə mindiyi tarixi, eləcə də iddiaçının pensiya hüququnun məhz Müqavilənin qüvvəyə mindiyi tarixdən yarandığını müəyyən edə bilər. Eyni zamanda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi isə iddia tələbinin uğ urlu olması ilə nəticələnə bilər.

41. Odur ki, apellyasiya instansiya məhkəməsi növbəti apelyasiya baxışı zamanı yuxarıda qeyd edilmiş halları təhlil etməklə araşdırmalar aparmalıdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumare sku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

44. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3277/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar