Məhkəmə qərarları › İş №2-1(102)-538/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-538/2025

01.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-538/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 Şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət orqanının ləğvi; hüquq varisliyi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2rşı “əmrin ləğv edilməsi və analoji vəz ifəyə təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2281/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xx.xx.2022-ci il tarixli 97/k nömrəli “Əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinə əsasən Xidmətdə qulluq keçən dövlət qulluqçularının, o cümlədən əmrin 1.11-ci bəndinə əsasən iddiaçının dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixindən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəmə sindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmrin ona aid hissədə ləğv edilməsi və onun Azərbaycan Yerüstü Nəqliyyat X6 şəxsində analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş aylıq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildən 2011-ci il tarixədək Avtonəqliyyat Servis departamentdə çalışmış, 2011-ci ildən Fərman əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmış, 18 yanvar 2012-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək həmin Xidmətdə dövlət qulluq çusu kimi işləmişdir. Daha sonra, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Xidmətin və onun tabeliyində olan bir sıra qurumların əsasında Cavabdeh yaradılmış və həmin qurumların əmlakının Agentliyin balansına keçirilməsi qərara alınmışdır. Göründüyü kimi, Agentlik publik hüquqi şəxs formasında Xidmətin hüquqi varisi qismində çıxış edir. Hüquqi varis isə qanunsuz əmr qəbul edərək onun işdən azad edilməsini həyata keçirmişdir. Belə ki, Agentlik 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu tərtib etmiş, həmin tarixli əmrlə də dövlət orqanının ləğvi əsası ilə onu işdən azad etmişdir. Halbuki dövlət orqanın ləğvi həyata keçirilməmiş, Agentlik Xidmətin hüquqi varisi qismində çıxış etmişdir. Bundan əlavə, A.Rzayev 2022-ci ilin sentyabr ayından əmr qəbul etmək səlahiyyəti olm adığı halda 2022-ci ilin oktyabr ayından işdən azad edilmə barədə qanunsuz əmr qəbul etmişdir.

4. Cavabdeh iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edərək bildirmişdir ki, Agentlik publik hüquqi şəxsdir və dövlət orqanı olan Xidmətin hüquqi varisi hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin digər bir Fərmanında “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi qismində tanınmamışdır. Agentliyin mülkiyyətində hər hansı əmlak olmamış, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Bundan əlavə, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir.

5. Bakı İnzibati Məhkəməsi 14 fevral 2024-cü il tarixli, 2-1(11 2)-1101/2024 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilmiş, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilmiş və iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş aylıq əmək haqqının ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Xidmətin əsasında yaranmış dövlət orqanı olmasa belə, Xidmətin əsasında yaranmış dövlət qurumudur. “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğ u haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının dövlət orqanının ləğv edildikdən sonra onun əsasında yaradılmış qurumda dövlət qulluqçularının vəzifə tutmaqda üstünlük hüququnun realizə məqsədləri baxımından cavabdehin publik hüquqi şəxsin dövlət orqanı hesab edilməməsi barədə mövqeyi isə formal hesab edilməklə istər, publik hüquqi şəxslərin yaranma zərurətinə, istər dövlət qulluqçularının təminat hüququn realizə edilməsi ilə bağlı dövlətin qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun hesab edilməməlidir. Dövlət orqanı ləğv edildikdən sonra onun əsasında eyni vəzifə və səlahiyyətləri icra edən publik hüquqi şəxs formasında qurumun yaradılma zərurəti, yeni yaranmış dövlət qurumu üçün dövlət qulluqçusu statu sunu itirmiş şəxslərin əmək hüquqlarının pozuntusunun qarşısının alınması barədə götürülmüş vəzifənin icrasını istisna etmir.

7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2281/2024 saylı qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və G.M.Abbasova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsi 14 fevral 2024-cü il tarixli, 2-1(112)-1101/2024 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsind ə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1463 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanı və Azərbaycan Respublikasının Prezidentinin 8 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Cavabdehnin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında həmin nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (“AYNA”) publik hüquqi şəxs yaradılmış və onun Nizamnaməsi təsdiq olunmuşdur. Başqa sözlə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti yenidən təşkil nəticəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nə çevrilmişdir. Mülki Məcəllənin 47.1-ci, 55.1-ci, 57.1-ci və 57.3-cü maddələrindən göründüyü kimi, hüquqi şəxs dövlət qeydiyyatına alınm ış nizamnaməsi əsasında fəaliyyət göstərir. Çevrilmə yolu ilə yenidən təşkil olunduqda, yenidən təşkil olunmuş hüquq şəxsin nizamnaməsində onun öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəalar olmalıdır. Belə müddəaların olmaması yeni qurumun dövlət qeydiyyatından imtina üçün əsasdır. Konkret halda yeni yaradılmış Cavabdeh PHŞ-nin dövlət qeydiyyatına alınmış Nizamnaməsində həmin Agentliyin, əvvəlki qurumu, “Dövlət Avtomobil Nəqliyyatı Xidməti”nin hüquqi varisi olması barədə müddəa mövcud deyildir. Eyni hallar üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun məhkəmə aktı ilə müəyyən olunan təcrübəsi bunu təsdiqləyir.

10. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməs ini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli 1463 saylı Fərmanının 1-ci hissəsindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ləğv olunması barədə heç bir qeyd yoxdur, AYNA DANX-nin və onun tabeliyində olan müəssisələrin əsasında yaradılmışdır. Göründüyü kimi, burada hüquqi varisliyin sinqulyar forması əmələ gəlmişdir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nə ötürülmüşdür. Həmçinin Konstitusiya Məhkəməsinin Palatasının 09 iyul 2024-ci il tarixli qərardadında göstərilən müddəalar Bakı Apellyasiya Məhkəməsi tərəfindən tətbiq edilməyərək səhv nəticəyə gəlinmişdir. Belə ki, həmin Qərardadda göstərilən müddəaları hazırkı işə tətbiq etsək görərik ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin səlahiyyətləri yeni yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X6 şəxsinə ötürülmüşdür. Konstitusiya Məhkəməsinin Qərardadına əsasən Xidmət ləğv edildikdə belə publik hüquqi münasibətlər xitam olunmur, bu münasibətlərin tərəfi dövlət özüdür. Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin Palatasının 09 iyul 2024-ci il tarixli qərardadının tələblərini nəzərə almamış və səhv nəticəyə gələrək hesab etmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X3 Nəqliyyat Xidmətinin hüq uqi varisi deyil, halbuki Konstitusiya Məhkəməsinin qərardadında göstərilən mövqeyinə görə Agentlik Xidmətin varisidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1463 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmə tlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Region al Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılsın....

3. Müəyyən edilsin ki: 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüqu qi şəxsdir;

14. Azərbaycan Respublikasının Prezidentinin 8 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”: 1.1.Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Ba kı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.

15. Azərbaycan Respublikası Prezidentinin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanı:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bund an sonra – Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılsın.... 3.2. Agentlik bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil e dilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud i nzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabde hin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması əsaslı olmuşdur.

23. Bununla yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat X6 şəxsin, ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmadığı barədə apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nə qliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1463 nömrəli Fərmanının imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində, həmçinin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman da imzalamışdır. 11 oktyabr 2021-ci il tarixli, 1462 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqə msal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki,, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

25. Eyni zamanda “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanında isə qeyd edilmişdir: Bənd

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmi yyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılsın; Bənd

3. Müəyyən edilsin ki: 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; 3.2. bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir.

26. Göründüyü kimi, eyni Nazirliyin tabeliyində olan müəssisələr barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 11 oktyabr 2021-ci il tarixində iki fərman - 1462 və 1463 nömrəli fərmanlar imzalanaraq hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsi əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri, yəni Azərbaycan Yerüstü Nəqliyyat X6 şəxsi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır.

27. Azərbaycan Yerüstü Nəqliyyat X6 şəxsi dövlət orqanı deyildir, eləcə də Fərmanda onun Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquq varisi olduğuna dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, yeni yaradılmış Cavabdeh PHŞ-nin dövlət qeydiyyatına alınmış Nizamnaməsində həmin Agentliyin əvvəlki qurumun, “Dövlət Avtomobil Nəqliyyatı Xidməti”nin hüquqi varisi olması barədə müddəa mövcud deyildir. Eyni z amanda, işə əlavə olunmuş, “Publik hüquqi şəxslərin dövlət reyestri”ndən xx.xx.2022-ci il tarixli çıxarışdan da görünür ki, Cavabdeh PHŞ əvvəlki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin varisi olması barədə reyestrdə də qeyd aparılmamışdır. Odur ki, hazırkı halda, Cavabdeh PHŞ-nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olan qurum kimi qiymətləndirilməsi istisna olunur. 28. “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinə görə dövlət qulluqçularına verilən təminatlardan biri də ondan ibarətdir ki, dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük hüququna malikdir.

29. Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömr əli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisas uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi” Qaydasının 5-ci bəndində isə təsbit edilmişdir ki, ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır. Dövlət orqanlarında analoji vakant vəzifə yarandıqda Mərkəz həmin şəxsləri, onların öz razılığı əsasında, vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində müvafiq dövlət orqanının rəhbərinə təqdim edir. Müvafiq dövlət orqanının rəhbərinə təqdim edilmiş şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzifəyə təyin edilməli və bu barədə Mərkəzə məlumat verilməlidir.

30. Göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, ləğv edilən dövlət orqanının bazasında yeni dövlət orqanı deyil, publik hüquqi şəxs yaradılmışdır. Başqa sözlə, ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadığından, eləcə də hüquq varisliyi mövcud olmadığından cavabdehin iddiaçını işə götürməyə dair öhdəliyi yaranmır.

31. İddiaçı tərəfindən kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 09 iyul 2024-ci il tarixli qərardadının tələblərinin nəzərə alınmadan səhv nəticəyə gəldiyi hesab edilərək qeyd olu nmuşdur ki, Konstitusiya Məhkəməsinin qərardadında göstərilən mövqeyinə görə Azərbaycan Yerüstü Nəqliyyat X3 Nəqliyyat Xidmətinin hüquqi varisidir.

32. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 09 iyul 2024-ci il tarixli qərardadında Azərbaycan Yerüstü Nəqliyyat X6 şəxsinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi olmasını təsdiqləyən mövqeyi olmamışdır. Konstitusiya Məhkəməsinin Palatası 28 noyabr 2024-cü il tarixli qərardadında da bu faktı təsdiq etmişdir. Belə ki, iddiaçının hazırkı kassasiya şikayətində qeyd etdiyi eyni məzmunlu dəlillərlə Konstitusiya Məhkəməsinə müraciət etmiş şəxsin dəlillərdən biri - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 09 iyul 2024-c ü il tarixli qərardadının Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən nəzərdə alınmaması olmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası bildirmişdir ki, şikayətçinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası sözügedən 09 iyul 2024-cü il tarixli qərardadla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli 2022-ci il 08 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsi ilə inzibati xətalar sahəsində AYNA-nın üzərinə qoyulmuş funksiyaların icrası ilə əlaqədar məsələ tənzimlənir.

33. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 09 iyul 2024-cü il tarixli qərardadında AYNA-nın ləğv edilmiş dövlət orqanının hüquqi varisi ol ması barədə hər hansı bir mövqeyi olmamış, orada yalnız AYNA-nın inzibati xətalara üzrə onun üzərinə qoyulmuş funksiyaların icrası ilə əlaqədar məsələnin tənzimlənməsi öz əksini tapmışdır.

34. Həmçinin analoji işlə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1915/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından verilmiş şikayət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 28 noyabr 2024-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbulundan imtina edilərək göstərilmişdir ki, mübahisələndirilən məhkəmə qərarında tətbiq edilən normativ hüquqi akt ilə ərizəçinin hüquq və azadlıqlarının məhdudlaşdırılması, bu qərarın Konstitusiyaya və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslanması müəyyən edilməmişdir.

35. Yuxar ıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2281/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar