Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-542/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 21.05.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı MMC-nin nümayəndəsi-təsisçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı aksiz markasının verilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.09.2018-ci il tarixli qərarından iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayə tinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirliyin hərəkətsizliyi qanunsuz hesab edilərək, iddiaçı MMC ilə Belarus Respublikasının “xxxx” MMC arasında bağlanmış 17/05/2017 saylı, 17.05.2017-ci il tarixli və iddiaçı MMC ilə Belarus Respublikasının “BelTabakko enterprises” xarici unitar ticarət müəssisəsi arasında bağlanmış 17-052017EXP saylı, 17.05.2017-ci il tarixli müqavilələrdə göstərilmiş tütün məmulatlarının idxalı üçün iddiaçı MMC-yə aksiz markasının verilməsi vəzifəsinin cavabdeh Nazirliyin üzərinə qoyulması, eləcə də, cavabdeh Nazirliyin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçı Şirkətin düşdüyü zərərə görə 2.000.000 manat məbləğində kompensasiyanın cavabdeh Nazirlikdən tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.05.2018-ci il tarixli qərardadı ilə (Ş.Məmmədova; iş No 2-1 (81)-289/2018) iddianın cavabdeh təşkilatın öhdəliklərini icra etməməsi nəticəsində iddiaçı Şirkətin düşdüyü zərərə görə 2.000.000 manat məbləğində kompensasiyanın cavabdeh Nazirlikdən tutularaq iddiaçı MMC-yə ödənilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.05.2018-ci il tarixli qərarı ilə (Ş.Məmmədova; iş No 2-1 (81)-289/2018) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.09. 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)1803/2018) iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.05.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı MMCkassasiya şikayəti verərək, qərarı ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-ninkassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, iş üçün əhəmiyyətli olan faktları araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul ed ilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasına gəlmiş iddiaçı MMC-nin nümayəndəsi-təsisçisi N.Fərhadova Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə birlikdə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Nazirliyin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı MMC xarici şirkətlərlə bağladığı alqı-satqı müqavilələrə əsasən ölkəyə idxal edəcəyi tütün məmulatlarına qanunla tələb olunan müvafiq aksiz markalarını əldə etmək üçün müvafiq ərizə ilə cavabdeh Nazirliyə müraciət etmişdir. Həmin inzibati orqanın iddiaçı MMC-yə ünvanladığı 27 noyabr 2017-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, MMC-nin aksiz markalarının verilməsi barədə Nazirliyə müraciəti müsbət həllini tapmamış, son nəticədə iddiaçı MMC-nin şikayəti ilə bağlı başlanmış icraata onun məhkəməyə müraciət etməsi ilə əlaqdar xitam verilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh Nazirliyin Əsasnaməsinin 8.19-cu bəndinə uyğun olaraq aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək Nazirliyin vəzi fələrinə aid edilmişdir. «Tütün və tutun məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq serifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər. Göründüyü kimi, xarici dövlətlərdən tütün və tütün məhsullarının idxal olunması müəyyən faktiki şərtlərin yerinə yetirilməsi nəticəsində baş tuta bilər. Belə ki, bu cür məhsullar dövlət qeydiyyatına, müvafiq sertifikata və ya tanınması barədə şəhadətnaməyə malik olmalı, habelə, bu qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verməlidir. Lakin iş üzrə müəyyən edilir ki, iddi açı MMC-nin idxal etmək istədiyi tütün və tütün məmulatlarının qanunun qeyd olunan tələblərinə uyğun gəlib-gəlmədiyini təsdiq edə bilən sübütlar nə cavabdeh inzibati orqana, nə də ki məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan alkoqollu içkilərə, pivəyə, eitl (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları» təsdiq edilsə də, sonradan həmin Komitə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli 760 №-li Fərmanı ilə ləğv edilmişdir. Həmin Fərmanın 4-cü bəndində, o cümlədən təsbit olunmuşdur ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözügedən Palatanın nizamnaməsinin təsdiq olunğu gündən ləğv edilir və onun istifadəsində olan dövlət əmlakı sonuncuya keçir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi isə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilsə də bu günə kimi, onun tərəfindən Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan alkoqollu içkilərə, pivəyə, eitl (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları müəyyən olunmamışdır. Belə ol an halda, yəni, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvafiq qaydalar təsdiq olunmadığı təqdirdə, iddiaçının idxal etmək istədiyi tütün və tütün məmulatlarına cavabdeh tərəfindən aksiz markaların verilməsi mümkünlüyü istisna edilir, yəni, onun belə markaları vermək öhdəliyi mövcud olmur. Bu baxımdan da onun üzərinə müvafiq öhdəliyin qoyula bilməz Beləliklə də, iddiaçı MMC-nin markaların verilməsi ilə iddia tələbinin təmin edilməsi üçün faktiki şərtlər mövcud deyil. Belə olan halda isə cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının pozulmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinin məzmunu ilə ifadə olunan mənası da məhz ondan ibarətdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı inzibati orqandan inzibati aktın qəbul edilməsi i lə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini o zaman tələb edə bilər ki, bu inzibati orqanın üzərinə qanunla düşən bir öhdəliyindən irəli gəlsin və həmin öhdəliyinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş olsun. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavadeh tərəfindən bu cür pozuntu hallarına yol verildiyi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllə nin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.09.2018-ci il tarixli qəraı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC -nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-542/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-542/2019
21.05.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver