Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-544/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; icarə haqqı, bazar qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı «cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının ləğv edilməsi, həmin qərara əsasən MMC-yə hesablanmış 93307,83 manat verginin və 34093,39 manat maliyyə sanksiyasının silinməsi» tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)152/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2018-ci il 19 iyul tarixli **********157048 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təy in edilmiş və yoxlamanın nəticəsi olaraq 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli, **********196243 nömrəli qərar qəbul edilmiş, İddiaçı MMC səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,23 manat əsas və 34093,39 manat məbləğində maliyyə sanksiyası olmaqla, cəmi 127400,62 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 30 yanvar 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarə si tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarının ləğv edilməsini və cavabdeh tərəfindən tətbiq edilmiş 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarına əsasən İddiaçı MMC-yə hesablanmış 93307,23 manat əsas borcun və 34093,39 manat maliyyə sanksiyasının silinməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196243 saylı, 2020-ci il 16 yanvar tarixli qərarı”na əsasən iddiaçıya səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,83 manat vergi hesablanmış və 34093,39 manat maliyyə sanksi yası tətbiq edilmişdir. Həmin qərar əsassız və qanunsuzdur. İddiaçı ilə icarəyə götürənlər arasında keçirilmiş yığıncağa əsasən 2010-cu ilin oktyabr ayının 1-dən "X8” MMC-də icarə haqqı hər kvadratmetr üçün 4 manat müəyyən olunmuşdur. Bundan sonra hər bir icarəçi ilə 2010-cu ildən hal-hazıra kimi hər il bağlanılan icarə müqaviləsinə əsasən hər kvadrat metr üçün icarə haqqı 4 manat müəyyən edilmişdir. Sözügedən qərar 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli səyyar vergi yoxlamasının nəticələri haqqında akta əsasən tərtib edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən iddiaçıya ümumilikdə səyyar vergi yoxlaması nəticəsində 93307,89 manat verginin hesablanması və 57601,80 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Hazırkı mübahisəli aktın tərtib edilməsinə əsas cavabdehin 2019-cu il 12 noyabr tarixli, **********193108 nömrəli qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertiza olmuşdur. Həmin qərarla ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X3 ekspert qismində dəvət edilmişdir. Cavabdehin sənədlərin təqdim edilməsi haqqında 2019-cu il 5 dekabr tarixli məktubuna əsasən "xxxx" MMC-nin 2019-cu il 3 dekabr tarixli ekspert rəyinə əsasən, bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, guya 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dövr ərzində iddiaçının mülkiyyətində Quba şəhəri, Heydər Əliyev 196 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m sahəsi üçün orta aylıq icarə haqqı 6 manat müəyyən edilmişdir. 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli səyyar vergi yoxlaması aktı ona görə əsassızdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 2018-ci il 16 noyabr tarixli, **********168872 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X4 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə "xxxx" MMC-nin 2019-cu il 21 may tarixli ekspert rəyi verilmiş, 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dö vr ərzində iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m sahəsi üçün orta aylıq icarə haqqı 5.27 manat müəyyən edilmişdir. Bunun nəticəsində 2019-ci il 24 may tarixdə **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə vergi ödəyicisinə 58289,05 manat verginin hesablanması və 32898.6 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmin aktdan verilmiş şikayət nəzərə alınmış və nəticədə yenidən ekspertiza keçirilməsi qərara alınmışdır. Cavabdehin 2019-cu il 17 iyul tarixli, **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün 2-ci dəfə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X2 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyi 2019-cu il 23 oktyabr tarixli ekspert rəyi verilmiş, icarə haqqının orta bazar qiyməti 1 kv.m üçün 4,33 manat müəyyən edilmişdir. Bunun nəticəsində 2019-cu il 24 oktyabr tarixdə **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə vergi ödəyicisinə 24263,7 manat verginin hesablanması və 14522,37 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin 2019-cu il 18 oktyabr tarixli, **********191765 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilmə si üçün 3-cü dəfə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X6 ekspert kimi dəvət edilmişdir. Lakin iş üzrə bu günə kimi ekspert rəyi verilməmişdir. Cavabdehin 2019-cu il 17 iyul tarixli, **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən keçirilmiş ekspertizanın (2019-cu il 24 oktyabr tarixli) rəyi gəlməmiş, 2019-cu il 18 oktyabr tarixdə **********191765 nömrəli 4-cü dəfə ekspertizanın təyin edilməsi haqqında qərar verilmiş və ekspertizanın keçirilməsi üçün yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X7 ekspert kimi dəvət edilmişdir. Halbuki, bundan əvvəlki birinci dəfə iş üzrə ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırıldığı üçün ona etiraz etmişdir və eti razı təmin olunmuşdur. Buna baxmayaraq cavabdeh iddiaçının həmin şirkətə etiraz etdiyini bilə-bilə yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ekspertiza keçirilməsini tapşırmışdır. İş üzrə əvvəlcə 2019-cu il 17 iyul tarixli, **********187031 nömrəli qərarla təyin edilmiş Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X1 rəyi gəlməmiş, yenidən ekspertizanın təyin edilməsi haqqında 2019-cu il 18 oktyabr tarixdə qərar qəbul edilmiş, əvvəlki ekspertiza üzrə rəy 2019-cu il 23 oktyabr tarixdə verilmişdir. Göründüyü kimi 3 saylı Ərazi Vergilər İdarəsi icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi haqqında qərarları üç dəfə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, bir dəfə Azərbaycan Respu blikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza'’ Birliyinə tapşırılmış, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza" Birliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən fərqli az miqdarda icarə haqqı müəyyən etsə də, həmin rəyi ört-basdır etmiş, təkrar olaraq əsaslandırmadan, rəy gəlmədən yenidən ekspertiza təyin etmişdir. İddiaçıya məxsus ərazidən mərkəzə daha yaxın ərazidə Heydər Əliyev prospektində yerləşən obyektin 2018-ci il 5 iyul tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarə qiyməti (obyektin harada yerləşməsi, icarə qiyməti və s. kommersiya sirridir, amma araşdırmaya təqdim etməyə hazırdır) 1 kv.m üçün 1,9 manat müəyyən edildiyi, reallıqda isə 1 kv.m üçün təxminən 1-3 manat arası icarə haqqı olduğu halda ‘‘MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən keçirilmiş ekspertiza rəyləri nəticəsində hər dəfə 1 kv.m üçün icarə haqqı artırılmış, 2019-cu il 21 may tarixdə 5,27 manat, sonuncu dəfə 2019-cu il 3 dekabr tarixdə isə, 6 manat müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin rəyində isə icarə qiyməti reallığa bir az uyğun 4,33 manat müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən yüksək fərqlə rəy verməklə bu iş qərəzli olmasını sübut edir. Azərbaycan Respublikasında azı 13 qiymətləndirmə şirkəti olduğu halda 4 dəfə keçirilmiş ekspertizanın 3 dəfəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması cavabdehin bu işdə qərəzli olmasını sübut edir. Ekspert rəyinin 4-cü vərəqində 2-ci ehtimal və məhdudiyyət şərtləri bölməsinin 4-cü bəndi ndə qeyd edilmişdir ki, “Qiymətləndiricinin qiymətləndirilən qeyri-yaşayış sahəsinin qiymətləndirildiyi tarixdə və qiymətləndirmə tarixinə etibarlıdır. Bu tarixdən kənar dövr ərzində qeyri-yaşayış sahəsinin bazar dəyərinə təsir göstərə bilən hər hansı bir iqtisadi, hüquqi və digər faktorlara görə qiymətləndirici məsuliyyət daşımır”. Lakin, buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə rəyində 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Həmçinin, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda - “Qiymətləndirmə tarixi”- anlayışına izah verilmiş və qiymətləndirmə məhz həmin dəqiq tarixə aid olması qeyd edilmişdir. Bazar şəraitində qiymətlər bu və ya digər istiqamətə dəyişir, b u həqiqətə uyğun gəlməyə də bilər. Ona görə də, müəyyən olunmuş dəyəri keçmiş və ya gələcək tarixə deyil, məhz bu tarixdəki vəziyyəti əks etdirir. Lakin buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə 2019-cu il 3 dekabr tarixli rəyində 3 il əvvəlki dövrdən 2018-ci il 1 iyun tarixədək dövr ərzində 1 kv.mnin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Ekspert rəyinin 8-ci bəndini əhatə edən “Qiymətləndirilən obyektin (bazar) foto görüntüləri” vərəqində olan foto görüntülər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2019-cu il 21 may tarixli görüntüləri ilə eynidir. Halbuki, may ayından sonra noyabr ayına kimi bazarda müəyyən dəyişiklik edilmişdir. Ekspert rəyinin 8-ci “Aparılmış hesablamalar” bəndində qeyd edilmişdir ki, “qiymətləndirilən obyektin tam oxşarını n praktiki baxımından mövcud olmaması qiymətləndirici mütəxəssisə analoji obyektlər üzrə məlumatlar əldə etməkdə və onlar üzərində müəyyən təshihlər aparmaqda problemlər yaratmışdır.” Lakin, qeyd edilənlərin əksinə olaraq "xxxx" Müəssisəsi”nin oxşarı “Əli Ticarət” Mərkəzi, “Quba Ticarət” Mərkəzi və digər obyektlərdir ki, həmin bazarlarda da icarə haqqının 1 kv.m görə qiyməti nəinki 6 manat heç 4 manat da deyildir. Bundan başqa ekspert rəyinin 8.1-ci bəndində “Torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində obyektlərin satışından bəhs edilmişdir ki, bunun da icarə qiymətləri ilə uzlaşdıraraq nəticə çıxarmaq mümkün deyildir. Həmin bölmədə analoq 1, 2, 3 şəkillərlə müqayisəli tədqiqat aparılmışdır ki, həmin analoq şəkillərdə satış tarixi noyabr ayından əvvəlki t arixlərə təsadüf etsə də, ekspert müqayisəli tədqiqatda üç obyektin tikilmə tarixini noyabr 2019-cu il kimi qeyd etmişdir. Müqayisəli tədqiqatda torpaq sahəsinin təyinatı qeyri-yaşayış obyekti kimi göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Müqayisəli tədqiqatda torpaq sahəsinin elektrik, qaz, su, kanalizasiya kimi kommunikasiyalara bağlı olduğu göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Göründüyü kimi ekspert rəyinin 8.1-ci bəndində “Torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində həqiqətə uyğun olmayan, analoq şəkillərdə qeyd edilməyən xüsusatlar qeyd edilməklə müqayisəli tədqiqat aparılmasına cəhd edilmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, mənfəət vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 82856,50 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 16571,30 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 148924,66 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29784,93 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2015-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 16571,30 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 13213,63 manat mənfəət vergisi hesablanmışdır (148924,66- 82856,50=66068,16x20%). Həmçinin, vergi ödəyicisi tərəfindən 2016-cı ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə ve rgiyə cəlb olunan mənfəəti 65169,49 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 13033,90 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 152206,45 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 30441,29 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2016-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 13033,90 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 17407,39 manat mənfəət vergisi hesablanmışdır (152206,45- 65169,49=87036,96x20%). Həmçinin, vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 52897,63 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 10579,53 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 149368,55 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29873,71 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 10579,53 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 19294,18 manat mənfəət vergisi hesablanmışdır (149368,55- 52897,63=96470,92x20%). Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan 2017-ci ild ə 5290,50 manat məbləğində pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldığına görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında 2645,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı təkrar ekspertizanın aparılmasının eyni şirkətə tapşırıldığını göstərmişdir. Vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqın da" 2018-ci il 16 noyabr tarixli, **********168872 nömrəli qərarına əsasən ekspert kimi X4 təyin edilmiş və onun tərəfindən 2019-cu il 21 may tarixli rəy təqdim edilmişdir. Bundan sonra 2019-cu il 12 noyabr tarixli, **********193108 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən təkrar aparılmış ekspertiza X3 tərəfindən aparılmış və onun tərəfindən 2019-cu il 3 dekabr tarixli rəy təqdim edilmişdir. Göründüyü kimi, cəmiyyətdə aparılmış təkrar ekspertiza əvvəlki ekspertiza aparmış ekspert tərəfindən aparılmamış, digər ekspert tərəfindən aparılmışdır. Səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur.
5. Sumqayıt İnzibati Məhkəməsi nin 2020-ci il 13 oktyabr tarixli, 2-1(118)-649/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarı ləğv edilmiş, cavabdeh tərəfindən tətbiq edilmiş 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarına əsasən iddiaçıya hesablanmış 93307,23 manat əsas borc və 34093,39 manat maliyyə sanksiyası silinmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə vergi orqanının vəzifəli şəxsinin müvafiq qərarına əsasən ekspertizanın təyin edilməsi, ekspert rəyinə əsasən icarə haqqı məbləğinin müəyyənləşdirilməsi, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri ilə ekspert rəyi arasında yaranmış icarə haqqı məbləği arasındakı fərqə və icarə haqlarının arasındakı fərqə münasibətdə hesablanmış vergilərə (ƏDV və mənfəət vergisi) münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərkən və tərəflər arasında icarə haqqı məbləği müəyyən edilərkən “İcarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. Bundan başqa, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri dəyişdirilmədən, yəni həmin müqavilələr icarə haqqı məbləğləri hissədə etibarsız və ləğv edi lmədiyindən, müqavilədə ola-ola vergi orqanı tərəfindən ekspert rəyinə əsaslanaraq, yəni faktiki olaraq qüvvədə olan icarə müqavilələrinin icarə haqqı qismində etibarsız və ləğv edilmədiyi halda ekspert rəyinə əsasən icarə haqqı məbləğlərinin dəyişdirilərək, ona uyğun verginin hesablanması qanuni hesab edilə bilməz. Belə ki, qanunvericilik əqdlərin etibarsızlığı, müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını dəqiq olaraq tənzimləyir, bu əsaslar dəqiqdir və onlar geniş təfsir edilə bilməz. Məhkəmə cavabdehin iddiaçı tərəfindən icarəyə verilmiş əmlakın hər kvadrat metri üçün müəyyən edilmiş qiymət ekspert rəyinə əsasən müəyyən edilmiş bazar qiymətlərindən 30 faizdən çox dəyişdiyi (2012-ci ildə 41,00 %, 2013-cü ilin yanvarında 33,33%) üçün vergilərin hesablanmasının Azərbaycan Resp ublikası Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən bazar qiymətlərinə əsasən hesablanmasına münasibətdə qeyd edir ki, bazar qiymətlərindən 30 faizdən çox dəyişiklik ekspert rəyi ilə icarə müqavilələrinin arasında yaranmış fərqdir, yəni bu halın özü hələ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsaslanaraq verginin hesablanmasına əsas vermir və bu hal digər sübutlarla da təsdiqlənməlidir və iş materiallarında bazar qiymətinin dəqiqliklə müəyyənləşdirildiyini təsdiq edəcək hər hansı bir sübut yoxdur və bu hal vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr yaradır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasi ya instansiyası məhkəməsində birinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2021 nömrəli, 2021-ci il 25 may tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instaniyası məhkəməsində birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1588/2021 nömrəli, 5 oktyabr 2021-ci il tari xli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2021 nömrəli, 2021-ci il 25 may tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi ekspert rəyinə istinad edirsə, həmin rəyi işdə olan digər sübutlarla birlikdə tam və hərtərəfli tədqiq etməli, rəydə göstərilən məlumatlarla işdə olan digər sübutetmə vasitələrindəki məlumatlar arasında ziddiyyətlər olduğu halda, bu ziddiyyətlərin səbəblərini araşdırmalı, onlara qiymət verməli idi.
13. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çək sə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.
14. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Eyni ilə, cavabdehin bununla bağlı apellyasiya şikayətindəki dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də hər hansı münasibət bildirilməmişdir.
15. Bundan başqa, iddiaçı cavabdehin qərarını bütövlükdə mübahisələndirərək ləğv edilməsini xahiş etmiş, məhkəmə də həmin tələbi tam təmin etmişdir. Lakin cavabdehin qərarının məzmunundan göründüyü kimi, iddiaçıya hesablanmış vergi məbləğ ləri təkcə mənfəət və əlavə dəyər vergiləri üzrə olmamış, iddiaçıya onun tərəfindən pul vəsaitinin silinməsi növbəliliyinin pozulmasına (2017-ci il üzrə ümumilikdə 5.290,50 manat nağd qaydada məxaric əməliyyatları aparıldığına) görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2.645,25 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmələr tərəfindən qərar qəbul edilərkən qeyd olunan hallara hər hansı münasibət bildirilməmiş, hesablamanın hansı səbəbdən əsassız və qanunsuz olduğu əsaslandırılmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-152/2022 nömrəli, 11 noyabr 2022-ci tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və R.Ə.Ağayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-649/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı qismən, yəni Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılmasının ləğv edilməsi, bununla əlaqədar tətbiq olunmuş 4,18 manat maliyyə sanksiyasının, həmçinin Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən vergi ödəyicisinə tətbiq olunmuş 2645,25 manat maliyyə sanksiyasının silinməsi» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası səyyar vergi yoxlaması zamanı təyin edilmiş ekspertizalar nəticəsində təqdim edilmiş ekspert rəyləri ilə icarə haqlarının icarə müqaviləsində nəzərdə tutulandan çox olması və cavabdehin buna istinad edərək hesabladığı vergilərə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərkən və tərəflər arasında icarə haqqı məbləği müəyyən edilərkən “İcarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələri qüvvədə olduğu və həmin müqavilələr əsasında icarə haqqı müəyyən edildiyi hal da cavabdeh vergi orqanının ekspert rəyinə əsaslanaraq, icarə haqqı məbləğlərini dəyişdirməsi və ona uyğun vergi hesablaması qanuni hesab edilə bilməz.
18. Məhkəmə kollegiyasının iclasında Quba şəhəri, H.Əliyev prospekti 196 ünvanında yerləşən icarəyə verilmiş obyektin mübahisələndirilən illər üzrə 1 kv.m. sahəsinin faktiki bazar qiyməti və obyektin ümumi sahəsi üzrə də mübahisə yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 14 sentyabr 2022-ci il tarixli, ƏEM/S 24-600/22 nömrəli rəyi ilə aparılmış hesablamalara və təhlillərə əsasən xx.xx.2015-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən obyektdə ("X8" MMC-d ə) 1 kv.m. üçün icarə haqqının bazar qiymətinin bir ay üçün 4 (dörd) manat təşkil etdiyi, eləcə də Quba rayonu, Quba şəhəri, H.Əliyev 196 ünvanında yerləşən həmin obyektin faktiki icarəyə verilmiş və icarəyə verilməsi üçün yararlı sahələrini müəyyən etmək üçün ərazinin sxeminə, eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyət müqayisəli təhlil edilmişdir. Ekspertlər tərəfindən hər bir obyekt üzrə «BOSCH DLE 70» Lazer ölçü cihazı ilə ölçmə işlərinin aparıldığı və Quba rayonu, Quba şəhəri, H.Əliyev 196 ünvanında yerləşən həmin obyektin faktiki icarəyə verilmiş və icarəyə verilməsi üçün yararlı sahələrin hazırda - 5121 (beş min yüz iyirmi bir) kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir.
19. Bundan başqa, məhkəmə kollegiyasının iclasında tərəflər qərarın mübahisələndirilməsinin iddia tələbi üz rə yalnız icarəyə götürülmüş sahənin 1 kv.m. üçün aylıq icarə haqqının hansı məbləğdə olması ilə əlaqədar olduğunu bildirmiş və eyni zamanda icarəyə götürülmüş sahənin hansı ölçüdə olmasının hazırki iş üzrə mübahisə predmeti olmadığını qeyd etmişlər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının ilkin iclaslarında icarəyə götürülmüş sahələrdə icarəçilərin uzun müddət əvvəl işləməsini, onların əksəriyyətinin icarəyə götürülmüş sahələrin özəlləşdirilməsindən imtina etdiklərini, buna görə və onların maddi vəziyyəti nəzərə alınmaqla icarəyə götürülmüş sahənin 1 kv.m. üçün aylıq icarə haqqının bazar qiymətlərinə uyğun 4 manat müəyyən edilməsi tərəflərin qarşılıqlı razılığına əsasən düzgün müəyyən edilmişdir. Əksinə icarə haqqının daha yüksək olması iddiaçının mənafeyinə uyğundur. Bununla əlaqəd ar məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə icarəçilərlə icarəyə verən arasında bağlanmış müqavilələrdən sui-istifadə edilməsinə dair sübutların təqdim edilməsi təklif edilsə də, bununla əlaqədar hüquqdan sui-istifadə olunmasına dair cavabdeh tərəfindən əsaslı sübutlar təqdim olunmamışdır.
20. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının icarə haqqının müəyyənləşdirilməsi barədə cavabdehin istinad etdiyi ekspert rəyi iddiaçı barəsində əlavə vergilərin hesablanması zamanı əsaslı sübut sayıla bilməz. Belə ki, qeyd edilən rəylə iddiaçıya məxsus obyektin müəyyən edilmiş icarə haqqı məbləğlərinin hansı məlumatlara əsasən hesablanması, ekspertin istinad etdiyi obyektlərin, iddiaçıya məxsus obyektin təyin atına, keyfiyyətinə və yerləşmə yerinə uyğun olub-olmaması, yəni iddiaçının obyekti ilə oxşar xüsusiyyətlərə malik olub-olmaması müəyyən olunmur. Eləcə də, Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizası keçirilmiş və ekspert rəyi ilə xx.xx.2015-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən obyektdə ("X8" MMC-də) 1 kv.m. üçün icarə haqqının bazar qiymətinin 1 ay üçün 4 (dörd) manat təşkil etdiyi müəyyən edilmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı MMC əmlak vergisini ödəmədiyindən və hesabdan pul vəsaitinin silinməsi növbəliliyini pozduğundan Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunve riciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarı «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 4,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də, Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisinə 2645,25 manat maliyyə sanksiyasının tətbiq edilməsi» hissəsində əsaslı olduğundan cavabdehin şikayəti həmin hissədə təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-649/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi iddia əriz əsinin əsaslandırıcı hissəsində mübahisələndirilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. Şikayətdə Vergi Məcəlləsinin 3.8, 14.3.5, 53.3, 124.4, 104.1, və 159.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 69.4 və 96.11-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 81, 101.7 və 220.4-cü maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Vergi Məcəlləsi: Maddə
14. Bazar qiyməti -14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fond u istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; -14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə
38. Səyyar vergi yoxlaması -38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: -38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları -58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
104. Vergitutma obyekti -104.1. Rezident müəssisə üç ün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə
124. Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması -124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qi yməti nəzərə alınmaqla müəyyən edilir. Maddə
159. Vergitutma obyekti -159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair təl əblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv ed ərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə” dair xx.xx.2012-ci il tarixli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla yanaşı hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəali yyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
33. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barədə 19 iyul 2018-ci il tarixli, **********157048 nömrəli qərar qəbul etmişdi r.
34. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya gö rə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
35. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
36. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qar şısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa g örə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
37. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həya ta keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
38. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 19 iyul 2018-ci il tarixli, **********157048 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
39. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdı r və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.
40. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlam asının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.
41. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahi bkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
42. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla tə sdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
43. Bundan başqa, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qeydiyyatdan keçməmişdir.
44. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət ol muşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
45. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatla rın reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. 46. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
47. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həya ta keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
48. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığ ını yoxlayır.
49. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.
50. Beləliklə, qeyd edilənlə rə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı aşağı instansiya məhkəmələrinin nəticəsi düzgün olmuşdur.
51. Cavabdeh iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edərkən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əməl etmədiyindən, cavabdehin kassasiya şikayətinin digər dəlillərinin yoxlanılmasına zərurət qalmır.
52. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(105)-152/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.