Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-548/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-469/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Ölüm haqqında” şəhadətnaməyə əsasən, X6 xx.xx.2017-ci il tarixdə “baş və döş qəfəsin. odlu silah. güllə ilə yarala.” səbəbindən ölmüşdür.
2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Hp02/6963 nömrəli məktubundan qeyd edilmişdir ki, X3 Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ölməsi faktı ilə bağlı Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. İbtidai istintaq zamanı alınmış şahid ifadələri, məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik və s. ekspertizaların rəyləri, eləcə də to planmış digər sübutlarla müəyyən edilmişdir ki, əsgər Elvin Namazov hərbi hissədəki xidmət müddətlərində dəfələrlə əsgər X2 döyüb-incidərək təhqir etmiş, xx.xx.2017-ci il tarixdə onlar birgə sərhəd gözətçisi xidmətində olarkən saat 08 radələrində Eltun Bayramov qisas almaq niyyəti ilə ona təhkim olunmuş avtomat silahdan Elvin Namazovun baş və bədən nahiyələrinə atəş açaraq sonuncunu öldürmüş, ardınca həmin silahdan özünə atəş açaraq intihar etmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılaraq E.Bayramovun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci, E.Namazovun əməli isə CM-nin 332.3-cü maddələrinə tövsif edilmiş və xx.xx.2017-ci il tarixdə hər ikisinin barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qəra r qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin üzrə xx.xx.2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə mərhum X3 barəsində Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə aparılan cinayət təqibinə, baraətverici əsaslar olmadan, cinayət törədildikdən sonra öldüyünə görə, yəni CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-57/2-76/2023 nömrəli məktubundan görünür ki, iddiaçının oğlu X4 şəhid statusunun verilməsi tələbinin sonuncunun əsgər yoldaşı ilə aralarında baş vermiş mübahisə səbəbindən qəsdən öldürüldüyündən təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayon şöbəsinə təqdim etmək üçün xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, xx.xx.1997-ci ildə Şəmkir rayonunda doğulmuş oğlu X3 Azərbaycan Respublikası uğrunda xidmət apararkən həlak olmasına dair arayışın verməsi vəzifəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Daha sora iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq oğlu X4 şəhidlik statusunun verilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 2015-ci il 20 oktyabr tarixdən Şəmkir rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 10 noyabr 2015-ci ildən Füzuli rayonun ərazisində yerləşən N saylı hərbi hissədə qulluq etməyə başlamış, az bir müddət ərzində özünü bacarıqlı vətənsevər əsgər kimi göstərmişdir. Oğlu xx.xx.2017-сi il tarixdə Dövlət Sərhəd Xidmətinin Füzuli rayonun ərazisində N saylı hərbi hissəsinin N nömrəli sərhəd zastavasının müşahidə qülləsində xidmət apararkən həmin zastavanın əsgəri X5 tərəfindən güllənələnərək öldürülmüşdür. Bu barədə cinayət iş başlanılmış və müvafiq araşdırılma aparılmışdır. Oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğr unda vətən qarşısında xidməti vəzifəsini icra edərkən həlak olsa da müvafiq dövlət orqanlarından bu barədə arayış ala bilməmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 2 mart 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-553/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarının tədqiqindən göründüyü kimi mərhum X6 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, əsgər yoldaşı tərəfindən avtomat silahından açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etmişdir. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-469/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən sax lanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifəsini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələ rində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılır.
16. Qeyd edir ki, övladı da xidmət zamanı həlak olub. Qanun normasında aydın şəkildə göstərilir: hərbi qulluqçular hərbi xidmət vəzifəsini faktik yerinə yetirdikləri bütün hallarda - xidmət başında sayılır. Onun övladı da qətlə yetiriləndə xidmətdə idi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə
2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi sta tusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qə rarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddi a ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı qərarın 18-20-ci bəndlərində qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər
29. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
30. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, iddiaçının oğlu X1 Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasında xidmət keçən zaman onunla tabelik münasibətində olmayan hərbi qulluqçu X5 ilə birlikdə xx.xx.2017-ci il tarixdə, saat 06:00-dan 09:00-dək hərbi hissənin ərazisində olan müşahidə qülləsində, sila h-sursatla sərhəd gözətçisi xidmətində olarkən, saat 08-09 radələrində E.Bayramov ona təhkim olunmuş AK 74 markalı “907077900” nömrəli avtomat silahdan avtomatik rejimdə E.Namazovun baş və bədən nahiyəsinə 7 (yeddi) dəfə atəş açaraq onu qəsdən öldürmüş, daha sonra isə özünü öldürmüşdür. Qeyd olunan hadisəyə səbəb E.Namazovla E.Bayramov arasında daha öncədən müəyyən səbəblərə görə münasibətlərin pisləşməsi olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, mərhum X6 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, sərhəd gözətçisi xidməti vəzifəsini yerinə yetirərkən onunla birgə həmin xidməti vəzifəni yerinə yetirən əsgər E.Bayramovun avtomatik silahla atə ş açması nəticəsində həlak olmuşdur.
32. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır.
34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRAR A ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-469/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.