Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-55/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş pensiya məbləğinin ödənilməsi) 01.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-164/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən təminat xərcliyinin 55%-i nəzərə alınmaqla iddiaçıya xx.xx.2006-cı il tarixdən hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının müraciəti əsasında ona təyin edilmiş pensiya növü dəyişdirilərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli məlumat vərəqəsinə əsasən 28 il xidmət müddətinə müvafiq 1175 manat təminat xərcliyinin 79%-i nəzərə alınmaqla ona xx.x x.2016-cı il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuş və onun pensiyası xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yenidən hesablanaraq ödənilməli olan 27154,15 manat pensiya məbləği 2016-cı ilin oktyabr ayında ona ödənilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən iddiaçının 32 il 3 ay xidmət müddətinə müvafiq 1175 manat təminat xərcliyinin 91%-i nəzərə alınmaqla ona pensiya təyin edilmiş və onun pensiyası xx.xx.2006-ci il tarixdən xx.xx.2018-cı il tarixədək hesablanaraq ödənilməli olan 18080,77 manat pensiya məbləği xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə aylıq pensiya məbləğinin üzərinə əlavə olunmaqla ona ödənilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli məlumat vərəqələrində müəyyən edilmiş 1175 manat təminat xərcliyinin əvvəlki illər üzrə də nəzərə alınmasını və ona xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6830 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 1564 manat olmaqla, cəmi 8394 manat ödənilməli olan məbləğin də ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsinə əsasən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yenidən hesablanmı şdır. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 18080,77 manat məbləğində fərq 2018-ci ilin fevral ayından etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin aidiyyəti vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində pensiyasının az hesablanması nəticəsində ona ödənilməyən 8394 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixində pensiyaya çıxmış, lakin Az ərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin təqsiri ucbatından xidmət illərinin az göstərilməsi səbəbindən pensiya məbləği az hesablanmışdır. Müraciəti əsasında DTX tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixli yeni məlumat vərəqəsi göndərilmiş və 2016-cı ilin may ayından pensiya məbləği 640 manatdan 928 manata qaldırılmışdır. Göründüyü kimi, fərq 288 manat təşkil etmişdir. xx.xx.2006-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər keçən 118 ay müddətinə, hər ay 288 manat olmaqla ona cəmi ödənilməli olan 33984 (118 x 288) manat pul məbləğindən 27154 manat ödənilmişdir. Bu da, onu göstərir ki, ona 6830 manat az ödənilmişdir. Bundan əlavə, xidmət illərinin səhv göstərilməsi ucbatından ona pensiya məbləğinin az hesablanması nəticəsində 19599 manat maddi ziyan vurulmuşdur. xx.xx.2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xidmət illərinin düzgün hesablanması barəsində verilən məhkəmə qərarına əsasən ödənilməyən məbləğ bölünərək aylar üzrə pensiya məbləğinə əlavə olunmağa başlanmışdır. Həmin məbləğin hesablanması zamanı da qanunusuzluğa yol verilərək, 1564 manat az pul əlavə olunmuşdur. Belə ki, DTX-nin xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsinə əsasən onun pensiyası pul təminatının 79 faizindən 91 faizinə qaldırılmışdır. Belə olan halda, pensiyanın məbləği 141 manat artaraq 928 manatdan 1069 manata yüksəlmişdir. Belə ki, 139 ayı 141-ə vuranda 19599 manat edir. 19599 manatdan da 18035 manatı çıxanda 1564 manat fərq qalır. Həmin məbləğ də ona ödənilməlidir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir k i, iddiaçıya Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (hazırkı Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən xx.xx.2006-cı il tarixdə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən cavabdeh tərəfindən ödənilir. İddiaçının əmək pensiyasının təminat xərcliyinin artım hissəsinə uyğun olaraq keçmiş dövr üzrə fərq məbləği aşağıdakı qaydada hesablanaraq ona ödənilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixindən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336 manat, rütbə maaşı 48 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 24,75 manat olmaqla, cəmi təminat xərcliyi 766,35 manat müəyyən edilmiş və iddiaçıya 32 il 3 ay xidmət müddətinə görə təminat xərcliyinin 91 faizi - 697,38 manat məbləğində hər ay əmək pensiyası ödənilməli olduğu halda 435,14 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 1660,85 manat hesablanmışdır. xx.xx.2008-ci il tarixindən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336 manat, rütbə maaşı 48 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 32 manat olmaqla, cəmi təminat xərcliyi 773,60 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi - 703,98 manat məbləğində ödənilməli olduğu halda, 427,49 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 3528,6 manat hesablanmışdır. xx.xx.2008-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 372,80 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64 manat ol maqla, cəmi təminat xərcliyi 953,20 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi 867,41 manat məbləğində ödənilməli olduğu halda, 530,26 manat ödənilmiş, beləliklə, növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4045,80 manat hesablanmışdır. xx.xx.2010-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 370 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 400 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 55,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 1019,50 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi - 927,75 manat məbləğində ödənil məli olduğu halda, 530,26 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4141,28 manat hesablanmışdır. xx.xx.2011-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 407 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 429,60 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 61,05 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 1091,65 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi 993,40 manat məbləğində ödənilməli olduğu 566,73 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4397,89 manat hesablanmışdır. xx.xx.2013-cü il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 448 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 462,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 67,20 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 1171,60 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1066,16 manat məbləğində ödənilməli olduğu halda 600,41 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4831,04 manat hesablanmışdır. xx.xx.2016-cı il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 450 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maa şının 80 faizi miqdarında əlavəsi 464 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 67,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1069,71 manat məbləğində ödənilməli olduğu halda, 644,38 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 2687,37 manat hesablanmışdır. xx.xx.2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 495 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi 500 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 74,25 manat və ərzaq payı əvəzinə ödənilən pul kom pensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 1263,25 manat müəyyən edilmiş və iddiaçıya hər ay əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1139,47 manat məbləğində pul ödənilməli olduğu halda 1573,48 manat ödənilmiş, beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4141,28 manat hesablanmışdır. Göstərilənlərə əsasən, iddiaçıya ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 45234,92 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cavabdehə təqdim edilmiş ən sonuncu xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsindəki məlumatlara əsasən, xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasında kı dövr üçün iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin sonuncu məlumat vərəqəsində vəzifə maaşı 450, rütbə maaşı 130, xidmət illərinə görə 80 faiz əlavə 464, məharət dərəcəsinə görə 15 faiz əlavə 67,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Göstərilən məlumatlara əsasən iddiaçıya 32 il cəmi xidmət müddətinə görə əmək pensiyasının təyin olunması müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixli yeni və ən sonuncu məlumat vərəqəsinə əsasən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yuxarıda göstərilən rəqəmlərə əsasən yenidən hesablanmış və nəticədə yaranmış 18080,77 manat məbləğində fərq (xx.xx.2016-cı il tarixli əvvəlki məlumat vərəqəsinə əsasən iddiaç ının ümumi xidmət müddəti 28 il müəyyən olunmuşdur, buna görə də sonuncu məlumat vərəqəsinə əsasən iddiaçıya 32 il ümumi staja görə əmək pensiyası təyin olunarkən əvvəlki təyinat və yeni təyinat məbləği arasında fərq yaranmışdı) 2018-ci ilin fevral ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 04 fevral 2020-ci il tarixli, 21(112)-268/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli, 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən h issəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2018-ci il tarixli, 21/138 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq iddiaçıya pensiya fərqinin xx.xx.2006-cı il tarixdən hesablanaraq ödənilməsi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli, 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq iddiaçıya pensiya fərqinin xx.xx.2007-ci il tarixdən hesablanaraq ödənilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəli r ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçı barəsində göndərilən dəqiqləşdirilmiş məlumat vərəqələrində göstərilənlər nəzərə alınsa da, pensiya fərqi fərqli tarixlərdən hesablandığından və iddiaçıya pensiya xx.xx.2006-cı il tarixdən təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli, 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddianın qalan hissəsinin hüquqi əsası olmadığından, həmin hissədə iddia təmin edilməməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elmira Nağıyeva /sədrlik edən və məruzəçi/, Həmid Həmidov və Vidadi Məmmədov) 19 avqust 2020-ci il tarixli, 2-1(103)-1096/2020 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbinə dair inzibati iş yenidən mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsi araşdırılmamış, iddiaçıya h ansı məbləğdə pensiya fərqinin ödənilməsi qərarda öz əksini tapmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi iddia tələbindən də kənara çıxaraq, qaldırılan iddia üzrə qərar qəbul etməmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı pensiyasının az hesablanması nəticəsində ona ödənilməyən 8394 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli, 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqinin nəzərə alınaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara al ınmışdır. birinci instansiya məhkəməsində ikinci icraat
14. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçının xx.xx.2006-cı il tarixdə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli məlumat vərəqələri üzrə yenidən hesablanması ilə bağlı müraciətinə 30 gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Sözügedən məhkəmə qərardadının icrası haqqında cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə sonuncu xidmət keçdiyi orqan tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun ol araq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən cavabdeh tərəfindən ödənilir. İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli məlumat vərəqəsinə əsasən iddiaçıya cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilm iş, eyni zamanda, xx.xx.2007-ci il tarixdən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyası üzrə xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaiti 2016-cı ilin oktyabr ayında onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. İddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsinə əsasən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün onun əmək pensiyası yenidən hesablanaraq ona ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 18080,77 manat pul vəsaiti xx.xx.2018-xx.xx.2019cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ona ödənilmişdir.
16. Birinci instansiya məhkəməsində iddiaçı izahat verərək bildirmişdir ki, faktiki olaraq aldığı pensiya ona əvvəlcə xx.xx.2016-cı il tarixdə və daha sonra xx.xx.2018-ci il tarixdə təyin olunmuşdur. Həmin vaxtı da onun təminat xərcliyinə (1175,5 manat) əsasən təyin olunan pensiyasının məbləği 2016-cı ildən 928 manat və 2018-ci ildən 1069 manat olmuşdur. Onun ömürlük pensiya hüququ hələ hərbi xidmətdə olarkən xx.xx.2004-cü il tarixdən yaranmasına baxmayaraq, pensiya almaq hüququnu xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra qazandığı üçün pensiya məbləği də qanuna müvafıq olaraq həmin vaxtdan sonra keçən müvafıq olaraq 118 ayın (xx.xx.2016cı il üçün) və 139 ayın (xx.xx.2018-ci il üçün) hamısı üçün hesablanm alı idi. 2-ci qrup hərbi əlilliyə görə xx.xx.2006-cı ildən aldığı təminat xərcliyinin 55 faizi məbləğindəki pensiyası 640 manat olmaqla əlillik növündən 2016-cı ilin aprelində (28 il xidmət müddəti nəzərə alınmaqla və döyüş bölgəsindəki xidmət illəri güzəştli sayılan hissəsi nəzərə alınmadan) təminat xərcliyinin 79 faizi məbləğində 928 manat hesablanmaqla 288 manat artım fərqiylə hərbi xidmət illərinə görə yaşa görə pensiya növünə keçirildikdə, keçmiş dövr 118 ay üçün ödənilməmiş pensiya pulunun məbləği 118x288=33984 manat təşkil edir ki, bu məbləğdən də ona birdəfəlik ödənilmiş 27154 manat çıxıldıqda 33984-27154=6830 manat ödənilməmiş məbləğ qalır. Xidmət illərinin məhkəmə qərarına görə döyüş bölgəsindəki güzəştli sayılan xidmət hissəsi nəzərə alınmaqla yenidən hesablanması nəticəsində xi dmət illəri 28 ildən 32 ilə qalxmaqla, pensiyasının təminat xərcliyinin 12 faizi məbləğində 141 manat fərqlə artması səbəbindən, pensiyası pul təminatının 79 faizindən - 928 manatdan 91 faizinə - 1069 manata çatdırılmışdır. Bu hal da pensiyaya çıxdığı xx.xx.2006cı ildən nəzərə alınmadığına görə keçmiş dövr 139 ay üçün 139x141=19599 manat təşkil etdiyindən ona ödənilmiş 18035 manatı çıxdıqda 19599-18035=1564 manat ödənilməmiş məbləğ qalır. Xidmət illərinə görə yaşa görə pensiya növü üzrə yenidən pensiyanın hesablanması zamanı ona ümumilikdə ödənilməmiş 6830+1564=8394 manat pulun ödənilməməsi üçün cavabdeh əsassız bəhanələr gətirir. Ömürlük pensiya hüququnun xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası MTN-də hərbi xidmətdə olduğu dövrdən yaranması barədə qeyd Azərbaycan Respublikası DTX tərəfindən cavabdehə xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərdə göndərilmiş dəqiqləşdirilmiş məlumat vərəqələrində öz əksini tapmışdır və xx.xx.2006-cı ildə pensiyaya çıxdığı vaxtdan ömürlük pensiya almaq hüququ vardır. Bütün yuxarıda göstərilənlər sübut edir ki, hərbi qulluqçuya pensiya təyin olunan vaxtı bütün təminat xərcləri əsas götürülməlidir. Əvvəlki illər üçün təminat xərclərinin əsas götürülməsi qanunda nəzərdə tutulmamışdır.
17. Bakı İnzibati Məhkəməsinin (hakim: Şəlalə Həsənova) 20 aprel 2022-ci il tarixli, 2-1(112)-119/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təminat xərcinin məbləği xx.xx.2006-cı il tarixindən 766,35 manat, xx.xx.2008-ci il tarixindən 773,60 manat, xx.xx. 2008-ci il tarixindən 953,20 manat, xx.xx.2010-cu il tarixindən 1019,50 manat, xx.xx.2011-ci il tarixindən 1091,65 manat, xx.xx.2013-cü il tarixindən 1171,60 manat, xx.xx.2016-cı il tarixindən 1175,50 manat olmuşdur. İddiaçıya ilkin olaraq əlilliyə görə əmək pensiyası təyin edilərkən, həmçinin sonradan həmin pensiya növü yaşa görə əmək pensiyası ilə əvəz edildikdən sonra belə pensiya məbləği iddiaçının xidmət etdiyi qurum tərəfindən hər artıma qədər verilmiş təminat xərcliyinə uyğun hesablanmış, xidmət illəri ilə bağlı yol verilmiş yanlışlıq aradan qaldırıldıqdan sonra xx.xx.2006-cı il tarixdən ödənilməyən fərq məbləğinin 45234,92 manat olması müəyyən edilmiş, həmin fərq məbləğinin iddiaçıya ödənilməsi təmin edilmişdir. İddiaçı 2016-cı və 2018-ci illər üzrə verilmiş məlumat vərəqələrində ə ks olunan təminat xərcliyinin əvvəlki illərə (xx.xx.2006-cı ildən) şamil olunaraq, həmin təminat xərcliyi əsasında hesablamaların və yaranmış fərq məbləğlərinin ödənilməsini xahiş etsə də, iddiaçının irəli sürdüyü bu dəlil qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericilikdə təminat xərcliyinin həm hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı, həmçinin də sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr əsasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçının xidmət etdiyi orqan tərəfindən 2016-cı ilə görə və 2018-ci ilə görə verilən təminat xərcliyinin əvvəlki illər üzrə nəzərə alınması mümkün deyildir. Çünki 2016-cı il və 201 8-ci illərə aid məlumat vərəqələrində nəzərdə tutulmuş təminat xərcliyində olan artım əvvəlki illərdə olmamış, hər dövr üzrə (artım olanadək) məlumat vərəqəsinin tərtibi həmin il üzrə hərbi qulluqçunun təminat xərcliyi əsasında müəyyən edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçıya qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edildiyindən və ödənildiyindən, yaşa görə əmək pensiyasının məbləği müəyyən edilən zaman qanunvericiliyin qüvvədə olan normaları nəzərə alınmaqla düzgün tətbiq olunduğundan, iddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni v ə əsaslı olmuşdur.
19. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 18 may 2023-cü il tarixli, 2-1(103)-164/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün pensiya fərqinin ödənilməyən hissəsinin – 8394 manat məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün əmək pensiyası yenidən hesablanmışdır. Cavabdeh tərəfindən əmək pensiyası üzrə xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr üçün iddiaçıya ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaiti 2016-cı ilin oktyabr ayında pensiyanın üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. İş materiallarından isə görünür ki, DTX-nın Maliyyə İdarəsinin xx.xx.2016-cı il tarixli yeni məlumat vərəqəsinə əsasən xəstəliyə görə iddiaçıya hesablanan 640 manat pensiya məbləği 928 manata qaldırılmış, xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixə qədər keçən müddə t üçün, hər ay 288 manat (118 ay x 288 = 33984) olmaqla ona cəmi ödənilməli olan 33984 manat pul məbləğindən 27154 manat ödənilmişdir. İddiaçıya 6830 manat (33984-27154=6830) pul az ödənilmişdir. Bundan başqa, təqdim olunmuş xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən xx.xx.2006xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün əmək pensiyası yenidən hesablanaraq iddiaçıya ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilmişdir. Cavabdeh bildirir ki, qeyd edilən 18080,77 manat pul vəsaiti xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiaçıya ödənilmişdir. İş materialları ilə və cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə sənədlərinə əsasən də təsdiq olunur ki, iddiaçıya pensiyanın yenidən he sablanması nəticəsində 18035 manat pul ödənilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsinə əsasən pensiyanın məbləği iddiaçının xidmət illərinə görə 91 faizlə hesablanmaqla 141 manat artımla 1069 manat olmuş, belə olan halda da, ona keçmiş dövrün 139 ayının hər ayı üçün 141 manat olmaqla 19599 (139 x 141=19599) manat pul ödənilməli olduğu halda, iş materialları ilə və cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə sənədlərinə əsasən də təsdiq olunur ki, iddiaçıya bu artımla bağlı da 18035 manat pul ödənilmişdir, odur ki, ödənilməmiş 1564 manat fərq iddiaçıya ödənilməlidir. Cavabdeh xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün pensiya fərqinin iddiaçıya tam ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
22. Cavabdeh kassasiya ş ikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Resp ublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.5 və 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələr dən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 20.1 və 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pe nsiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla... müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokuror luğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablan ması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesabla nan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır;
3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir;
4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qə rardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin ma teriallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsa sların qeyd olunmasını zəruri hesab edir.
32. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən təminat xərcliyinin 55%-i nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında ona təyin edilmiş pensiya növü dəyişdirilərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli məlumat vərəqəsinə əsasən 28 il xidmət müddətinə müvafiq 1175 manat təminat xərcliyinin 79%-i nəzərə alınmaqla ona xx.xx.2016-cı il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və onun pensiyası xx.xx.2 007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yenidən hesablanaraq, ona 27154,15 manat pensiya məbləğinin ödənilməli olduğu müəyyən edilmiş və həmin məbləğ 2016-cı ilin oktyabr ayında ona ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən iddiaçının 32 il 3 ay xidmət müddətinə müvafiq 1175 manat təminat xərcliyinin 91%-i nəzərə alınmaqla ona pensiya təyin edilmiş, onun pensiyası xx.xx.2006-ci il tarixdən xx.xx.2018-cı il tarixədək yenidən hesablanaraq, ona 18080,77 manat pensiya məbləğinin ödənilməli olduğu müəyyən edilmiş və həmin məbləğ xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə aylıq pensiya məbləğinin üzərinə əlavə olunmaqla ona ödənilmişdir.
33. Hazır kı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli məlumat vərəqələrində müəyyən edilmiş təminat xərcliyinin əvvəlki illər üzrə də nəzərə alınmaqla, ona xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6830 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 1564 manat olmaqla, cəmi 8394 manat məbləğin ödənilməsinə nail olmaqdan ibarətdir. Bu zaman iddiaçı 2016-ci il tarixli məlumat vərəqəsinə əsasən pensiyasının 928 manat müəyyən olunduğunu və bu baxımdan xx.xx.2006-xx.xx.2016-cı illər üzrə hər ay 288 manatın, 2018ci il tarixli məlumat vərəqəsinə əsasən isə pensiya məbləğinin xidmət illərinə görə təminat xərcliyinin 91 faizi ilə hesablandığına və bu baxımdan əvvəlki illər üzrə 141 manatın az ödənildiyinə istinad edir.
34. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 25-26-cı bəndlərində istinad edilən normalara görə, təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin normalara əsasən hərbi qulluqçular sırasından olan şəxslərə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün şəxsin xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələb olunur. Şəxsin xidmət etdiyi orqan tərəfindən məlumat vərəqəsində təminat xərcliyi ilə yanaşı şəxsin xidmət etdiyi illər barədə məlumatın dəqiq göstərilməsi mühüm rol oynayır. Belə ki, hərbi qulluqçunun xidmət etdiyi illər əsasında əmək pensiyaçının təminat xərcliyinə tətbiq olunacaq faiz dərəcəsi müəyyən olunur və bu faiz dərəcəsi əsasında pensiya məbləğinin hesablanması aparılır. Qanunvericilikdə təsbit olunmuş bu qaydalar imperativ xarakter daşıyır və cavabdehin həmin qaydalara, o cümlədən məlumat vərəqələrinə bağlı olduğu nəzərə alınmalıdır.
35. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının təminat xərcliyinin məbləği xx.xx.2006-cı il tarixindən 766,35 manat, xx.xx.2008-ci il tarixindən 773,60 manat, xx.xx.2008-ci il tarixindən 953,20 manat, xx.xx.2010-cu il tarix indən 1019,50 manat, xx.xx.2011-ci il tarixindən 1091,65 manat, xx.xx.2013-cü il tarixindən 1171,60 manat, xx.xx.2016-cı il tarixindən 1175,50 manat olmuşdur.
36. İddiaçının tələb etdiyi 288 manat fərqlə bağlı bu qərarın 35-ci bəndində qeyd olunanlar nəzərə alındıqda, cavabdeh tərəfindən iddiaçıya ilkin olaraq həm əlilliyə görə əmək pensiyası təyin edilərkən, həm də əlilliyə görə pensiya yaşa görə əmək pensiyası ilə əvəz edildikdən sonra iddiaçının pensiyasının məbləğinin onun xidmət etdiyi qurum tərəfindən hər artıma qədər verilmiş təminat xərcliyinə uyğun hesablandığı müəyyən olunur. Belə ki, 288 manat fərq 2016-cı il tarixli məlumat vərəqəsinə əsasən hesablanaraq ödənilməyə başlanılmışdır. Həmin məbləğ bu qərarın 35-ci bəndində qeyd olunanlardan da göründüyü kimi, əvvəlki illərə münasib ətdə az olmuş və müəyyən artım tempi ilə müşayiət olunmuşdur. Cavabdeh tərəfindən hesablama da həmin məbləğlərə və onların artım tempinə uyğun hesablanmışdır. Bu baxımdan 2006-2016-cı illər üzrə hər ay üçün 288 manat tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır və qəbul edilməlidir.
37. Həmçinin, xidmət illəri ilə bağlı fərqin hesablanması zamanı da cavabdeh ona təqdim olunmuş məlumat vərəqəsinə uyğun davranmış, fərqi pensiya ödənilən dövrə və təminat xərcliyinə uyğun hesablamışdır (bəzi sənədlərdə 18080 manat, bəzi sənədlərdə isə 18035 manat). Belə ki, 2016-cı il və 2018-ci illərə aid məlumat vərəqələrində nəzərdə tutulmuş təminat xərcliyində olan artımın əvvəlki illərdə mövcud olmadığı və hər dövr üz rə (artım olanadək) məlumat vərəqəsinin həmin il üzrə hərbi qulluqçunun təminat xərcliyi əsasında tərtib edildiyi nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli yeni məlumat vərəqəsinə əsasən pensiyanın məbləğinin xidmət illərinə görə 91 faizlə hesablanması nəticəsində yaranan 141 manat artımı keçmiş dövrün hər ayı üçün tələb etməkdə də iddiaçı haqlı sayıla bilməz.
38. Beləliklə, 2016-cı və 2018-ci illərə aid məlumat vərəqələrində nəzərdə tutulmuş təminat xərcliyinin əvvəlki illərə (xx.xx.2006-cı ildən) şamil olunması və həmin təminat xərcliyi əsasında yaranmış fərq məbləğlərinin ödənilməsi ilə bağlı iddiaçının irəli sürdüyü tələb qanunvericiliyə ziddir. Belə ki, yuxarıda istinad olunan normalara görə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğ kimi təsbit olunmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası əsaslı və qanunauyğun sayılmalıdır.
40. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(103)-164/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.