Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-55/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “”Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 nömrəli və **********1799 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(103)-271/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı cəmiyyətin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 177003,40 manat məbləğində digər şəxslərdən elektron-qaimə faktura əsasında alınmış məhsulun (müxtəlif çeşiddə metal tullantı və qırıntıları) mal qalığı kimi aşkarlanmaması və 113731,96 manat məbləğində digər şəxslərə elektron-qaimə faktura əsasında satdığı məhsulun (dəmir borular) alış sənədlərinin, alınma mənbəyinin müəyyənləşdirilməməsi əsasları ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi üzrə 17700,30 manat (10%) və 58.13-cü maddəsi üzrə 11373,20 manat (10%) məbləğində maliyyə sanksiyalarının tətbiqi barədə 21 yanvar 2022-ci il tarixli **********1797 nömrəli və **********1799 nömrəli qərarlar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ”Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 nömrəli və **********1799 nömrəli qərarlarının ləğv olunmasın ı xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 13 aprel 2020-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almış, faktiki olaraq metalın alışı və satışı ilə məşğul olmuşdur, mövcud qanunvericiliklə qadağan olunmuş heç bir fəaliyyəti yoxdur. Cəmiyyətdə 2020-ci ildən halhazırkı vaxtadək onun sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergi ödənilməsindən yayınma faktı aşkarlanmamışdır. Sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək müəssisədə operativ vergi nəzarəti qaydasında yoxlama aparılmış, bu yoxlama 2021-ci ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial orderlər, baş ki tab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Buna baxmayaraq, 21 yanvar 2022-ci il tarixdə **********1799 nömrəli və ********** 1797 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlar tərtib edilmiş, bu qərarlar əsasında 11373,20 manat və 17700,30 manat olmaqla, ümumilikdə 29073,5 manat məbləğ üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlar çıxarılmışdır. Əslində isə, müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdıraraq nəzərdən keçirildikdə, vergiyə cəlb edilməli olan məbləği n reallığa uyğun olmadığı müəyyən edilir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəricilərin hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları operativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən, müəssisəyə yoxlama aktı ilə əlavə vergi hesablanması vergi qanunvericiliyinə uyğun olmamış, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Cəmiyyətdə aparılan operativ vergi yoxlaması aktları qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edildiyindən həmin aktın imzalanmasından imtina edilmişdir. Bütün bunlar göstərir ki, cəmiyyətə qarşı qərə zli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Operativ vergi yoxlaması aktından göründüyü kimi, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələr i göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah edilməlidir. Lakin vergi orqanın 21 yanvar 2022-ci il tarixli məsuliyyət qərarlarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır.
4. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, 11 noyabr 2021-ci il tarixli **********2285 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında iddiaçı cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayonu, 2095 – 2096-cı məhəllə, Dərnəgül Şossesi (Meşə materiallarının, Tikinti Materiallarının və X1 Satışı – Anbar) ünvanında yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 noyabr 2021ci il tarixdə vergi ödəyicisinin anbarında olan mallar vergi orqanı tərəfindən yerindəcə sayılmış, sayılan malların alış qiymətinə əsasən, ümumi dəyərinin 230268,76 manat olduğu müəyyən edilmişdir. Həmin mallar EQF, YGB və Avis aktlarına əsasən üzləşdirildikdən sonra, vergi ödəyicisinə məxsus mallardan 177003,40 manat dəyərində olan hissəsi qeyd olunan sənədlərdə öz əksini tapmamışdır. Qeyd olunanlar əsasında 11 dekabr 2021-ci il tarixli DVX seriyalı 003674 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi aktın bir nüsxəsini qəbul etmiş, hər hansı üzrlü səbəb göstərmədən onu imzalamaqdan imtina etmişdir. Akt əsasında Baş İdarənin “Vergi öd əyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1799 nömrəli qərarı ilə iddiaçı barəsində 17700,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və elektron qaimə- faktura və ya təsərrüfat daxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı malların siyahısı 11 dekabr 2021-ci il 001149 DVX nömrəli sənədlə rəsmiləşdirilərək metal qırıntısı, şpunt, ikitavr üzrə ümumilikdə 113731,96 manat dəyərində malın müvafiq sənədlər tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli ****** ****1797 nömrəli qərarla vergi ödəyicisi 11373,20 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. Vergi ödəyicisi 11 dekabr 2021-ci il tarixli 001149 DVX nömrəli sənədin imzalanmasından və nüsxəsinin götürülməsindən imtina etmişdir. Vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi kimi qəbul olunacaq 17 yanvar 2022-ci il tarixli qərarın materiallarına baxılmasında iştirak üçün vergi ödəyicisinə bildiriş göndərilmiş və vergi ödəyicisinin iştirakı ilə 18 yanvar 2022-ci il tarixdə vergi orqanında aidiyyəti üzrə görüş keçirilmiş və keçirilmiş görüşdə vergi ödəyicisi dinlənilmiş və qanunvericiliyin tələbləri ona izah olunmuşdur. 21 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilm əsi haqqında” **********1797 nömrəli və **********1799 nömrəli qərarlar qəbul edilərək, müvafiq sanksiyaların ödənilməsi barədə həmin tarixli tələbnamələr göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 19 aprel 2023-cü il tarixli 21(112)-853/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 nömrəli və **********1799 nömrəli qərarları ləğv edilmişdir.
6. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /səd rlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 22 may 2024-cü il tarixli, 21(103)-271/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən, “cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1799 nömrəli qərarının ləğv edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, birinci instansiya məhkəməsinin qərarı qalan - “cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarının ləğv edildiyi” hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 8.1. Malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə nəzarət məsələsini əhatə edən operativ vergi nəzarəti zamanı bir tərəfdən cari vəziyyət yoxlanılır, yəni vergi ödəyicisinin mal qalığı araşdırılır, müvafiq sənədlər tələb edilir və s., cari vəziyyətin yoxlanmasının məqsədi isə operativ vergi nəzarəti tədbirindən əvvəl satılmış malların elektron qaimə- faktura əsasında təqdim edilib-edilməməsini müəyyən etməkdir. Hazırkı işdə olan xx.xx.2021-ci il tarixdə vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş malların siyahısından müəyyən olunur ki, vergi ödəyicisi olan iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, 2095-2085-ci məhəllə, Dərnəgül şossesində yerləşən (taxta bazarı) dəmir məmulatlarının satışı obyektində mallar və digər sərvətlər dövl ət orqanı tərəfindən siyahıya alınmış və malların cəmi alış qiyməti 230268,76 manat, elektron qaimə- faktura idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği isə 1770003,04 manat müəyyən olunmuşdur. Yəni, vergi ödəyicisinə məxsus mallardan 177.003,40 manat dəyərində olan hissəsi qeyd olunan sənədlərdə öz əksini tapmamışdır, həmin malların alış sənədləri yoxdur. İşin apellyasiya baxışı zamanı iddiaçı operativ vergi nəzarəti zamanı aşkar olunmuş malların əslində müəssisənin nizamnamə kapitalına qoyulduğunu və bununla bağlı tərtib olunmuş auditor rəyinə istinad etmişdir. Halbuki, həmin hallar işə birinci instansiya qaydasında baxılarkən məhkəmədə bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası iddiaçının qeyd etdiyi dəlil üzrə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının göstərdiyi həmin dəlillər əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında, o cümlədən 2-1(102)-437/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, “vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı iddiaçı "xxxx" MMC-nin təsərrüfat subyektlərində (anbar və mağaza) aşkar olunmuş qalıq malların iddiaçının təsisçisinin nizamnamə kapitalına pay qoyuluşu kimi təqdim etdiyi mallarla eynilik təşkil etməsi birmənalı görünmür. Çünki bir tərəfdən nizamnamə kapitalının artırılması kimi malların qoyuluşu barədə vergi ödəyicisi "xxxx" MMC-nin müraciətində həmin malların çeşidi, miqdarı və s. əlamətləri geniş əks olunmamışdır, digər tərəfdən isə həmin mallar iddiaçının fəaliyyət istiqaməti üzrə satışını həyata keçirdiyi mallarla eyni təyinatlıdır. Sadalanan iki hal həmin malların qurumun satış dövriyyəsinə dolayısı yolla sənədsiz daxil olmasını nəinki istisna etmir, hətta buna şərait yaratmış olur..... Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən MMC-yə qoyulması Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi qeyd olunmuşdur. Təsisçi tərəfindən "xxxx " MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə-faktura təqdim edilməmiş, bu malların nə zaman və hansı sənəd əsasında əldə olunması məlum olmadığından xx.xx.2017-ci il tarixdə verilmiş müstəqil auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir.” 8.2. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin də apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi auditor rəyində nizamnamə kapitalına qoyduğu qeyd olunan mallar müəssisənin fəaliyyət istiqaməti üzrə satışını həyata keçirdiyi mallarla eyni təyinatlıdır və cins, növ kimi xüsusiyyətlərə malik olmadığından onların məhz həmin mallar olduğunu müəyyən etmək qeyri-mümkündür. Eyni zamanda, Ali Məhkəmənin də xx.xx.2022-ci il tarixli qərarında qeyd edildiyi kimi, malların nizamnamə kapitalına qoyuluşu onun təqdimetməsi de mək olub, qaimə-faktura ilə rəsmiləşdirilməli prosesdir. Hazırkı işdə də belə qaimə-fakturanın mövcud olduğu iddiaçı tərəfindən sübuta yetirilmir. Belə olan halda, vergi orqanı haqlı olaraq vergi ödəyicisini Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 17700,30 manat məbləğində vergi məsuliyyətinə cəlb etmişdir. Odur ki, iddiaçının iddia tələbi “cavabdehin **********1799 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” hissəsində əsassız olduğu üçün məhkəmə kollegiyası həmin tələbin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, həmin hissədə məhkəmənin qərarı ləğv edilməli və iddiaçının qeyd olunan tələbi rədd edilməlidir. 8.3. Bununla yanaşı, vergi orqanı tərəfindən malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektro n qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfat daxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı malların siyahısı xx.xx.2021-ci il 001149 DVX Seriyalı sənədlə rəsmiləşdirilərək metal qırıntısı, şpunt, ikitavr üzrə ümumilikdə 113731,96 manat dəyərində malın müvafiq sənədlər tərtib edilmədən verildiyinə görə vergi ödəyicisi Vergi Məcəlləsinin 58.13-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarla 11373,20 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərara münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı müvafiq sənədlər tərtib edilməd ən verilməsi müəyyən edilən malların əslində vergi ödəyicisi tərəfindən "xxxx" MMC ilə bağlanmış CR-PO-0074 saylı xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi əsasında alındığı və xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli elektron qaimələrlə təqdim olunduğu müəyyən edilir. Operativ vergi nəzarəti zamanı müvafiq sənədlər tərtib edilmədən verilməsi müəyyən edilən malların qeyd olunan alqı-satqı müqaviləsi və sadalanan qaimə fakturalarda göstərilən “müxtəlif çeşiddə metal tullantı və qırıntıları” ilə eyni olub-olmaması məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin mallar vergi nəzarəti zamanı yerində aşkar olunan, çeşid və növü dəqiq müəyyən edilən mallar olmadığı üçün həmin malların məhz yuxarıda göstərilən sənədlərdə (müqavilə və qaimə-fa kturalarda) qeyd edilən mallar olmayıb, “müvafiq sənədlər tərtib edilmədən verilməsi müəyyən edilən mallar” olması barədə birmənalı qənaətə gəlmək qeyri-mümkündür. Hazırkı vəziyyətdə cavabdeh vergi orqanı iddiaçı barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Bu baxımdan, iddiaçı vergi orqanının xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarını mübahisələndirməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi də həmin qərarın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
9. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmənin mövqeyi vergi ödəyiciləri tərəfindən eynicinsli, çeşidi fərqləndirilməyən malların elektron qaimə-faktura olmadan təqdim edilməsinə, faktiki gəlir əldə etsə də, onu vergi orqanına bəyan etməyərək gəlirlərini gizlətməsinə şərait yaratmaqdadır. İstənilən halda məhkəmə kollegiyası tərəfindən qeyd edilən məsələ üzrə ətraflı araşdırma aparılmalı olduğu halda aparılmamış, operativ vergi nəzarəti zamanı müvafiq sənədlər tərtib edilmədən verilməsi müəyyən edilən mallar konkret olaraq göstərildiyi halda (metal qırıntısı, şpunt, ikitavr), CR-PO-0074 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2 020, xx.xx.2020-ci il tarixli qaimə-fakturalarda “müxtəlif çeşiddə metal tullantı və qırıntıları” qeyd edilmişdir ki, buradan da malların açıq aydın üst- üstə düşmədiyi aydın görünür. Lakin məhkəmə qeyd edilən hala diqqət yetirməyərək dolayısı ilə araşdırma aparmaqdan imtina etmiş, ümumi şəkildə həmin malların vergi nəzarəti zamanı yerində aşkar olunan, çeşid və növü dəqiq müəyyən olunan mallar olmadığı üçün həmin malların, məhz yuxarıda göstərilən sənədlərdə (müqavilə və qaimə-fakturalarda) qeyd olunan mallar olmayıb, “müvafiq sənədlər tərtib edilmədən verilməsi müəyyən edilən mallar” olması barədə birmənalı qənaətə gəlməyin qeyri-mümkün olmasını qeyd etməklə kifayətlənmişdir. Qeyd edilənlərə əsasən, vergi ödəyicisi qaimə-faktura təqdim etmədən malların satışını həyata keçirdiyindən vergi qanunvericiliyinin tələblərini pozmuş, Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə sübutetmə vəzifəsinin cavabdehin üzərində olmasına istinad etmiş, işi tam və hərtərəfli araşdırmamış, işin hallarına səthi və birtərəfli qiymət vermişdir. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi yalnız pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə əməliyyatların məbləğ həddinin qanunvericilikdə nəzərdə tutulmadığına istinad edərək, maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb olmuş əməliyyatların pərakəndə ticarət fəaliyyəti çərçivəsində həyata keçirildiyi qənaətinə gəlmişdir. Lakin iş materiallarında buna dair hər hansı mötəbər s übut mövcud deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur.... Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə t ələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir.... Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyici sinə dərhal təqdim etməlidir.... Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malla rın qaytarılması aktı olmadıqda: (58.8.2) malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir.... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qay dasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qə bul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli a raşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 20.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, operativ vergi nəzarəti zamanı müvafiq sənədlər tərtib edilmədən verilməsi müəyyən edilən malların əslində vergi ödəyicisi tərəfindən "xxxx" MMC ilə bağlanmış CR-PO-0074 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alındığı və xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli elektron qaimələrlə təqdim olunduğu müəyyən edilir. Belə ki, müvafiq müqavilə və alış sənədlərində qeyd edilmiş “müxtəlif çeşiddə metal tullantı və qırıntıları” ifadəsi daha geniş anlayış olmaqla, özündə həm də digər metal məmulatları kimi metal qırıntısı, şpunt, ikit avrı da ehtiva edir. Cavabdeh vergi orqanı bunun əksini sübut edən mötəbər dəlil irəli sürməmiş, yalnız iddiaçının sahibkarlıq fəaliyyəti üzrə başqa şəxslərdən aldığı və digərlərinə satdığı mallara aid sənədlərdə, o cümlədən elektron-qaimə fakturalarda metal məmulatların adlarının hərfi mənada tam eyni göstərilməməsi məntiqindən çıxış etməklə kifayətlənmiş, beləliklə də, mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
21. Qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 21(103)-271/2024 nömrəli qərarı mübahisələndirilən – iddianın təmin edilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.