Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-550/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (elektron qaimə fakturanın təqdim edilmə vaxtı, malların əvvəlcədən sifariş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğ v edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2406/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MGBİ HŞDQİ tərəfindən verilmiş ********** saylı şəhadətnamə ilə İddiaçı MMC dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.
2. Döv lət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-yə məxsus obyektdə (Anbar) (Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, torpadan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat (obyektinə) göndərilməsi zamanı Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə fakturanın tərtib edilməsinə nəz arət edilməsi məsələsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.
3. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023cü il tarixli tələbnamə ilə İddiaçı MMC-dən bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə E-qaimə, gömrük bəyannamələri, əldə olunmuş və təqdi m edilmiş e-qaimələr üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron faylların təqdim olunması tələb olunmuşdur. 4. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu (Vergi) Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron q aimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 000218 №-li, xx.xx.2023-cü il tarixli akta müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, “Anbar”da rəhbər X1 iştirakı ilə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin fəaliyyət göstərdiyi obyektdə anbarda (KOD 15001) 836186,48 manat dəyərində (alış qiyməti ilə) mal-material qalığı aşkar olunmuşdur. EQF.YGB, invoys, alış aktları ilə üzləşmə aparılmış, üzləşmə zamanı kənarlaşma aşkar olunmamışdır. 5. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron q aiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 000222 №-li, xx.xx.2023-cü il tarixli aktla müəyyən edilir ki, Azmetal-S” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, “Anbar”da rəhbər X1 iştirakı ilə operativ vergi nəzarəti tədbirin in həyata keçirilməsi zamanı satış dəyəri ilə 203673,23 manat metal məhsullarının elektron qaimə faktura tərtib edilmədən təqdim edildiyi müəyyən edilmiş, bununla da Vergi Məcəlləsinin 16.1.11.-6 və 71-1-ci maddəsinin tələblərinin pozulduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20367,32 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
6. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmə dən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20367,32 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
7. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə ilə İddiaçı MMCdən büdcəyə ödənilməli olan 20367,32 manat vəsaitin xx.xx.2023-cü il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRÜE**********002117131 № nömrəli hesabına ödənilməsi, mühasibatlıqda müvafiq dəyişik liklərin edilməsi, mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması tələb olunmuşdur.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********502500 №-li, xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı MMC-in (VÖEN **********, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov küçəsi, ev 10 Q) operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********379700 nömrəli və xx.xx.2023-cü il tarixli **********420100 nömrəli) inzibati şikayətlərinin araşdırılması nəticəsində İddiaçı MMC-nin operativ vergi nəzarətinin nəticələri barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməməsi, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********2580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmiyyət barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********5619 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla ə saslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satışı ilə məşğul olmuşdur, heç bır mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2017-ci ildən halhazırkı vaxta kimi MMC-nin sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Bu operativ vergi nəzarəti yoxlaması 2023-cü ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq, xx.xx.2023-cü il tarixdə № **********5619, saylı Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar tərtib edilmiş, bu qərar əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20367,32 AZN vergi məbləği hesablanmışdır. Bu məbləğ yalnız xx.xx.2023-cü il tarixdə müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsə, vergiyə cəlb edi lməli olan məbləğin reallığa uyğun olmadığı görünür. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları operativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. İddiaçı MMC-də aparılan göstərilən operativ vergi yoxlaması aktları qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəy icisi İddiaçı MMC -yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Operativ vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tut an müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. İddiaçı MMC öz qanuni fəaliyyət dövründə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəl lədə yerləşən 15001 kodlu obyekt-anbarda mövcud olan mallar (armatur, katinka) məxsusdur. Həmçinin, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 10G 15005 kodlu ünvanında yerləşən ofisi fəaliyyət göstərmişdir. Ofisdə malların elektron qaimə-faktura əsasında satışına və malların sifarişinə nəzarət həyata keçirilmişdir. Həmin ofisdə malların icarə və saxlama müqaviləsi əsasında mövcud olmaması (yəni həmin ofisdə mallar saxlanılmır) barədə məlumat verilmişdir. Yalnız mallar satış məqsədi ilə 15001 kodlu anbardanobyektdən satılmışdır. Yuxarıda qeyd olunan hər iki obyektdə biri ofis kimi, digəri isə anbar satışı kimi fəaliyyət göstərmişdir 15001 kodlu obyektə-ambarda mövcud olan mallar cəmiyyətə məxsusdur. Həmin obyektdən başqa digər yerlərdə icarə və saxlanc müqaviləsi əsasında a ktiv təsərrüfat subyekti və mallar yoxdur. Malların üzərinə təxminən 10-20 % civarında ticarət əlavəsi tətbiq edilmişdir. Vergi orqanı isə qərəzli olaraq həmin müəssisənin təqdim etdiyi mallara görə elektron qaimənin vaxtında təqdim edilməməsi əsası ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə formal olaraq istinad etməklə 10% maliyyə sanksiyası hesablamışdır. Əslində Vergi Məcəlləsinin 71-1-ci maddəsinə müvafiq olaraq malların təhvil verilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura 5 iş gün müddətində verilə bilər. Bu isə onu göstərir ki, bu halda iki saat fərqlə müəssisəyə göstərilən sanksiyanın hesablanması birbaşa olaraq müəssisənin sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki müəssisənin fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dö vlət büdcəsinə heç bır zərər toxunmamışdır. Bu isə vergi orqanının formal olaraq əsassız sanksiyasını istisna edir. Müəssisə tərəfindən Dövlət Vergi Xidmətinə də bu hallarla əlaqədar şikayət edilmiş, Dövlət Vergi Xidmətinin 19 iyul 2023cü il tarixli № **********502500 qərarı ilə inzibati şikayət təmin edilməmişdir.
11. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı vergi orqanında vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdən uçota alınmış və əsas fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” olmuşdur. Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5619 nömrəli qərarı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanda yerləşən anbarda həyata keçiri lmiş operativ vergi nəzarəti tədbiri nəticəsində 836186,48 manat dəyərində alış sənədi olan malların mövcud olduğu aşkar edilmişdir. Bundan əlavə, Baş İdarənin xx.xx.2023-cü il tarixli **********5620 nömrəli qərarı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10 G ünvanda yerləşən ofisdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində mal qalığı aşkar edilməmişdir. Eyni zamanda, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5619 nömrəli qərarı əsasında iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən anbarında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı elektron qaimə-faktura təqdim edilməli olduğu halda, elektron qaimə-faktura təqdim etmədən 203679,23 manat dəyərin də malların elektron qaimə faktura təqdim edilmədən satıldığı, bununla da Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nə zərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış, aktın bir nüsxəsi qəbul edilməmiş və aktda bu barədə müvafiq qeydlər aparılmışdır. Göstərilən akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, **********5619 saylı Qərarı ilə iddiaçı barəsində 20367,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, cəmiyyətin rəhbəri X6 operativ vergi nəzarəti tədbiri zamanı arayış verərək anbarda olan malların cəmiyyətə məxsus olduğunu, həmin obyektdən başqa digər yerlərdə icarə və saxlanc müqaviləsi əsasında aktiv tə sərrüfat subyekti və malları olmadığını, malların üzərinə 10-20 faiz ticarət əlavəsi tətbiq edildiyini bildirmişdir. Daha sonra, iddiaçı inzibati qaydada vergi orqanına müraciət edərək tətbiq edilmiş 20367,32 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçıya xx.xx.2023-cü il tarixli **********387200 nömrəli məktub göndərilərək, cəmiyyətin nümayəndəsi xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməsi xahiş edilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlarında vergi orqanı əməkdaşlarının operativ vergi nəzarəti tədbiri keçirilən gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 1 2:00 - 13:30 radələrində cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu anbara daxil olaraq mal qalığını müəyyən etdiklərini, lakin şikayətdə göstərildiyi kimi cəmiyyət tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) satılmış 121025 ton mal (armatur və katinka) xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə maşınlara yüklənərək "xxxx" MMC-yə göndərildiyini, xx.xx.2023-cü il tarixdə İnternet Vergi İdarəsində mövcud olmuş texniki xətalar səbəbindən həmin mallara görə elektron qaimə fakturanı yoxlama başlayandan təxminən 2 saat sonra elektron qaydada tərtib etmək mümkün olduğunu, bu halın vergi yoxlaması zamanı üzrlü səbəb kimi qəbul edilmədiyini və həmin malların elektron qaimə-faktura tərtib edilmədən satılmış mallar kimi qiymətləndirilərək cəmiyyətin barəsində əsassız maliyy ə sanksiyası tətbiq edildiyini bildirmişdir. Texniki xətaların baş verdiyini təsdiq edən sübutların təqdim edilməsi xahiş edilərkən A.Məmmədova xx.xx.2023-cü il tarixdə texniki xətanın baş verməsini təsdiq edən sübutları, monitorun foto şəklini saxlamadıqlarını və bu səbəbdən də araşdırmaya təqdim edə bilməyəcəyini qeyd etmişdir. İzahatında həmçinin cəmiyyət tərəfindən "xxxx" MMC-yə satılmış malların əvvəlcədən sifariş edilməmiş mallar olduğunu, belə ki, əvvəlcədən sifariş edilmiş mallar olmuş olsa idi, cəmiyyətə bunun üçün avans ödənilməli olduğunu, hazırda "xxxx" MMC ilə debitor borcları olduğunu bildirmişdir. İzahatda cəmiyyətin rəhbəri operativ vergi nəzarəti tədbiri zamanı yazılı arayış verərək obyektdən başqa yerlərdə malların olmadığını bildirdiyi diqqətinə çatdırılarkən arayışda gö stərilən fikirlərin əsil həqiqətdə başqa yerlərdə cəmiyyətin mallarının deyil, aktiv təsərrüfat subyektlərinin olmaması kimi qəbul edilməsini xahiş etmişdir. İzahatında həmçinin operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi vaxtdan 3 aydan artıq müddət keçdiyi üçün müşahidə kameralarının yaddaş məlumatlarının qalmadığını, bu səbəbdən araşdırmaya təqdim edə bilmədiyini, operativ vergi nəzarəti tədbirləri zamanı vergi orqanı əməkdaşları tərəfindən cəmiyyətə və digər şəxslərə qarşı qanunsuz əməllərə yol verilmədiyini bildirmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli **********160700 nömrəli məktub göndərilərək cəmiyyətin nümayəndəsi xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. "xx xx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdə “AZMETAL-S" MMC ilə nümayəndəsi olduğu cəmiyyətin arasında tərtib edilmiş olan malların təhvil-təslim aktlarına əsasən adı qeyd edilən cəmiyyətdən 145.230,0 manat dəyərində (ƏDV- siz) armatur və katinka məhsulu alındığını, lakin həmin mallara görə İddiaçı MMC tərəfindən elektron qaimə-fakturaların xx.xx.2023-cü il tarixdə hansı saatda tərtib edilməsi və ya vaxtında tərtib edilməsinin mümkün olmaması barədə məlumatları olmadığını, qeyd olunan malların əvvəlcədən müəyyənləşdirilmiş tələbata əsasən İddiaçı MMC-də mövcud olub-olmaması dəqiqləşdirildikdən sonra sifariş verildiyini və bundan sonra “AZMETAL-S" MMC-nin ərazisindən götürüldüyünü, nümayəndəsi olduğu cəmiyyətin Qarabağ ərazisində tikinti işləri ilə məşğul olduğunu, İddiaçı MMC-dən alınmış malların Zəngilan rayonu ərazisində həyata keçirilən tikinti işlərinə sərf edildiyini bildirmişdir. İddiaçının şikayətinə və dəlillərinə baxılmış, inzibati araşdırma üzrə toplanmış materiallar (sənədlər) öyrənilərək belə nəticəyə gəlinmişdir ki, cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən anbarında keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və həmin akt əsasında Baş idarə tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərar dəyişdirilmədən saxlanılmalı olduğu qərara alınmışdır. Belə ki, araşdırma zamanı cəmiyyətin rəhbəri operativ vergi nəzarəti tədbiri zamanı yazılı arayış verərək obyektdən başqa yerlərdə mallarının olmadığını bildirərək vergi qanunvericilyinin pozuntusuna yol verilməsi faktını etiraf etmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə elektron qaimə fakturalar operativ vergi nəzarəti tədbiri başlandıqdan sonra saat 15:57-də tərtib edilmişdir. Eyni zamanda, araşdırmaya cəmiyyət tərəfindən satılmış malların (armatur və katinka) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə keçən gecə maşınlara yüklənərək alıcıya göndərildiyini təsdiq edən, həmçinin xx.xx.2023-cü il tarixdə İnternet Vergi idarəsində mövcud olmuş texniki xətalar səbəbindən həmin mallara görə elektron qaimə-fakturanı operativ vergi nəzarəti tədbiri başlay anadək tərtib etməyin mümkün olmadığını təsdiq edən sübutlar təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, cəmiyyət tərəfindən yol verilmiş qanun pozuntusu operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətin rəhbəri tərəfindən təqdim edilmiş izahatla təsdiq edilmiş, lakin bunun səbəbi kimi həmin malların əvvəlcədən sifariş edilməmiş mallar olduğu bildirilsə də, araşdırmaya cəmiyyət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə satıldığı bildirilən malların əvvəlcədən sifariş edilməmiş mallar olduğunu təsdiq edən sübutlar, həmçinin, cəmiyyət tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərarının ləğv olunması ilə əlaqədar araşdırmaya sübut təqdim edilməmiş, aparıl mış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 58.17ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlərin nəzərə alınmaması və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyalarının tətbiq edilməsi birbaşa göstəriş kimi qeyd edilmiş, həmçinin "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən araşdırmaya təqdim edilmiş izahatda “AZMETAL-S" MMC-dən alınmış həmin malların əvvəlcədə n sifariş edilmiş mallar olduğu bildirilmiş və göstərilən malların təqdim edilməsi barədə elektron qaimə-fakturalar operativ vergi nəzarəti tədbiri başlandıqdan sonra tərtib edilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçının 2023-cü ilin fevral ayı üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayətinin araşdırılmasının nəticəsində cavabdeh orqana maliyyə təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlamasının təmin edilməsi tapşırılmışdır. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlərə dair aşağıdakıları bildirilir: Hesablanmış vergi məbləği ilə bağlı. İddia ərizəsində cavabdeh tərəfindən 20367,32 manat vergi məbləği vergi məcəlləsinə uyğun olmayaraq hesablandığını bildirmişdir. Qeyd etmək lazımdır ki, qərar üzrə cavabdeh tərəfindən h esablanan vergi deyil maliyyə sanksiyasıdır. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. xx.xx.2023-cü il tarixli qərarda vergi qanunvericiliyinin hansı tələblərinin p ozulmasına görə məsuliyyətə cəlb olunmasının izah olunmaması ilə bağlı. Bununla bağlı bildirilir ki, xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar məsuliyyətə cəlb etmə qərarı deyildir. Belə ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar xx.xx.2023-cü il tarixlidir və həmin qərarda Vergi Məcəlləsinin hansı maddələrinin tələblərinin pozulması qeyd olunmuşdur. Həmçinin, məsuliyyətə cəlb etmə barədə qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00222 saylı akta istinad edilmiş, həmin aktda hansı hadisənin qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. İddiaçının sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılması və iqtisadi cəhətdən rentabelliyi nə qiymət verilməməsi ilə bağlı. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmçinin, Vergi Məcəlləsinin 16.1.3ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edil ir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Bundan başqa məlum olduğu kimi, Vergi Məcəlləsinin 58.17-ci maddəsinə görə bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərc lərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tər tib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.
12. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli № **********2580 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-12957/2023 nömrəli qərardadı ərizə icraata qəbul edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2-1(112)-1998/2024 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2580 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli, **********5619 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operat iv vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən cavabdehin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2580 №-li, xx.xx.2023-cü il tarixli qərarının qəbulu vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur
16. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(1 03)-2406/2024 nömrəli qərarı ilə (hakimlər X4(məruzəçi), X14 və X5) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2-1(112)-1998/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
20. Şikayətdə Vergi Məcəlləsinin 23.1.1, 50.1, 71-1.1.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 32.1, 35.1 və 38.1-ci maddələrinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edi lir.
21. Əvvəla cavabdeh bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli **********2580 saylı qərarı xx.xx.2023-cü il tarixdə oxunduğu həmçinin xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən məlumatlı olduğu halda uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Lakin, məhkəmə iddianın mümkün olmasını əsaslandırmadan iş üzrə qərar qəbul etmişdir. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır.
22. Bundan əlavə kassator qeyd etmişdir ki, məhkəmələr Vergi qanunvericiliyinin müddəalarını düzgü n tətbiq etməmişlər. Vergi qanunvericiliyinə əsasən elektron qaimə faktura olmadan malların təqdim edilməsi üzrə operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı tərəfindən təqdim edilmiş malların (operativ vergi nəzarətindən əvvəl təqdim edilmiş malların) qanunvericilikdə nəzərdə tutulmuş sənədlərinin olub-olmaması yoxlanılır təsərrüfat subyektindəki malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olubolmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanılıb-saxlanılmaması, malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilib-edilməməsi barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada iltizam alınır və xüsusi olaraq qeyd edirlər ki, vergi ödəyicisi nin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsinə əsasən aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-fakturasının, mallar təqdim edilərkən elektron qaimə fakturaların tərtib edilməsi məsələlərinin mövcudluğu araşdırılır. İş üzrə məhkəmə qərarından göründüyü kimi yuxarıda qeyd olunanlar məhkəmə tərəfindən araşdırılmamış bu isə məhkəmənin ümumi işin ətraflı araşdırmadığını sübut edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədlər i üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;... Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həy ata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıx arılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keciril ən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ verg i nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfi ndən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müva fiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsə rrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... 58.17. Bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutula n maliyyə sanksiyaları tətbiq edilir. Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.
1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə
73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, b u hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya in stansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli № **********2580 saylı qərarın ləğv edilməsinə yönəlmişdir.
30. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi kimi hüquqi nəticəyə gəlmişlər.
31. Hazırda cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəmənin iddianın təmin edilməsi barədə gəldiyi nəticəni qanuna uyğun hesab etməyərək öz mövqeyini aşağıdakı kimi şərh edir.
33. Əvvəla qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiy a şikayətində mübahisə edilən məsələlər qrupa ayrılır:
1. İddianın mümkünlüyü
2. İşin mahiyyəti İddianın mümkünlüyü
34. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həm in şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
36. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzi bati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
37. Kassator hesab edir ki, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
38. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən inzibati aktın mübahisləndiriləməsi üçün qanunla müəyyən edilmiş müddətin ö türülməsi ilə bağlı arqumentlərini əsaslı hesab etmir.
39. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərarı iddiaçıya məxsus ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 16:14-də oxunmuşdur (cild 1, iş vər 24-32).
40. Daha sonra iddiaçı həmin aktdan şikayət instansiyasına şikayət vermiş (şikayət xx.xx.2023-cü il tarixdə inzibati orqana daxil olmuşdur-əsas Dövlə t Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı), 19 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. İddia ərizəsi isə mübahisələndirilmə növündə iddiaların verilməsi üçün prosessual qanunvericilikdə müəyyən edilmiş 30 günlük müddətə əməl edilməklə, yəni 10 avqust 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
41. Beləliklə, göründüyü kimi iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarı qanunla müəyyən edilmiş müddət çərçivəsində məhkəmə qaydasında mübahisələndirmişdir. Odur ki, iddiaçının iddia müddətini ötürməsi əsası ilə iddianın mümkün sayılmaması barədə cavabdehin kassasiya şikayətində əks etdirdiyi xüsusatların hüquqi əsası olma dığından iddia mümkün iddia kimi qəbul edilməlidir. İşin mahiyyəti
42. Cavabdeh inzibati orqan hesab edir ki, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyi pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli elektron qaimə fakturanın tərtib edilməsi üçün əsas xx.xx.2023-cü il tarixli müqavilə olmuşdur. Başqa sözlə satılmış mallar əvvəlcədən sifariş edilmiş mallar olduğu fakturada öz əksini tapmışdır.
43. Məhkəmə kollegiyası inzibati orqanın kassasiya şikayətində qeyd etdiyi bu dəlili əsaslı hesab edərək bildirir ki, Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə əsasən elektron qaimə faktura əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim (tərtib) etməlidir.
44. Nəzəriyyə əsasən əvvəlcədən sif ariş verilməyən malların təqdim edilməsi dedikdə, səyyar formada malların satışı, yəni yük maşınlarına yükləməklə və ya digər nəqliyyat, daşıma vasitələri ilə malların şəhərdə, regionlarda satışı başa düşülür. Bu proses eyni zamanda, müəyyən malların əvvəlcədən sifariş verilməsi ilə bərabər digər malların sifarişinin qeyri müəyyən olması əməliyyatlarıdır.
45. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimə ilə müəyyən edilir ki, bu qaimənin verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli AMS-2023-033 saylı müqavilə olmuşdur (cild 1, iş vər 161-165). Buna baxmayaraq iddiaçı operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2023-cü il tarixli müqavilələrlə bağlı hər hansı məlumat bildirməmiş, əksinə yazılı arayış verərək obyektdən başqa yerlərdə mallarının olmadığını qeyd etm işdir.
46. Bundan əlavə kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarında "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin araşdırmaya təqdim etdiyi izahatında satılmış malların əvvəlcədən sifariş edilməmiş mallar olmuş olduğu göstərilmişdir. Lakin, belə bir məhkəmə araşdırması olmamışdır.
47. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş bu dəlillə də razılığını ifadə edərək bildirir ki, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 inzibati araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə nümayəndəsi olduğu Cəmiyyətin arasında tərtib edilmiş olan malların təhvil-təslim aktlarına əsasən adı qeyd edilən Cəmiyyətdən 145.230,0 manat dəyərində (ƏDV-siz) armatur və katink a məhsulu alındığını, lakin həmin mallara görə İddiaçı MMC tərəfindən elektron qaimə-fakturaların xx.xx.2023-cü il tarixdə hansı saatda tərtib edilməsi və ya vaxtında tərtib edilməsinin mümkün olmaması barədə məlumatları olmadığını, qeyd olunan malların əvvəlcədən müəyyənləşdirilmiş tələbata əsasən İddiaçı MMC-də mövcud olub-olmaması dəqiqləşdirildikdən sonra sifariş verildiyini və bundan sonra İddiaçı MMCnin ərazisindən götürüldüyünü, nümayəndəsi olduğu Cəmiyyətin Qarabag ərazisində tikinti işləri ilə məşğul olduğunu, İddiaçı MMCdən alınmış malların Zəngilan rayonu ərazisində həyata keçirilən tikinti işlərinə sərf edildiyini bildirmişdir.
48. İşin qeyd edilən bu halından anlaşılır ki, İddiaçı MMC sifarişi əvvəlcədən alsa da, vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə bu barədə ele ktron qaimə fakturada hər hansı qeyd etməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan hallarla vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.13-cü, 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir.
50. Sadalanan xüsusatları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar kifayət qədər mövcud olduğundan kassasiya şikayəti təmin edilməli və apellyasiya ins tansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.
51. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2406/2024 saylı qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.