Məhkəmə qərarları › İş №2-1(102)-553/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-553/2025

31.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-553/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcb uri iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(108)-91/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 22 aprel 2019-cu il tarixli, 54/k nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən iddiaçı bir il müddətində İdarə rəisi tərəfindən həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyindən barəsində intizam tənbehi-töhmət elan edilmişdir.

2. Cavabdehin 06 mart 2023-cü il tarixli, 03/16 nömrəli əmri ilə id diaçı etik davranış qaydalarına əməl etmədiyindən barəsində intizam tənbehi- töhmət elan edilmişdir.

3. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 06 mart 2023-cü il tarixli, 01 nömrəli aktına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Nümayəndə2 əmri ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Dövlət Arxivində mövcud olan sənədlər əsasında Ümummilli Lider Heydər Əliyev barəsində məqalə hazırlanması barədə verilmiş göstərişin icrasının nəticələri barədə 01 mart 2023-cü il tarixdə İddiaçı idarə rəisinin qəbulundan olarkən Ümummilli lider haqqında xoşagəlməz ifadələr işlətmişdir. Onun bu danışığı idarə rəisi tərəfindən tənqid edilmiş və ona iradlar bildirilmişdir. Bunun qarşılığında İddiaçı dövlət qulluqçusuna yara şmayan, etik davranış qaydalarını pozan hərəkətlər nümayiş etmişdir.

4. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 mart 2023-cü il tarixli, 02 nömrəli aktına əsasən, 07 mart 2023-cü il tarixdə İddiaçı idarənin qəbul otağındakı davamiyyət kitabına vaxtında qol çəkməmiş, qəbul otağında oturan böyük inspektor X3 zəng edərək nə üçün qol çəkmədiyini soruşduqdan sonra işin başlanma vaxtı 9:00 olduğunu bildiyi halda idarənin daxili nizam-intizam qaydalarını pozaraq kitaba saat 12:30da qol çəkmişdir.

5. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 mart 2023-cü il tarixli, 03 nömrəli aktına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı 07 mart 2023-cü il tarixdə idarə rə hbərliyi tərəfindən “8 Mart - X8” münasibəti ilə təşkil olunmuş tədbirdə dəvət olunduğu halda iştirak etməkdən və idarənin qadın əməkdaşları üçün alınmış hədiyyədən imtina etmiş, hədiyyəni istəmədiyini bildirmişdir.

6. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 13 mart 2023-cü il tarixli, 05 nömrəli aktına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı 27 yanvar 2023-cü il tarixli ərizə ilə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi alması üçün idarənin rəisi Nümayəndə2 müaciət etmişdir. İdarə rəisi "Dövlət qulluğu haqqında” Azərbaycan Respublkası Qanununun 17.3-cü maddəsini nəzərə alaraq işçinin peşəkarlığının və idarəçilik təcrübəsinin qənaətbəxş olmadığını bidirərək dər əcə verilməsini məsləhət bilməmişdir. İddiaçı idarə rəisinin qəbulunda olarkən idarə rəhbərinin göstərişi ilə razılaşmayaraq yuxarı instansiya orqanlarına və hüquqşünaslara müraciət etdiyini bildirərək, idarə rəhbərinə irad kimi düzgün olmayan intonasiya ilə “yəqin sənin rəhbərin bilmir qanuna görə dərəcə vaxtın çatıbsa verilməlidir” deyə bildirmişdir. İdarə rəhbəri ona şifahi xəbərdarlıq etmiş və bir daha işində və davranışlarında dönüş etməzsə barəsində daha ciddi tədbirlər görəcəyini bildirmişdir.

7. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 17 mart 2023-cü il tarixli, 06 nömrəli aktına əsasən, 16 mart 2023-cü il tarixdə İddiaçı saat 18:00- da işdən çıxarkən idarənin qəbul otağında olan davamiyyət kitabına qol çəkmədən çıxıb. Qəbul otağında oturan böyük inspektor X4 15 dəqi qə onun qol çəkməsini gözləmiş, qol çəkməyə gəlmədiyini gördükdə isə idarə rəisinə məlumat verib. Səhəri günü 17 mart 2023-cü il tarixdə nə üçün qol çəkmədiyini soruşduqda “yadımdan çıxıb, yadıma salmamısınız” demişdir. Daha sonra idarə rəisi idarədaxili nizam-intizam qaydalarını pozduğu üçün ondan bu barədə izahat tələb etmişdir.

8. Cavabdehin 11 aprel 2023-cü il tarixli 03/30 nömrəli əmri ilə iddiaçı dəfələrlə edilmiş şifahi xəbərdarlıqdan, 06 mart 2023-cü il tarixdə barəsində verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, mütəmadi olaraq kobud şəkildə pozuntulara yol verdiyindən, etik davranış qaydalarını pozduğundan və idarədaxili nizam-intizam qaydalarına əməl etmədiyindən 11 aprel 2023-cü il tarixdən dövlət qulluğuna xitam verilmiş və onunla bağlanılan əmək müqaviləsi ləğv edilmiş dir.

9. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6, 25.2.6 və 18-ci maddələrinə əsasən dəfələrlə edilmiş şifahi xəbərdarlıqdan, barəsində verilmiş töhmətdən nəticə çıxarmayaraq, mütəmadi olaraq kobud pozuntulara yol verdiyindən, etik davranış qaydalarını, idarədaxili nizam-intizam qaydalarını pozduğundan 11 aprel 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Nümayəndə2 imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan o lunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi üzrə 2009-2013-cü ildə bakalavr və 2013-2015-ci illərdə həmin ixtisas üzrə magistratura dərəcəsi üzrə təhsil almışdır. 2014-ci ildə Naxçıvan MR X1 qəbul üzrə müsabiqədən keçdikdən sonra 2015-ci il 05 yanvar tarixindən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsi üzrə işlə təmin olunmuşdur. Qulluğa başladığı dövrdən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmış, peşə və əmək vərdişlərini formalaşdıraraq daim qanunların tələbləri çərçivəsində işini qurmuşdur. Əmək fəaliyyətinə başlayan gündən, mübahisələndirilən əmrin verilməsinin hazırlanması, işdən çıxarılmağına münbit zəmin formalaşdırıldığı dövrədək heç bir inzibati cəza və ya tənbeh almamış, barəsində yazılı və ya şifahi narazılıqlar olmamışdır. Dövlət qulluğunda ixtisas dərəcəsinin artırılması üçün müraciət etdiyi ərəfədə idarə rəisinin ona verdiyi tapşırıqla “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi” ilə əlaqəli oçerk yazmağı istənilmişdir. xx.xx.2023-cü il tarixdə Nümayəndə2 onu qəbuluna çağıraraq oçerkə baxış keçirmişdir. İddiaçı tam hazır olmayan materialları ona təqdim etmiş və yazının davamını hazırladığını və tanınmış yazıçı publisist Elmira Axundovanın “Heydər Əliyev-Şəxsiyyət və zaman” kitabından istifadə etdiyini bildirmiş və həmin kitabda yazılan məqamları sitat gətirmişdir. Kitabda yazılanları ifadə etdiyi anda Nümayəndə2 ona “Hara qaçıb, o nə sözdü danışırsan? Sənin başın xarab olub? Başın özünü idarə eləyir?” kimi ifadələr işlədərək onu X5rşı guya xoşagəlməz sözlər işlətməklə təqsirləndirib, təhqir etmişdir. Daha sonra ondan izahat tələb olunmuş və komissiya təşkil olunmuşdur. xx.xx.2023-cü il tarixdə onun barəsində müvafiq əmr imzalanmış və işdən azad edilmişdir. İddiaçı barəsində qəbul edilmiş əmrlərin hüquqi cəhətdən əsassız hazırlanmaqla yanaşı heç bir mötəbər sübutlara söykənmədiyini, töh mət almağının və dövlət qulluğuna xitam verilməsinin qanuni olmadığını bildirmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Nümayəndə2 imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

13. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 21(122)-59/2024 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 30 yanvar 2024-cü il tarixli ərizəsi təmin olunmamış, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı “Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Nümayəndə2 imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası 1-ci – “Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Nümayəndə2 imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi tələbi”nə dair hissədə mümkün sayılmamışdır.

14. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir.

15. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(108)-32/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 21(122)-59/2024 nömrəli qərarı ilə (hakim E.Hüseynov) iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin tələblərini pozduğu barəsində qəbul olunmuş əmrdə və həmin əmrin verilməsinə əsas olmuş sənədlərdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. Həmçinin iddiaçının iş fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı davamiyyət jurnalını imzalamaqdan imtina etmiş, ondan izahat və arayış verməsi tələb olunduğunda izahat yazmaqdan boyun qaçırmı ş, özünə məxsus mobil telefonla digər işçilərin səs yazılarını qeyd etmiş, etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla da təsbit olunan məlumatlardan, həmçinin məhkəməyə verilmiş şahid ifadələrindən təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının pozuntularını təşkil edir.

18. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

19. Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(10 8)-91/2024 nömrəli qərarı ilə (hakimlər: S.Novruzov - sədrlik edən və məruzəçi, M.Həsənov və S.Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, etik davranış qaydalarını pozmuşdur. İddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin tələblərini pozması barəsində qəbul olunmuş əmrdə və həmin əmrin verilməsinə əsas olmuş sənədlərdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin müddəalarının pozulması hallarına yol veri ldiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. Həmçinin iddiaçının iş fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı davamiyyət jurnalını imzalamaqdan imtina etmiş, ondan izahat və arayış verməsi tələb olunduğunda izahat yazmaqdan boyun qaçırmış, özünə məxsus mobil telefonla digər işçilərin səs yazılarını qeyd etmiş, etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla da təsbit olunan məlumatlardan, həmçinin məhkəməyə verilmiş şahid ifadələrindən təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının pozuntularını təşkil edir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli inzibati aktın qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci, 25.6-cı, 25.2.6-cı və 33.1.6-cı maddələrinin tələblərinə müvafiq olmuş, yuxarıda şərh olunan normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki: - xx.xx.2023-cü il tarixli 03/16 saylı əmrlə iddiaçıya töhmət növündə intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrdən sonra tərtib edilən xx.xx.2023-cü il tarixli 02 nömrəli akt (davamiyyət jurnalının gec imzalanması barədə), eyni tarixli 03 nömrəli akt (8 mart tədbirində iştirakdan və hədiyyədən imtina barədə), xx.xx.2023-cü il tarixli 05 nömrəli akt (ixtisas dərəcəsinin alınması üçün müraciət və iddiaçıya xəbərdarlıq edilməsi barədə), xx.xx.2023-cü il tarixli akt (davamiyyət jurnalının imzalanmaması barədə) tərtib edilmişdir. Həmin aktlar məhkəməyə təqdim edildiyi halda və məhkəmə qərarında həmin aktlara istinad etdiyi halda həmin aktların və eləcə də şahid ifadələrinin “Dövlət qulluğu haqqında” Azərbaycan RespublikasınınQanunun 25.6-cı maddəsinin təsiri altında düşüb-düşməməsi barədə münasibət bildirməmişdir. -apellyasiya məhkəməsi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinin tələblərini pozaraq qəbul edilmiş əmrlərin qəbul edilməsi üçün intizam icraatının başlanması əsaslarının mövcudluğunu yoxlamamışdır. -məhkəmələr tərəfindən qərar qəbul edilərkən həmçinin şahid ifadələrinə istinad edilmişdir, halbuki həmin şahid ifadələri qeyri-obyektiv təhrif edilmiş formada olmuş və iddiaçının əleyhinə istifadə edilmişdir. - İPM-in 58.7-ci maddəsinin tələblərinə riayət edilməyərək sübutlar məhkəmələr tər əfindən tam və hərtərəfli araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(108)-91/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Qanun Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət qulluğu- Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəz ərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1 ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə baxımından qanunsuz olub-olmadığını yoxlayır. uyğun şəkildə həyata keçirilməməsi b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən ol unmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmr qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirilən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.

37. Belə olan halda, iddiaçı əmrin ləğvi və vəzifəyə bərpa edilməsi ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

38. Beləlikl ə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 25-27a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır.

39. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(108)-91/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar