Məhkəmə qərarları › İş №2-1(102)-555/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-555/2024

07.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-555/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-479/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında cavabdeh tərəfindən baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E13 Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İ tip; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi tə yin edilmişdir.

2. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E13 - Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İ tip ağır forma diabet polineyropatiyası.diabet nefropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

3. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şə kərli diabet. Çoxsaylı ağırlaşmalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

4. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli gönd ərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma insulin tələbli Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə və müalicə olunması məsləhətdir." səbəbi ilə imtina edilmişdir.

6. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mə tni: Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla şəkərli diabet tip 1 ağır forma insulin tələbli Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14,. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə),. Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya,. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10E14 ümumi dördüncü.3 işarəsi ilə); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ixtisaslaşmış xəstəxanada müayinə və müalicə olunaraq, əsas diaqnoz, hədəf orqanlarının zədələnmələri instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq edilsin." səbəbi ilə imtina edilmişdir.

7. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma çoxsaylı ağırlaşmalarla Ağırlaşma G94.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri,. Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14,. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü.3 işarəsi ilə),. Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya,. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-1 4 ümumi dördüncü.4 işarəsi ilə); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı xx.xx.2023-cü il tarixdə tələbini dəqiqləşdirərək, “2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu il tarixdən şəkərli diabet xəstəsidir. Xəstəliyin ilk günündən insulin müalicəsindədir. Dəfələrlə ambulator və stasionar müalicələr qəbul etmişdir. Ak.Mirqasımov adına RKX-da Şəkərli Diabet tip 1 diaqnozu ilə müalicələr almışdır. Axırıncı müalicəsi xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında olmuşdur.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli ambulator kitabçasının çıxarışından görünür ki, xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilmişdir. İddiaçıya əsas diaqnoz olaraq "insulindən asılı şəkərli diabet" diaqnozu qoyulmuşdur. 12. 1-ci tip şəkər xəstəsi olduğu üçü n 2010-cu il tarixdən 2021-ci ilin may ayına kimi pensiya almışdır. Təkrar komissiya müddəti vaxtı çatanda pensiyası kəsilmiş, hal-hazırkı vaxta qədər bərpa olunmamışdır. 13. xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatlarına əsasən əlavə müalicəyə ehtiyacının olması, müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicə məsləhət görülür cavabı verilmişdir.

14. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş imtinanı əsassız hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və etirazında hazırkı qərarın 1-7-ci bəndlərində göstərilən xəstəxana göndərişlərini vurğulamaqla qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxa nasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1247/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertinin iştirakı olmadan Azərbaycan Respublikası Səhi yyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. - İ sual: İddiaçı qoyulmuş E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma çoxsaylı ağırlaşmalarla Ağırlaşma G94.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri. Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10E14, Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümum dördüncü. 3 işarəsi ilə). Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü. 4 işarəsi ilə); diaqnozu düzgü ndürmü? -İİ sual: Əgər qoyulmuş diaqnoz düzgündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklə eyniyyət təşkil edir? - İİİ sual: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnoz nədir və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliyə uyğundur? 17. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 475 nömrəli məktubuna əlavə olunmuş eks pert rəyində qeyd edilmişdir ki: - İ suala cavab: Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X3 tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş “E10.7insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İ ağır forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: G94.8*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələr; Ağırlaşma: N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10E14 ümumi dördüncü 3 işarəsi ilə). Ağırlaşma: İ79.2*- digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma: G63.2-dia betik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə)” diaqnoz onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator- instrumental müayinələrin əsasında müəyyən edilmişdir. İİ və İİİ suala cavab: Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

18. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-129/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “müalicə müddətinin yetərli olmaması, ixtisaslaşdırılmış müalicənin məsləhət görülməsi” səbəbi ilə imtina etmiş, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin ver ilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir.

20. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nə həvalə edilmişdir. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X3 tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İ ağır forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: G94.8*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələr; Ağırlaşma: N08.3*şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E1 4, Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə). Ağırlaşma: İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma: G63.2diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə)” diaqnoz onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində Əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. Bənd 2.2: İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmi n həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Bənd 2.2.7: endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0E22.1, E23.0-E23.2, E23.7, E24-4.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8);

22. Göründüyü kimi iddiaçıya qoyulmuş “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İ ağır forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: G94.8*- digər rubri kalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələr; Ağırlaşma: N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə). Ağırlaşma: İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma: G63.2-diabetik polinevropatiya (E1014 ümumi dördüncü 4 işarəsi ilə)” diaqnozu istinad olunan Əsasnamədə 2-ci dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. 23. “Müalicə müddətinin yetərli olmaması, ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsinin zəruri olması və tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət edilməli olması” ilə bağlı cavabdeh orqanın imtina dəlil inə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan müalicə müddətinin yetərli olmadığını qeyd etsə də, tələb olunan müalicə müddəti ilə bağlı hər hansı əsaslanma təqdim etməmişdir.

24. Eyni zamanda, cavabdehin əlavə müalicənin zəruri olması ilə bağlı imtina dəlili “Zaqatala rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-ci il tarixli PHŞ-6-78/2497/2023 nömrəli məktubu ilə təkzib olunur. Belə ki, iddiaçıya müvafiq diaqnozu qoyan səhiyyə müəssisəsi əlavə müayinə və müalicələrin aparılacağı təqdirdə, ağırlaşmaların aradan qalxmasının mümkün olmayacağını bildirir. Belə olan halda aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməsi və tam reabilitasiya olmanın mümkünlüyünü qeyd edərək müraciətin təmin edilməsindən imti na etməkdə cavabdeh orqan haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqan özü də iddiaçıya qoyulmuş diaqnozu mübahisələndirmir.

25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-479/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-129/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tə min olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh əlillik təyini ilə bağlı bildirir ki, iddiaçının müraciətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma insulin tələbli Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü.3 işarəsi ilə); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə və müalicə olunması məsləhətdir.” səbəbi ilə imtina edilmişdir.

30. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla şəkərli diabet tip 1 ağır forma insulin tələbli Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10–E14,. Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü.4 işarəsi ilə),. Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya,. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü.3 işarəsi ilə); Mərkəz ə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ixtisaslaşmış xəstəxanada müayinə və müalicə olunaraq, əsas diaqnoz, hədəf orqanlarının zədələnmələri instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq edilsin.” səbəbi ilə imtina edilmişdir.

31. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma çoxsaylı ağırlaşmalarla Ağırlaşma G94.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri. Ağırlaşma N08.3* Şək ərli diabet zamanı yumaqcıq zədələnmələri (E10–E14,. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü.3 işarəsi ilə). Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya,. Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü.4 işarəsi ilə); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə imtina edilmişdir.

32. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.

33. Beləliklə, iddiaçıya əlilliyin təyin edilməsindən “müalicə müddətinin yetərli olmaması, ixtisaslaşdırılmış müalicənin məsləhət gör ülməsi” səbəbi ilə imtina edilmiş, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir.

34. Nəticə etibarilə, müvafiq poliklinikanın göndərişi əlillik təyin etmək üçün əsas yaratmamış və bu səbəbdən əlillik təyinindən imtina edilmişdir.

35. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

36. Cavabdeh, həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilibedilməməsi onun diskresion səlahiyyətidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. K ASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. İddiaçı öz tələbinin əsası kimi tibb müəssisələri tərəfindən keçirilmiş müayinələrin nəticələrini təqdim etmişdir. Göndərişdə də həmin müayinələrə və onların nəticələrinə istinad edilir.

43. Cavabdeh isə əlilliyin təyin olunmasından imtina qərarında müalicə müddətinin yetərli olmadığına əsaslanmış, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsini, tam reabilitasiya olunmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsini tövsiyə etsə də, həkim komissiyası tərəfindən müəyyən edilmiş və Göndərişdə qeyd olunan nəticələri qeyd-şərtsiz təkzib edən hər hansı sübuta istinad etməmiş, həmin nəticələrin aradan qaldırılmasının mümkünlüyünü qərarında əsaslandırmamışdır.

44. Belə olan halda, tibb müəssisələri tərəfindən stasio nar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir.

45. Bu qənaət, ilk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

46. Göründüyü kimi, tibb müəssisələrinin həki m-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

47. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyy ətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

49. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 50. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəal arına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

51. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

52. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.x x.2023-cü il tarixli, 21(107)-479/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar