Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-556/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istismara yararlığı müəyyən edilməyən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan tikinti obyektləri üzrə çıxarışın verilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Ramazanova (Məmmədova) Manana Camal qızı) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1267/2024 nömrəli qərarından iddiaçılar və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-77/2013 nömrəli hökmünə əsasən: - zərərçəkmiş şəxslər, mülki iddiaçılar İddiaçı7 349.000 ABŞ dolları, İddiaçı3 10.000 ABŞ dolları, İddiaçı5 63.000 manat, X2 53.900 ABŞ dolları, İddiaçı17 10.000 manat və İddiaçı2 106.000 manat məbləğində i ş üzrə təqsirləndirilən şəxs X5 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlərin Hümbət Məmmədovdan onların xeyrinə tutulması; - zərərçəkmiş şəxs İddiaçı8 təqsirləndirilən şəxs X5 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də İddiaçı8 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulması; - İddiaçı6 202.000 ABŞ dolları, İddiaçı4 140.000 manat və İddiaçı16 57.840 manat məbləğində təqsirləndirilən şəxs X5 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Hümbət Məmmədovdan onların xeyrinə tutulması; - İddiaçı1 56.656,8 manat məbləğində, İddiaçı12 63640 manat məbləğində olmaqla təqsirləndirilən şəxs X5 qarşı olan hissədə irəli sürdükləri iddia tələbləri qismən təmin edilərək, həmin məbləğlərdə vəsaitlərin Hümbət Məmmədovdan onların xeyrinə tutulması; - iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutmanın təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X3 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X3 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X3 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X3 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərində olan tikililərin dəyərindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsi hökm edilmişdir.
2. Tələbin yönəldildiyi Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X5 məxsus daşınmaz əmlaklar aşağıdakılardır: - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğində, - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 say lı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır.
3. X9 ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunan daşınmaz əmlak və ona dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Aparılan araşdırma zamanı daşınmaz əmlakın üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə həbs qoyul ması barədə məlumat aşkar edilmişdir. Yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bil əcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddia çı5 Mirzə oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 Firidun oğlunun, İddiaçı14 Əlövsət oğlunun, İddiaçı17, İddiaçı16 və İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin daşınmaz əmlakların ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda, qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)42/2011, 5(001)-43/2011, 5(001)-44/2011, 5(001)-45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur. Qeyd olunanlarla bağlı İdarə tərəfindən X7 **********48 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********00 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri hesab olunur, lakin İdarəyə təqdim olunan sənəd açıq hərracın nəticələrinə dair yekun protokol deyil, satış protokoludur.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-610/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbində qeyd olunan əmlaklar və onlara dair hüquqlar ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışlar. Belə olan halda, hərrac protokollarına istinad edilməklə həmin əmlaklara mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi əsaslı hesab edilə bilməz.
9. İddiaçılar 1) İddiaçı1, 2) İddiaçı2, 3) İddiaçı3, 4) İddiaçı5 Mirzə oğlu, 5) İddiaçı6, 6) İddiaçı8, 7) İddiaçı9, 8) İddiaçı10, 9) İddiaçı11, 10)İddiaçı12, 11)İddiaçı13, 12)İddiaçı14 Əlövsət oğlu, 13)İddiaçı17, 14)İddiaçı16, 15)İddiaçı15 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-126/2023 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-126/2023 nömrəli qərar ı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ikimərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki m ərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən – 1) İddiaçı1, 2) İddiaçı2, 3) İddiaçı3, 4) İddiaçı4, 5) İddiaçı5 Mirzə oğlunun, 6) İddiaçı6, 7) İddiaçı7, 8) İddiaçı8, 9) İddiaçı9, 10)X8, 11)İddiaçı11, 12)İddiaçı12, 13)İddiaçı13, 14)İddiaçı14 Əlövsət oğlunun, 15)İddiaçı17, 16)İddiaçı16, 17)İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar çıxarışın verilməsini tələb etdikləri əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş açıq hərrac vasitəsilə almışlar (hərrac ın nəticələrinə dair yekun protokol və bağlanmış alqısatqı müqavilələri əsasında), bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qeyd olunan hərracın nəticələri üçüncü şəxs M.Ramazanova tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, sonuncunun iddia tələbi təmin edilməmişdir. Yəni keçirilmiş hərrac qanuni hesab olunmuş və onun nəticələri hal-hazırda da qüvvəsini saxlayır. Bunun isə hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
14. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələ binin təmin olunmamasını xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2167/2023 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov - məruzəçi, N. Rəsulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-126/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. İşə baxan məhkəmə kollegiyasının qərarının ləğv edilərək yeni baxışa qaytarılması üzrə göstərişlər üç istiqamət üzrə olmuşdur: 1) Mübahisə predmeti olan tikinti obyektlərinin istismara yararlı fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi olduqları, yəni tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tik intiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü müəyyən edilməlidir. 2) İddiaçı4 birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməməsinə baxmayaraq onun da barəsində işə baxmışdır. 3) İddianın verildiyi vaxtdan ərizədə iddiaçı qismində göstərilmiş, həmçinin apellyasiya şikayətində şikayəti verən şəxslərin siyahısında adı qeyd olunmuş İddiaçı7 hələ iddia verilməzdən əvvəl - xx.xx.2020-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Hazırkı iddianın predmeti üzrə İddiaçı7 məxsus olmuş hüquq və vəzifələrin hüquq varisliyi yolu ilə prosessual qanunla nəzərdə tutulmuş qaydada təmin edilməsi məsələsinə baxılmalıdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2024-cü il tarixli, 21(103)-1267/2024 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: 1 Hazırkı iş üzrə Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikilmişdirmi?
2. Həmin tikilidən təyinatı üzrə istifadə mümkündürmü?
18. Apellyasiya məhkəməsinə daxil olmuş 30 iyul 2024-cü il tarixli, 3-16-16/210/2696№-li ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki; “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində o lan dörd mərtəbəli tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1., 4.2. və 4.3. bəndlərinin tələblərinə uyğun aparılmışdır. Eyni zamanda tədqiq olunan tikilinin təmir olunduqdan sonra təyinatı üzrə istifadəsi mümkündür.”
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1267/2024 nömrəli qərar ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şika yəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Təqdim edilmiş ekspert rəyindən görünür ki, ekspert tikilinin yalnız Qaydaların 4.1., 4.2. və 4.3-cü bəndlərinin tələblərinə uyğun tikilməsini göstərmişdir ki, istinad edilən bəndlər Bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili ilə (yəni sənədləşmə işlərinin aparılması - müvafiq icra hakimiyyəti orqanlarına müraciətin edilməsi, texniki rəyin alınması, razılaşdırılma işləri və s.) əlaqədardır. Bir sözlə ekspert binanın möhkəmliyi və dayanıqlılığı ilə bağlı hər hansı fikir bildirməmişdir. Eyni zam anda tikilinin yalnız təmirdən sonra təyinatı üzrə istifadəsinin mümkünlüyünü bildirmiş, lakin yaşayış və ya qeyri-yaşayış təyinatlı olmasını rəyin tədqiqatın hissəsində göstərməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş ekspert rəyi iddianın təmin edilməsi üçün əsas qismində çıxış edə bilməz.
21. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
22. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçıların kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: – Cavabdeh quruma və məhkəməyə təqdim ol unmuş protokollar məhz elə yekun protokollar sayılır. Protokol ilə tanış olan zaman onun elə məhz yekun protokol olması görünür. Qanunvericiliyin tələbinə istinadən hərrac yalnız yekunlaşdığı halda alqı-satqı müqaviləsi bağlana bilər. Odur ki, məhkəmə hərracın protokolunun adının hərfi mənasını deyil, onun prosessual əhəmiyyətinə hüquqi qiymət verməli idi. – Məhkəmələr təqdim olunmuş hərracın yekun protokollarına lazımi hüquqi qiymət verməmişdir. Halbuki bu sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. – Əmlakların üzərinə həbs qoyulması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, əmlak üzərinə həbs qoyulması icra mərhələsində olmuş və tələbkar qismində onlar çıxış etmi şlər. Proses zamanı bu fakta ümumiyyətlə toxunulmamış, əmlakların üzərində həbsin götürülməsi məhkəmə tərəfindən tələb olunmamışdır. – Məhkəmələr iş üçün əhəmiyyətli olan sübutları – hərrac sənədlərini, alqı-satqı müqavilələrini, bələdiyyə qərarlarını – tam və hərtərəfli araşdırmamış, onlara qanunauyğun hüquqi qiymət verməmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçıların kassasiya şikayətinə etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Mülki Məcəllə: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol... Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əml akın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşı nmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.... 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz ə mlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;...
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti:
28. İnzibati Prosessual Məcəllənin 90.2-ci maddəsinin müəyyən etdiyi qaydaya görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1267/2024 nömrəli qərarından 17 nəfər iddiaçı kollektiv qaydada kassasiya şikayətləri ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər.
30. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə iddia rədd edilmiş, həmin qərarda n İddiaçı4 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi, İddiaçı4 apellyasiya icraatında hər hansı tələbi olmamış və müzakirə edilməmişdir. Başqa sözlə, apellyasiya instansiyasında İddiaçı4 münasibətdə birinci instansiya məhkəməsindən fərqlənən hər hansı hüquqi nəticəyə dair qərar qəbul edilməmiş, onun hüquq və vəzifələri apellyasiya araşdırmasının predmeti olmamış, nəticədə sonuncunun təmin olunmayan heç bir tələbi olmamışdır.
31. Bu kontekstdə, İPM-in 90.2-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin aktlarından, yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı4 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayət i verə bilməz. Üçüncü şəxs Ramazanova (Məmmədova) Manana Camal qızı tərəfindən verilmiş kassasiya şikayəti:
32. Yuxarıda qeyd edildiyi kimi, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur.
33. Hazırkı mübahisəyə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1267/2024 nömrəli qərarı ilə iddianın rədd edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
34. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məzmunda qərarın qəbul edilməsi üçüncü şəxsin əleyhinə və ya ziyanına qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qərarı üçüncü şəxsin hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır. Bu baxımdan həmin məzmunda qərar üçüncü şəxsin sözügedən məhkəmə qərarından kassasiya şikayəti vermək hüququnu yaratmır.
35. Bu səbəbdən üçüncü şəxsin kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Digər iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti:
36. İddiaçılar İddiaçı1 və qeyriləri (İddiaçı4 istisna olmaqla) tər əfindən verilmiş kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı hərrac nəticəsi əsasında əldə edilmiş daşınmaz əmlaka dair çıxarışın verilməsinə yönəlmişdir.
41. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, daşınmaz əmla kın dövlət reyestrində qeydiyyat yalnız qanunla müəyyən edilmiş əsaslar və sənədlər təqdim olunduqda mümkündür. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya ixtisaslaşdırılmış təşkilat tərəfindən keçirilən hərracın yekun protokolu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas sənədlərdən biridir, lakin tikinti obyektinin istismara yararlılıq aktı və istismara icazə olmadan belə obyektin dövlət reyestrində qeydiyyatı və çıxarışın verilməsi mümkün deyil.
42. Hazırkı halda, iş materiallarına həmin tikililərin faktiki vəziyyətini əks etdirən texniki sənədlər, eləcə də tikinti obyektinin istismarına icazə sənədləri əlavə edilməmişdir.
43. Bundan əlavə, kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında olan hüquqi mövqeyə əsasən “...Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.”
44. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq düzgün nəticəyə gə lmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri mümkün sayılmasın və həmin kassasiya şikayətlərinin qəbulundan imtina edilsin. İddiaçılar İddiaçı1 və qeyriləri (İddiaçı4 istisna olmaqla) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)- 1267/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.