Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-557/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1960-cı il; FİN: 2MR70X5) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyətinin n ümayəndəsi X13) “dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2165/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Gəmi Təmirçisi” X6 heyətinin xx.xx.1993-ci il tarixli protokolundan çıxarışa əsasən, X4 ərizəsinə əsasən onun “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılması, bağ sahəsinin üzərində olan bütün hüquqlarının etibarsız hesab edilməsi, iddiaçının ərizəsinə əsasən onun “Bağçılıq Yoldaşlığına üzv qəbul edilməsi və Z-3 (0,05 ha) saylı bağ sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışdır. 2. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”na əsasən, iddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinə üzv qəbul olunmuş və ona Hövsan qəsəbəsində 0,05 ha sahəsi olan Z-3 saylı bağ torpaq sahəsi ayrılmışdır. 3. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının sağ tərəf bağ sahələrinin situasiya planına əsasən, iddiaçı “Gəmitəmirçisi” BYC-nin sahəsində yerləşən Z-3 saylı bağ sahəsinin istifadəçisidir.
4. İddiaçı cavabdehə müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında ona ayrılmış ümumi sahəsi 0.05 ha olan Z-3 saylı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin “Gəmit əmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı İdarəyə daxil olmuş Yasamal rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadından xx.xx.2019cu il tarixdə şikayət verilmişdir və qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat yoxdur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ona ayrılmış Z-3 saylı 0.05 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmas ını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində "Gəmitəmiri və Gəmiqayırma" İstehsalat Birliyinin "Gəmitəmirçisi" Bağçılıq yoldaşlığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. O, həmin bağçılığın üzvüdür. X6 heyətinin 05 aprel 1993-cü il tarixli protokolundan görünür ki, X9 bağçılıq yoldaşlığı üzvlüyündən öz ərizəsinə əsasən çıxmış və onun bağçılıq yoldaşlığına üzvlüklə bağlı müraciəti təmin edilmişdir. İddiaçıya ümumi sahəsi 0.05 ha olan Z-3 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh onun xahişini təmin etməkdən imtina etmişdir. Halbuki bütün sənədlər qaydasındadır və lazımi qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən təsdiq olunmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, təqdim edilmiş “Gəmi Təmirçisi" Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/21 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır.
8. Bakı İnz ibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(112)-2699/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, “Gəmitəmirçisi” X6 heyətinin xx.xx.1993-cü il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 0,05 ha olan iddiaçıya ayrılmış Z-3 saylı bağ torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmasa da, adı çəkilən İdarə tərəfindən məhkəməyə təqdim olunmuş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəs inin əvvəlki sahibi olan və daha sonra həmin torpaq sahəsinin iddiaçıya ayrılması ilə əlaqədar bağçılıq yoldaşlıq təsərrüfatının üzvlüyündən çıxarılmış X4 adının qeyd edildiyi müəyyən olunmuşdur.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)7723/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə bağlı məhkəmə araşdırmasının qeyd olunan iş üzrə mübahisənin qanuni əsaslarla iddiaçıya ayrılmış bağ sahəsinin qeydiyyata alınmasına heç bir aidiyyətı yoxdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2165/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn-sədrli k edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-2699/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal xarakter daşıyır və bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti imtina məktubu ilə eyni məzmundadır. Şikayətdə qeyd edilmişdir ki, elektr on kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və bu səbəbdən adı çəkilən şirkət üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş t ələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə r iayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəf indən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması (və bu barədə müvafiq çıxarışın verilməsi) ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
27. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
28. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahi yyət bölgüsündən irəli gəlir.
29. Hazırkı qərarın 17-ci bəndində istinad edilən normaya görə 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Gəmi Təmirçisi” X6 heyətinin xx.xx.1993-ci il tarixli protokolundan çıxarışa görə X9 ərizəsinə əsasən “Gəmi Təmirçisi” BY-nin üzvlüyündən çıxarılmış, bağ sahəsi üzərində onun bütün hüquqları etibarsız hesab edilmiş, iddiaçı ərizəsinə əsasən Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və Z-3 (0,05 ha) saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bundan əlavə, iddiaçının adına Bağçılıq Yoldaşlığının üzvlük kitabçası verilmişdir.
31. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən təqdim olunmuş “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi X4 adı qeyd edilmişdir. X1 ərizəsinə əsasən “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılmış və iddiaçı onun əvəzinə Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir. Odur ki, “Gəmi Təmirçisi” X6 heyətinin xx.xx.1993-ci il tarixli protokolundan çıxarış, iddiaçının adına verilmiş Bağçılıq Yoldaşlığının üzvlük kitabçası nəzərə alındıqda, iddiaçının adının siyahıda olmaması ona bağ sahəsinin ayrıldığını istisna edən hal kimi qiymətləndirilə bilməz.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
33. Belə ki, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, “Gəmi Təmirçisi” X6 heyətinin xx.xx.1988-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən X7 və xx.xx.1990-cı il tarixli iclasının protokolundan çıxarışa əsasən X2 Yoldaşlığına üzv qəbul edilmişdir və həmin şəxslərin istifadəsinə müvafiq olaraq Z-15 və Z-01 saylı bağ sahələri ayrılmıdır.
34. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının bu qərarın 30-31-ci bəndlərində qeyd olunmuş üzvlüyə qə bul edildiyi qaydaya analoji qaydada “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmiş X3 və X8 müvafiq olaraq istifadələrinə verilmiş Z-15 və Z-01 saylı bağ sahələri üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X5 MA seriyalı, ******* nömrəli, xx.xx.2011ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, X10 isə MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
35. Bu baxımdan eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş həmin şəxslərin hüquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respubli kası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 36. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
37. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi dis kresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
38. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
39. Nəzərə almaq lazımdı r ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğ un və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
41. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Y uxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2165/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.