Məhkəmə qərarları › İş №2-1(102)-56/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-56/2025

17.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-56/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi; işə bərpa; təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam vermə. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair inzibati iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 2-1(103)1115/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixə qədər Bakı şəhəri Baş Vergilər Departamentində, Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində işləmişdir.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrinin 21-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar iddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin 75 -ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətə sərəncama götürülmüşdür.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmri ilə yol verdiyi pozuntulara görə barəsində xidməti araşdırmanın aparılmağa başlandığı əsas gətirilərək xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrin iddiaçıya aid 21-ci bəndi ləğv edilmiş və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən iddiaçı sərəncama götürüldüyü xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrinin 25-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar iddiaçı xx.xx.2021-ci il tarixdən “Dövlət verg i orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilərək 3 ay müddətinə sərəncama götürülmüşdür.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********671500 nömrəli əmrləri ilə iddiaçının sərəncamda saxlanılma müddətləri uzadılmışdır.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrinin 2-ci bəndinə əsasən uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək sərəncamdan çıxarılmış hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülməsi barədə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli, sərəncamda saxlanılma müddətinin uzadılmasına dair xx.xx.2021-ci il tarixli **********326400 nömrəli, xx.xx.2021-ci il tarixli **********671500 nömrəli və əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlərinin iddiaçıya aid olan bəndlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılması barədə xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini, müvəqqəti olaraq işdən kənarlaşdırıldığı və sərəncamda olduğu müddət ərzində məc buri işburaxma ilə əlaqədar işdə olmadığı müddət ərzində əmək haqqı və digər ödənişlərin, əmək haqqına edilən əlavələrin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddətdə vəzifə funksiyalarına son dərəcədə məsuliyyətlə yanaşaraq xidmətini uğurla aparıb, heç bir intizam tənbehi almayıb, vergi işçisi adını bu peşəyə olan sonsuz hörməti ilə hər zaman və hər yerdə uca tutub. 2002-ci ilə qədər üç dəfə attestasiyadan müvəffəqiyyətlə keçib, 2014-cü ildən bəri ümumiyyətlə attestasiyaya cəlb edilməyib, hər rüb üzrə aparılan xidməti fəaliyyətin qiymətləndirilməsində əla və yaxşı qiymətlər alıb, ixtisasartırma ilə bağlı verdiyi imtahanda 85 bal nəticə əldə edib, həvəsləndirmə tədbiri olaraq əmək haqqına əlavəl ər əldə edib və s., birinci dərəcəli dövlət vergi müfəttişidir. Lakin xx.xx.2020-ci il tarixdən başlayaraq bu günə kimi hüquqları ciddi şəkildə pozulmuşdur. Keçmiş Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə o və bir neçə əməkdaş təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşlər. Daha sonra, xx.xx.2020-ci il tarixdə **********468300 nömrəli əmrlə sərəncam əmrinin ona dair 21-ci bəndi ləğv edilmiş və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə istinad edilərək sərəncama götürüldüyü xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib. Xüsusi məqsəd üçün qeydiyyata alınmış həmin əmrdə qeyd edilirdi ki, guya o, xidməti vəzifələri yerinə yetirərkən kobud nöqsanlara yol vermişdi, müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları “X1 Tax and Consulting” MMC-nin (VÖEN **********) direktoru Rahim Əlizadəyə ötürmüşdü, bununla bağlı barəsində xidməti araşdırma başlanmışdır və bununla da araşdırma yekunlaşana qədər tutduğu vəzifədən müvəqqəti kənar edilmiş hesab edilməsi qənaətinə gəlinmişdir. Həmin əmrin verilməsinə əsas kimi keçmiş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin iddiaçı barəsində olan xx.xx.2020-ci il tarixli **********173500 nömrəli xidməti məruzəsi olmuşdur. Xidməti məruzədə ona qarşı irəli sürülən “müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları smartfon və digər üsullarla R.Əlizadəyə göndərməsi” barədə əsassız dəl illər irəli sürülərək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi tələb edilmişdir. Uzun müddət vergi orqanlarında qüsursuz fəaliyyət göstərən əməkdaş barəsində birdən-birə ən ağır əsasla müqaviləyə xitam verilməsi tələbinin mövcud olması üçün ən azından onun özü qədər ağır, ciddi faktiki əsaslar, yəni onun tərəfindən həqiqətən də həmin əməlləri törətmə faktı və bununla bağlı sübutlar sənədlər, rəylər, arayışlar, izahatlar, aktlar və s. olmalı idi. Lakin 4 vərəqlik xidməti məruzənin təsviri hissəsi kimi, yəni onun əməllərinin nədən ibarət olması və hansı qaydada sübut edildiyi barəsində cəmi 3 cümlə yazılmışdır ki, onların da arasında “onun qeyri-səmimiliyə yol verməsi”, “verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönləndirməyə çalışması” ki mi absurd ifadələr yer almışdır. Əmrin verildiyi xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdehin rəhbər vəzifəli şəxslərinə çoxsaylı həm yazılı, həm elektron qaydada müraciətlər edib, teleqramlar vurub, 195 çağrı mərkəzinə zənglər edib ki, düzgün araşdırma aparılsın, barəsində olan yanlışlıq aradan qaldırılsın, əmr təkzib edilsin və ədalətli qərar qəbul edilsin. Lakin müraciətlərinə biganə yanaşılaraq icralarından çıxarılmaları xatirinə “Sizə əlavə məlumat veriləcək” kimi cavablar verilmişdir. Bütün bunlarla yanaşı, cavabdeh onun barəsində xx.xx.2021-ci il tarixdə yeni sərəncama götürülmə əmri qəbul etmişdir (2-ci Sərəncam əmri) və onu həmin tarixdən yenidən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edərək 3 ay müddətinə sərəncama götürmüşdür. Daha so nralar müvafiq əmrlərlə sərəncamda saxlanılma müddətlərini xx.xx.2021-ci il tarixə qədər uzatmış, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən Əsasnamənin 75-ci maddəsinin 3cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verərək sərəncamdan çıxarmış, lakin bu barədə onu məlumatlandırmamışdır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixə qədər barəsində araşdırma aparıldığına görə tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib və bununla yanaşı olaraq xx.xx.2021-ci il tarixdən isə xx.xx.2021-ci il tarixinə kimi işəgötürən ona ikinci fərqli status vermişdir, yəni bir tərəfdən guya kobud nöqsanlara yol verdiyini müəyyən edərək Əsasnamənin 41-ci maddəsinə əsasən barəsində araşdırılma aparıldığına görə tutduğu vəzifədən mü vəqqəti kənarlaşdırılmış hesab edilib, digər tərəfdən isə Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək Xidmətin sərəncamına götürülmüş hesab edilib, sonda Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi ilə əmək müqaviləsinə xitam vermişdir. Bu isə o deməkdir ki, işəgötürən tərəfindən iddiaçı barəsində hər hansı bir nöqsana yol verdiyi müəyyən edilməmişdir, barəsində aparılan araşdırma əsassız olmuşdur, tutduğu vəzifədən əsassız kənarlaşdırılıb, həmin dövr üçün vəzifədə hesab edilməli və həmin müddət ərzində tətbiq edilmiş əmək haqqı artımları da nəzərə alınmaqla cavabdeh ona çatası aylıq əmək haqqı məbləğlərinin və əmək haqqına əlavə olaraq ödənilən vəsaitlərin ümumi cəmini ödəməlidir. Belə ki, Əsasnamənin 41-ci maddəsinə əsasən xidmə ti vəzifə ilə bağlı barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Sərəncama götürüldüyü xx.xx.2021-ci il tarixində aparılan təşkilati ştat tədbirində Lokal Gəlirlər Baş İdarəsinin bəzi idarələrinin və ya şöbələrinin adlarında cüzi dəyişiklik edilmişdi, mahiyyət etibarilə heç nə dəyişməmişdi, 423 nəfərdən ibarət işçi sayında ümumiyyətlə azalma və ya ştat vahidində ixtisar aparılmamışdı, həmin ştat vahidi bu gün də həmin sayda yəni 423 nəfərdən ibarətdir. Habelə xx.xx.2021-ci il tarixdə və ondan sonra belə Dövlət Vergi Xidmətinin işə qəbul ilə əlaqədar müsabiqələr keçirmişdi. Deməli, hətta onun tutduğu ştat vahidi ixtisar edilsə idi də belə, ona təklif edilə biləcək vakant ştat vahidləri mövcud idi. Bu halda uzun illər vergi orqanında işləyən təcrübəli əməkdaşın digər vəzifəyə keçirilməsinin mümkünsüzlüyü nədən ibarət olmuşdur sualına, yəqin ki, cavabdeh cavab verə bilməyəcəkdir. Əmək Məcəl ləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən bu qaydaya da əməl etməmişdir. İşəgötürənin adıçəkilən əməlləri nəticəsində sağlamlığına, mənəviyyatına və işgüzar nüfuzuna ciddi ziyan dəymişdir. Sözügedən müddətdə dəfələrlə qan təzyiqi pik nöqtələrə çatmış, təcili yardım çağırışları ilə həyatını xilas etmək mümkün olub, keçirdiyi əsəb gərginlikləri, stress nəticəsində şəkər xəstəliyinə tutulub. Qeyd edilənlərə əsasən hesab edir ki, sərəncamda saxlanılması və əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək onun işə qaytarılması təmin edilməli və sərəncamda olduğu və işdən kənarlaşdırıldığı müddət ərzində məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməlidir.

9. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə iddiaçının xidmətinə xitam verilmiş və sərəncamdan çıxarılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********351401 nömrəli, xx.xx.2022-ci il tarixli **********351400 nömrəli, xx.xx.2022-ci il tarixli **********559100 nömrəli (ərizə və şikayət) müraciətlərlə işə bərpa edilməsini xahiş etmişdir. Bu müraciətlər in məzmununa nəzər saldıqda açıq aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. Nəticədə, iddiaçı 2022-ci ilin may ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Beləliklə, iddiaçının iddiası mümkün sayılmamalıdır.

10. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilərək, tələbin iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “xidmətə x itam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir.

11. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırıldığından sonra qəbul edilən əmrlərdən məlumatlı olmamışdır. Yalnız 2022-ci ilin aprel ayında cavabdehin müvafiq inzibati binasına yaxınlaşıb əmək kitabçasını götürərək buna dair imza atdıqdan sonra hazırda mübahisələndirilən və işdən azad edilməsi, sərancamda saxlanılması və sərəncamdan çıxarılması barədə əmrlərin mövcudluğundan məlumatı olmuş və qanunla nəzərdə tu tulmuş müddət ərzində vaxtında məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazında guya iddiaçıya sərəncamdan çıxarılma barədə məlumatın xx.xx.2021-ci il tarixli **********532400 nömrəli məktubla verilməsinə münasibətdə qeyd edilməlidir ki, həmin məzmunda məktub iddiaçıya ümumiyyətlə çatdırılmamış və iddiaçı həmin məktubu almamışdır. Cavabdeh yalnız poçt göndərişinin göndərildiyinə və həmin məktubun geri qaytarılmadığına istinad etsə də, məktubun məhz iddiaçıya çatmasını təsdiq edən müvafiq sənəd və ya poçt xəbərnaməsini məhkəməyə təqdim etməmişdir. İddiaçı hazırda mübahisələndirdiyi əmrləri almadığını iddia etdiyi üçün cavabdeh inzibati orqan həmin əmrlərin ona təqdim edilməsini sübut etməlidir. İddiaçının işdən azad olunmasına əsas olan əmr Əmək Məcəlləsinin “Dövlət vergi orqanlarında xid mət haqqında Əsasnamə”nin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Bundan başqa, iddiaçı yalnız ilk dəfə xx.xx.2020-ci il tarixdə işdən azad edilərkən ona son haqq-hesab ödənilmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixədək ona əmək haqqı və əlavələr ümumiyyətlə ödənilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sərəncamda, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müvəqqəti kənarlaşdırmada, daha sonra xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək yenidən sərəncamda olmuş, lakin bu müddət ərzində heç bir əmək haqqı və yaxud digər ödənişlər almamışdır. Əlavə olaraq, təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçıya hər hansı digər vəzifə təklif edilməmişdir. Əksinə qeyd edilən dövrdə onun işə bərpa ilə bağlı Dövlət Vergi Xidmətinə və yuxarı inzibati orqan İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətləri olmuşdur. İddiaçı növbəti dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ərizədə iddiaçı barəsində qəbul edilmiş xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqının (əmək haqqında əlavələr, mükafatlar və digər ödənişlər daxil olmaqla) ödənilməsi kimi göstərilmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən ərizə iddia tələbinin dəyişdirilməsinə səbəb olmur, əmək haqqı ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlə tin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimaliyeva) 2-1(112)8918/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci tarixli qərarı ilə iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Cavabdeh qurum mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr barədə məlumatın iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərildiyini bildirsə də, etibarlı olaraq həmin əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Cavabdehin müvafiq məlumatın verilməsinə dair dəlili poçt bildirişinə deyil, ehtimala əsaslanır. İddiaçı əmək kitabçasını 2022-ci ilin aprel ayında imza edərək götürmüş, iddi a ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmiş, iddia ərizəsi məhkəmənin dəftərxanasında xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İddiaçının xx.xx.2020-ci il tarixdən vəzifədən kənarlaşdırılmış olması işin mübahisəsiz halıdır. Qeyd edilən dövrdə iddiaçı rəhbər şəxslərə çoxsaylı müraciətlər ünvanlayaraq işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilən hal iddiaçının yekun xx.xx.2021-ci il tarixli əmrin ona təqdim olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Məsələn, ona ünvanlanan cavabların birində də (xx.xx.2020-ci il tarixli) qeyd edilmişdir ki, işə bərpa edilməsi barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, o, Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmri il ə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmişdir. Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən barəsində müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcəkdir. Odur ki, iddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir.

15. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti ilə bağlı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən iddiaçı vəzifəsindən kənarlaşdırılmış, qeyd edilən müddətdə iddiaçıya münasibətdə (hüquqi nəticə yaratmayan) bir neçə əmr verilmiş, yekun olaraq mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının xidmətinə xitam verilmişdir. İddiaçı ilkin olaraq qanunamüvafiq tədbirlərin görülməsi barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisini n **********173500 nömrəli xidməti məruzəsi əsasında xx.xx.2020-ci il tarixli və daha sonra xx.xx.2020-ci il tarixli əmrlə vəzifədən kənarlaşdırılsa da (həmin xidməti məruzədə iddiaçının müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla kənar şəxsə ötürdüyü qeyd olunur), yekunda xidmətinə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, əksinə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçiri lməsinin və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsinin məqsədəuyğun olmadığını bildirmişdir.

16. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə iddiaçıya münasibətdə qəbul edilən bütün əmrlər tələb olunmuş, təqdim edilmiş sənədlərə əsasən iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının imtinası müəyyən edilmir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişiklikləri nazirin xx.xx.2021-ci il tarixli əmri əsasında aparılmış, digər məsələrlə yanaşı iddiaçının işlədiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin strukturu təsdiq edilmişdir (Əmrin 5-ci bəndi). İddiaçının xidmətinə xitam verilənədək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Müvafiq struktur dəyişikliyi nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində digər idarələrlə yanaşı 56 ştat vahidindən ibarət bəyannamələr idarəsi yaradılmışdır. Struktur dəyişikliyinə qədər əvvəlki Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindəki ştat vahidi haqqında məlumatın məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq həmin məlumat cavabdeh tərəfindən təqdim etməmişdir. İddiaçı bildirir ki, struktur dəyişikliyi nəticəsində ştat vahidlərinin sayında artım belə olmamışdır. Cavabdeh qeyd edi lən dəlili təkzib etmir. Cavabdeh mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir, odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. Həmçinin vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020-ci il tarixdən iddiaçıya əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. İddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə o na edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və Aytən Oruczadə) 2-1(103)1429/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin iddianın mahiyyəti ilə bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçı müxtəlif intizam pozuntularına yol vermiş, məhz bu səbəblərdən iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmuş və ona digər vəzifənin təklif edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Halbuki, cavabdehin qeyd etdiyi intizam pozuntuları əsaslı idisə, onu müəyyən etdiyini iddia etdiyi xx.xx.2019-cu il tarixindən 20 gün müddət ərzində, yəni xx.xx.2019-cu il tarixinə qədər və ya araşdırmanın qurtardığı xx.xx.2020-ci il tarixdən bir ay müddətinə, yəni xx.xx.2020-ci il tarixinə qədər iddiaçı barəsində Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri tətbiq edilməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçı xidmət zamanı yol verdiyi pozuntulara görə yox, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Hazırkı iş üzrə cavabdeh tərəfindən ştat vahidlərinin azaldılması, hər hansı dəyişiklik edilməsi, iddiaçıya başqa vəzifəyə keçirilməklə bağlı təklif edilib-edilmədiyi barədə hər hansı sübut təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçıya hər hansısa başqa vəzifəyə keçirilmə barədə təklif verilməmişdir. Belə ki, cavabdeh özü bu barədə apellyasiya şikayətində qeyd etmiş və bunu iddiaçı tərəfindən yol verilən intizam pozuntuları ilə əsaslandırmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək q ərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1785/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1429/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər Pərviz Hüseynov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Mehriban Qarayeva) 21(103)-1115/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 nömrəli, 25 noyabr 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının xidmətinə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, habelə iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının isə belə vəzifəyə keç irilmədən imtina etməsi müəyyən edilmir. Dövlət Vergi Xidmətinin **********091400 nömrəli xx.xx.2021-ci il tarixli Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında əmrindən görünür ki, dövlət vergi orqanının sərəncamında olan əməkdaşların, o cümlədən iddiaçının hal-hazırda uyğun vəzifələrə təyin edilmələrinin qeyri-mümkünlüyü nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən törədilmiş pozuntulara istinad etsə də, iddiaçının digər vəzifələrə təyin edilməsinin qeyrimümkünlüyünü bununla əsaslandırmamışdır. Həm mübahisələndirilən əmrdə bununla bağlı hər hansı əsaslandırma mövcud deyil, həm də cavabdeh tərəfindən bununla əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh mübahisələndirilən əmri iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkün olması ilə əsaslandırmış, bunun iddiaçı tərəfindən törədilmiş pozuntularla əlaqədar olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh mübahisələndirilən əmri iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkün olması ilə əsaslandırsa da, bunun nədən ibarət olmasını göstərə bilməmiş, habelə iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının isə belə vəzifəyə keçirilmədən imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməm işdir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

25. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı etiraz, apellyasiya şikayəti və əvvəlki kassasiya şikayətinin dəlillərinə istinad edərək əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri icra olunmamış və əvvəlki apellyasiya məhkəməsinin dəlilləri təkrarlanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının intizam pozuntusuna yol verməsi ilə bağlı inzibati icraat materialları cavabdehə sorğu edilərək götürülməsinə baxmayaraq qeyd olunan materiallar araşdırılmamış və məhkəmə tərəfindən həmin sənədl ərlə sübut olunan intizam pozuntusuna qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” İV fəsil Vergi orqanları vəzifəli şəxslərinin hüquqları və vəzifələri

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:... vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;...

38. Təşkilati-ştat təbdirlərinin həyata k eçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir....

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə q aytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.... V fəsil Xidməti intizam və həvəsləndirmə...

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə.... Vİİİ fəsil Vergi orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar və pensiya təminatı

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:... 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mü mkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, yetərlilik və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı tutduğu vəzifədən xidmət zamanı yol verdiyi pozuntulara görə yox, məhz təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı azad edilmişdir. 34. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Göründüyü kimi həmin normanın tələblərinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi iki halda yolveriləndir: təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə.

35. Məhkəmələr işin halları ilə bağlı mü əyyən etmişlər ki, iş üzrə cavabdeh tərəfindən ştat vahidlərinin azaldılması, ştat vahidlərində hər hansı dəyişiklik edilməsi, iddiaçıya başqa vəzifəyə keçirilməklə bağlı təklif edilib-edilmədiyi barədə sübut təqdim edilməmiş, ümumiyyətlə, iddiaçıya başqa vəzifəyə keçirilmə barədə təklif verilməmişdir. Cavabdeh özü belə bir təklifin edilmədiyini qəbul edir, mübahisə üzrə tətbiq edilməli olan normanın bu qaydada təfsir edilməməli olduğunu bildirməklə iddiaçı tərəfindən törədilmiş bir sıra intizam pozuntularına istinad etməklə iddiaçının digər vəzifəyə keçirilməsinin məqsədəuyğun hesab edilmədiyinə görə qeyri-mümkün olduğunu göstərir.

36. Məhkəmə kollegiyası mübahisəyə tətbiq edilməli olan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə münasibətdə qey d edir ki, sözügedən norma qrammatik təfsir qaydasına uyğun olaraq onun aşkar ifadə olunmuş sözünə görə təfsir olunmalı, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin obyektiv səbəblərdən qeyrimümkün olduğu hallara şamil edilməlidir. Başqa sözlə, bu əsasla qulluq münasibətlərinə xitam verilə bilməsi üçün ilk növbədə təşkilati-ştat tədbirləri həyata keçirilmiş olmalı, eləcə də həmin tədbirlər nəticəsində şəxsin digər vəzifəyə keçirilməsi obyektiv səbəblərdən qeyri-mümkün olmalıdır. Hazırkı iş üzrə isə cavabdeh bu qaydada davranmamışdır. Ona görə də, kollegiya cavabdehin iddiaçı müxtəlif intizam pozuntularına yol verdiyinə görə onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olduğu və buna görə də, o na digər vəzifənin təklif edilməsinin məqsədəmüvafiq hesab edilmədiyinə dair dəlillərini əsassız hesab edir. Nəzərə almaq lazımdır ki, müxtəlif intizam pozuntularına yol verilməsi hallarına münasibətdə cavabdeh qanunvericiliyə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq etmək imkanına malik olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 21(103)-1115/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar