Məhkəmə qərarları › İş №2-1(102)-560/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-560/2024

07.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-560/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1642/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 45.777,97 manat ödənilməmiş borcu vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesabl amaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarı nın qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Məcburi dövlət sosial sığorta haqqının ümidsiz borc kimi silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, müraciətdə qeyd edilən məsələ yuxarıda qeyd olunan hallara aid olmadığı üçün iddiaçıya borcunun aidiyyəti üzrə ödənilməsi tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının xx.xx.2017-ci il tarixədək yaranmış, tələbetmə müddəti ötmüş və müəssisənin fəaliyyətsizliyi baxımından ümidsiz ol an 45.806,93 manat vergi öhdəliklərinə xitam verilməsi və cəmiyyətin hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üçün Dövlət sosial sığorta haqları üzrə yaranmış əsas borc 22.037,07 manat, faiz borcu 5.942,16 manat, yekun olaraq 27.979,23 manat məbləğində borc öhdəliyinin müddətinin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının hesabından silinməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırı lmışdır ki, cavabdehin imtinası qanunsuz, əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, “Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər”. Məcəllənin 85.4-cü maddəsinə əsasən, “Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər”. Vergi Məcəlləsinin 93.1-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öhdəliklərlə bağlı 5 illik tələbetmə müddəti müəyyən edilmişdir. İddiaçı MMC artıq uzun illərdir ki, fəaliyyətini iqtisadi çətinliklər səbəbindən dayandırmışdır. Hesab edirik ki, cəmiyyətin vergi və digər dövlət ödənişləri üzrə beş illik tələbetmə müddəti keçmiş, yəni xx.xx.2017-ci ild ən əvvəl yaranmış borclarının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun silinməsi qanuni və əsaslı olacaqdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin ve rgisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Eyni zamanda, Məcəllənin 85.5-ci madd əsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.

7. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öh dəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

8. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqqının ümidsiz borc kimi silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

9. İddia tələbinin əsası kimi qeyd edilir ki, həm vergi Məcəlləsinə, həm də Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyin tələb edilməsi müddəti 5 il müəyyən edilmişdir. Bu əsasla da qeyd olunan məbləğ ümidsiz borc kimi silinməlidir. Cavabdeh bildirir ki, Vergi Məcəlləsi vergi və məcburi dövlət sosial sığortası üzrə xüsusi hüquq münasibətlərini tənzimlədiyindən Mülki Məcəllənin müddəaları hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

10. Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5 -ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

11. Göründüyü üzrə, iddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və məcburi dövrlər sosial sığorta üzrə ödənilməmiş məbləğlərin tələbetmə müddətinin keçməsi əsası ilə ümidsiz borc olaraq silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, iddia tələbinin əsassız və qanunsuz olması sadalanan normalarla öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-976/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

14. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

15. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

16. Bununla yanaşı, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

17. Göründüyü kimi, Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələri ilə vergilər, vergilərə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların vergi orqanları tərəfindən silinməsi qaydaları müəyyənləşsə də, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi məcburi dövlət sosial sığorta haqqına münasibətdə bu qaydaların tətbiq olunmasını istisna edir.

18. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1642/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-976/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyanın hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Kollegiya iddiaçının apellyasiya şikayətinə əlavənin İddiaçı MMC-nin dövlət ödənişləri üzrə yaranmış borclarının beşillik tələbetmə müddəti keçdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı qəbul olunduğundan həmin qərarın hazırkı müba hisəyə münasibətdə tətbiq edilməsi düzgün olmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə və adıçəkilən Qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunur. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”.

23. Göründüyü kimi, sözügedən Qərarda əks olunmuş hüquqi mövqe yalnız həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil edilmir. Hazırkı mübahisə isə Qərarın qəbul olunduğu tarixdən sonra başlamışdır.

24. Belə olan halda, yaranmış borcların 5 illik tələbetmə müddəti keçdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı qəbul olunduğundan həmin qərarın hazırki mübahisəyə münasibətdə tətbiq edilməsinin düzgün olmaması ilə bağlı iddiaçının dəlili əsassızdır.

25. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Ka ssasiya şikayətinin dəlilləri

26. Məhkəmə kollegiyası nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair» xx.xx.2019-cu il tarixli Qərarı və sonradan qəbul olunmuş xx.xx.2020-ci il tarixli qərardadı əsas götürərək apellyasiya şikayətini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən məhkəmə kollegiyası mövcud vəziyyəti düzgün qiymətləndirməmişdir. Çünki inzibati orqanla iddiaçı arasındakı münasibətlər 2019-cu ilin 24 aprel tarixinədək yaranmış və həmin tarixədək qeyd olunan borclar ümidsiz borc kimi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə silinmişdir. Azərb aycan Respublikasının Konstitusiyası bütün qanunlardan, hətta Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunan qərarlardan da üstün olduğu üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini əsas götürərək apellyasiya şikayətini təmin etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndinə əsasən Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın qeyd olunan maddəsinə əsasən Konstitusiya Məhkəməsinin sözügedən qərarının tərəfimizdən verilmiş iddiaya münasibətdə tətbiq olunması ziddiyyət yaradır ki, belə olan vəziyyətdə Azərbaycan Respublikası Konstitus iyasının 149-cu maddəsinin Vİİ bəndi əsas götürülməlidir.

27. Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə görə fızıkı və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. Nəzərə alınsa ki, qeyd olunan qərarın geriyə qüvvəsi şamil edildiyi halda İddiaçı MMC-nin vəziyyəti pisləşəcəkdir, onda Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən həmin qərar hazırkı mübahisəyə münasibətdə tətbiq edilməyərək qeyd olunan borclar vergi orqanı tərəfindən vergi qismində hüquqi və fiziki şəxslər tərəfindən tələb olunan vergi borcu kimi qəbul olunmalıdır.

29. Bundan başqa “Bakmil" MMC artıq uzun illərdir ki, fəaliyyətini iq tisadı çətinliklər səbəbindən dayandırmışdır. Hesab edirik ki, cəmiyyətin vergi və digər dövlət ödənişləri üzrə beş illik tələbetmə müddəti keçmiş, yəni xx.xx.2017-ci ildən əvvəl yaranmış borclarının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun silinməsi qanuni və əsaslı olacaqdır.

30. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, "ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmi şdir.

32. Etirazın dəlillərinin əsasını iddiaya qarşı verilən etirazda göstərilənlər təşkil edir.. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

36. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

37. Cavabdeh haqlı olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

38. Eyni zamanda, Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

39. Məcəllənin 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə b ağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir.

40. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvə yə mindiyi tarixdən 5 illik müddət keçdikdə; Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

41. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətində öz tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair» xx.xx.2019-cu il tarixli Qərarına və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinadları da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Qərarda əks olunmuş hüquqi mövqe yalnız həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil edilmir. Hazırkı mübahisə isə Qərarın qəbul olunduğu tarixdən sonra başlamışdır. Belə olan halda, yaranmış borcların 5 illik tələbetmə müddəti keçdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli qərarı qəbul olunduğundan həmin qərarın hazırkı mübahisəyə münasibətdə tətbiq edilməsinin düzgün olmaması ilə bağlı iddiaçının dəlili əsassızdır.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

44. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1642/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar