Məhkəmə qərarları › İş №2-1(102)-560/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-560/2025

22.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-560/2025 22.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), İspəndiyar Şəfiyev və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlə t Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2891/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Milli Gəlirlər Baş İdarəsinin **********143542 saylı, xx.xx.2021-ci il tarixli Səyyar vergi yoxlaması aktı ilə xx.xx.2020-ci il tarixli, **********143229 saylı qərara əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası Filialı üzrə- sadələşdirilmiş vergi- 4-cü Rüb 2017- 3-cü Rüb 2020; Əlavə dəyər vergisi Noyabr 2017-Oktyabr 2020; Mənfəət vergisi 2017-ci il2019-cu il; Əmlak vergisi 2017-ci il 2019-cu il; Aksiz vergisi Noyabr 2017- Oktyabr 2020; M ədən vergisi Noyabr 2017-Oktyabr 2020; Torpaq vergisi-2018-ci il-2020- ci il; Ödəmə mənbəyindən tutulan vergi 2017-ci il-2019-cu il üzrə tədiyyə və dövrlərdəVergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə nöbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır.

2. Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 №-li qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə cəmiyyətə 7193298,13 manat əlavə vergi hesablanmış və məsuliyyətə cəlb edilməsi (3596761,28 manat maliyyə sanksiyası) qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı və Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********187400 saylı Qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********143229 saylı qərarına əsasən 2017-2020-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********143542 nömrəli səyyar vergi yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri əsasında xx.xx.2021-ci il tarixli, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********152393 saylı Qərar qəbul edilmişdir. Qərara əsasən, vergi orqanı Baş Ofisin Filiala 2018-ci ildə 751459.38 manat, 2019-cu ildə 9975935.35 manat və 2020-ci ildə 934711.66 manat olmaqla verdiyi vəsaiti əvəzsiz olaraq qiymətləndirərək gəlirə aid etmişdir. Bu vəsaitlər Filial tərəfindən göstərilmiş xidmətlərə görə “X6” MMC yə ödənilmişdir. Filialı isə görülmüş işləri “X6” MMC–dən təhvil alaraq əvəzsiz olaraq “ADY’ QSC-yə təqdim etmişdir. Filial ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələr aparmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş bəyannamələrin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Nəticədə, vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra VM) 159-cu maddəsinə əsasən ********.21 manat gəlir məbləğinə 2099179.12 manat ƏDV hesablanmışdır. İddiaçı vergi orqanının bu faktiki halın təsvirinin təfsirində yanlışlığa yol verdi yi fikrindədir. Mənfəət vergisi məqsədləri üçün “İşlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlir” olaraq Vergi orqanı tərəfindən hesablanmış 2018-ci ildə 751459,38 manat və 2019 cu ildə 9975935,35 manat vəsait Baş Ofis tərəfindən iddiaçıya "xxxx" QSC üçün görülmüş işlərdəki qüsurların aradan qaldırılması iddiaçıya "xxxx" QSC üçün görülmüş işlərdəki qüsurların aradan qaldırılması ilə bağlı ödənmişdir ki, bu da cavabdeh tərəfindən əsassız olaraq gəlirə götürülərək vergiyə cəlb edilmişdir. Eyni epizod 2020-ci ildə Baş ofis tərəfindən iddiaçıya "xxxx" QSC üçün görülmüş işlərdəki qüsurların aradan qaldırılması şərti ilə ayrılmış 934711.66 manat vəsaitə də şamil edilmişdir. Müqavilə əsasında xidmətlərin görülməsinə görə pul vəsaitinin avans qaydada alınması heç də o demək deyil ki, tərəf lər Müqaviləni icra etməyi dayandırırlar və ya davam etmirlər. Nəticə etibarilə, Müqavilənin icrası ilə bağlı xərclərin yaranması lüzumludur. Hətta əlavə xərclərlə belə müqavilənin icrası həm Baş Ofis, həm də Filial üçün Müqavilənin şərtlərinin pozulmasından daha məqsədəmüvafiq idi. Çünki, Müqavilənin şərtlərinin pozulması nəinki külli miqdarda maliyyə itkisi, o cümlədən nüfuz itkisi ilə nəticələnə bilərdi. Belə ki, cari Müqavilənin icra edilməməsi həm Baş Ofis, həm də Filial üçün Sifarişçi ilə məhkəmə mübahisələri mənfi təsir edəcəkdir. Bu özünü Sifarişçi ilə yaranan məhkəmə mübahisələrində, Sifarişçinin tenderlərdən de-fakto kənarlaşdırılmasında büruzə verəcəkdi. Müvafiq hal Cəmiyyətin Azərbaycan Respublikasının və digər ölkələrin bazarında rəqabət bacarığını aşağı salacaqdır. Vergi orqa nı araşdırmalar nəticəsində Filialın əvəzləşdirmələri səhv apardığını qeyd etmişdir. Belə ki, “X5” MMC tərəfindən xx.xx.2015-ci il tarixli HJ seriyalı 693860 nömrəli və xx.xx.2016-cı il tarixli HK seriyalı 469990 nömrəli vergi hesab fakturalarına görə göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və depozit) xx.xx.2017-ci il tarixədək tam ödənildiyini və bu səbəbdən Filialın 2018-ci ilin dekabrında aparılan əvəzləşmənin düzgün aparılmadığı iddia edilərək ləğv edilmişdir. Lakin göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və depozit) xx.xx.2017-ci il tarixədək tam ödənilməmişdir. Belə ki, 2018-ci ilin dekabrında ilkin müqaviləyə edilən müvafiq əlavəyə əsasən “X5” MMC konsorsiumdan çıxmış və ona görə də işlərin tam olaraq təhvil verilməsi ilkin müqaviləyə əlavəyə əsasən xx.xx.2018-ci il tarixin də baş vermişdir. xx.xx.2018-ci ildə bağlanmış əlavəyə əsasən, “X5” MMC-nin Konsorsiumu tərk etməsilə Tərəflər arasında bütün öhdəliklər tamamlanmalı idi. Lakin, vergi orqanı 2018-ci ilin dekabrında aparılmış əvəzləşməninin qanunauyğun olmadığını təsbit edərkən əvəzləşməni Konsorsium müqaviləsinin kontekstindən kənarlaşdırmağa və ayrılıqda təhlil etməyə çalışır. Halbuki, həm vergi hesab fakturaları üzrə ödənişlər, həm də borcun avans ödənişi hesabına bağlanması Konsorsium müqaviləsi nəzdində baş vermişdir.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-198/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyi nin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı və “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********187400 saylı qərarları ləğv edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin AR Filialının "xxxx" QSC-yə avans üzrə kreditor borcu 10 981 600.00 AZN olmuşdur. Belə ki, avans üzrə 10 981 600.00 AZN kreditor borcunun yaranma səbəbinin 14 dekabr 2018-ci ildə bağlanmış əlavə sazişlər olduğu, bu əlavələr nəticəsində iddiaçının öz üzərinə müvafiq öhdəliklər götürdüyü müəyyən edilir. Həmin öhdəliklərə əsasən iddiaçı qalıq avans məbləğindən 14 000 000.00 dollar pul vəsaitin i "xxxx" QSC-yə geri qaytarmalı olmuşdur. 6 fevral 2019-cu il tarixində "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə SM-30 nömrəli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası məqsədilə bu müqavilə qüvvəyə mindiyi tarixdən 56 gün ərzində qalıq avans məbləğindən 14 000 000.00 dollar pul vəsaiti iddiaçı tərəfindən "xxxx" QSC-yə ödənilməlidir. Həmin öhdəliyinin icrasının 6 fevral 2019-cu il tarixli "xxxx" ASC-nin bank çıxarışında əks olunduğu və həmin ödənişin təyinatı kimi 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası göstərildiyi müəyyən edil mişdir. Bununla da, geriyə qalmış avans məbləğlərindən 14 dekabr 2018-ci ildə bağlanmış əlavəyə əsasən əməliyyatların doğru aparıldığı və 2019-cü ilin fevral ayı üzrə əvəzləşdirilməli ƏDV məbləğinin 1 675 835.47 AZN təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli Qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. İddiaçı tərəfindən yoxlama dövrünə dair uçot sənədləri disk formatında ekspertizaya təqdim olunsa da, rəy verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi imtina məktubunda sadalanan sənədlərin iş materialına əlavə olunmuş diskdə mövcud olduğu müəyyən edilmişdir. Bununla belə, iddiaçı tərəfindən müvafiq yoxlama dövrünün əməliyyatlarına dair AR Auditorlar Palatası tərəfindən icazə verilmiş auditor tərəfindən audit rəyi alınmış və yoxlama dövrü üzrə uçot məlumatlarının düzgünlüyü audit rəyi ilə təsdiq olunmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2891/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. C avabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2020-ci il tarixli **********143229 saylı qərarı qəbul edərkən növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərmədiyini bildirmişdir.

12. Bildirir ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının diskresion səlahiyyətinə aiddir.

13. Vergi orqanı inzibati aktda yoxlamanın məqsədi və əsaslarını dəqiq və ayd ın göstərmişdir.

14. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara gəldikdə isə, həmin məlumatlar müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdəki uyğunsuzluqlar olmuşdur.

15. Vergi orqanının müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün kifayət qədər əsası olmuşdur.

16. Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdeh səyyar vergi yoxlaması aktının tərtibi müddətinin uzadılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarları reyestrə daxil etməməklə Əsasnamənin 3.4.16-cı bəndinin tələblərinə riayət etməmişdir.

17. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılma sı qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

18. Vergi orqanın xx.xx.2020-ci il tarixli qərarıyla İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialında təyin edilmiş növbədənkənar səyyar vergi yoxlaması Reyestrdə KY201549355 yoxlama kodu ilə qeydə alınmışdır.

19. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarın reyestrə daxil edilməməsinə gəldikdə isə, qeyd edilməlidir ki, bu qərar yeni yoxlama barədə deyil, Reyestrdə qeydə alınmış yoxlamanın davamıdır. Odur ki, həmin qərarın, eləcə də aktın tərtibi müddətinin uzadılması barədə qərarın Reyestrdə qeydə alınması Əsasnamədə nəzərdə tutulmamışdır. Bu baxımdan iddiaçının iddiası əsassızdır.

20. Məhkəmə qərarında həmçinin cavabdeh səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətə riayət etmədən həyata keçirildiyi bildirilmişdir.

21. Bununla bağlı bildirir ki, yoxlama dövründə qüvvədə olan Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

22. Bununla yanaşı qeyd olunmalıdır ki, 3 dekabr 2021-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 38.2-ci maddəsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilmişdir. Bu da vergi orqanının yoxlamanının müddət ini iş günü ilə müəyyən etməsinin doğru olduğunu bir daha təsdiq edir.

23. Bundan başqa məhkəmə mahiyyəti üzrə filial tərəfindən "xxxx" QSC-ə 20192021-ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığını, avans məbləğlərinin görülmüş işlərlə tam əvəzləşmə statusunda olmadığını, ADY QSC tərəfindən işlər qüsursuz təhvil alınması 2021-ci ildə tamamlandığı, Baş ofisdən daxil olan pul vəsaitlərini kreditor borc kimi uçota alındığı, köçürülmüş pul vəsaitlərinə görə vergilərin artıq ödənildiyini bildirmişdir.

24. Qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçı vergi ödəyicisi barədə yayındırılmış xüsusilə külli miqdar təşkil edən 6 822 169,33 manat məbləğində vergilərin dövlət büdcəsinə yayındırılması faktı üzrə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9031nömrəli ekspert rəyi verilmişdir. Qeyd edilən ekspert rəyi ilə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri öz təsdiqini tapmışdır. Qeyd edilən ekspert rəyi məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən heç bir əsas gətirmədən ekspert rəyininin sübut kimi qiymətləndirilməmişdir.

25. Nəticə olaraq qeyd etmək istərdik ki, Vergi məcəlləsinin 104, 159-cu maddələrinə əsasən ƏDV və mənfəət vergisi yoxlama ilə baş ofisdən alınan vəsaitlərə deyil, həmin vəsaitlər hesabına "xxxx" QSC-yə əvəzsiz yerinə yetirilmiş işlərin dəyərinə görə hesablanmışdır. Qeyd etmək istəyirik ki, eyni əməliyyata görə iki dəfə vergi hesablanmamışdır. 26. “X5” MMC tərəfindən xx.xx.2015-ci il tarixli HJ seriyalı 693860 və xx.xx.2016-cı il tarixli HK seriyalı 469990 nömrəli vergi hesab fakturalarına görə göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və vergi məbləği) xx.xx.2017-ci il tarixədək tam ödənilmişdir. Lakin buna baxmayaraq filial tərəfindən əvəzləşmələr səhv olaraq 2018-ci ilin dekabr ayında aparılmışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən 2018-ci ilin dekabr ayında 1 840 034,23 manat ƏDV əvəzləşməsi ləğv olunmuşdur.

27. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı hər hansı dövriyyə dəqiqləşdirməsi aparmamış, 2017-ci ilin oktyabr ayı üzrə aparmalı olduğu əvəzləşdirməni 2018-ci ilin dekabr ayında aparmışdır. 2019-cu ilin fevral ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsində dəqiqləşmə üzrə azaldılan ƏDV-nin məbləği 1 158 342.32 manat artıq göstərilmişdir.

28. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kas sasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Apellyasiya instansiyası məhkəməsi inzibati kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-2891/2024 saylı qərarla yuxarıda göstərilmiş qənaətə gələrkən, belə hesab etmişdir ki, “mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.”

33. Həmçinin apelyasiya məhkəməsi həmin qərarda göstərmişdir ki, “Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, b irinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.”

34. İlk öncə məhkəmə kollegiyası xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, cavabdehin iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarından göründüyü kimi, sözügedən vergilərin cavabdeh tərəfindən hesablanmasının əsasın, iddiaçı ilə "xxxx" QSC ilə bağlanmış 06 sentyabr 2013-cü il tarixli müqavilə və xx.xx.2018-ci il tarixində bağlanılan AZRTTFR-G2 seriyalı, 2013-cü il tarixli ilkin müqaviləyə əlavə olan saziş təşkil edir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarda deyilir ki, “İş materillarında olan "xxxx" QSC tər əfindən "xxxx" MMC-yə 1 iyun 2018-ci il tarixində ünvanlanan 288-S nömrəli məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə "xxxx" QSC tərəfindən xitam verilir, bütün seksiyalar üzrə işlər müqaviləyə uyğun olaraq tam icra edilməyi və qüsurlar olduğu üçün işlərin davam etdirilməsi istənilmir, eyni zamanda müqavilə üzrə ödənilmiş avans məbləğinin qalıq hissəsi geri qaytarılmalıdır. Lakin "xxxx" QSC-nin ünvanladığı 01 iyun 2018-ci il tarixli müqaviləyə xitam edilməsi ilə bağlı məktubuna cavab olaraq 07 iyun 2018-ci il tarixdə"xxxx" tərəfindən müqaviləyə xitam edilməsinə imtina cavabı göndərilmiş və əməkdaşlığın davam etdirilməsi təklif edilmişdir. Bundan sonra "xxxx" QSC-nin 31 iyul 2018-ci il tarixli cavab məktubu ilə əməkdaşlığın davam etdirilməsinin razılaşdırıldığı, 2 9 avqust 2018-ci il tarixində isə tərəflər arasında Memorandumun imzalandığı müəyyən edilir. Memorandumun 4-cü bəndinin 1-ci altbəndinə əsasən, Filial geriyə qalan, yəni qüsurlu yerinə yetirilmiş işləri gələcəkdə heç bir kompensasiya almadan yerinə yetirməyi öhdəliyinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, 14 dekabr 2018-ci il tarixində bağlanılan və AZRTTFP G2 seriyalı 2013-cü il tarixli ilkin müqaviləyə əlavə olan sazişin 2-ci səhifəsinin 1-ci bəndində tərəflərin “İlkin müqavilə əlavə sazişlə tənzimlənən müddəalarla qüvvədə qalacaqdır”şərti ilə razılaşdığı müəyyən edilmişdir.”

36. Daha sonra qərarda göstərimişdir ki, “ "xxxx" QSC və iddiaçı arasında olan əməliyyatlar üzrə 5695387,69 manat məbləğində müsbət, 7978898,39 manat məbləğində isə mənfi məzənnə yaranmışdır. Qəbul olunan ********.23 AZN müsbət məzənnə fərqinin özü də "xxxx" QSC və digər kontragentlərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış, ********.71 AZN müsbət, 17537149,48 manat mənfi məzənnə fərqinin müqayisəsinin yekununda formalaşmışdır. Cavabdeh müsbət məzənnə fərqini iddiaçının digər kontragentləri ilə yaranmış göstərici ilə, mənfi məzənnəni isə yalnız “ADY QSC” ilə aparılan əməliyyatlar nəticəsində 1855644,00 manat olaraq müəyyən etmişdir. Bu əsaslarla vergi orqanının 1855644,00 manat məbləğində mənfi məzənnə fərqini hesablamasının əsasları müəyyən olunmur.

37. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, göstərilən müsbət və mənfi məzənnə fərqləri iddiaçı ilə ADY QSC arasında və iddiaçı ilə X5 MMC və X7 MMC arasında olan əməliyyatlardan yaranmışdır və cavabdeh həmin əməliyyatları t əkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunan rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə 1 iyun 2018-ci il tarixli məktubla xitam verilməmiş və qalıq avans məbləği 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavənin müddəalarında öz əksini tapmışdır.”

38. Beləliklə iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış yuxarıda göstərilmiş müqavilə və ona edilmiş əlavə üzrə həyata keçirilmiş əməliyyatlara cavabdeh tərəfindən adıçəkilən vergilər hesablanmışdır ki, bu da hazırkı inzibati mübahisənin yaranmasına səbəb olmuşdur. Cavabdeh sifarişçi ADY QSC tərəfindən görülən işlərin təhvili vaxtını 2017-ci ilə aid etmiş, 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavəni qəbul etməmişdir. Halbuki, iş materialına əlavə edilən ADY QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-3149/2023 nömrəli məktubunda göstərilmişdir: “"Bombardier Transportation" girketi (hazrda "xxxx" MMC) ile ADY arasında xx.xx.2013-cu il tarixli AZRTTFP-G2 saylr sazişə əsasən görüləcək işlərə görə ADY tərəfindən "Bombardier Transportation" şirkətinə xx.xx.2013-cru il tarixində 54.721.060 (ƏDV daxil 64.570.850) ABŞ dollar və 18.370.565 (ƏDV daxil 21 677 266) isveç kronu avans qismində təqdim edilmişdir. 2018-ci il 14 dekabr tarixli İlkin Muqaviləyə edilən Əlavəyə əsasən tərəflər arasında əvəzləşdirilməmiş avans məbləği qarşılığında İ Hissə və ll hissədə görülən işlər üzrə sınaqların aparılması, istismarı və tam istismara verilməsi razılaşdırılmış və həmin Əlavəyə əsasən tərəflər avans qaydasında verilmiş pul vəsaitlərinin tam əvəzləşdirilməsi həyata keçirmişlər. 39. "Bombardier Transportation" şirkətinin gördüyü işlərin qüsurlu olduğu ADY tərəfindən müəyyən edilmiş və müvafiq qüsur aktları müvafiq qüsur aktları "Bombardier Transportation" şirkətinə təqdim edilmişdir.

40. Müqavilə tərəfləri arasında 2019-2021-ci il tarixləri arasında imzalanmış təhviltəslim aktları ilə görülmüş işlər üzrə sınaqların aparılması, istismar və qismən istismara verilməsi həyata keçirilmiş və qüsurlu olan işlərin (1-ci və 2-ci seksiya uzre) yerinə yetirilərək təhvil verilməsi təmin edilmişdir”.

41. Göründüyü kimi, məktubda sifarişçi tərəf işlərin qəbulu və əvəzləşdirilməsi ilə bağlı münasibət bildirsə də, apellyasiya məhkəməsi qeyd olunan halların aydınlaşdırılması məqsədilə "xxxx" QSC 3-cü şəxs qismində işə ümumiyyətlə cəlb edilm əmiş və bu məsələ apellyasiya məhkəməsində müzakirə predmeti olmamışdır. Buna görə apellyasiya instansiyası məhkəməsində hazırkı inzibati mübahisəyə təkrar baxıldığı zaman "xxxx" QSC-nin işə cəlb edilməsi mütləq və zəruridir.

42. Həmçinin məhkəmə kollegiyası iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 2013cü il tarixli müqavilənin və həmin müqaviləyə edilmiş 2018-ci il tarixli Əlavənin üzərində dayanmağı zəruri hesab edir ki, belə ki, iş üzrə tərəflərin bu sənədlərə mövqeləri fərqlidir.

43. Yəni, cavabdehin qənaətinə görə 14 dekabr 2018-ci il tarixdə iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış əlavə saziş, eyni tərəflər arasında bağlanmış 06 sentyabr 2013cü il tarixli ilkin müqavilənin davamı deyil, müstəqil müqavilədir, iddiaçı isə fərqli mövqedən çıxış edir.

44. Məhkəmə kollegiyası belə hesa b edir ki, dekabr 2018-ci il tarixli əlavə saziş müstəqil müqavilə kimi qiymətləndirilə bilməz, əslində bu əlavə saziş 06 sentyabr 2013-cü il tarixli ilkin müqavilənin davamıdır, belə ki, yuxarıda artıq göstərildiyi kimi həmin əlavə sazişdə ilkin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin qüsursuz icra edilməsinin nəzərdə tutulmasını ehtiva edir, yəni iş materillarında olan "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 1 iyun 2018-ci il tarixində ünvanlanan 288-S nömrəli məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə "xxxx" QSC tərəfindən xitam verilir, bütün seksiyalar üzrə işlər müqaviləyə uyğun olaraq tam icra edilməyi və qüsurlar olduğu üçün işlərin davam etdirilməsi istənilmir, eyni zamanda müqavilə üzrə ödənilmiş avans məbləğinin qalıq hissəsi geri qaytarılmalıdır. Lakin "xxxx" QSC-nin ünvanladığı 01 iyun 2018-ci il tarixli müqaviləyə xitam edilməsi ilə bağlı məktubuna cavab olaraq 07 iyun 2018ci il tarixdə "xxxx" tərəfindən müqaviləyə xitam edilməsinə imtina cavabı göndərilmiş və əməkdaşlığın davam etdirilməsi təklif edilmişdir. Bundan sonra "xxxx" QSC-nin 31 iyul 2018-ci il tarixli cavab məktubu ilə əməkdaşlığın davam etdirilməsinin razılaşdırıldığı, 29 avqust 2018-ci il tarixində isə tərəflər arasında Memorandumun imzalandığı müəyyən edilir. Memorandumun 4-cü bəndinin 1-ci altbəndinə əsasən, Filial geriyə qalan, yəni qüsurlu yerinə yetirilmiş işləri gələcəkdə heç bir kompensasiya almadan yerinə yetirməyi öhdəliyinə götürmüşdür.

45. Bundan əlavə, 14 dekabr 2018-ci il tarixində bağlanılan və AZRTTFP G2 seriyalı 2013-cü il tarixli ilkin müqaviləyə əlavə o lan sazişin 2-ci səhifəsinin 1-ci bəndində tərəflərin “İlkin müqavilə əlavə sazişlə tənzimlənən müddəalarla qüvvədə qalacaqdır”şərti ilə razılaşdığı müəyyən edilmişdir.

46. Eyni zamanda iş materiallarına əlavə olunan rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə 1 iyun 2018-ci il tarixli məktubla xitam verilməmiş və qalıq avans məbləği 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavənin müddəalarında öz əksini tapmışdır. Müvafiq müddəa öz əksini ilkin müqaviləyə əlavənin 12-ci bəndində də əks etdirir. Həmin bənddə göstərilmişdir ki, “Tərəflər, Azaldılmadan əvvəl Sazişin Dəyərinin və bütün avans ödənişlərinin Sifarişçi tərəfindən Podratçıya tamamilə ödənildiyini, Podratçı tərəfindən isə Sifarişçidən alınan hər hansı bir avans ödəməsi üçün heç bi r ödəmə etməyəcəyini (14 milyon ABŞ dolları istisna olmaqla) razılaşdırırlar”. İş materiallarında olan rəsmi sənədlərə nəzər yetirən zaman iddiaçı tərəfindən həmin öhdəliklərə əsasən ödənilmiş avans məbləğindən 14000000 dollar pul məbləğinin "xxxx" QSC-yə geri qaytardığı müəyyən olunmuşdur. Bu halın isə iddiaçının uçot sənədlərində mənfi məzənnə olaraq əks etdirilməsi və ƏDV üzrə vergitutulan dövriyyədə azaldılmasını cavabdeh nəzərə almamışdır.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda göstərilənlər və hazırkı inzibati mübahisənin əhəmiyyət kəsb edən digər halları iddiaçının cavabdehin kassasiya şikayətinə yazdığı etirazında da təsdiq olunur.

48. Belə ki, iddiaçı sözügedən etirazında göstərir ki, “Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keç irilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.”

49. Eyni zamanda iddiaçı həmin etirazında qeyd edir ki, “səyyar vergi yoxlaması gedişatında yoxlama müddətinin uzadılmasına bərabər tutulan xx.xx.2021-ci il tarixli **********149338 nömrəli Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi Qərarı yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Kassasiya instansiyasının qeyd olunan pozuntuya münasibətdə formalaşmış vahid təcrübəsi xx.xx.2024-cü il tarixli 2-1(102)-1197/2024 nömrəli Qərardadda aşağıdakı məzmunda əks olunmuşdur: “Hazırkı mübahisə üzrə də apellyasiya instansiyası məhkəməsi tərəfindən “Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmadığına dair” imperativ müddəanın tətbiq edildiyi, buradan, vergi ödəyicisi barəsində qəbul edilmiş qərarın “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formalhüquqi baxımdan qanunsuz olduğunun təsbit edi ldiyi, bununla bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğu (2-1(102)-810/2023, 2-1(102)- 827/2023, 21(102)-1090/2023, 2- 1(102)-1741/2023, 2-1(102)-1174/2023, 2-1(102)- 2063/2023, 21(102)-1283/2024, 2-1(102)- 1089/2024, 2-1(102)-1504/2024, 2-1(102)-870/2024 №-li işlər üzrə qərarlar), eləcə də həmin təcrübənin kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildiyi, həmçinin təcrübənin cavabdeh vergi orqanıüçün əlçatan və bəlli olduğu, bu iş üzrə kassasiya şikayətinin həmin təcrübə nəzərə alınmadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verildiyi nəzərə alındıqda, şikayət əsaslandırılmamış hesab edilməli, şikayət üzrə kassasiya mümkünsüz sayılmalı, şikayətin qəbulundan imtina edilməlidir. Əlavə olaraq № 2-1(102)-669/2022 nömrəli iş üz rə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın 71-ci abzasına əsasən məhkəmə qeyd etmişdir ki, Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatreyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmasına dair birbaşa müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) öz fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparıla bilər, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.”

50. Bununla yanaşı iddiaçı etirazda yazır ki, “Ümumilikdə yoxlama 285 gün ərzində (xx.xx.2020 -xx.xx.2021) aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlama keçirilən zaman qüvvədə olan redaksiyasına görə, səyyar vergi yoxlaması 30 gün ərzində keçirilə bilər. Müstəsna hallarda həmin müddət 90 günə qədər artırıla bilər. Göründüyü kimi, cavabdeh 90 gün ərzində aparılmalı olduğu yoxlamanı iş günləri ilə nəzərə almaqla Vergi Məcəlləsinin 38.2ci maddəsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən edilmiş dəyişikliklə Məcəllənin 38.2-ci maddəsində “iş günləri” ifadəsi əlavə olunmuşdur. Bununla da bir daha təsdiq olunur ki, cavabdeh yoxlamanın həyata keçirildiyi dövrdə yoxlama müddəti təqvim günləri ilə nəzərə alınmalı idi.”

51. Həmçinin iddiaçı adıçəkilən etirazda bildirir ki, “birinci instansiya məhkəməsinə vergi orqanı tərəfindən təqdim edilən cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9031 saylı ekspert rəyinin hansı iş materialları əsasında qəbul edildiyi şübhə yaradır. Qeyd olunan cinayət işi materiallarında yalnız vergi orqanının təqdim etdiyi sənədlər olmuş və ekspert həmin sənədlər əsasında vergi orqanının səyyar vergi yoxlaması aktında qeyd olunanları birəbir kopya edərək oraya qeyd etmişdir. Həmin ekspertizanın keçirilməsi barədə vergi ödəyicisinin xəbəri olmamış, vergi ödəyicisi ekspert rəyinin düzgün formada qəbul edilməsi üçün əsas olacaq öz sübutlarını cinayət işi materiallarına əlavə edə bilmə mişdir. Həmçinin, rəyə nəzər yetirsək “istintaqla sübuta yetirildiyi halda” şərti ilə qeyd olunmuşdur ki, bu da həmin rəyin müstəqil olaraq əsaslı hesab olunmasını istisna edir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli Qərardadla iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Bakı İnzibati Məhkəməsi inzibati işi üzrə bütün materialları (hər iki tərəfin təqdim etdikləri bütün sübutları) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmişdir. İddiaçı tərəfindən yoxlama dövrünə dair bütün uçot sənədləri disk formatında ekspertizaya təqdim olunsa da, rəy verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi imtina məktubunda sadalanan sənədlə rin iş materialına əlavə olunmuş diskdə mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, bütün uçot sənədləri iş materialında mövcud olsa da, ekspert rəy verməkdən qanunsuz olaraq imtina etmişdir.”

52. Daha sonra iddiaçı etirazında göstərir ki, “2017-ci il mənfəət vergisi üzrə sənədlərə nəzər yetirən zaman müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə avans qismində ödənilmiş pul vəsaitləri 2017-ci ildə görülmüş işlərlə tam əvəzləşmiş statusunda olmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 135-ci maddəsi qeyd edir ki, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 2013-cü il tarixli ilkin müqavilənin 78-ci səhifəsində olan 13. 2-ci maddəsində zəruri şərt qismində göstərilmişdir ki, Filial avans məbləğində bankdan qarantiya almaq öhdəliyi götürür və həmin qarantiya yalnız avans məbləği tam əvəzləşdirildikdə bağlana bilər. Həmin qarantiya üzrə avans məbləğinin tam əvəzləşdirilməsi dedikdə, əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirilməsi başa düşülür. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirməmişdir və "xxxx" QSC-nin qarantiya üzrə avansməbləğinin əvəzləşdirilməsi ilə bağlı razılığı olmadan avansı əvəzləşdirə bilməzdi.İddiaçıda da qeyd olunan hallar olduğu üçün qarantiyada nəzərdə tutulan avans məbləğini əvəzləşdirə bilməmiş, ona görə də gəliri almaq hüququ əldə edə bilməmişdir.”

53. Bundan başqa iddiaçının kassasiya şikayətinə dair verdiyi etirazında yazılır ki, “Sənədlərdən göründüyü kimi, 2018-ci il tarixli ilkin Müqaviləyə edilən Əlavə ilə nəzərdə tutulmuş işlərin qüsursuz təhvil alınması ilə bağlı "xxxx" QSC-nin həmin işlər üzrə səlahiyyətli nümayəndəsi JV-TPF X2 Antonio Lopez-in ADY QSC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan aydın olur ki, 1-ci seksiya üzrə işlər xx.xx.2020-ci il tarixdə və 2-ci seksiya üzrə işlər isə xx.xx.2021-ci il tarixdə qüsursuz təhvil alınmış və X4 (X1) verilmişdir. Həmçinin iş materillarına əsasən müəyyən olunur ki, 2013-cü il tarixli Müqavilə ilə nəzərdə tutulmuş 1-ci və 2-ci seksiya üzrə işlərin qüsursuz təhvil alınması 2021-ci ildə tamamlanmışdır.”

54. Bununla yanaşı iddiaçının sözügedən etirazında qeyd olunur ki, “İddiaçının 2018ci il üzrə mənfəət vergisi üzrə iş materiallarına əlavə edilən sənədlərə nəzər yetirən zaman müəyyən olunmuşdur ki, Baş ofis (1520 Siqnal MMC) tərəfindən Filiala 3 il üzrə (2018, 2019 və 2020-ci illərdə) ödənilən pul vəsaitlərinin kreditor borc kimi uçota alınmışdır. Qeyd olunan hal iş materiallarında olan 31 dekabr 2020-ci il tarixli üzləşmə aktında və 1C: mühasibat proqramından çıxarışda öz əksini tapmışdır ki, həmin sənədlərə əsasən Filialın baş ofisi qarşısında ********.35 AZN borcu mövcud olmuşdur. Həmçinin, iş materiallarında olan sənədlərlə Filial tərəfindən "xxxx" QSC-yə 2019- 2021-ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığı müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, 2018-ci ildə "xxxx" QSC işlərin təhvil alınması zamanı sifarişçi olaraq müəyyən qüsurlar aşkar etmiş və qüs urların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə əlavə saziş bağlanmışdır. Baş ofis tərəfindən 2018, 2019 və 2020-ci illərdə Filiala ümumilikdə 11662106,21 AZN pul vəsaitinin köçürülməsi də həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə həyata keçirilmişdir.”

55. Eyni zamanda iddiaçı etirazında göstərir ki, “Əgər cavabdeh məzənnə fərqlərinin hesablanması metodunun fundamenti kimi ödənilmiş məbləğləri və təhvil-təslim aktlarını əsas götürürsə, iddiaçı ilə “X5” MMC arasında həyata keçirilmiş son ödəniş xx.xx.2017-ci il tarixində baş vermişdir. Belə olduğu halda, cavabdehin 2017-ci ildə tətbiq etdiyi hesablama metoduna əsasən, 2018-ci il üzrə iddiaçının “X5” MMC ilə əməliyyatlarından heç bir şəkildə məzənnə fərqi yarana bilməzdi. Bu isə cavabdeh tərə findən aparılan yoxlamanın nəticəsinin düzgün olmadığına dəlalət edir. Qeyd edək ki, 2018-ci il üzrə müsbət məzənnə fərqi iddiaçının mənfəətinin yaranmasının əsas səbəbi olmuşdur. Müsbət məzənnə fərqi yaranmadığı təqdirdə iddiaçı zərərə çıxacaqdı və nəticədə mənfəət vergisi ödəmək öhdəliyi yaranmayacaqdı.”

56. Bundan əlavə sözügedən etirazda yazılır ki, “İş materiallarında olan iddiaçının 2019-cu il üzrə mənfəət vergisi göstəricilərinə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanılan 6 sentyabr 2013-cü il Müqavilənin əlavəsi olaraq bağlanılan 14 dekabr 2018-ci il tarixli müqavilənin icrası (qüsurların aradan qaldırılması) məqsədilə baş ofis 2018, 2019 və 2020-ci illərdə iddiaçıya ümumilikdə ********.21 AZN pul vəsaiti köçürmüşdür. Yəni, köçürülmüş pul vəsaitlərinin göstərilmiş xidmət lər üzrə artıq vergisi ödənilmiş pul vəsaitləri olduğu müəyyən edilir. AR Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyimənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Buradan müəyyən olunur ki, vergi orqanı görülmüş işlər (xidmətlər) üzrə ödənilmiş vergitutma obyektinə yenidən vergi məbləği hesablamışdır.”

57. Daha sonra iddiaçı məlum etirazında bildirir ki, “Müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 2018, 2019 və 2020-ci illərdə ümumilikdə köçürülən 11662106,21 AZN pul vəsaiti həm də ƏDV- yə cəlb edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, yoxlanılan dövrdə (noyabr/2017 - oktyabr/2020) "xxxx" MMCnin AR Filialı tərəfindən "xxxx" QSC-yə 2019-2021-ci illərdə təhvil verilən işlər əvəzsiz deyildir. Belə ki, 2014-2017-ci illərdə t əhvil verilən işlər üzrə "xxxx" QSC iddiaçıya (təhvil- təslim aktları ilə təsdiq olunur) tərəflər arasında bağlanılan 2013-cü il müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaiti (avans və digər ödənişlər) ödəmişdir. İddiaçı da həmin pul vəsaitlərini vergi öhdəlikləri yerinə yetirildikdən sonra baş ofisə köçürmüşdür. Lakin "xxxx" QSC işlərin təhvil alınması zamanı qüsurların aşkar edildiyi və müvafiq razılaşmalara əsasən qüsurların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə əlavə saziş bağlandığı müəyyən olunmuşdur. Həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə baş ofis 2018, 2019 və 2020-ci illərdə iddiaçıya ümumilikdə 11662106,21 AZN pul vəsaiti köçürmüşdür. X3 Service MMC tərəfindən görülmüş ********.21 AZN dəyərində işlər ilkin müqaviləyə əsasən av ansqismində verilən və əlavə edilmiş ödənişlərinə daxildir və bu işlərə görə ƏDV əvvəlki illər ərzində bir dəfə tutulsa da, cavabdeh bu halı yeni əməliyyat kimi qəbul etmişdir. Lakin, köçürülmüş pul vəsaitlərinin göstərilmiş xidmətlər üzrə artıq vergisi ödənilmiş pul vəsaitləri olduğu müəyyən edilir. Vergi Məcəlləsinin 3.5-ci maddəsi qeyd edir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bununla da, cavabdeh tərəfindən görülmüş xidmətlər üzrə ödənilmiş vergitutma obyektinə yenidən vergi hesablana bilməz. Nəticə etibarı ilə ********.21 AZN dəyərində "xxxx" QSC-yə təhvil verilmiş mallar əvəzsiz təqdim edilmə kimi qəbul edilməməklə birlikdə, həmçinin ƏDV-nin obyekti ola bilməz. Bu işlər daha əvvəl əldə edilmiş gəlirlə əlaqə li olmuş və həmin ödənişlərə görə vergi öhdəlikləri yerinə yetirilmişdir. 2019-2021-ci illər ərzində təhvil verilən işlər də 2014-2017-ci illər ərzində görülməli işlərin sona çatdırılması və qüsurların aradan qaldırılması ilə əlaqədar olmuşdur. xx.xx.2023-cü il tarixində "xxxx" QSC tərəfindən təqdim olunan məktubda nəzər yetirəndə də aydın olur ki, “Müqavilə tərəfləri arasında 2019-2021-ci il tarixləri arasında imzalanmış təhvil-təslim aktları ilə görülmüş işlər üzrə sınaqların aparılması istismarı və qismən istismara verilməsi həyata keçirilmiş və qüsurlu olan işlərin (1-ci və 2-ci seksiya uzrə) yerinə yetirilərək təhvil verilməsi təmin edilmişdir. Həmçinin, məhkəmə araşdırması ilə 2018-ci ilin yanvar-dekabr aylarında ƏDV-nin əvəzləşdirilməsinin Filial tərəfindən düzgün həyata keçirildiyi müəyyən edilir. Belə ki, Filial ilə “X5” MMC arasında bağlanmış müqaviləyə əsasən, vəsait ilkin olaraq Filial tərəfindən “X5” MMC-yə avans kimi ödənilib. Burada avans məbləği iş zamanı bağlanmayıb və 14 dekabr 2018-ci il tarixli əlavə müqavilə ilə əlaqədar “X5” MMC-nin konsorsiumdan çıxması nəticəsində əvəzləşdirilib. Nəticədə 12173358,53 AZN məbləğində mənfəət üzrə müsbət məzənnə fərqi yaranıb və cavabdeh bu məbləği olduğu kimi qəbul etməklə “X5” MMC ilə iddiaçı arasında 2018-ci ildə müəyyən əməliyyatların olduğunu qəbul edir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə X5 MMC arasında yaranmış əməliyyatdan formalaşan 12173358,53 manat müsbət məzənnə fərqini qəbul etdiyi halda iddiaçının ADY QSC ilə əməliyyatlardan formalaşan mənfi məzənnə fərqini nəzərə almamışdır. Belə ki, iddiaçı işləri subpodratçı olaraq X5 MMC-dən təhvil almışdırsa, iddiaçının həmin işləri 2017-ci ildə ADY QSC-yə təhvil verməsi imkan xaricindədir. Lakin cavabdeh iddiaçının müsbət məzənnə fərqini qəbul etsə də ( hansı ki 2018-ci ildə baş vermiş əməliyyatlardan yaranıb) iddiaçının ADY QSC-yə münasibətdə yaranan mənfi məzənnə fərqlərini nəzərə almamışdır.

58. Eyni zamanda iddiaçı kassasiya şikayətinə əlavəyə də etiraz təqdim edərək orada bildirir ki, “Yazıb bildirmək istəyirik ki, icraatınızda olan 2-1 (102)-560/2025 saylı iş üzrə cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (bundan sonra “Cavabdeh”) tərəfindən verilən kassasiya şikayətinə əlavə məhkəməyə təqdim edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdehin daha öncə məhkəməyə təqd im etdiyi kassasiya şikayətinin mətni ilə kassasiya şikayətinə əlavənin mətni demək olar ki, eynidir və biz Cavadeh tərəfindən əvvəlcə məhkəməyə təqdim edilmiş kassasiya şikayətinə öz əsaslandırılmış etirazımızı təqdim etmişik. Eyni zamanda qeyd etmək istəyirik ki, Cavabdehin kassasiya şikayətinə əlavədə onlar tərəfindən daha əvvəl təqdim olunmuş kassasiya şikayətindən fərqli olan 1 nüans öz əksini tapmışdır. Belə ki, əvvəl yüklənmiş kassasiya şikayətində qeyd olunan 1-2 cümlə kassasiya şikayətinə əlavədə dəyişdirilərək məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin Cavabdeh səyyar vergi yoxlaması aktında, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində, eyni zamanda ilkin kassasiya şikayətində qeyd etdiyi mövqedən fərqli mövqe göstərərək kassasiya şikayətinə əlavədə başqa form ada fikir ifadə etmişdir. Belə ki, ilkin kassasiya şikayətində həmin hissəyə aşağıda qeyd olunan formada (qalın şriftlə əks olunmuşdur) izah verilmişdir: - “1520 Signal MMC-nin baş ofisi tərəfindən 2018-ci ildə 751 459.38 manat, 2019-cu ildə 9 975 935.35 manat və 2020-ci ildə 934 711.66 manat olmaqla ümumilikdə 11 662 106.21 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə “X8 ” MMC-ə ödənilmişdir. “X8 ” MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir. Ödənilmiş məbləğlər üzrə ƏDV bəyənnamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyənnaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş bəyənnamələrin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Bu səbəbdən Vergi Məcəlləsin in 159-cu maddəsinə əsasən 11 662 106.21 manat gəlir məbləğinə 2 099 179.12 manat ƏDV hesablanmışdır. Göründüyü kimi, Baş ofis tərəfindən filiala ödənilmiş məbləğ “ Azərbaycan Dəmir Yolları99 QSC-yə təhvil verilmiş xidmətin dəyəri kimi ƏDV-yə və mənfəət vergisinə cəlb edilmişdir. Daha əvvəllər olduğu kimi kassasiya şikayətinə etirazda qeyd etmişik ki, iş materiallarında olan sənədlərlə Filial tərəfindən "xxxx" QSC-yə 2019-2021 -ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığı müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" QSC işlərin təhvil alınması zamanı sifarişçi olaraq müəyyən qüsurlar aşkar etmiş və qüsurların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə 2018-ci il tarixində əlavə saziş bağlanmışdır. Baş ofis tərəfindən 2018, 2019 və 202 0-ci illərdə Filiala ümumilikdə 11 662 106,21 AZN pul vəsaitinin köçürülməsi də, “X8” MMC-ə həmin məbləğin ödənilməsi də həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə həyata keçirilmişdir. Mövcud mövqe üzrə əsas diqqət yetirilməli məqam, görülmüş işlərin əvəzsiz olmamasıdır, həmin vergiyə məbləğlərin hansı formada cəlb edilməsi deyil. Kassasiya şikayətinə əlavə layihəsində Cavabdeh tərəfindən əks edilən “Qeyd etmək istəyirik ki, eyni əməliyyata görə iki dəfə vergi hesablanmamışdır" fikri “baş ofisdən alınan vəsaitlərə deyil, həmin vəsaitlər hesabına" arqumenti ilə səbəb-nəticə əlaqəsini pozur. Belə ki, “həmin vəsaitlər hesabına" qeydi yenə də baş ofisdən köçürülmüş və daha əvvəl vergiləri ödənilmiş məbləğlərin olduğunu qəbul edir və nəticə etibarı ilə haqlı olaraq daha əv vəl iş üzrə qərar çıxarmış məhkəmə instansiyalarının mövqeyini dəyişdirəcək hüquqi əhəmiyyətə malik olmur. Ona görə də düşünürük ki, Cavabdehin məhkəməyə kassasiya şikayətinə əlavə təqdim etməsi, eyni zamanda əlavədə 1-2 cümləlik mövqeyini dəyişdirərək fərqli formada ifadə etməsi mübahisənin mahiyyətini dəyişdirmir və Cavabdehə heç bir haqq qazandırmırmamaqla birlikdə, sanki yeni mövqe imiş kimi məhkəmə kollegiyasının üzvlərini çaşqınlığa salmaq məqsədi daşıyır. Cavabdehin öz mövqelərini kassasiya şikayətində əks etdirmək üçün kifayət qədər vaxtı olmuşdur və “kassasiya şikayətinə əlavə” kimi qələmə verilən sənəd kassasiya şikayətinin mahiyyətinin dəyişdirilməsinə yönəlmişdirsə belə (bir daha qeyd edək ki, mahiyyət etibarı ilə əlavə edilən mövqe Cavabdehin heç bir maddi və prosessual pozunt ularını aradan qaldırmır), kassasiya şikayəti baxışının həddlərinin manipulyasiyasına yönəlmiş olur.”

59. Bütün yuxarıda göstərilənlərə əsasən nəzərə alaraq ki, "xxxx" QSC-nin işə 3-vü şəxs qismində cəlb edilib-edilməməsi məsələsinin zəruriliyi müzakirə predmeti olmalıdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2891/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar