Məhkəmə qərarları › İş №2-1(102)-561/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-561/2024

07.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-561/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(103)-2464/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir.

2. Yoxlamanın nəticəsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Qə rar əsasında iddiaçıya ümumilikdə 277.494,96 manat əlavə vergi hesablanmışdır.

3. Həmin qərardan sahibkar tərəfindən inzibati şikayət verilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********011600 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İd arəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir.

6. Yoxlamanın nəticəsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya ümumilikdə 277.494,96 manat əlavə vergi hesablanmışdır.

7. Cavabdehin qərarı aşağıdakılara görə bütövlükdə əsassız olmaqla qanuna ziddir.

8. Cavabdeh Vergi Məcəlləsinin müddəalarını pozmaqla Aktda vergiləri sadəcə elektron yaddaş qutusunda olan məlumatlar və hər hansı təsdiqi olmayan "dövriyyə" rəqəmləri əsasında hesablamışdır. Cavabde h digər vergi orqanının burada sözü gedən səyyar vergi yoxlamasından əvvəl və səyyar vergi yoxlamasına aidiyyəti olmayan operativ vergi nəzarəti zamanı götürülmüş və heç bir dəlil və rəsmi sənədlərlə təsdiqlənməyən rəqəmlər əsasında iddiaçıya əsassız olaraq külli miqdarda vergi hesablanmışdır. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vergi orqanı əldə edilmiş rəqəmlərin ilk növbədə həqiqiliyini sübuta yetirməli və vergiləri yalnız vergi ödəyicisinin (iddiaçının) və ya onun nümayəndəsinin rəsmi izahatları nəzərə alınmaqla və bunlara əsasən hesablamamalı idi.

9. Cavabdeh sözügedən təsdiqsiz və həqiqiliyi yoxlanılmamış rəqəmləri 2022-ci il iyul ayında əldə etdiyi halda, 2022-ci ilin sentyabrında başlanmış yoxlamada həmin rəqəmlərə istinad etməklə tələb etdiyi Aktda vergilər i hesablamışdır. Cavabdeh vergi orqanı yuxarıda sözügedən dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etməli, onların həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə xronometraj keçirməli və yalnız həmin dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etdikdən sonra hər hansı vergi məbləğlərini hesablaya bilərdi. Bunları yoxlamaq üçün yoxlama dövründə kifayət qədər vaxtı və imkanları olduğuna baxmayaraq cavabdeh bu istiqamətdə heç bir tədbir görməmişdir. Digər tərəfdən götürülmüş cədvəllərdə göstərilmiş məbləğlərə gəldikdə isə vergi orqanı həmin məbləğlərin qəpiklə, manatla, dollarla, rubl və ya digər valyutada göstərilməsini müəyyən etmədən birbaşa öz mülahizəsinə əsasən həmin məbləğlərin manatla göstərildiyi qənaətinə gəlmişdir. Bütün bu xüsusiyyətlər nəzərə alınmaqla cavabdeh vergi orqanı həmin rəqə mlərin həqiqiliyini mütləq araşdırmalı idi. Lakin, yuxarıda göstərildiyi kimi cavabdeh vergi orqanı sözü gedən və vergilərin hesablanması üçün istifadə olunmuş dövriyyə rəqəmlərin heç birini araşdırılmamışdır. Cavabdeh tərəfindən vergilərin hesablanması üçün istifadə olunmuş həmin məlumatlarda göstərilən rəqəmlər ümumiyyətlə həqiqəti əks etdirmir və oradakı rəqəmləri iddiaçıya aidiyyəti yoxdur. İddiaçı tərəfindən bütün alış və satışlar ciddi hesabat sənədləri ilə aparıldığına görə hər hansı əlavə uçot aparılmamışdır. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən fərdi sahibkar xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2017-ci il tarixdə isə ƏDV məqsədləri üçün qeydiyy ata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyətinin “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsi ünvanında yerləşən, ümumi sahəsi 43,0 kv. metr olan “Ərzaq mağazası“ adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2012-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir.

11. Fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin “Əməliyyatlar üzrə cəmi” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” hissəsində ümumilikdə 796.835,88 manat olaraq bəyan edilmişdir.

12. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002759 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmişdir.

13. Fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayı üzrə satış dövr iyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796.835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1.541.638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277.494,96 manat ƏDV məbləği yayındırılmışdır.

14. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********897300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və m üvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 277.494,96 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********823400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir.

15. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü maddələrinə əsasən yenidən keçirilmiş kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 277.494,96 man at əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir.

16. İddiaçının verginin hesablanması üçün əsas olmuş sənədlərin və məlumatların həqiqiliyini cavabdeh tərəfindən sübuta yetirilmədiyi iddiasına münasibətdə bildirilir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların iddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan mə lumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir.

17. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********642100, **********428000 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il **********011600 saylı qərar qəbul olunmuşdur. birinci instansiya məhkəməsi nin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6239/2023 nömrəli qərarı ilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********198700 nömrəli xx.xx.2022-ci il tarixli qərar cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin qərar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqq ında” qərarına əsasən iddiaçıya məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında qəbul edilmişdir.

20. Vergi orqanı operativ vergi nəzarəti nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərar çıxarmaq imkanı olduğu halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir.

21. Həmin məlumatların Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi nəzərdən keçirilə bilməz.

22. Hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nə ticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur.

23. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil.

24. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qa ydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar üzrə vergilərin hesablanması: i) ilk növbədə qanunla müəyyən edilmiş qaydada əldə edilməli, ii) vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanı olmalıdır.

25. Məlumatların qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndində qeyd edilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyya ta alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-1-ci maddəsinə əsasən bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.

27. Vergi orqanı hesab edir ki, yoxlama tədbiri cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparıldığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları hazırkı işə şamil oluna bilməz. Lakin yoxlama Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il ta rixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən aparılsa da, yoxlama materiallarında hər hansı başlanmış cinayət işinə istinad və ya cinayət işinin başlanması haqqında qərar yoxdur. Odur ki, məhkəmə həmin operativ nəzarət tədbirinin cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparılan yoxlamalara aid olduğu qənaətində deyil.

28. Vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyi ci tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz.

29. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

30. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

31. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2464/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6239/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyə ti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir.

34. Cavabdeh apellyasiya şikayətində elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə iddiaçının razılaşdığını və müəyyən edilmiş dövriyyə cədvəlinin fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalandığını bildirsə də, məhkəmə iclasında iştirak edən iddiaçı elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razı olmadığını, həmin məlumatların onun işi ilə əlaqəli olmadığını, orda qeyd edilən bir çox avadanlıqların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçı cədvəldə göstərilən məlumatların doğruluğu ilə bağlı məlumatları imzaladığını, lakin həmin cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona ay dın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini, cədvəlinin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığını bildirmişdir.

35. Kollegiya bildirir ki, cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi.

36. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

37. Şikayətin dəlilləri nin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

38. Şikayətdə, həmçinin qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 16.1.3-cü, 23.1.1-ci, 37-ci, 67-ci, 85.4-cü maddələrinin, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10 və 2.1.11-ci maddələrinin tələbləri pozulmuşdur.

39. Operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların iddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, h əmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi məhkəmə kollegiyası məsələnin mahiyyətini araşdırmadan qeyd edir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən cavabdeh operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn, xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənə dləri əsasında hesablama aparmışdır. Cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusunun iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir.

41. Qeyd olunan dəlillərə münasibət olaraq cavabdeh qeyd edir ki, xx.xx.2022-ci il tarixli mübahisələndirilən qərar qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbə yi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əlaqəli məlumatlar olaraq vergi orqanlarının ödənilməli olan verginin məbləğini istifadə etməklə hesablamaq hüququ olan məlumatlardır.

42. Qeyd olunan maddi hüquq normasının işin faktiki hallarına uyğun olduğu halda, tətbiq edilməməsi və sadəcə həmin normaya istinad edilməsi məhkəmə kollegiyasının yanlış nəticəyə gəlməsinə və yanlış qənaət sərgiləməsinə əsas olmuşdur. Həmin norma ilə müəyyən edilən və tənzimlənən hallar ilə işin faktiki halları tam olaraq üst-üstə düşür.

43. Həmçinin bildirilir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin qüvvədə olan redaksiyası rəsmiləşdirilməyən əməliyyatları da nəzərdə tutduğu üçün “qara mühasibatlıq” ifadəsini birbaşa istisna edir. Görünür məhkəmə kollegiyası qüvvədən düşən redaksiyaya istinad etmiş, qüvvədə olan normadan xəbərsiz olmuşdur.

44. Digər tərəfdən, elektron daşıyıcıda olan məlumatların ilkin uçot sənəd olduğunu mühasibatlıq sahəsində olan qanunvericilik də təsdiq edir. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyinə əsasən hesab edilir ki, qanuni yolla əldə edilmiş həmin sənədlər ilkin uçot sənədi hesab edilir. 45. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə h esabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.

46. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

47. Eyni zamanda, operativ vergi nəzarəti nəticəsində götürülmüş məlumatların birbaşa olaraq iddiaçının fəaliyyəti ilə bağlı olması yuxarıda qeyd olunan arqumentlərlə birmənalı şəkildə təsdiq edilmişdir.

48. Məhkəmə qərarında qeyd olunur ki, cavabdeh apellyasiya şikayətində elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə id diaçının razılaşdığını və müəyyən edilmiş dövriyyə cədvəlinin fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalandığını bildirsə də, məhkəmə iclasında iştirak edən iddiaçı elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razı olmadığını, həmin məlumatların onun işi ilə əlaqəli olmadığını, orda qeyd edilən bir çox avadanlıqların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçı cədvəldə göstərilən məlumatların doğruluğu ilə bağlı məlumatları imzaladığını, lakin həmin cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini, cədvəlin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığı nı bildirmişdir.

49. İddiaçı operativ vergi nəzarəti ilə bağlı sənədləri imza edərkən anlaqlı şəxs olmuş, hansı sənədləri imzaladığını və hansı məsuliyyət daşıdığını dərk etmişdir.

50. Qeyd olunanların əksini sübut edəcək sənədlər iş materiallarında olmadığı üçün mötəbər hesab edilə bilməz.

51. Digər tərəfdən, cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini qeyd edən iddiaçı göründüyü kimi latın əlifbası ilə lazımi şəkildə qeydlər etmiş və həmin qeydlərin ona məxsus olmamasını təsdiq edən hər hansı sübut mövcud deyildir.

52. Cədvəlin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığını bildirən iddiaçı bunları sübut edəcək arqumentlə r təqdim etməmiş, məhkəmə kollegiyası da qeydləri, rəsmi sənədləri, imzaları və cavabdehin hesablamalarını təsdiq edəcək bütün sübutları sübutsuz təkzib etmiş, iddiaçının heç bir sübuta söykənməyən dəlillərini isə mötəbər hesab etmişdir.

53. Digər tərəfdən Kollegiya hesab edir ki, cavabdeh tərəfindən operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz.

54. Təəssüf doğuran məsələ ondan ibarətdir ki, məlumatın mənbəyinin bəlli olan məlumat hesab edilməsi üçün məhkəmə həmin məlumatlar üzrə operativ vergi nəzarəti zamanı müvafiq qərarların qəbul edilməsini şərt olaraq qeyd etmişdir ki, bu da Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin təl əblərinə birbaşa ziddir. Çünki belə bir tələb və şərt həmin normada nəzərdə tutulmamışdır.

55. Digər tərəfdən, qeyd olunan operativ vergi nəzarəti zamanı nəticə olaraq məsuliyyət qərarları qəbul edilmişdir ki, həmin məlumatlar və dəlillər apellyasiya şikayətində də öz əskini tapmasına baxmayaraq, heç bir araşdırma aparmadan məhkəmə kollegiyası qərarında təkrar səhvə yol verərək həmin dəlilə üz tutmuşdur.

56. İnzibati Prosessual Məcəllənin 1.2-ci, 11.2-ci, 12-ci və 58.7-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinin tələbi pozulmuşdur.

57. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarında mövcud olan, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan inzibati aktların əsası olmuş vergi ödəyicisinin özü tərəfindən könüllü olaraq təqdim etdiyi elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşması, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirməsini əks etdirən imzalanmış cədvəli və operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********0943, **********0939 və **********0941 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları ümumiyyətlə araşdırmamış və qiymətləndirməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

58. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

59. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyas iya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

60. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

61. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

62. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmi n hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

63. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

64. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

65. Nəzərə alınmalıdır ki, məhkəm ə istinad etdiyi sübutları qərarında sadəcə qeyd etməklə kifayətlənməməli, icraatın iştirakçılarının işin faktiki halları ilə bağlı dəlillərini yoxlamalı, onlara münasibət bildirməli, onları qəbul edib-etməməsinin səbəblərini göstərməli, bununla bağlı qənaətini əsaslandırmalıdır.

66. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı barəsində aparılmış operativ vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri (elektron yaddaş qurğusu) təşkil edir.

67. Cavabdehin elektron yaddaş qurğusu əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin qurğu vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir. Digər tərəfdən, iddiaçı təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır.

68. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, cavabdehin istinad etdiyi elektron yaddaş qurğusunun mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Vergi Məcəlləsinin tələblərinə əsasən cavabdeh operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn, xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır. Cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusunun iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla əsaslandırmasını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

70. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində g östərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəali yyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

71. Cavabdeh haqlı olaraq qeyd edir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların iddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlili ilə bağlı iddiaçının məhkəmə iclasındakı izahatına istinadla qeyd etmişdir ki, iddiaçı elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razı olmadığını, həmin məlumatların onun işi ilə əlaqəli olmadığını, orda qeyd edilən bir çox avadanlıqların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçı cədvəldə göstərilən məlumatların doğruluğu ilə bağlı məlumatları imzaladığını, lakin həmin cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona aydın olmadığını, latın əlifbasını yazıb o xumaqda çətinlik çəkdiyini, cədvəlin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığını bildirmişdir.

73. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçı operativ vergi nəzarəti ilə bağlı hansı sənədləri imzaladığını və hansı məsuliyyət daşıdığını dərk etmişdir. Qeyd olunanların əksini sübut edəcək sənədlər iş materiallarında yoxdur. Digər tərəfdən, cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmununun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini qeyd edən iddiaçı latın əlifbası ilə lazımi şəkildə qeydlər etmiş və həmin qeydlərin ona məxsus olmamasını təsdiq edən hər hansı sübut mövcud deyildir.

74. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə əlavə olaraq qeyd edir ki, apellyasi ya instansiyası məhkəməsi iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Bu zaman, həm də nəzərə alınmalı idi ki, iddiaçı sıradan bir şəxs deyil, sahibkarlıq subyektidir və o, sahibkarlıq fəaliyyətini müqavilələr (o cümlədən, əmək müqavilələri) və digər əqdlər bağlamaqla, uçot-hesabat sənədləri (o cümlədən, vergi hesabatları) tərtib etməklə həyata keçirir. Belə olan halda, iddiaçının ona imzalamaq üçün təqdim olunan sənədlərin məzmununun aydın olmadığına, latın əlifbasını yazıb-oxumaqda çətinlik çəkdiyinə dair dəlillərini işdəki sübutlarla birgə tədqiq etmədən qeyd-şərtsiz qəbul etməkdə apellyasiya i nstansiyası məhkəməsi haqlı olmamışdır.

75. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin iddiaçıdan (sahibkarlıq subyektinin özündən) əldə etdiyi məlumatların Vergi Məcəlləsinin 67.1.9cu maddəsində nəzərdə tutulmuş “vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” müddəasına uyğun hesab etməməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi özü də qeyd edir ki, “...elektron yaddaş qurğusu iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz”. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində də, məhz “vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşd irilməyən əməliyyatlar üzrə məlumatlar” nəzərdə tutulur.

76. Elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsinin cavabdeh tərifindən sübuta yetirilmədiyinə, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olmasının və onun fəaliyyəti ilə bağlı reallığı əks etdirməsinin müəyyən edilmədiyinə dair qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti, - yuxarıda qeyd olunduğu kimi, - iddiaçının məhkəmə iclasındakı izahatında göstərilənlərə əsaslanır. Belə olan halda, məhkəmə iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdi r.

77. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur.

78. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

79. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

80. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolleg iyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2464/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar