Məhkəmə qərarları › İş №2-1(102)-563/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-563/2024

01.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-563/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Dövlət aktının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.03.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xxx cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X15verdi oğlu, X8, X6, X10 və X7) “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-444/2023 nömrəli qərarından iddiaçı və üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yevlax şəhər XDS-i tərəfindən Yevlax şəhəri Qoyunbinəsi kəndi K.Marks adına kolxozun kollektivi və təsərrüfatın üzvlərinin xx.xx.1995-ci il tarixli ümumi yığıncağının qərarına uyğun olaraq, Yevlax rayon torpaq şöbəsinin komissiyası tərəfindən tərtib etdiyi torpaqseçmə aktına və yerquruluşu sənədlərinə əsasən Qoyunbinəsi kollektiv təsərrüfatının (K.Marks adına kolxoz) ərazisindən 49 və 54-cü konturda olan 50 ha torpaq sahəsi ayrılıb “Avdılar” KFT təsərrüfatının istifadəsinə verilməsi və “Avdılar” kəndli (fe rmer) təsərrüfatının nizamnaməsinin qeydə alınması barədə 10№ xx.xx.1995-ci il tarixli qərar qəbul edilmişdir.

2. Həmin qərar əsasında “Avdılar” kəndli (fermer) təsərrüfatına 50 ha torpaq sahəsi təhkim olunmuş və ona müvafiq olaraq Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktı verilmişdir. 3. xx.xx.1995-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən “Avdılar" KFTnin Nizamnaməsi təsdiqlənmiş və onun fəaliyyətinə icazə verilmişdir. 4. 28.11.1998-ci il tarixdə Avdılar” kəndli (fermer) təsərrüfatına Yevlax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 130 saylı sərəncamı əsasında JN 0330 saylı kod 90100028 nömrəli 50.01 ha torpaq sahəsinin Avdılar" KFT”-nin daimi istifadəsinə dair Dövlət aktı verilmişdir.

5. JN-690 saylı kod 901 00028 “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı əsasında 6.06 ha torpaq sahəsi X15verdi oğlu və qeyrilərinin mülkiyyətinə verilmişdir. 6. “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktında göstərilən 6,06 ha torpaq sahəsinin 4,56 ha hissəsi iddiaçı “Avdılar" KFT-yə məxsus 50 ha torpaq sahəsinin ərazisinə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Yevlax şəhər X5 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 10 nömrəli Qərarına əsasən "Avdılar" Kəndli (Fermer) Təsərrüfatının (bundan sonra - "Avdılar" KFT) mülkiyyətinə 50 hektar torpaq sahəsi ayrılmış və Qərara uyğun olaraq 'Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" 004761 nömrəli Dövlət Aktı verilmişdir. Qeyd edilən torpaq sahəsinin “Avdılar” KFT-nin mülkiyyətində olması Yevlax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, JN 330 (kod: ********) nömrəli və xx.xx.2005-ci il tarixli, JN 0330 (kod ********) nömrəli Dövlət Aktları ilə də təsdiq edilir. "Avdılar" KFT-yə məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsinin 6,06 hektar hissəsi Yevlax rayon Aqrar İsla hat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən X15 verdi oğlu, X10, X7, X6 və X3 birgə mülkiyyətinə ayrılmış və sonunculara buna dair 'Torpağa mülkiyyət hüququna dair" xx.xx.1999-cu il tarixli, JN 690 (kod ********) nömrəli Dövlət Aktı verilmişdir. İddiaçı hesab edir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının (AİK) qərarı aşağıdakılara görə "Torpağa mülkiyyət hüququna dair" xx.xx.1999-cu il tarixli, JN 690 (kod ********) nömrəli Dövlət Aktına münasibətdə qanunsuzdur: Əvvəla, AİK-in "Avdılar" KFTnin mülkiyyətində olan torpaq sahəsini heç bir qanuni əsas olmadan və bizə məlumat verilmədən başqa şəxslərin mülkiyyətlərinə verilməsinə dair qərar qəbul etməklə Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit e dilmiş mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Həmin torpaqdan 20 ildən artıq “Avdılar" KFT tərəfindən 1995-ci ildən indiyədək təyinatına görə istifadə edilmiş və həmin sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əhəmiyyətli miqdarda resurslar sərf edilmişdir.

9. Cavabdeh iddia dair etiraz verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, iddiaçı Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 nömrəli qərarı əsasında X15verdi oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin ayrılması hissəsində ləğv olunmuş DT və XK-nın Yevlax rayon Şöbəsi tərəfindən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-690 (KOD ********) nömrəli Dövlət Aktının etibarsız hesab edilməklə ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərazi idarəsinin elektron və kağız üzərində saxlanılan məlumatlarına istinadən bildirilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə Səfərov Saleh Aİİahverdi oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 6.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçılərin ümumi birgə razılığına əsasən 17 yanvar 2006-cı il tarixdə 4Ə-1-18 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Yevlax rayon Qoyunbinəsi kənd sakini X1. Həmin torpaq sahəsinə dair vətəndaş X4 xx.xx.2019-cu il tarixdə ********** və xx.xx.2019-cu il tarixdə 2019-cu il tarixdə isə ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmışdır.

10. Üçüncü şəxslər iddia tələbinə münasibət bild irərək iddia ərizəsinin mümkünsüz sayılmasını xahiş etmişlər.

11. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) 1 iyun 2023-cü il tarixli 21(116)-420/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin üzərinə “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2006-cı il iyulun 6-dək əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından hazırda da “Avdılar" KFT-nin mülkiyyətində olan torpaq sahəsi hüdudları daxilində digər şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi qanunsuz olmuşdur. Digər tərəfdən üçüncü şəxslərə torpaq sahəsinin verilməsi əsası olan JN-690 saylı kod 90100028 “Torpağın mülkiyyətə verilməsinə dair” X17 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə verilmişdir. Lakin, həmin qərarın arxiv nüsxəsi nə məhkəmə araşdırması zamanı aşkar olunmamış, nə də üçüncü şəxslər tərəfindən təqdim edilməmişdir

13. İddiaçı, cavabdeh və üçüncü şəxslər həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-444/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən, V.Məlikov və G.Cavadova) apellyasiya şikayətləri təmin edilməmiş, 1 iyun 2023-cü il tarixli 2-1(116)420/2023 nömrəli qə rarı iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə "Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı "Avdılar" KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, mütəxəssis rəyi ilə JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X15verdi oğluna və ailə üzvlərinə verilmiş 6.06 ha torpaq sahəsinin 4.56 ha hissəsinin "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəs inin daxilində yerləşməsi müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin yanlışlıqla tam təmin edildiyini göstərmişdir.

16. Apellyasiya məhkəməsi üçüncü şəxslərin apellyasiya şikayətinin mübahisə predmeti olan dövlət aktının mübahisələndirilməsi ilə bağlı iddia müddətinin ötürülməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia tələbinə aid olduğundan iddia müddəti şamil olunmur.

17. Apellyasiya məhkəməsi “İnzibati İcraat haqqında” haqqında Qanunun 11.1, 11.2, 17, 19.1, 67.1, 67.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1, 8.0.5-ci maddələrinə, “Avdılar” KFT-nə torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 13, 19-cu maddələrinə istinad etmişdir.

18. İddiaçı və üçüncü şəxs X15verdi oğlu həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış əlavə olaraq qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun 12-ci və “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 3-cü maddəsinə görə sovxoz və ya kolxoz əmlakından pay almaq hüququ olan subyektlərin dairəsi müəyyən edilmişdir. Lakin, üçüncü şəxslərin bu meyarların heç birinə uyğun gəlməsə də, hansısa səbəbdən K.Marks adına kolxozun ərazisində olmuş və 1995ci ildən “Avdılar” KFT-yə məxsus torpaq sahəsinin bir hissəsi fərdi əmlak payı olaraq onlara ayrılmışdır.

20. Həmçinin qeyd edilmişd ir ki, məhkəmə qərarının nəticə hissəsi işin hallarına uyğun gəlmir. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı mövcud olmadığından həmin dövlət aktının qanunsuz olması qənaətinə gəlinsə də, başqa sözlə üçüncü şəxslərə torpaq sahəsinin məxsus olmasını təsdiq edən torpaq aktının heç bir mənbəyi olmasa da işə baxan məhkəmə yuxarıda istinad edilən aktın yalnız 4,56 ha hissədə ləğv edilməsi öhdəliyini qoymuşdur. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri:

21. Üçüncü şəxs X15verdi oğlu kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi İPM-in 38.1-ci maddəsinin tələbləri pozmuşdur. Belə ki, məhkəmə iddia müdd ətinin keçməsi əsası ilə mümkünsüzlük məsələsinə hüquqi qiymət verməmişdir. c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar[28] 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqan ları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 24. “Torpaq islahatı haqqında” Qanun Maddə

12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Maddə

14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası... Hər bir subyekt yalnız bi r dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir... 25. “Kəndli (fermer) təsərrüfatı haqqında” Qanun(İddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş): Maddə

11. Torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir. Maddə

13. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər X5 qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Maddə

19. Kəndli təsərrüfatının torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi Kəndli təsərrüfatının torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüquqlarına bu torpağı vermiş rayon, şəhər xalq deputatları Soveti aşağıdakı hallarda xitam verir: a) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; b) kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə; v) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; q) müəyyən edilmiş torpaq vergisi üzürlü səbəb olmadan ardıcıl olaraq iki il ödənilmədikdə; ğ) torpaq sahəsindən bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə d) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; e) tikinti və qurğu üzərində mülkiyyət hüququ başqasına keçdikd ə; ə) torpaq mülkiyyətçisi öldükdə; j) torpaq müsadirə edildikdə

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcud luğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişd ir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları qeyd edir.

35. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Yevlax şəhər XDS-nin xx.xx.1995-ci il tarixli 10 saylı qərarına əsasən 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir. Bundan sonra Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli Sərəncamı ilə 50 ha torpaq sahəsi ayrılmasına dair qərar əsasında Qoyunbinəsi kollektiv təsərrüfatı ərazisində “Avdılar" KFT-nın yaradılmasına icazə verilmiş və Kod 90100028, JN-0330 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Yevlax rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 130 saylı sərəncamı əsasında 50.01 ha torpaq sahəsi “Avdılar" KFT”-nin daimi istifadəsinə verilmişdir.

36. Üçüncü şəxslərə mübahisələndirilən JN-690 kod 90100028 nömrəli Dövlət aktı ilə torpaq sahəsini ayrılmasına əsas isə Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı olmuşdur.

37. İddiaçının hazırkı iş üzrə hüquqi marağı da “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsinə yönəlmişdir.

38. Bununla bağlı qeyd edilməlidir ki, üçüncü şəxsə məxsus Dövlət aktının əsasını təşkil edən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar edilməmişdir.

39. Göründüyü kimi, mübahisələndirilən Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı mövcud olmaması həmin Dövlət aktının mötəbərliyini şübhə altına alır.

40. Lakin iddiaçı həmin Dövlət aktının ləğvini yalnız öz hüquqi marağı çərçivəsində, yəni mübahisələndirilən Dövlət aktı ilə üçüncü şəxslərə ayrılmış torpaq sahəsinin ona məxsus torpaq sahəsinin üst üstə düşdüyü hissədə tələb edə bilər.

41. Burada qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi ilkin olaraq iddiaçıya ayrılmış və ona ayrılmış torpaq üzrə hüquqmüəyyənedici sənədlər qüvvədədir və mübahisələndirilməmişdir.

42. Belə olan halda, üçüncü şəxslərə ayrılmış 6.06 ha torpaq sahəsinin 4.56 ha hissəsinin "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edildiyindən, apellyasiya məhkəməsi JN-690 kod 90100028 nömrəli Dövlət aktının həmin hissədə ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İş üzrə tətbiq edilən normalardan göründüyü kimi, iddianın bu növü üçün müddət məhdudiyyəti müəyyən olunmamış, bu səbəbdən üçüncü şəxsin həmin dəlili əsassız hesab edilməlidir.

44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 23-26(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, apellya siya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 21(107)-444/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar