Məhkəmə qərarları › İş №2-1(102)-569/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-569/2022

06.05.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-569/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: döyüşlərdə iştirak etmək faktının təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı döyüşlərdə iştirak etmək faktının təsdiq edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(103)-3291/2021 nömrəli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE 0*******, FİN – xxxxxxx) xx.xx.1947-ci il tarixdə Xaçmaz rayonu, Üçgün kəndində anadan olub və həmin ünvanda da yaşayır.

2. AR Daxil İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2019-cu il tarixli, **********19 nömrəli məktubda iddiaçının 28 noyabr 1972-ci ildən 31 yanvar 1992-ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmişdir.

3. İddiaçı “Müharibə veteranı” statusunu almaq üçün DİN orqanına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçıya 29 sentyabr 2021-ci il tarixli, 024-26061221 nömrəli məktubla imtina edərək qeyd etmişdir ki, arxiv materiallarınd a Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə 10-21 yanvar 1992-ci il tarixlərində Azərbaycan Respublikası ərazisində əməliyyat şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Şuşa şəhərinə ezam olunmağı və döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsinə və 40 manat Qarabağ veteranı pulu aldığına görə ”Qarabağ müharibəsi” vəsiqəsində təkrar sözü yazılmaqla vəsiqənin və veteran adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdənxx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası D axili İşlər Nazirliyində polis nəfəri olaraq xidmət keçmişdir. 05 aprel 1988-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində əməliyyat şəraitinin pisləşməsi səbəbilə Kirovabad şəhərinə ezam olunmuşdur. Daha sonra 10 yanvar 1992-ci il tarixdə müharibə şəraitinin kəskinləşməsi səbəbilə döyüşlərdə iştirak etmək üçün Şuşa şəhərinə ezam olunmuşdur. 10 gün Şuşa şəhərində “N” saylı hərbi hissədə xidmət etdikdən sonra yenidən Xaçmaz şəhərinə qayıtmışdır. Bir neçə gün sonra X1 öz ərizəsi əsasında xaric olunmuşdur. Daha sonra “Müharibə Veteranı” statusunun alınması üçün Daxili İşlər Nazirliyinə müvafiq ərizə ilə müraciət etsə də, arxiv şöbəsində müvafiq məlumatların olmaması səbəbindən müraciəti rədd edilmişdir. Lakin iddiaçı hesab edir ki, həqiqətən də 10 yanvar 1992-ci il tarixdə Şuşa şəhərinə ezam olunmuş və bu faktı onunla birgə Şuşa şəhərinə ezam olunmuş və hal-hazırda “Müharibə Veteranı” statusu almış 3 nəfər şahid də təsdiq edə bilər. Bir neçə dəfə müvafiq orqanlara müraciət edib 10 yanvar 1992-ci il tarixdə əməliyyat şəraitinin kəskinləşməsi səbəbilə Şuşa şəhərinə ezam olunmağının təsdiq edilməsi üçün müraciət edərək müsbət cavab ala bilmədiyi üçün həmin faktın məhkəmə qaydasında müəyyən olunmasına zərurət yaranmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9665/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim Günel Sevdimalıyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. İddiaçı öz məqsədinə digər hüquqi müda fiə vasitəsindən – müvafiq ərizə ilə əvvəlcə cavabdeh quruma müraciət etdiyi və müraciətindən cavabdeh qurum imtina etdiyi təqdirdə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iddia qaldırılması yolu ilə nail ola bilər.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3291/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Mirzə Tağızadə-sədrlik edən və məruzəçi, Elşən Kazımov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci insta nsiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05 aprel 1988-ci ildə Azərbaycan Respublikasının ərazisində əməliyyat şəraitinin pisləşməsi səbəbindən Gəncə {həmin dövrdə Kirovabad) şəhərinə ezam olunaraq orada ictimai asayişin qorunmasında iştirak etmişdir. 10 yanvar 1992-ci ildə Şuşa şəhərinə ezam olunaraq Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin ildə X1 (DİO) pensiyaya çıxmışdır. DİO-da onunla birgə xidmət etmiş Niyazi Dadaşov, Tahir Mirzəyev və Süleyman Muradovla birlikdə Ş uşa şəhəri uğrunda döyüşlərdə iştirak etmişdirlər. Onların hər üçü Müharibə Veteranı və Veteran vəsiqəsi alıblar. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan bərabərlik hüququ pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hə rəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhk əmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarı: bənd

14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı: bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. bənd 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalı dır. bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsass ızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməs inin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Bununla bağlı kollegiya hesab edir ki, məzmun baxımından apelyasiya şikayətinə uyğun olan kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümləd ən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası (məcburetmə) haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır.

23. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüqu qi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur.

24. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən – müvafiq ərizə ilə əvvəlcə cavabdeh quruma müraciət etdiyi və müraciətindən cavabdeh qurum imtina etdiyi təqdirdə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iddia qaldırılması yolu ilə nail ola bilər.”

25. Bu mənada, iddiaçının əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur.

26. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

27. Hazırkı mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki o, inzibati orqana müraciət edərək tələbini daha asan yolla və məqsədəuyğun şəkildə həll etmək imkanına malik olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi, həm yuxarıda istinad olunan normanın tələbinə, həm də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

30. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 21(103)-3291/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar