Məhkəmə qərarları › İş №2-1(102)-57/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-57/2024

01.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-57/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintiyə icazə, tikintinin istismarına icazə, bununla bağlı səlahiyyətlərin ötürülməsi, səlahiyyətlərin ötürülməsi qaydasında verilmiş icazələr əsasında qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması, bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ib arət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx) oğlunun, İddiaçı2 (xx.xx.1971-cü il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı3 (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1236/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)1316/2013 nömrəli qə rarına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 26a nömrəli ünvanda X4 məxsus ümumilikdə 38 sot torpaq sahəsində yerləşən yöndəmsiz tikililərin sökülərək, şəxsi vəsaiti hesabına eskiz layihəyə uyğun ticarət və iş mərkəzinin inşa olunması üçün eskiz layihəsinin razılaşdırılaraq təsdiq olunması vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. 2. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m olan qeyri-yaşayış binası və altındakı mülkiyyətdə olan 0,04698 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X6 tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər hissədə satılmışdır. 3. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 789,6 kv.m olan qeyri-yaşayış binası (Çörək sexi) xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X6 tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər hissədə satılmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m olan qeyri-yaşayış binası və altındakı 0,04698 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər hissələrlə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 789,6 kv.m olan qeyri-yaşayış binası (Çörək sexi) üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər hissələrlə paylı mülkiyyət hüquqları (altındakı torpaq sahəsinin ölçüsü 0,09306 ha olmaqla istifadədə) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 6. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqları qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” iddiaçılar və Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2013cü il tarixli, 2646 nömrəli müqaviləyə əsasən, ünvan 3 ünvanındakı Çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi iddiaçılara icarəyə verilmişdir.

7. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26a və 26d ünvanlarında tikiləc ək supermarket binasının eskiz layihəsi xx.xx.2013-cü il tarixdə 18/03-8/2059 nömrə ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır.

8. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 məxsus (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli və xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışlar) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26a və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində supermarket binasının tikintisinə dair təqdim olunmuş memarl ıqplanlaşdırma həlli layihəsi ("xxxx" MMC-nin işi, memar R.Quliyev) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.

9. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Supermarket binasının tikintisinə icazə verilməsi barədə” xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamına əsasən, İddiaçı3, İddiaçı1 və İddiaçı2 müraciətləri və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli razılıq məktubu nəzərə alınaraq İddiaçı3, İddiaçı1 və İddiaçı2 (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli və xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışlar) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26a və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində supermarket binasının tikintisinə icazə verilmiş, obyektin tikintisinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş (xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli) layihə əsasında aparılmasına sərəncam verilmişdir.

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dö vlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli rəyə əsasən, “ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək yerində supermarket binasının tikintisi” üzrə işçi layihəsi, həmin rəyin 4-cü bölməsinin tələbi yerinə yetirilməklə bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.

11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tikintisi nəzərdə tutulmuş ticarət obyekti binasının dövlət ekoloji ekspertizasına təqdim olunmuş layihə sənədlərinə münasibətdə xx.xx.2014-cü il tarixli məktubla bildirmişdir ki, tikinti işləri ünvan 2 və 26d ünvanlar ında, RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2013cü il tarixli çıxarışlar əsasında qeyri-yaşayış binalarının yerləşdiyi, Əmlak Məsələləri Dövlət Komitəsindən icarəyə götürülmüş və 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1316/2013 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, ümumi sahəsi 0,38 ha olan ərazinin bir hissəsində həyata keçiriləcəkdir. Ərazi əvvəllər qeyri-yaşayış məqsədləri üçün istifadə olunmuş, sahədə sökülməsi nəzərdə tutulmuş tikililər mövcuddur. Ərazinin qeyd olunan məqsədlə istifadə olunması Bakı şəhərinin aidiyyəti icra orqanları ilə razılaşdırılmışdır. Ərazidə nəzərdə tutulmuş tikintinin layihə sənədləri İddiaçı1 layihə tapşırığı əsasında "xxxx" MMC tərəfindən hazırlanmış və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə ölçüləri 66,2 m x 59,2 m olan 1-2 mərtəbəli supermarket binası inşa olunacaq, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. Ərazidə təsdiq edilmiş layihə əsasında tikinti işlərinin aparılmasına Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamı ilə icazə verilmişdir. Tikinti işləri yerli inşaat materiallarından istifadə olunmaqla monolit dəmir-beton və quraşdırma konstruksiya əsasında yerinə yetiriləcəkdir. Obyektin fasad hissəsi müasir tikinti materialları ilə xüsusi qaydada üzlənəcəkdir. İnşaat işləri zamanı ətraf mühitə olan təsirlər mövcud tikililərin sökülməsi, bünöv rə qazıntısı və tikintinin davametmə müddətində baş verməklə, qısa müddətli və lokal xarakterli olacaqdır. İnşaat işləri müddətində atmosferin əsasən qeyri-üzvi tozlarla və nəqliyyat vasitələri tullantıları ilə çirkləndirilməsi baş verəcəkdir. Ərazidə mühəndisi-geoloji axtarış işləri "xxxx" MMC tərəfindən aparılmışdır. Sahənin geoloji şəraitini öyrənmək məqsədilə ərazidə sütun qazma üsulu ilə dərinlikləri 6 m olan 8 ədəd geoloji quyular qazılmışdır. Sahənin əsas MGE mexaniki-fiziki xassələrinə görə İİ sinfə aiddir. Hesabat “Azərdövlətlayihə” İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin xx.xx.2013-cü il tarixli, 06-6066 nömrəli rəyi əsasında məqbul hesab olunmuşdur. Zəlzələ təhlükəsizliyinə görə sahənin seysmikliyi 8 bal qəbul edilmişdir. Obyektin su təchizatı və əmələ gələcək məişət-təsərrüfat ç irkab sularının axıdılması müqavilə əsasında ərazi üzrə mövcud şəbəkələrə birləşdirilməklə yerinə yetiriləcəkdir. Obyektin gələcəkdə supermarket məqsədilə istifadə olunması nəzərdə tutulmuş, təyinatı üzrə istismarı müddətində ətraf mühitə ciddi təsirləri gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlərə ekoloji baxımdan müəyyən şərtlər daxilində etirazının olmadığını bildirmişdir.

12. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təhlil qrupu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəyə əsasən, İddiaçı2, İddiaçı3 Sadıq oğlu və İddiaçı1 məxsus ünvan 2 və 26d ünvanlarında yerləşən 1-2 mərtəbəli supermarket binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanı qlıq tələblərini ödəyir.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş ünvan 2 və 26d ünvanlarında inşa olunmuş bir və iki mərtəbəli supermarket binasının yanğın təhlükəsizliyinə cavab verməsi haqqında xx.xx.2016-cı il tarixli akta əsasən, sözügedən qeyri-yaşayış binasının qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-in, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı. Xarici xətlər və qurğular” AzDTN-in, 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” TNQ-nin, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” TNQ-nin, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın, Tikinti Norma və Qaydalarının tə ləblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir.

14. Ümumi sahəsi 4072,69 kv.m, tikinti sahəsi 3489,3 kv.m olan ünvan 2 və 26d ünvanlarında inşa edilmiş supermarket binasına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, eləcə də sifarişçinin, podratçının, layihəçinin nümayəndələri tərəfindən xx.xx.2016-cı il tarixli, ö/000850 nömrəli istismara hazırlıq aktı təsdiq edilmişdir. 15. xx.xx.2016-cı il tarixli, 8 nömrəli “Tikinti obyektinin istismarına icazə”yə əsasən Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısı tərəfindən ümumi sahəsi 4072,69 kv.m, tikinti sahəsi 3489,3 kv.m olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində supermarket binasının istismarına icazə verilmişdir.

16. İddiaçılar tərəfindən cav abdehə müraciət edilərək qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi xahiş olunmuşdur.

17. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 28 May küçəsi 26d ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin elektron kadastr məlumatına əsasən, qeyd edilən ərazidə inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ınmışdır. Bununla yanaşı, təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində sifarişçi fərqli şəxsdir, həmçinin tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Əlavə olaraq, qeyri-yaşayış binası paylı mülkiyyət olduğundan məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi və yeni inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən s ənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd olunmuşdur. Həmin Əsasnamənin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından, Bakı şəhərində qeyriyaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

18. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 və 26d ünva nlarında yerləşən qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

19. İddiaçılar tərəfindən iddia tələbi işin hallarına uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, ünvan 6 ünvanlarında yerləşən qeyri-yaşayış binası iddiaçılar tərəfindən müvafiq icazələr alınmaqla qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və istismarına icazə verilmişdir. İstismara icazə sənədində tikinti obyektinin sifarişçisi qismində “Kənan Həsənov” adının qeyd edilməsi isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi qəbul edilə bilməz. Ç ünki həmin şəxs tikinti obyektinin inşası ilə bağlı nümayəndə qismində çıxış edən şəxsdir. Qeyd olunanlara əsasən, cavabdehin imtinası əsassızdır və iddiaçıların iddia tələbi təmin olunmalıdır.

20. Cavabdeh imtina məktubundakı dəlillərə istinad edərək, iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin olunmamasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır:– ünvan 6 ünvanlarında inşa edilmiş qeyri-yaşayış binasının məsuliyyət səviyyəsinin (İ, İİ və ya İİİ) müəyyən edilməsi barədə; – elektron kadastr məlumatlarına əsasən, ünvan 6 ünvanlarında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin daşın maz əmlakın dövlət reyestrində hər hansı digər şəxsin adına qeydiyyatının (mülkiyyət, istifadə və ya icarə) mövcudluğu barədə. 22. "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmışdır. ünvan 6 ünvanlarında inşa edilmiş qeyri-yaşayış binasının məsuliyyət səviyyəsinin (İ, İİ və ya İİİ) müəyyən edilməsi "xxxx" MMC-nın mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya verilmiş cavaba əsasən mövcud vəziyyətdə koordinatları verilmiş 0,3689 ha ərazinin şimal tərəfdən 0,470 ha hissəsi və üzərindəki yaşayış binası xx.xx.2013-cü ildə, **********08-06301 reyestr nömrəsi ilə İddiaçı3 (1/3 hissə), İddiaçı2 (1/3 hissə), İddiaçı1 (1/3 hissə) olmaqla paylı şəkildə xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatına alınmışdır. Ərazinin bir hissəsi isə 0,1243 ha dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən **********06-6301 reyestr nömrəli qeyri-yaşayış binası eynilə yuxarıda qeyd olunan şəxslərin adına 1/3 hissəli olmaqla paylı şəkildə dövlət qeydiyyatına alınmışdır Ümumi ərazidən qalan hissə ilə bağlı digər şəxsin (X2) 58 kv.m hissəyə dair müraciəti olsa da, dövlət qeydiyyatı aparılmamışdır.

23. Verilmiş rəylə əlaqədar birinci instansiya məhkəməsində dindirilmiş mütəxəssis X8 izahat verərək bildirmişdir ki, ərazidə 469,8 kv.m torpaq sahəsi **********08-06301 reyestr nömrə ilə özəlləşdiri lmişdir. “A” tikilisinin tikintialtı torpaq sahəsindən (3678,8 kv.m) özəlləşən torpaq sahəsinin bir hissəsi çıxılaraq (3678,8-426,8=3252) qalan tikintialtı sahəsi təsnifata daxil edilmişdir. Ərazinin ümumi torpaq sahəsinə daxil edilmiş 1243,3 kv.m torpaq sahəsi üzərində olan qeyri-yaşayış binası **********06-06301 reyestr və ********** qeydiyyat nömrəsi ilə özəlləşdirilmişdir (torpaq sahəsi istifadədə). Özəl tikili sökülərək bir və iki mərtəbəli qeyri-yaşayış binasına qatılmışdır. Ümumi torpaq sahəsinə daxil edilmiş 2008,7 kv.m torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Həmin torpaq sahəsi özəlləşdirilmiş sahənin bir hissəsi və “A” tikilisinin tikintialtı sahəsinin bir hissəsidir. Mütəxəssis tərəfindən rəyə əlavə olaraq təqdim edilmiş plan iş materiallarına əlavə edilmişdir. 24. xx.xx.2016-cı il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektinin (tikintinin) istismara icazə sənədinə münasibət bildirməklə həmin sənədin etibarlı olub-olmaması barədə məlumatın təqdim edilməsinə dair birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-inz(81)-1316/2013 nömrəli qərarına əsasən eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi arasında obyektin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, 2646 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/038/2059 nömrəli razılaşdırma sənədinə əsasən eskiz layihə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü ıl tarixli, 18/038/2059 nömrəli sənədi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamına əsasən tikintiyə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2016-cı il tarixli, Ö/000850 nömrəli istismara hazırlıq aktına istinad edilməklə, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tar ixli, 8 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi hazırlanmışdır. 25. ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektinin (tikintinin) istismarına icazə sənədinə münasibət bildirməklə həmin sənədin etibarlı olub-olmamasına dair məlumatın verilməsi barədə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18-ci bəndinə əsasən Bakı şəhərinin inzib ati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

26. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 03 noyabr 2022-ci il tarixli, 2-1(112)-1167/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən supermarket binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aid olmaqla həmin binaya dair hüquqların qeydə alınması üçün səlahiyyətli qurum tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməli idi. Torpaq sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, tikilinin yerləşdiyi 0,04698 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətində, ünvan 3 ünvanındakı Çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi iddiaçıların icarəsindədir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən tikintialtı sahə 3678,8 kv.m. təşkil edir. İddiaçılar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına istinad edərək ünvan 2 ünvanında yerləşən ümumilikdə 0,38 ha torpaq sahəsinə hüququn tanındığını bildirsə də, məhkəmə hesab edir ki, qeyd edilən qərar həmin ərazidə yerləşən yöndəmsiz tikililərin sökülərək eskiz layihəyə uyğun olaraq ticarət və iş mərkəzi inşa olunması üçün eskiz layihənin razılaşdırılaraq təsdiq edil məsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi ilə bağlıdır (nəticədə müvafiq eskiz layihəsi təsdiq edilmişdir). Mütəxəssis tərəfindən təqdim edilmiş plana əsasən 2008,7 kv.m torpaq sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir. Odur ki, həmin ərazidə icarəyə götürülən ünvan 3 ünvanındakı Çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi kimi qalan sahəyə münasibətdə də “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə (icarə, istifadə) bağlanmalı və ya torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. Qeyd edilən Fərmanın 8.1-ci bəndinə əsasən, daşınmaz döv lət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Dövlət Xidməti daşınmaz dövlət əmlakının müntəzəm inventarlaşdırılmasını təşkil edir, qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət əmlakının registrini aparır; qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir.

28. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli, 214 nömrəli qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Qeyd edilən təsnifata uyğun olaraq iddianın obyekti olan supermarket binası İ məsuliyyət səviyyəli bina və qurğular i stisna olmaqla, digər bina və qurğular kateqoriyasına, yəni İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5-ci və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə s ənədi vermək səlahiyyətinin şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd olunmuşdur. Həmin Əsasnamənin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından, Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Təqdim edilən sənədlərə əsasən ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektinin yalnız eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 nömrəli qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” səlahiyyətli qurum tərəfindən təsdiq edildikdə etibarlıdır, səlahiyyəti olmayan qurum tərəfindən tərtib olunmuş inzibati akta münasibətdə maraqlı şəxs etimadının qorunması hüququna istinad edə bilməz. Odur ki, İİ normal məsuliyyət səviyyəli bina və qurğulara münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə həmin səlahiyyət şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməmiş, eləcə də məhkəm ə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar tikintilərin dövlət reyestrinə daxil edilməmişdir.

29. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdirlər. apellyasiya instansiyası məhkəməsində icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Pərviz Hüseynov) 02 iyun 2023cü il tarixli, 2-1(103)-1236/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh orqanın imtinası məhkəmə araşdırması zamanı təsdiqini tapmayan əsaslara söykənməklə, qanunsuz və əsassız olmuşdur. Belə ki, imtinanın əsaslarından biri kimi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması göstərilsə də, məhkəmə araşdırması zamanı belə bir halın mövcudluğu faktiki təsdiqini tapmamış, bununla bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, mövcud vəziyyətdə koordinatları verilmiş 0,3689 ha ərazinin şimal tərəfdən 0,470 ha hissəsi və üzərindəki qeyri-yaşayış binası xx.xx.2013cü ildə, **********08-06301 reyestr nömrəsi ilə İddiaçı3 (1/3 hissə), İddiaçı2 (1/3 hissə), İddiaçı1 (1/3 hissə) olmaqla paylı şəkildə xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatına alınmışdır. Ərazinin bir hissəsi isə 0,1243 ha dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən **********06-6301 reyestr nömrəli qeyri-yaşayış binası eynilə yuxarıda qeyd olunan şəxslərin adına 1/3 hissəli olmaqla paylı şəkildə dövlət qeydiyyatına alınmışdır. Ümumi ərazidən qalan hissə ilə bağlı digər şəxsin (X2) 58 kv.m hissəyə dair müraciəti olsa da, dövlət qeydiyyatı aparılmamışdır.

32. İmtinanın “tikinti o byektinin istismarına icazə sənədində sifarişçinin fərqli şəxs olması” əsasına münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin imtina məktubunda göstərilmiş tikinti obyektinin sifarişçisi qismində “Kənan Həsənovun” adının qeyd edilməsi daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsas kimi qəbul edilə bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından və tərəflərin izahatlarından məlum olmuşdur ki, həmin şəxs tikinti obyektinin inşası ilə bağlı iddiaçıların nümayəndəsi qismində çıxış edən şəxs olmuş, sifarişçi qismində isə iddiaçılar iştirak etmişdirlər.

33. İnzibati orqanın digər bir əsası isə tikintiyə icazə və tikinti obyektinin istismara icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi olmuş, həmçinin qeyd edilmişdir ki, rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. İş materiallarında iddianın predmeti olan daşınmaz əmlakla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1316/2013 nömrəli qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarı vardır. Belə ki, həmin qərara əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 26a nömrəli ünvanda X4 (əvvəlki mülkiyyətçi) məxsus ümumilikdə 38 sot torpaq sahəsində yerləşən yöndəmsiz tikililərin sökülərək eskiz layihəyə uyğun olaraq şəxsi vəsaitinin hesabına ticarət və iş mərkəzi inşa olunması üçün eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 26a və 26d ünvanlarında tikiləcək supermarket binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektinin (tikintinin) istismara icazə sənədinə münasibət bildirməklə həmin sənədin et ibarlı olub-olmaması barədə məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-inz(81)-1316/2013 nömrəli qərarına əsasən eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi arasında obyektin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, 2646 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli razılaşdırma sənədinə əsa sən eskiz layihə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli sənədi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamına əsasən tikintiyə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2016-cı il tarixli, Ö/000850 nömrəli istismara hazırlıq aktına istinad edilməklə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 8 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi hazırlanmışdır.

34. İddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə apellyasiya instansiy ası məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (birlikdə) bu əsaslardan biri kimi nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qa nunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələb ə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf tikintiyə icazə və istismara icazə sənədi qismində müvafiq olaraq Qaradağ rayo n İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamını və xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədini təqdim etmişdir. Həmin icazə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən sərəncam və icazə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cə hətdən etibarlıdır. Eyni zamanda, yuxarıda qeyd edilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan da aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi barədə məlumatlı olmuş, inzibati akta hər hansı etiraz etməməklə onun etibarlılığını tanımışdır.

35. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

36. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi a ktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydası nda təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. M addə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat veri ldiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zərur i olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsini n qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

49. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsinə na il olmaqdan ibarətdir. İddiaçılar bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış binası üzərində onların hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.

51. Cavabdeh həm imtinasında və həm də kassasiya şikayətində Qaradağ rayon İcra Hakimiyyətinin mübahisəli tikinti obyektinin tikintisinə və istismarına icazə vermək səlahiyyətinin olmadığına istinad etmişdir.

52. Sözügedən qeyri-yaşayış binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aid olduğu üçün, bu qərarın 39-cu bəndində istinad edilən normalara əsasən həmin tikinti obyekti üzərində hüququn dövlət qeydiyyatına alınması üçün iddiaçılar tərəfindən həmin obyektin tikildiyi torpaq sahəsi üzərində on ların mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə barədə qərarın, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin, tikinti obyektinin istismarına icazə sənədinin cavabdehə təqdim edilməsi tələb olunur.

53. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m olan qeyri-yaşayış binası və altındakı 0,04698 ha torpaq sahəsi üzərində iddiaçılar bərabər hissələrlə paylı mülkiyyət hüququna malikdirlər və onların həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 789,6 kv.m olan qeyri-yaşayış binası (Çörək sexi) üzərində iddiaçıların bərabər hissələrlə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış binasının (Çörək sexinin) yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi isə Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən iddiaçılara icarəyə verilmişdir. Yəni ünvan 2 və 26d ünvanlarında yerləşən torpaq sahələrinin iddiaçıların qanuni istifadəsində (mülkiyyətində və icarəsində) olduğu mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə və iş üzrə materiallarla təsdiq olunur.

54. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından qeyd edilən ünvanlarda tikilmiş qeyri-yaşayış (supermarket) binasının eskiz layihəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdar əsi ilə razılaşdırıldığı müəyyən olunur. Belə ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2013-cü il tarixli, 18/03-8/2059 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 məxsus (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli və xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışlar) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26a və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində supermarket binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi ("xxxx" MMC-nin işi, memar R.Quliyev) razılaşdırılır. Məktubda həmçinin obyektin işçi layihəs inin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində ekspertizadan keçirilməsi tapşırılmışdır.

55. Bununla bağlı, eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-inz(81)-1316/2013 nömrəli qərarı ilə həmin obyektlərin eskiz layihəsinin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsinin birbaşa Bakı şəhər İcra Hakimiyyətinə həvalə edildiyi də nəzərə alınmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş həmin qərarın icrası qaydasında sözügedən qeyri-yaşayış binasının layihəsi xx.xx.2013-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq təsdiq edilmiş və bu barədə Qaradağ rayon İcra Hakimiyyətinə xx.xx.2013cü il tarixli məktub gönd ərilmişdir.

56. Sözügedən qeyri-yaşayış binasının tikinti layihəsi müvafiq aidiyyəti qurumlarla razılaşdırılmış, eləcə də həmin qeyri-yaşayış binasının tikintisi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq rəylər verilmişdir.

57. İddiaçıların müraciəti və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli məktubu nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamla iddiaçılara qeyd edilən ünvanlarda yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında qeyriyaşayış binasının tikintisinə icazə verilmişdir.

58. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sifarişçinin, onun nümayəndəsinin, podratçının, layihəçinin nümayəndələrinin iştirakı ilə xx.xx.2016-cı il tarixdə mübahisəli tikinti obyektinin istismarına hazırlıq aktı tərtib edilmiş və obyektdə tikinti-quraşdırma işlərinin müvafiq qaydada həyata keçirildiyi təsdiq olunmuşdur.

59. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli “İstismara hazırlıq aktı”na istinadən həmin qeyri-yaşayış binasına münasibətdə xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir.

60. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, ünvan 2 və 26d ünvanlarında yerləşən qeyri-yaşayış obyektinin (tikintinin) istismarına xx.xx.2016-cı il tarixli icazə sənədinə münasibət bildirilməsi, həmin sənədin etibarlı olub-olmaması barədə məlumatın təqdim edilm əsi barədə məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-inz(81)-1316/2013 nömrəli qərarına əsasən eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi arasında obyektin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, 2646 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/038/2059 nömrəli razılaşdırma sənədinə əsasən eskiz layihə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/038/2059 nömrəli sənədi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamına əsasən tikintiyə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2016-cı il tarixli, Ö/000850 nömrəli istismara hazırlıq aktına istinad edilməklə, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 8 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi hazırlanmışdır.

61. Beləliklə, bu qərarın 54-60-cı bəndlərində qeyd olunanlardan göründüyü kimi, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış binasının tikintisinə və istismarına icazə verilməsi üzrə icraat barədə Bakı şəhər İcra Hakimiyyəti mə lumatlı olmuş, səlahiyyətli qurum kim bununla bağlı səlahiyyətlərin ona aid olduğuna istinadən Qaradağ rayon İcra Hakimiyyətinə etiraz etməmiş, əksinə tikinti obyektinin layihəsini razılaşdırmaqla təsdiq etmiş, məhkəmənin sorğusuna cavab olaraq Qaradağ rayon İcra Hakimiyyətinin verdiyi icazələri qəbul etdiyinə dair iradəsini dəqiq, aydın və yazılı şəkildə ifadə edən sənəd təqdim etmişdir.

62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səlahiyyətlərin Bakı şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilməli və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu, yaxud da səlahiyyətlərin ötürülməsi anlamında qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərara bərabər hesab olunur. Digər tərəfdən isə, qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada həyata keçirilməsini və ya ötürülməsini istisna edən hər hansı müddəa da nəzərdə tutulmamışdır.

63. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Nəzərə almaq lazımdır ki, istinad olunan norma anlamında tikintiyə icazə tikinti layihəsində əksini tapan tikinti niyyətinə verilir. Həmin layihənin səlahiyyətli qurum tərəfindən razılaşdırılması və ya təsdiq o lunması həmin layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təsbit edir. Bu mənada tikintiyə icazənin məqsədi də məhz təqdim olunmuş tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir. Hazırkı mübahisəyə bu kontekstdən yanaşdıqda və sözügedən tikinti obyektinin layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğunun məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını və təsdiq olunduğunu nəzərə aldıqda, həmin tikintiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istinad olunan norma anlamında icazə verildiyi də qəbul edilməlidir.

64. Məhkəmə kollegiyası həmçinin ona diqqət çəkir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraat ının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

65. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır.

66. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahi yyət bölgüsündən irəli gəlir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

68. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-1236/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar