Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-574/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə müavinətin dayandırılmasının və tutmaların aparılmasının qanunsuz hesab edilməsi, dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin dayandırılmasının və tutmaların aparılmasının qanunsuz hesab edilməsi, dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2349/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 251 saylı, xx.xx.2018-ci il tarixli q ərarı ilə İddiaçı yaşa görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 66 manat, xx.xx.2018-ci il tarixdən ömürlük 73 manat yaşa görə müavinət təyin edilmişdir.
2. Cavabdehin 3274 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə xx.xx.1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müavinət üzrə artıq ödənilmiş 6090,48 manat məbləğ tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır.
3. Cavabdehin sosial müavinət təyinatı üzrə 12025 saylı, 25 aprel 2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, 3274 saylı qərar ləğv edilmişdir. İddiaçıya yaşa görə 180 manat məbləğində müavinət təyin edilmişdir. Vətəndaşa rəsmi məlumat verildikdən sonra xx.xx.2018-xx.xx.2021-ci il tarixədək aktiv VÖEN olduğuna görə ödənilən artıqvermə sosial müavinətdən tutulma qeyd edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən **********438400 saylı, 16 avqust 2022-ci il tarixli müraciətə baxılması barədə məktubda bildirilmişdir ki, X1 (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu, həmçinin uçot-baza məlumatlarına əsasən X2 tərəfindən təqdim edilmiş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizə”lərinə əsasən fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2022 ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı müəyyən edilmişdir. X2 tərəfindən x x.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövlət büdcəsinə ödənilmiş vergi, həmçinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu müəyyən edilməmişdir. X2 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən X1 dövriyyəsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır.
5. Cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın ünvanladığı **********0 saylı, xx.xx.2022-ci il tarixli sosial müavinətdən tutulma barədə məktubda bildirilmişdir ki, yaşa görə sosial müavinət alan İ ddiaçı (Suraxanı rayonu, iş № 623931) aktiv VÖEN-i aşkarlandığı üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə ödəniləcək 690,97 manat məbləğlə əvəzləşdirildikdən sonra qalıq 3907,03 manat məbləğ 2022-ci ilin may ayından 20% olmaqla 36,00 manat tutularaq bərpa ediləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 21 yanvar 2022-ci il tarixli 3274 saylı qərarın ləğv edilməsi, yazılmış 6090,48 (altı min doxsan manat qırx səkkiz qəpik) manat bor cun silinməsi, 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayınadək ödənilməli olan sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi, 2022-ci ilin may ayından etibarən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı çıxanadək aylıq olaraq sosial müavinətdən borc məbləği adı altında tutulan vəsaitlərin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. 2021-ci ilin 30 noyabr tarixədək həmin sosial müavinəti almışdır. 2021-ci ilin 30 noyabr tarixdən isə sosial müavinəti dayandır ılmışdır. Cavabdehin 23 fevral 2022-ci il tarixli məktubunda dayandırılmanın səbəbi kimi qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir, bu səbəbdən ona təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu həqiqətə uyğun deyildir. Belə ki, o, xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınmış xx.xx.2016-cı il tarixədək fəaliyyət göstərmişdir. İşlətdiyi ərzaq dükanı ilə bağlı onun VÖEN-i olmuşdur. xx.xx.2016-cı il tarixdən isə həmin ərzaq dükanının fəaliyyətinin dayandırılması ilə əlaqədar VÖEN-i bağlamışdır. Lakin xx.xx.2018ci il tarixdə onun heç bir müraciəti olmadan, eləcə də məlumatı olmadan VÖEN-i yenidən açılmışdır. Bu açılma sistem xətasıdır və 125300 kodlu VÖEN-ə olan 0,96 qəpik və 0,44 qəpik qalıq borcdan qaynaqlanır: VÖEN-i bu səbəblə avtomatik açılmışdır, lakin bu barədə ona heç bir məlumat verilməmişdir. 2016-cı ilin 01 oktyabr tarixdən heç bir sahibkarlıq, həmçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. O, bundan yalnız cavabdeh tərəfindən göndərilmiş məktub vasitəsilə xəbər tutmuşdur. "xxxx" ASC tərəfindən verilmiş arayışdan aydın olur ki, onun (VÖEN: 1901 1756.12) LPO "xxxx" ASC-də olan **********0000 saylı hesab nömrələri xx.xx.2016-cı il tarixdən bağlanmış hesab edilir. Ona ödənilən yaşa görə sosial müavinətin verilməsinin dayandırılmasından sonra cavabdeh inzibati orqana müavinətin bərpa olunması ilə bağlı müraciət etmişdir. Müraciətinə mənfi cavab verilmişdir. 2022-ci ilin 05 y anvar tarixdən xx.xx.2052-ci il tarixədək VÖEN-i yenidən bağladıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bir daha yaşa görə sosial müavinətin verilməsini xahiş etməyə məcbur olmuşdur. 22 iyun 2022-ci il tarixli məktubda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı qeyd edir ki, ona yaşa görə sosial müavinət xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12025 qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə aktiv VÖEN-i olduğu üçün 4598,00 (dörd min beş yüz doxsan səkkiz) manat artıqalma yaranmışdır və bu artıq alınmış vəsait ona yaşa görə sosial müavinət üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat vəsait ilə əvəzləşdirildikdən sonra qalıq 3907,03 (üç min doqquz yüz yeddi manat 03 qəpik) manat 2022-ci ilin may ayından 20% olmaqla 36,00 (otuz altı) manat tutularaq fondun hesabına bərpa edilir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 2-1(112)-10950/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, dayandırmanın və tutulmanın qanunsuz hesab edilməsi, müavinətdən tutulmuş məbləğin hesablanaraq geri ödənilməsi” kimi dəyişdirilmişdir.
9. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xi dmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim edilmiş məlumatdan da aydın olduğu kimi, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı göstərilmişdir. Həmçinin həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş məlumatda aydın şəkildə göstərilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2018-ci il tarixdə bərpa olunmuş, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək yenidən dayandırılmışdır. Həmin məlumatda iddiaçının xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək VÖEN-nin dayandırıldığı göstərilmişdir. Yəni ki, iddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuşdur. İddiaçı yaşa görə müavinət aldığı dövrdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Məhz, bu əsasla da ona təyin edilmiş yaşa görə müavinət dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 4598 manat artıq ödəmə yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı sosial müavinətdən tutulma barədə məlumat 23 fevral 2022-ci il tarixdə göndə rilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə müavinət məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir.
10. Bakı İnzibati Məhkə məsinin (hakim A.M.Almazova) 2-1(112)-1816/2023 saylı, 27 yanvar 2023-cü il il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, dayandırmanın və tutulmanın qanunsuz hesab edilməsi və yaranmış fərq məbləğinin geri ödənilməsi” kimi dəyişdirilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 2-1(112)-1816/2023 saylı, 27 yanvar 2023-cü il il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş yaşa görə müavinətin dayandırılmasının və tutmaların aparılmasının qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.2021-ci il tari xdən dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya təyin edilmiş müavinəti inzibati icraat aparmadan və bu barədə qərar qəbul etmədən faktiki hərəkətlə dayandırmış, yenidən xx.xx.2022-ci il tarixdə təyin edilmiş müavinətdən isə iddiaçının bu barədə razılığı olmadan tutmalar aparılır. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə başlaması ilə bağlı araşdırılma aparılmamış, nəticədə düzgün olmayan qərara gəlinmişdi r. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş müavinət dayandırılarkən iddiaçının həqiqətən əmək fəaliyyəti ilə məşğul olub-olmaması araşıdırılmalı və bu barədə sübutlar toplanmalı, inzibati icraat aparılmalı, iddiaçının özü də həmin inzibati icraata cəlb edilməli idi. Yalnız bundan sonra müavinətin dayandırılması barədə qərar qəbul edilə bilər və müvafiq qərar qəbul edildikdən sonra müavinətin ödənilməsi dayandırıla bilərdi.
13. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2349/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (səd rlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1816/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində imtina məktubunun, iddia ərizəsinə etiraz və apellyasiya şikayətininin dəlilləri təkrarlanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanlar ı məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. 20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə m übahisəyə məhkəmə qaydasında baxılır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslə r) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikay a uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işi n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bil avasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xü susən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı işin müəyyən edilmiş hallarından görünür k i, iddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. İddiaçının dinlənilmə hüququ təmin edilmədən və inzibati icraat aparılmadan xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmış, cavabdeh tərəfindən bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial müavinətin ödənişinin faktiki olaraq dayandırılmasından sonra xx.xx.2022-ci il tarixdə artıqvermənin müəyyən edilməsi barədə, xx.xx.2022-ci il tarixdə isə yenidən sosial müavinətin təyinatı və tutulma aparılması barədə qərarlar qəbul edilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin **********438400 saylı, 16 avqus t 2022-ci il tarixli məktubundan göründüyü kimi X1 (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu, həmçinin uçot-baza məlumatlarına əsasən X2 tərəfindən təqdim edilmiş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizə”lərinə əsasən fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı müəyyən edilmişdir. X2 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövlət büdcəsinə ödənilmiş vergi, həmçinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu müəyyən edilməmişdir.
31. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının mübah isələndirilən dövrdə faktiki olaraq fəaliyyət göstərərək gəlir əldə etdiyi sübuta yetirilmir.
32. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
33. Cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, maraqlı şəxs kimi cavabdehin etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, ödənişin təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yə ni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi onun təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının cavabdehin hesab etdiyi artıq ödənilmiş məbləğin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş məbləğ qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir dəlil təqdim edilməmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən sax lanılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2349/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.