Məhkəmə qərarları › İş №2-1(102)-575/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-575/2025

07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-575/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, təqaüdün ödənilməsinin bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.05.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlə t Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-935/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarın surətindən görünür ki, iddiaçı barəsinə təqaüd təyinatının mümkün olmaması haqqında qərar qəbul edilmişdir.

2. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu ü çün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq baxılcaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T23736/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilm əsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması, 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylı q 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, o 2017-ci il tarixədək əmək stajına malik olduğu və davamlı olaraq əmək fəaliyyəti göstərdiyi üçün 2017-ci il tarixdən etibarən əmək pensiyaçısıdır. Özünün əmək fəaliyyəti və elmi fəaliyyəti ilə bağlı bəzi məlumatlar aşağıdakı kimidir: 2015-ci il dən Azərbaycan Milli Elmlər Akademiyasının Əmək veteranı, 1985-ci ildən pedaqoji elmlər namizədiyəm (hal-hazırda isə pedaqoji elmlər üzrə fəlsəfə doktoru), 1991-ci ildən baş elmi işçisi, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2016-cı ildən X4 X1 fəxri professoru, 2016-cı ildən Türk dünyası elmlərinin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə X4 X1 “Qızıl ulduz” medalı ilə təltif olunmuş; 2016-cı ildən elmi-tədqiqat işlərindəki xüsusi xidmətlərinə görə X6 Akademiyasının (ATEA) həqiqi üzvü- akademiki, 2016-cı ildə ATEA-nın “Taclı ulduz” ordeni ilə təltif olunmuş; 2016-cı ildə elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının X3 Beynəlxalq Mükafat Komitəsinin “Şərəf və Vicdan” ordeni ilə təltif edilmiş, 2017-ci i ldə Birləşmiş Millətlər Təşkilatının X3 X2 Komitəsi tərəfindən “Qurtuluş və mərhəmət” ordeni ilə təltif edilmiş, 2020-ci ildə 200-dən çox çap olunmuş elmi əsərlərinin və 10-dan çox kitablarının müqabilində TURAN Elmlər Akademiyasının akademiki elmi rütbəsinə layiq görülmüş; 25 yanvar 2023-ci ildən TURAN Elmlər Akademiyasının vitseprezidenti olmaqla bərabər həmin akademiyanın Azərbaycan filialının rəhbəridir, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bunların müqabilində əmək pensiyası hüququ olduğu üçün pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinin müqabilində əvvəllər 120 manat, sonralar isə 300 manat olmaqla qanuni olaraq hər ay müavinət almışdır. 2023-cü ilin avqust ayından sonra isə ona məlum olmayan səbəbdən həmin müavinətin verilməsi cavabdeh orqan tərəfindən dayandırılmışdır. Bütün bu qeyd edilənlərdən də görünür ki, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1969 nömrəli Fərmanına əsasən 2023cü il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir. Qeyd edilən müddəalardan da görünür ki, onun fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat məbləğində aylıq Azərbaycan Respublikası Prezident inin təqaüdünü almaq hüququ vardır. İddiaçı qanuni olaraq 2023-cü ilin avqust ayınadək bu təqaüdü alırmış, lakin bilmədiyi səbəblərdən 2023-cü ilin avqust ayından sonra bu təqaüd təqdim edilməmiş, buna görə də o təqaüdünün yenidən bərpa olunması, indiyə qədər almadığı müavinətin ödənilməsi və təqaüdün dayandırılma səbəbinin hansı qanunlar əsasında olduğunun izah etmələri üçün cavabdeh orqana yazılı ərizə ilə müraciət etmiş, onun müraciətinə cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T23736/2024 saylı cavab məktubu ilə müsbət cavab verilməmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə X5 Sabir Paşa oğlu barəsində qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla iddiaçıya ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin So sial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək qanunvericiliyinin tələbləri baxımından işləməsi anlamına gəlməməlidir. Adından da göründüyü kimi sahibkarlıq bir fəaliyyət növüdür ki, həmin fəaliyyət növü ilə məşğul olan şəxsin gəlirləri qeyri müntəzəm olmaqla insanın öz fəaliyyəti ilə bağlı olan bir məşğuliyyətdir. Cavabdeh təşkilatın mövqeyi ilə razılaşsaq onda yaşa görə əmək pensiyası ilə təmin edilmiş şəxslərin təqaüddə olduğu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək pensiyasının dayandırılması üçün əsas hesab edilməlidir. Göründüyü kimi büdcə və ya büdcədən kənar vəsait hesabına əmək haqqı almayan, yəni aralarında işçi ilə işəgötürən münasibətləri olmayan şəxslərin başqa fəaliyyət növü ilə (məsələn sahibkarlıq, bəstəkarlıq, rəssamlıq və sair) məşğul olması onun işləməsi anlamını təzahür eləmir. Cavabdeh təşkilat Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün dayandırılması əsassızdır. Mübahisə predmetinə dair qanunvericilik aktların heç birində Prezident təqaüdünün şəxsin VÖEN-nin olması səbəbindən dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü barədə qanunvericilik aktları isə məhz yuxarıda qeyd edilən Fərmanlardır. Belə olan halda cavabdehin apardığı inzib ati icraatın nəticəsi olan mübahisələndirilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-935/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cababrova sədrlik edən və məruzəçi, R.Ağayev və H.Babayeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, sahibkar qismində çıxış etməsi, habelə onun vergi ödəyicisi kimi uçota alına raq, VÖEN malik olması halı özlüyündə həmin şəxsin “işləməyən” kateqoriyasına aid olmasını istisna edir. Başqa sözlə desək, şəxsin sahibkar qismində çıxış etməsi onun məhz “işləyən” şəxs kimi məşğul şəxslər kateqoriyasına aid olmasının əsası hesab olunur, habelə onun qazanca və ya gəlirə malik olması halı onun “işsiz” kateqoriyasına aid olmasını istisna edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçı vergi ödəyicisi qismində çıxış etdiyindən (aktiv VÖEN malikdir), o “işsiz” kateqoriyasına aid olan şəxs olmadığından, qanunun normasının tələbinə əsasən məşğul şəxs hesab olunduğundan, ona münasibətdə qeyd edilən təqaüdün verilməsini zəruri edən şərtlərdən biri olan “işləməyən” şərti ödənilmir. Başqa sözlə desək, iddiaçının iddia tələbi qanunvericilik normasının d ispozitiv şərtləri ilə uzlaşmır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi arqumenti ilə bağlı onu qeyd edir ki, iddiaçı aktiv vergi ödəyicisi olduğunu, lakin heç bir gəlirinin olmadığını qeyd etsə də, həmin hal iş materialları əsasında təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində sığortaolunan hesabında illər üzrə əldə etdiyi gəlirləri öz əksini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmamış, iddiaçıya münasibətdə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Nəticə etibarilə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilmə miş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək qanunvericiliyinin tələbləri baxımından işləməsi anlamına gəlməməlidir. Adından da göründüyü kimi sahibkarlıq bir fəaliyyət növüdür ki, həmin fəaliyyət növü ilə məşğul olan şəxsin gəlirləri qeyri müntəzəm olmaqla insanın öz fəaliyyəti ilə bağlı olan bir məşğuliyyətdir.

13. Mübahisə predmetinə dair qanunvericilik aktların heç birində Prezident təqaüdünün şəxsin VÖEN-nin olması səbəbindən dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü barədə qanunvericilik aktları isə məhz yuxarıda qeyd edilən Fərmanlardır. Belə olan halda cavabdehin apardığı inzibati icraatın nəticəsi olan mübahisələndirilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur. 14. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; maddəsinə əsaslanmışdır.

15. Halbuki, məhkəmə işləməyən şəxs ilə işsiz şəxs arasında fərqin olduğunu bilməli idi. İşsiz şəxs müvafiq orqan tərəfindən qeydiyyata alınan, yəni ki, müvafiq orqanın verdiyi statuslu şəxsdir. İşləməyən şəxsə belə bir status verilmir. Fərmanda şəxsin işləməyən şəxs olması göstərilir, işsiz, yəni müvafiq statusu olan şəxs yox. Yəni göstərilən bu maddə iddiaçıya münasibətdə tətbiq edilə bilməzdi.

16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T23736/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması, 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması b arədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəm ədən xahiş etmişdir.

22. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq baxılcaqdır.

23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hüquqi mövqeyini qanuni və əsaslı hesab edərək, iş üzrə qəbul etdiyi qərarda göstərmişdir ki, “İndiki halda cavabdehin iddiaçıya münasibətdə mübahisələndirdiyi hal iddiaçının aktiv vergi ödəyicisi olduğundan qanunla müəyyən edilən “işləməyən” şərtinin ödənilməməsi ilə bağlı olan haldır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən işsiz şəxs anlayışı müəyyən edən zəruri şərtlərdən biri də işi və qazancının olmam ası ilə bağlı şərtdir Qanunvericilik normasının tələbinə əsasən sahibkarlar “məşğul şəxslər” kateqoriyasına aiddir. Həmçinin, məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq vergi orqanında vergi ödəyicisi kimi uçota alınır, onun VÖEN verilir, sahibkarlıq fəaliyyətinin əsas məqsədi mənfəət (gəlir) götürülməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarını qarşılıqlı və müqayisəli şəkildə təhlil edərək, onu qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, sahibkar qismində çıxış etməsi, habelə onun vergi ödəyicisi kimi uçota alınaraq, VÖEN malik olması halı özlüyündə həmin şəxsin “işləməyən” kateqoriyasına aid olmasını istisna edir. Başqa sözlə desək, şəxsin sahibkar qismində çıxış etməsi onun məhz “işləyən” şəxs kimi məşğul şəxslər kateq oriyasına aid olmasının əsası hesab olunur, habelə onun qazanca və ya gəlirə malik olması halı onun “işsiz” kateqoriyasına aid olmasını istisna edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçı vergi ödəyicisi qismində çıxış etdiyindən (aktiv VÖEN malikdir), o “işsiz” kateqoriyasına aid olan şəxs olmadığından, qanunun normasının tələbinə əsasən məşğul şəxs hesab olunduğundan, ona münasibətdə qeyd edilən təqaüdün verilməsini zəruri edən şərtlərdən biri olan “işləməyən” şərti ödənilmir.”

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticəni yanlış və qanuna uyğun olmayan hesab edir.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə adıçəkilən inzibati mübahisəni tənzimləyən və onun hüquqi bünövrəsini təşkil edən ma ddi hüquq normalarına müraciət edilməli və həmin normalar tam və hərtərəfli araşdırılaraq düzgün tətbiq edilməlidir.

26. Yuxarıda artıq göstərildiyi kimi, cavabdehin iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanı ilə təsis edilmiş təqaüdünün cavabdeh tərəfindən dayandırılmasının yeganə səbəbi, cavabdehin qənaətinə görə iddiaçının “mərkəzləşdirilmiş elektron informasiya sisteminin” sığorta altsistemində olan məlumatlara əsasən vergi ödəyicisi kimi fəaliyyətin aktiv olduğu üçün Prezident təqaüdünün ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

27. Yəni, cavabdeh hesab edir ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan (VÖEN: **********), o işləməyən sayıla bilməz.

28. Apellyasiya insta nsiyası məhkəməsi də eyni qənaətdədir.

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ən azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanının müddəalarına diqqət yetirməyi zəruri hesab edir.

30. Belə ki, həmin Fərmanın 1-ci bəndində deyilir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respu blikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

31. Məhkəmə kollegiyası hesab edir ki, həmin bəndin yazılış stilistikasından göründüyü kimi, sözügedən cümlədə açar sözlər “əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində” sözləridir, yəni həmin cümlədə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdün alınması üçün sonradan göstərilən 4 (dörd) meyar, məhz yuxarıda qeyd edilmiş açar sözlərə bağlıdır.

32. Başqa sözlə burada “işləməyən” sözü əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində “işləməyən” anlamını verir, belə ki, sözügedən Fərmanın 1-ci bəndindən bariz görünür ki, b u əmək pensiyası deyil, Azərbaycan Respublikası Prezidentinin elmi dərəcələrə görə təsis etdiyi təqaüddür.

33. Həmçinin xüsusi olaraq vurğulanmalıdır ki, sözügedən Fərmanda şəxsin vergi ödəyicisi olaraq fərdi VÖEN-ə malik olub-olmaması barədə hər hansı bir qeyd-şərt yoxdur, digər tərəfdən bu Fərmanın tələbləri təsiri dairəsinə düşən şəxsin VÖEN-lə əlaqədar heç bir istisnalığı da mövcud deyildir.

34. Məhkəmə kollegiyası eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin bəzi müddəalarını xatırlatmağı zəruri hesab edir.

35. Belə ki, həmin məcəllənin 3-cü maddəsinin 1-ci bəndinə əsasən, müəssisə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquq i şəxsin filialı, nümayəndəliyi.

36. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci bəndinə görə, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

37. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

38. Həmin Məcəllənin 3-cü maddəsinin 4-cü bəndinə əsasən, əmək kollektivi – işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edil miş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi.

39. Həmin Məcəllənin 4-1-ci maddəsinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 4

0. Həmin Məcəllənin 5-ci maddəsinə müvafiq olaraq, əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

41. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

42. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş ha llarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid.

43. Açıq-aydın göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin yuxarıda göstərilmiş hüquq normaları baxımından işləyən şəxs sayıla bilməz.

44. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərarında özünün yazdığı kimi, “qanunvericilik normalarını qarşılıqlı və müqayisəli şəkildə təhlil edərək” (burda “Məşğulluq haqqında” Qanunun 1.1., 1.1.6., 4.1., 4.1.3-cü maddələri və “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 1., 10.1., 10.2-ci maddələri nəzərdə tutulur, qeyd Ali Məhkəmənindir), belə hesab etmişdir ki, “şəxsin ********** VÖEN malik olması halı özlüyündə həmin şəxsin “işləməyən” kateqoriyasına aid olmasını istisna edir”.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qanunvericilik normalarını qarşılıqlı və müqayisəli şəkildə bu cür təhlili yanlış və uğursuz sayılmalıdır.

46. Belə ki, “Məşğulluq haqqında” Qanunun 1.1.6-cı maddəsinə görə, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs.

47. Həmin maddədə “əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs”, cümləsi yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçıya aid edilə bilməz.

48. İddiaçının VÖEN-ə malik olması yuxarıda artıq göstərildiyi kimi sözügedən Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş “işləməyən” sözünə iddiaçıya münasibətdə xələl gətirmir və iddiaçının işləyən şəxs kimi qələmə verilməsi Fərmanın 1-ci bəndinin maliyyətinə ziddir.

49. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Əmək Məcəlləsində müəyyən edilmiş müəssisə, işçi, işəgötürən, əmək münasibətləri, əmək müqaviləsi (kontraktı), iş yeri, ştat (ştat vahidi), kimi anlayışlar real olaraq mütəmadi əmək haqqı almaq hüququ, məzuniyyət hüququ və sair mövcud olduğu halda şəxsin işləyən sayılması üçün zəmin yarada bilər.

50. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri tam və hərtərəfli araşdırmadan iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya ş ikayəti qalan hissədə təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-935/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar