Məhkəmə qərarları › İş №2-1(102)-577/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-577/2025

17.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-577/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin özəlləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X9 ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı “Azərbaycan Respublika sı Prezidentinin 569 nömrəli, 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə Milli X2 ailə üzvü X7 əvəzsiz olaraq verilmiş ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanına əsasən onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(105)590/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış 203 nömrəli, 16 sentyabr 1994-cü il tarixli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Qeydiyyatlarının Təltif edilməsi haqqında” Fərmanı ilə mayor X8 ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycanın Milli X1 ailə üzvü (atası) X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016cı il tarixli əmri ilə Abşeron rayonu, Məhəmmədli kəndi, 8 saylı evin 46 saylı mənzili (“Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi) ilə təmin edilmişdir. 3. ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzil üzərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir.

4. X11 05 aprel 2022-ci il tarixdə ölmüşdür və iddiaçı onun vərəsəsidir.

5. İddiaçı mənzilin adına özəlləşdirilməsi üçün sənədlərin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, sonuncu 05 noyabr 2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 26 yanvar tarixli Qanunu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara verilmiş sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

6. İddi açı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu 17 noyabr 2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən, mərhum X7 ayrılmış 46 saylı mənzilin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına artıq bir dəfə rəsmiləşdirildiyi müəyyən edilmiş, eləcə də sözügedən daşınmaz əmlakın X11 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədi müraciət ərizəsinə əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20 iyun 2014-cü il ta rixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə Milli X2 ailə üzvü X7 əvəzsiz olaraq verilmiş ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanına əsasən onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 ölümündən sonra 16 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. X12 onun doğma qardaşıdır. Qardaşı vətən uğrunda gedən döyüşlərdə şəhid olduğundan ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. X4 oğlu şəhid olduqdan sonra dəfələrlə Yasamal rayon İc ra Hakimiyyətinə mənzil növbəsi üçün müraciətlər etmiş və ona bildirilmişdir ki, 2 otaqlı mənzillə təmin olunacaqlar. xx.xx.2007-ci il tarixdə X4 ölmüşdür. Bundan sonra mənzil növbəsində X5 qalmışdır. 2016-cı ilin yanvar ayında atasına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvan 3 ünvanında olan 1 otaqlı ev verilməsi bildirilmiş, atası uzaq ərazidən ona ev verilməsinə etiraz etmişdir. Atası əlacsız qalıb razılaşaraq həmin evin nə zaman rəsmi qaydada onun adına keçməsi ilə maraqlananda atasına bildirilmişdir ki, mənzili almasından beş il keçdikdən sonra həmin mənzili rəsmi qaydada onun adına rəsmiləşəcəkdir. xx.xx.2016-cı il tarixdə mənzil onlara verilmişdir və hüquqi sahib kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i olmuşdur. Atası və ailəsi həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. X5 və o, (iddiaçı) həmin mənzilə də 2016-cı ildə qeydiyyata düşmüşlər. Artıq həmin mənzildə 5 ildən artıq yaşadıqdan sonra atası dəfələrlə çalışmışdır ki, yaşadıqları mənzili öz adına keçirsin, lakin buna nail ola bilməmişdir. xx.xx.2022-ci ildə X5 ölmüş və xx.xx.2022-ci il tarixdə o, atasının qanun üzrə vərəsəsi kimi tanınmışdır. Dəfələrlə həmin mənzilin öz adına rəsmiləşdirilməsinə çalışsa da, müraciətlərindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Əvvəla, əsassız olaraq cavab məktublarında qeyd edilmişdir ki, guya onlara 2020-ci il tarixdə üç otaqlı mənzil verilib. Halbuki, onlara yalnız 2016-cı ildə bir otaqlı mənzil verilmişdir. Həmçinin, əsas olaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146. 2-ci maddəsini əsas götürmüşlər. Belə ki, həmin maddədə qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı mənzil dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Lakin onun atasına həmin mənzil təhvil veriləndə bildirilmişdir ki, bu mənzil beş ildən sonra rəsmi olaraq adına keçəcək. Bununla əlaqədar cavabdehə müraciət etmiş, əsassız olaraq müraciəti təmin edilməmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız olmaqla, onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinan ın dəlilləri ilə eynilik təşkil edir.

10. Üçüncü şəxs iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri verilmiş şəxslər, o cümlədən şəhid ailəsi üzvləri onlara verilmiş mənzil üzərində Mülki və Mənzil Məcəllələrinə əsasən yalnız sahiblik və istifadə hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2022-ci il tarixli 1657 nömrəli Fərmanı yalnız Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə X8 (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş və Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” X6 ailə üzvü, imtiyazlı şəxs X3 rayonu, Məmmədli kəndi, “Göy QurşağıMəmmədli” yaşayış kompleksində ev 8 ünvanında 46 saylı mənzillə təmin edilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 16 fevral 2024-cü il tarixli, 2-1(118)-250/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “X14” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 1657 nömrəli 08 aprel 2022-ci il tar ixli fərmanında birbaşa təsbit edilmişdir. Məhkəmə cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazlarda qeyd olunan halları tam, hərtərəfli və obyektiv araşdırmaq üçün aidiyyəti üzrə sorğular versə də, sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 26 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2016-cı ilin əvvəlində imtiyazlı şəxslərə, o cümlədən mərhum X7 mənzillər Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən təqdim edilmişdir, sonradan Nazirlik daxilində bir neçə dəfə struktur dəyişikliyi olması səbəbindən mərhum İddiaçı mənzil təqdim verilməsinə dair sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi mümkün deyildir.

13. Üçüncü şəxs həmin qərardan a pellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və E.M.Əhmədov) 03 oktyabr 2024-cü il tarixli, 2-1(105)-599/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, indiki halda dövlət mənzil fonduna aid olan mənzilin özəlləşdirilməsi üçün həmin mənzilin Mənzil Məcəlləsinin qanuni qüvvəyə mindiyi vaxtadək (1 o ktyabr 2009-cu il tarixədək) mənzili özəlləşdirmək hüququ mövcud olduğu halda və ya Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi tarixdən sonra isə verilmiş mənzilin özəlləşdirilməsinin qanunla yol verildiyi halda mümkündür. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atasına qeyd edilən yaşayış sahəsi imtiyazlı şəxs kimi (şəhid ailəsi) 2016-cı il tarixdə verilmişdir və həmin yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Odur ki, iddiaçının atasına münasibətdə Mənzil Məcəlləsinin 146.1-ci maddəsində qeyd edilmiş hallar mövcud olmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəli lləri:

17. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının “X14” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanında birbaşa təsbit edilmişdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət r eyestrində həyata keçirilir.... 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər....

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə or qanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.... Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fo ndunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir....

21. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1657 nömrəli Fərmanı

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər ( Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normaları nı da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası iddianın mahiyyətinə və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla, həmin mənzil üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 18 fevral 2016-cı il tarixli əmri ilə şəhid ailəsi kimi iddiaçının atasına mənzil təminatı ilə bağlı verilmiş, mənzil təminatının Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən real laşdırılması qeyd edilmişdir. İddiaçının atası vəfat etmiş, iddiaçı onun hüquqi varisi kimi tanınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Azərbaycanın Milli Qəhrəmanının ailə üzvü kimi atasına ayrılmış mənzilin özəlləşdirilməsindən ibarətdir.

30. İddianın əsassız olması və təmin edilməli olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin….

31. Bu qərarın 20-ci bəndində istinad olunan Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özə lləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust 153 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, həmin maddədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

32. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, indiki halda dövlət mənzil fonduna aid olan mənzilin özəlləşdirilməsi üçün həmin mənzilin Mənzil Məcəlləsinin qanuni qüvvəyə mindiyi vaxtadək (1 oktyabr 2009-cu il tarixədək) mənzili özəlləşdirmək hüququ mövcud olduğu halda və ya Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi tarix dən sonra isə verilmiş mənzilin özəlləşdirilməsinin qanunla yol verildiyi halda mümkündür. Hazırkı iş üzrə iddiaçının atasına qeyd edilən yaşayış sahəsi imtiyazlı şəxs kimi (şəhid ailəsi) 2016-cı il tarixdə verilmişdir və həmin yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Beləliklə, iddiaçının atasına münasibətdə Mənzil Məcəlləsinin 146.1-ci maddəsində qeyd edilmiş hallar mövcud olmamışdır. Başqa sözlə, mənzil iddiaçının atasına Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən və dövlət mənzil fonduna aid mənzil olduğundan, həmin mənzilin özəlləşdirilməsi, yalnız qanunla müəyyən edildiyi qaydada və hallarda mümkündür.

33. Qeyd edilməlidir ki, iddiaçının atasına münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi normanın tətbiq üçün də əsas mövcud dey il. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi normada yalnız “X14” adı verilmiş şəxslərin ailə üzvlərinə ayrılmış mənzillərin onların adına özəlləşdirilməsi təsbit edilmişdir, digər şəxslərlə bağlı belə bir norma mövcud deyil. Nəticə etibarilə, sözügedən yaşayış sahəsi dövlət mənzil fonduna aid olduğundan, həmin mənzil imtiyazlı şəxsə Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən, eləcə də yaşayış sahəsi ayrılmış şəxsə münasibətdə mənzilin özəlləşdirilməsini mümkün edən xüsusi normanın tətbiqi şərtləri mövcud olmadığından, iddia tələbi əsassızdır.

34. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(105)-590/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar