Məhkəmə qərarları › İş №2-1(102)-581/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-581/2023

17.03.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-581/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli X1 və Dövlət Quruculuğu Komitəsinə, Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitə sinə və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Ombudsman Aparatına qarşı “özəlləşdirmə çeklərinin dövlət mülkiyyətinin özəlləşdirməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3349/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iddiaçıya ünvanlanan 2/22692-21 nömrəli 23 sentyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının özəlləşdirilməsinin 11-c i Dövlət Proqramının 1.5-ci “...ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldədir bəndinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə, habelə AR Konstitusiyasının 29-cu maddəsinin tələblərinə uyğun oluboİmamasına dair şərh verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlamaqla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) normativ hüquqi aktların müddəalarının şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti təsbit edilməmiş dir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının maddəsinin V hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

2. Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanan **********46 nömrəli 27 sentyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Dövlət özəlləşdirmə payları barədə (çekləri) barədə Azərbaycan Respublikasının Milli Məclisindən daxi l olmuş 15 sentyabr 2021-ci il tarixli elektron müraciətinizə Cavabdeh2ndə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çəklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. Bu barədə Sizə 29 iyun 2021-ci il tarixli **********18 nömrəli məktubla məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 19 iyul 2022-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhk əməsinə müraciət edərək, özəlləşdirmə çeklərinin dövlət mülkiyyətinin özəlləşdirməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələri cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı illərin 1-ci yarısında Azərbaycan Respublikasında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə çekləri ilə vətəndaşlar tərəfindən özəlləşdirilməsi qərara alınmışdır. Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31.9 milyon özəlləşdirmə çekləri paylanılıb. 1997-ci ilin yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çektən ibarət bir özəlləşdirmə payı verilib. O cümlədən ona və ailə üzvlərinə ümumilikdə 5 ədəd özəlləşdirmə payı verilib. Dövlət əmlakının özəlləşdirilməsi zamanı çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixdə imzalanan Fərmanla çeklərin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də sona çatdırıldı. 2011-ci ildən çeklərin tədavül müddətinin birdəfəlik dayandırılması ilə də yalnız onun deyil, körpə uşaqlardan tutmuş, yaşlı insanlara qədər, yüzminlərlə vətəndaşların kütləvi şəkildə mülkiyyət hüquqları pozuldu. Halbuki, ilk Fərmanda deyilirdi ki, sovetlər dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşlar pay sahibi olacaqlar. O, keçirilən hərraclarda 3 müxtəlif “Bakı Taxıl”, “Bakı-Broyler-1” və “X2 Qaz” açıq tipli səhmdar cəmiyyətlərinin müxtəlif sayda səhmlərinə sahib ola bilmişdir. O, əlində olan çeklərinin həmin müəssisələrinin özəlləşdirilməsi zamanı istifadə edəcəyini düşünürdü. Lakin 2011-ci ilin ynvar ayının 1-dən etibarən özəlləşdirmə paylarının tədavüldən çıxarılması nəticəsində bu imkandan məhrum olub. Özəlləşdirmə çekləri dövlət mülkiyyətinin özəlləşdirilməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələrini xahiş etdiyi müraciətlərinə baxılmaması ilə aşağıda adları keçən Dövlət Orqanları tərəfindən ailəsinə vurulan maddi və mənəvi zərərin: AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən maddi: 250.000 (iki yüz əl li min) manat; mənəvi: 500.000 (beş yüz min) manat; AR-nın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən mənəvi: 100 (yüz) manat; AR İnsan Hüquqları üzrə Ombudsman Aparatı tərəfindən mənəvi: 100 (yüz) manat AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən mənəvi: 1100 (min yüz) manat; AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən mənəvi: 1600 manat ödənilməsinə dair qərar qəbul edilməsini və əlavə olaraq, Məhkəmədən yaşlı olduğunu (70 yaşı var), fiziki imkanlarının məhdud olduğunu, aldığı pensiyanın təyyarələrə bilet almaq, Bakıda otellərin və vəkilin pulunu vermək imkanının olmaması səbəbi ilə Azərbaycana gelə bilməyəcəyinin nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını, habelə ərizənin qeydiyyat nömrəsi haqqında ona məlumat verilməsini xah iş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10669/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində qeyd edilən məsələ inzibati icraatın predmeti olmadığından həmin məsələ ilə bağlı qaldırılmış iddianın inzibati məhkəmə müdafiəsi hüququ yoxdur. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd edilən müddətdə ona məxsus olduğunu iddia etdiyi “Bakı Taxıl”, “Bakı-Broyler-1” və “X2 Qaz” açıq tipli səhmdar cəmiyyətlərinin səhmləri üzrə dividend ödənilməsinin və ya həmin çeklərdən qeyd edilən dövrdə tə diyyə vasitəsi kimi istifadə etmə imkanlarının mümkünsüzlüyünü istisna edən halları əsaslandırmamışdır.

7. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüqu qi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3349/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi /, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10669/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti - 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda, iddiaçı ona (ailəsinə) verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanını qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, əlində qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür.

11. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelly asiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsi nin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmeti ni yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnı z iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

21. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırl ar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellya siya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3349/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar