Məhkəmə qərarları › İş №2-1(102)-596/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-596/2020

03.03.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-596/2020 03.03.2020 ALİ MƏHKƏMƏ İddiaçı “X ” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinə qarşı iş üzrə (açar söz: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğvi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı “X” Şirkətinin nümayəndəsi, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin nümayəndəsi iştirakları ilə, İddiaçı “X ” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.10.2017-ci il tarixli ******* nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2014cü ilin sentyabr ayından 2017-ci ilin avqust ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticə sinə dair 25.10.2018-ci il tarixli ******* nömrəli yoxlama aktı tərtib edilmiş və onun əsasında 21.12.2018-ci il tarixli ******* nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün vergi orqanı tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, X Şirkəti 2014-2016-cı illər üzrə X Şirkətinə (X Services LTD Şirkəti X adalarının qanunlarını əsasında qeydə alınmışdır, Azərbaycan Respublikasında qeydə alınmış filialı mövcuddur, bank hesablan Latviyanın X bankında yerləşir, araşdırma zamanı Azərbaycandan başqa digər yerdə bu iş üzrə fəaliyyəti yoxdur) nasosların icarəsi üzrə 280 794,92 ABŞ dollar dəyərində ödəniş edərək (Saziş çərçivəsində 6% dərəcə ilə ödəmə mənbəyində tutulmuş 17923,08 ABŞ dollar məbləği nəzərə alınmaqla) Əməliyyat xərclərinə (X) aid etmiş və “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün podrat tərəfə ötürmüşdür. Həmçinin yoxlama zamanı müəyyən olunmuşdur ki, X şirkəti qeyd edilən nasosları X şirkətindən 2014-cü il üzrə 87158,00 ABŞ dollar, 2015-ci il üzrə 54151,00 ABŞ dollar, 2016-cı il üzrə 46246,20 ABŞ dollar, ümumilikdə 187555,20 ABŞ dollar ilə icarəyə götürmüşdür. Bundan sonra həmin nasoslar X şirkətindən "X" şirkətinə üzərinə 2014-cü il üzrə 48055,36 ABŞ dollar, 2015-ci il üzrə 25256,46 ABŞ dollar, 2016-cı il üzrə 19927,90 ABŞ dollar, ümumilikdə 93239,72 ABŞ dollar ticarət əlavəsi tətbiq edilməklə icarəyə veril mişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan zaman dövr üzrə 31%-162% arası dəyişdiyi və nəticədə Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinin, həmçinin Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndində (Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər Vergi qoyulan mənfəət əldə edirlər) və 14.2 (k) maddəsinin tələblərini pozmaqla podratçı tərəflərə ötürülən xərclərin vergitutma baxımından artıq hesablandığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 21.12.2018-ci il tarixli qərarın 3-cü bəndində qeyd olunmuşdur ki: “Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş Aktda Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı aşkar edilmiş kənarlaşmaların 2-ci hissəsində (“bazar qiymətləri ilə xərclərin yenidən hesablanması”) “Azərbaycan Respublikasında X Neft yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4(a) (i) bəndində nəzərdə tutulmuş 25%-lik marja “X Services LTD” şirkətinin tətbiq etdiyi qiymətlərdə nəzərə alınsın. Yuxarıda qeyd olunanla əlaqədar 2014-2016-ci illər üzrə yaranmış 31.318,62 ABŞ dollar (2014-cü il üzrə 19.002,69 ABŞ dollar, 2015-ci il üzrə 3.138,73 ABŞ dollar, 201 6-cı il üzrə 9.177,20 ABŞ dollar) məbləğində qiymət fərqi əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın”. “X” Şirkəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Vergilər Nazirliyi tərəfindən aparılan növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 21 dekabr 2018-ci il tarixli ******* nömrəli qərarın 3-cü bəndinin “Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş Aktda Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı aşkar edilmiş kənarlaşmaların 2-ci hissəsində (“bazar qiymətləri ilə xərclərin yenidən hesablanması”) “Azərbaycan Respublikasında X Neft yataqlarının Daxil O lduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4(a) (i) bəndində nəzərdə tutulmuş 25%-lik marja “X Services LTD” şirkətinin tətbiq etdiyi qiymətlərdə nəzərə alınsın. Yuxanda qeyd olunanla əlaqədar 2014-2016-ci illər üzrə yaranmış 31.318,62 ABŞ dollar (2014-cü il üzrə 19.002,69 ABŞ dollar, 2015-ci il üzrə 3.138,73 ABŞ dollar, 2016-cı il üzrə 9.177,20 ABŞ dollar) məbləğində qiymət fərqi əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın” hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Milli Gəlirlər Departamenti məhkəməyə iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, nə yoxlama aktında, nə də ki məsuliyyət qərarında vergi orqanı tərəfindən xarici subpodratçının gəlirinin çox olmasını məhdudlaşdıran, xarici subpodratçılara edilən ödənişlərin hansı məbləğdə edilməsini və ya hər hansı şəxslə müqavilənin qiymət ilə məhdudlaşdırılması ilə bağlı hər hansı irad bildirilməmiş, mübahisələndirilən qərara diqqət yetirilsə çıxılan xərclərin 25 faiz rentabellik nəzərə alınmaqla həyata keçirilməsi müəyyən edilmiş, həm X-X şirkətləri arasında olan müqavilədə, həm də X-“X ” şirkəti arasında olan müqavilədə icarəyə verən şirkətin öhdəliklərində nasoslara əlavə komplektasiyaların edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1167/2019 saylı, 24 iyun 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məh kəmə hesab etmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin müəyyən edilməsi üçün müqayisəli vergi ödəyicisinin seçilmədiyi, ümumiyyətlə müqayisəli məlumatların mövcud olmadığı müəyyən edilmiş, iddiaçının istinad etdiyi halları sübutlarla təsdiq edilmiş, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş halların təsdiq edilməsinə dair sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia əsaslıdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(81)-1167/2019 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1167/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Azərbaycan Respublikasında X Neft yataqlarının daxil olduğu blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin tələbləri Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar üçün məcburi olduğundan iddiaçı tərəfindən həmin tələblərin nəzərə alınmaması və nəticədə iddiaçı ilə müqavilə münasibətində olan podratçı “X” Şirkətinə ötürülən xərclərin məbləğinin artırılması xarici subpodratçının Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəməli olduğu vergilərin azalmasına səbəb olduğundan düzgün olaraq cavabdeh vergi orqanı tərəfindən qanun pozuntusu kimi qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi bu qərarı qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən xarici subpodratçı qismində çıxış edən “X” şirkətinə bir sıra avadanlıqların icarəsi üzrə ödənilən məbləğlərin bütövlükdə gəlir dən çıxılan xərclərə aid edilməsi qəbul edilməmişdir. Məhkəmənin qanuni hesab etdiyi cavabdeh tərəfindən tərtib olunan səyyar vergi yoxlaması aktının 13-cü səhifəsində qeyd edilir ki, nasoslar “X” Service LTD” şirkəti tərəfindən X şirkətindən icarəyə götürülərək üzərinə ticarət əlavəsi tətbiq edilməklə Filiala ötürülmüşdür. Şikayətdə bildirilmişdir ki, “X Services LTD” şirkəti tərəfindən X şirkətindən icarəyə götürülən nasoslardan əlavə, xidmətin tam həyata keçirilməsi üçün transformatorlar, kabellər alınaraq istifadə üçün Filiala təqdim olnur ki, həmin mallara, o cümlədən işçi qüvvəsinə münasibətdə çəkilən xərclər də “X Services LTD” şirkətinin mənfəətinin formalaşmasında iştirak edir. Göründüyü kimi “X Services LTD” şirkəti X şirkətindən tam təmin olunması üçün əlavə avadanlıqlar və mal- material cəlb etməklə Filiala təqdim edir. Kassator İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı, 14 noyabr 2019-cu tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-22 02/2019 saylı, 14 noyabr 2019cu tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı şirkət əməliyyat şirkəti olaraq müvafiq sazişlər əsasında podratçı tərəfindən yaradılmış və məqsədi gəlir götürmək deyildir. İddiaçı, yoxlanılan dövr ərzində əldə etdikləri gəlirləri və çəkdikləri xərcləri saziş tərəflərinə ötürürlər. Yoxlama zamanı hər hansı əlavə vergi məbləği hesablanmamış, iddiaçının podratçı tərəfə ötürdükləri xərcin məbləği azaldılmışdır ki, bu, nəticədə podratçı tərəfin mənfəət vergisi öhdəliyini artırmış olur. Vergi orqanı səyyar vergi yoxlaması aktında qeyd etmişdir ki, şirkət xarici subpodratçıdan (X şirkəti) avadanlıqlar icarəyə götürmüş, h əmin avadanlıqlar xarici subpodratıçının özü tərəfindən X şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ticarət əlavəsi tətbiq edilməklə iddiaçı şirkətlərə təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 31% - 162% arası dəyişmişdir. Vergi orqanı öz mövqeyini əsaslandırmaq üçün “Azərbaycan Respublikasında X və X Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4 (a) (i) bəndinə və Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etmişdir. Vergi orqanı xarici subpodratçının şirkətlərə göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində 31% - 162% arası dəyişdiyini iddia edərək səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istin ad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək iddiaçılar tərəfindən xarici subpodratçıya ödənilən xərcləri cəmi 25% mənfəət + VM-nin 14-cü maddəsində icazə verilən 30% hədd daxilində nəzərə almış, məbləğlərin qalan hissəsini faktiki ödənilməsinə və ödəmə mənbəyində həmin məbləğdən verginin tutulmasına baxmayaraq xərc kimi nəzərə almamışdır. Cavabdehin göstərilən mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi Vergilər Məcəlləsinin 14.2-ci, “X Neft Yataqlarının Daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4 (i) bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması, “X” şirkətinin əldə etdiyi mənfəətin 25 faizdən artıq olması (vergi orqanı tərəfindən yoxlanılan dövr üzrə iddiaçı tərəfindən xarici subpodratçıya edilən ödənişlərin ticarət əlavəsinin yoxlanılan dövr üzrə 31-162 % arası olduğu müəyyən olunmuşdur), iddiaçı ilə müqavilə münasibətlərində olan podratçı, “X” Şirkətinə ötürülən xərclərin məbləğinin artırılması və xarici subpodratçının Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəməli olduğu vergilərin azalmasına səbəb olması ilə bağlı mövqeyini əsaslandırmışdır. Göstərilənlərlə bağlı Ali Məhkəmə Kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin Sazişin 25.3-cü maddəsinin (a) bəndinə əsasən, 15.1(a)(ii) və 15.1(c) bəndlərinin müddəalarına müvafiq surətdə nəzərdən keçirilmək üçün ekspertə göndərilən məsələlər istisna olmaqla, ARDNŞ ilə hər hansi Podratçı tərəf, yaxud bütün Podratçı tərəflər arasında mübahisə (Rəhbər komitənin iclasların da həll edilməmiş məsələlər daxil olmaqla) baş verdikdə, mübahisə edən Tərəflər bu Sazişin şərtlərinə əsaslanaraq mübahisənin qarşılıqlı surətdə qənaətbəxş bir şəkildə həll olunmasına cəhd göstərmək üçün görüşürlər. Tərəf həmin mübahisə haqqında bildiriş aldıqdan sonra otuz (30) gün müddətində mübahisə, Tərəfləri qarşılıqlı surətdə qənaətləndirən bir şəkildə aradan qaldırılmırsa, həmin mübahisə Arbitraj qaydasının müddəalarına və tətbiq edilə bilən hüquq barəsində 25.1 bəndində göstərilmiş müddəalara müvafiq surətdə həll edilir. Mübahisə predmetini təşkil edən inzibati aktın mübahisələndirilən hissəsində olan “əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın” kimi bir ifadə Saziş üzrə Podratçı tərəf üçün onun mənfəət vergisinin hesablanma sı baxımından düzünə hüquqi nəticə yaradır. Halbuki, inzibati orqan Vergilər Nazirliyinin belə səlahiyyətinin həyata keçirilməsi üçün Sazişdə xüsusi prosedur qayda nəzərdə tutulmuşdur. Sazişin 14.3. maddəsinin (d) (ii) bəndində göstərilib ki, vergi orqanı hər Podratçı Tərəfin hər Təqvim İli üçün Mənfəət Vergisinə dair bəyannamələrini təftiş etmək səlahiyyətinə malikdir. Təftiş qurtarandan sonra Vergi orqanı təklif olunan hər hansı təshihi Podratçı Tərəf ilə müzakirə edir və lazım gələrsə, Mənfəət Vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir. Mənfəət Vergisinin razılaşdırılmış hər hansı əskik və ya artıq ödənişləri 14.2(c) bəndinə uyğun olaraq Podratçı Tərəfinin müvafiq bildiriş məktubu a landan sonra on (10) gün müddətində qaytarılır. Əgər Podratçı Tərəf və Vergi orqanı Mənfəət Vergisinin əskik və ya artıq verilmiş məbləğinin, yaxud bununla bağlı hər hansı məbləğləri razılaşdıra bilməsələr, həmin məsələnin tənzimlənməsi 25.3 bəndində göstərilən prinsiplərə uyğun olaraq arbitraja verilir. Apellyasiya instansiya məhkəməsi habelə Sazişin vergitutma ilə bağlı vergi orqanının səlahiyyətlərini həyata keçirilməsi məsələsində arbitrajla bağlı qaydaların tətbiq edilməsi ilə bağlı X Neft yataqlarının Daxil Olduğu Bloku uzrə Xarici Subpodratcıların Vergiyə Cəlb Olunması Haqqında Protokolun 3.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin bəndə əsasən əgər Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamadan sonra muəyyən edilirsə ki, vergini tutan tərəf Xarici Subpodrat cıya edilmiş odənişlərdən Mənfəət Vergisinin duzgun məbləğini tutmamışdır və əgər vergini tutan tərəf bununla razılaşarsa, belə muəyyən edilmə Qəti Muəyyən Edilmə sayılacaqdır. Mənfəət Vergisinin duzgun məbləği ilə bağlı fikir ayrılığı olarsa, vergini tutan tərəf yoxlama zamanı hər hansı muəyyən edilmə və ya tapıntı ilə razılaşmamaq huququna malikdir. Lazım olarsa, Vergilər Nazirliyi və ya vergini tutan tərəf Qəti Muəyyən Edilmə ucun Arbitraja muraciət edə bilər və hər hansı əskik və ya artıq odəmənin məbləği vergini tutan tərəfdən Dovlət Budcəsinə, və yaxud Dovlət Budcəsindən vergini tutan tərəfə əskik (artıq) ödənilmiş məbləğin odənilməsi (geri qaytarılması) uzrə Azərbaycan Respublikasının Qanunvericiliyində muəyyən edilmiş müddətdə ödənilməlidir. Göründüyü kimi, xarici subpodratçıya (bu iş üzrə “X Services Ltd”) mənfəət vergisi baxımından ödəmələrlə bağlı hansısa bir mübahisəli vəziyyət yarandığı halda Protokol da düzünə olaraq Vergilər Nazirliyini Arbitraja müraciət etməyə yönləndirir. Lakin, apellyasiya instansiya məhkəməsi Sazişin göstərilən normalarının tələbləri baxımından araşdırma aparmamış və mövqeyini bildirməmişdir. Mübahisələndirilən inzibati aktın maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı şirkət əməliyyat şirkəti olaraq müvafiq sazişlərin podratçı tərəfləri tərəfindən yaradılmış və məqsədi gəlir götürmək deyildir. İddiaçılar yoxlanılan dövr ərzində əldə etdikləri gəlirləri və çəkdikləri xərcləri saziş tərəflərinə ötürürlər. Yoxlama zamanı hər hansı əlavə vergi məbləği hesablanmamış, iddiaçının podratçı tərəfə ötürdükləri xərcin m əbləği azaldılmış, nəticədə podratçı tərəfin mənfəət vergisi öhdəliyi artmış olur. Vergi orqanı SVY aktında qeyd etmişdir ki, şirkətlər xarici subpodratçıdan (X şirkəti) avadanlıqlar icarəyə götürmüşdür. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin avadanlıqlar xarici subpodratıçının özü tərəfindən X şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ticarət əlavəsi tətbiq edilməklə iddiaçı şirkətlərə təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 31% 162% arası dəyişmişdir. Vergi orqanı öz mövqeyini əsaslandırmaq üçün "Azərbaycan Respublikasında X və X Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında" Sazişin 14.4(a) (i) bəndinə və Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etmişdir. Sazi şin 14.4(a) (i) bəndinə görə: Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı islər və xidmətlər həyata keçirən xarici subpodratçılar (hazırkı halda X şirkəti) həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qovulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Vergi orqanı xarici subpodratçımn şirkətlərə göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində dəyişdiyini iddia edərək SVY aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək iddiaçıla r tərəfindən xarici subpodratçıya ödənilən xərcləri cəmi 25% mənfəət + VM-nin 14-cü maddəsində icazə verilən 30% hədd daxilində nəzərə almış, məbləğlərin qalan hissəsini faktiki ödənilməsinə və ödəmə mənbəyində həmin məbləğdən verginin tutulmasına baxmayaraq xərc kimi nəzərə almamışdır. Ali Məhkəmə Kollegiyası həmin Saziş müddəasının mahiyyəti ilə bağlı qeyd edir ki, vergi orqanı hər dəfə yoxlama zamanı xarici subpodratçının rentabelliyini, gəlir və xərclərini hesablamaq üçün Saziş əvvəlcədən müəyyən edir ki, bir xarici subpodratçı bu Saziş çərçivəsində 25% miqdarında vergi qoyulan mənfəət əldə edir. Yəni, hansısa dövrdə xarici subpodratçı 60% mənfəət əldə edə bilər, 10% də. Lakin, həmişə onun vergiyə cəlb olunmalı mənfəəti 25% olacaqdır. Apellyasiya instanisyası habelə nəzərə almamışdır ki, bu iş üzrə xarici subpodratçının təqdim etdiyi icarə xidməti dövlət tərəfindən tənzimlənən qiymətlərlə müəyyən olunmur. Belə olan surətdə, Sazişin 14.4.(a) (i) bəndinin sahibkarlıq subyektinin mənfəət götürülməsinə məhdudiyyət qoyulması kimi şərh edilməsi yolverilməzdir. Ali Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi bu mübahisə ilə tətbiq edilməli olan Saziş müddəasının Sazişin 14.2 (k) bəndi olmasını lazımi qaydada araşdırmamışdır. Həmin müddəaya əsasən təqvim ili ərzində Podratçı tərəfin vergi qoyulan mənfəətinin və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxılmalara karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və Sazişin 8.6-cı bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır). Sazişin bu müddəası xərclərə münasibətdə yalnız bir məhdudiyyət müəyyən edir ki, bu da çıxılmanın bir dəfədən artıq tanınmamasıdır. Apellyasiya instansiya məhkəməsi isə qeyd edilən müddəanın tələblərini nəzərə almamışdır. Həmçinin Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəfə ötürməli olduğu xərclərə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Bundan başqa, Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin ap ellyasiya instansiya məhkəməsində araşdırılmış hallarından görünür ki, səyyar vergi yoxlaması 20 oktyabr 2017-ci il tarixdə başlanılmış, 13 sentyabr 2018-ci il tarixdə başa çatdırılmış, 29 noyabr 2017-ci il tarixində, 12 yanvar 2018-ci il tarixində, 13 iyun 2018-ci il tarixində, 03 avqust 2018-ci il tarixində yoxlamanın müddəti 30 gün uzadılmış, 30 aprel 2018-ci il tarixində əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Sözügedən uzatmalar və əlavə yoxlama barədə məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsi araşdırma aparmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli““Fərmanı ilə ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.1-ci bəndinə əsasən reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilir. Həmin Əsasnamənin 1.5.-ci maddəsin əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. D igər tərəfdən 2 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göstərilənləri nəzərə alan Ali Məhkəmə Kollegiyası hesab edir ki, ape llyasiya instansiya məhkəməsi işə baxarkən İPM-in 12.1, 69.4-cü maddələrinin tələblərini pozmuş, araşdırmanı dolğun aparmamış və maddi hüquq normalarına düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul et diyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, İPM-in 92.0.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Apellyasiya instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarını araşdırmadan qərar qəbul etdiyindən Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı, 14 noyabr 2019-cu tarixli qərarının lə ğv edilməli və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “X ” Şirkətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı, 14 noyabr 2019-cu tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar