Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-598/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı QƏRARİ (Açar sözlər: qəbul imtahanında açıq suallara verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, yekun balların yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.04.2025 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı “qəbul imtahanının açıq suallara iddiaçı tərəfindən verilmiş cavabl arın tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, yekun balların yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2256/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün cavabdeh orqan X11 tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edərək imtahanda Rus dili fənni üzrə 28 və ədəbiyyat fənni üzrə 88 nömrəli test tapşırıqlarına verdiyi cavabların yenidə n qiymətləndirilməsini xahiş etmişdir.
2. Apellyasiya Komissiyası tərəfindən iddiaçının mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə araşdırılmış və cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixdə X9 təqdim edilmiş apellyasiya ərizəsində mübahisələndirilmiş açıq suallara (28 və 88 nömrəli) verilmiş cavabların yenidən qiymətləndirilməsi, yekun balların yenidən hesablanması və İddiaçı daxil olduğu ixtisas üzrə (Bakı Dövlət Universiteti, Pravovedenie; İİİ qrup, DT; Əyani) dövlət sifarişi əsasında oxumasına dair müvafiq əmrin verilməsi öhdəliyinin cavabdehlərin (səlahiyyətlərin ə müvafiq olaraq) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 160 saylı Klassik Gimnaziyanı bitirmiş, buraxılış imtahanında 258.40 bal, qəbul imtahanında isə 327.20 bal toplamışdır (cəmi 585.60 bal). Qəbul imtahanının nəticələri elan edildikdən sonra abituriyent rus dili və ədəbiyyat fənləri üzrə açıq suallara cavabların qiymətləndirilməsini mübahisələndirmişdir. Belə ki, Rus dili fənnindən 28-ci sual aşağıdakı kimi qoyulmuşdur: “... X4 səkkiz ildir ki, teatra getmirdi. Bəzən özü tamaşalara bilet alırdı, bəzən də biletlər ona hədiyyə edilirdi. Ancaq həmişə, dərhal və ya son anda, bu biletləri təhvil verib sakitləşirdi. Burada isə xilas olmaq mümkün deyildi: onun keçmiş teatrı Moskvaya qastrol səfərinə dəvət edilmişdi. Bu çox böyük hadisə idi. O, bilirdi: orada, teatrda artıq mükafatlar və titullara hazırlanırdılar, yeni kostyumlar tikilmişdi. Hər kəs fövqəladə dəyişikliklər gözləyir.... Keçmiş dostları onu Moskvada tapdılar və qəti şəkildə dedilər: əgər o, premyeraya gəlməsə, onu əbədi olaraq bağışlamayacaqlar. - Bizdə elə “Vestsaydskaya” var ki, siz burada heç yuxuda da görə bilməzsiniz. “Xilas olmaq mümkün deyil”, - Tatyana Nikolayevna düşündü. Bütün günü o, özündə deyildi. Karyerasının başladığı və bitdiyi teatra getmək, səhnədə nə olursa olsun, məhz bunu yaşamağa getmək, sonra lazımi sözlər söyləmək, tamaşadan sonra birlikdə dedi-qodu etmək və min “niyə”yə cavabını vermək... Tanya bütün bu deyilməyən sözləri əvvəlcədən bilirdi. Lakin iş heç onlarda da deyildi. O, həqiqətən də teatra getmək istəmirdi. Bu heyrətamiz “Vestsaydskaya” baxmaq istəmirdi”. Mətnə aid sualda da məhz qeyd olunmuşdur ki, “kontekstdən çıxış edərək qastrol sözünün mənasını yazın”. Göründüyü kimi, mətn/kontekst aktyorlar/teatr barəsindədir və sualda abituriyentdən kontekstdən çıxış edərək “qastrol” sözünün mənasının verilməsi tələb edilir. İddiaçı həmin suala aşağıdakı kimi cavab vermişdir: “Qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış deməkdir”. Həmin suala verilmiş cavab natamam kimi qiymətləndirilmiş və ümumi 9 bal üzərindən 4.5 bal verilmişdir. Apelyasiya şikayətindən sonra abituriyentlə telefon danışığında X7 nümayəndəsi bildirmişdir ki, abituriyent mütləq şəkildə çıxışların məhz aktyorların çıxışları olmasını qeyd etməli idi. Belə ki, “başqa şəhərdə/ölkədə prezident/deputatlar də çıxış edə bilər və bu, q astrol sayılmır”. Cavabın məhz kontekstdən çıxış edərək verilməli olması nəzərə alınarsa, bu yanaşma açıq-aşkar qərəzlidir. X11 tərəfindən cavablar açıqlandıqdan sonra düzgün cavabın izahı olaraq isə aşağıdakılar göstərilmişdir: “... hekayə - kiçik ölçülü, bir süjet xətti olan, qəhrəmanın qısa müddətdə həyatından bəhs edən epik janra aiddir. Şoloxovun “İnsanın taleyi” əsəri janr baxımından hekayədir. Az sayda personaj var və Andrey Sokolovun həyatından bəhs edir”. Göründüyü kimi, sualda iki faktın göstərilməsinin istənildiyinə uyğun olaraq, abituriyent izahda qeyd olunmuş faktları göstərmiş, lakin həmin cavab da natamam və qərəzli şəkildə qiymətləndirilmişdir. Halbuki bu, X7 özünün müəyyən etdiyi kriteriyalara ziddir. Eyni zamanda, qeyd olunmalıdır ki, bir mətn üç sualı əhatə etmiş və abi turiyent əsərin adını, müəllifini və baş qəhrəmanını 90-cı suala verilmiş cavabda ətraflı şəkildə göstərmişdir. Üç sualın üçünə də verilmiş cavabları iddia ərizəsinə əlavə edilmiş cavab kartından görmək olar. Apellyasiya ərizəsi X9 yazılı qaydada təqdim edilmiş və abituriyentə ərizəsinin qəbul olunduğu, bağlantı barədə ona məlumat veriləcəyi bildirilmişdir. Buna baxmayaraq, X11 abituriyentə qəfil edilmiş zənglə kifayətlənmiş və abituriyentin yazılı cavabın verilməsi barədə müraciətinə isə ümumiyyətlə münasibət bildirilməmişdir. X11 tərəfindən edilmiş zəng zamanı, verilmiş cavabların doğru olmadığı, hansı əsaslarla qiymətləndirildiyi sübut edilə bilməmiş, bir neçə dəfə səs eşitmə sistemi söndürülərək məsləhətləşmələrin aparıldığı müşahidə edilmişdir. Apellyasiya nəticəsi ilə bağlı yazılı mə lumatın verilməsi üçün xx.xx.2023-cü il tarixdə X9 rəsmi elektron məktub ünvanlansa da, heç bir cavab verilməmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixdə abituriyentə məlum olmuşdur ki, o, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Halbuki, qeyd olunan suallara verilmiş cavablar düzgün və ədalətli qiymətləndirilsə idi, həmin fakültəyə dövlət sifarişi əsasında daxil ola bilərdi. (keçid balı - 588.60). Aydındır ki, etalon cavablar ekspertlər tərəfindən hazırlanmalı, bu etalonlar tapşırığa verilə biləcək tam və qismən düzgün cavabları, qiymətləndirmə meyarlarını ehtiva etməli, markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən meyarlar əsasında qiymətləndirməlidir. Ən azı cavabları qərəzsiz kompyuter yoxlayanda nəticələr daha az şübhə və narazılıq doğurardı.
5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2331/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2256/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etm işdir ki, iddiaçının mübahisələndirdiyi test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodikı qüsur aşkar edilməmiş, beləliklə ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Qeyd olunduğu kimi, mübahisələndirilən imtahan sualları üzrə qiymətləndirilmə meyarları, iddiaçının həm in suallara verdiyi cavablar, o cümlədən həmin suallar üzrə iddiaçı ilə eyni və daha artıq bal toplamış abituriyentlərin yazı işləri məhkəməyə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən mütəxəssislər - Azərbaycan Respublikasının X7 mütəxəssisləri X8, X6, X12, Bakı Slavyan Universitetinin Slavyan dilləri və tərcümə kafedrasının dosenti X1 və Bakı Dövlət Universitetinin Rus dili kafedrasının müdiri X10 iddiaçının mübahisələndirdiyi test tapşırıqlarının cavablarının cavabdeh tərəfindən düzgün qiymətləndirildiyini təsdiq etmişlər.
9. İddiaçı həmin qərarddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İstər birinci instansiya məhkəməsi, istərsə də Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar qanuna və sübutlara əsaslanma prinsiplərinə uyğun verilməmişdir. Aylarla davam edən məhkəmə prosesləri zamanı təqdim edilmiş sübutların “araşdırılması”na baxmayaraq heç bir hüquqi qiymət verilməməsi və nəticədə yazılmış qərarda əsaslandırma kimi imtahan cavablarının qiymətləndirilməsinin imtahan keçirən qurumun (cavabdehin) müstəsna səlahiyyəti kimi qələmə verilməsi heç bir hüquq və ədalət prinsiplərinə sığa bilməz.
11. Apellyasiya instansiya məhkəməsində proseslər zamanı heç bir sübut müayinə edilməmiş, verilmiş rəylərə və arayışlara əhəmiyyət verilmə mişdir. İstər iddiaçı tərəfindən işə əlavə edilmiş arayışlara, rəylərə, istərsə də məhkəmə prosesi zamanı təqdim olunan dərslikdən çıxarışa, həmçinin mütəxəssis tərəfindən lüğətlərdən çıxarış edilərək məhkəməyə təqdim edilmiş sübutlar müayinə edilməmiş, hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışına dəvət edilmiş ekspertlər (cavabdehlə müqavilə əsasında çalışan Bakı Slavyan Universitetinin nümayəndəsi və Bakı Dövlət Universitetinin nümayəndəsi) iş materialları ilə tanış olmadan prosesdə iştirak etmiş və işin hallarını yalnız cavabdeh tərəfin verdiyi izahatdan öyrənmiş, işlə bağlı natamam fikirlər səsləndirmişlər. Nəticədə obyektiv rəy verə bilməmiş və natamam fikirlər səsləndirmişlər.
12. Apellyasiya instansiya məhkəməsi öz yekun məhkəmə aktını yalnız ca vabdeh tərəfinin verdiyi qanunsuz “mütəxəssis rəyi” ilə və apellyasiay instansiya məhkəməsində baxış zamanı verilmiş qərəzli və qeyriobyektiv “mütəxəssis” rəyləri ilə əsaslandırıb. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi yekun məhkəmə aktında apellyasiya şikayətində göstərilmiş dəlillərə münasibət bildirməmişdir. Eyni zamanda, məhkəmə prosesinə Bakı Dövlət Universitetindən dəvət olunmuş mütəxəssis aidiyəti lüğətlərdən hazırladığı çıxarışı məhkəməyə təqdim edərək, Rus dili fənnindən 28-ci suala iddiaçı tərəfindən verilmiş cavabın tam doğru olduğunu dəfələrlə dilə gətirsə də, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmiş və yazılmış qərarda bu fakt təhrif edilərək, mütəxəssisin suala verilmiş cavabı səhv adlandırılması qeyd edilmişdir.
13. Apellyasiya İnstansiyası Məhkəməsi qərar qəb ul edərkən 28-ci suala verilmiş cavabla əlaqədar təqdim edilmiş sübutların - Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universitetinin Rus dili kafedrası, Rusiya Federasiyasının aparıcı Ali Təhsil Müəssisələri tərəfindən verilmiş rəylər - heç birinə qiymət verməmişdir. Bununla yanaşı, məhkəmə prosesinə Bakı Dövlət Universitetindən dəvət olunmuş mütəxəssis aidiyyəti lüğətlərdən hazırladığı çıxarışı məhkəməyə təqdim edərək, Rus dili fənnindən 28-ci suala iddiaçı tərəfindən verilmiş cavabın tam doğru olduğunu dəfələrlə dilə gətirsə də, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmiş və yazılmış qərarda bu fakt təhrif edilərək, mütəxəssis tərəfindən suala verilmiş cavabın səhv adlandırılması qeyd edilmişdir.
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddi açı kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir. 1.2. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil i başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. 1.3. Ali və orta ixtisas təhsil pilləsi, habelə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələ bə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X11 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 1.8. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları – bakalavr (əsas (baza ali) tibb təhsilinin) hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür (1 nömrəli əlavə). 3.1. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. 3.2. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlə t dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. 3.4. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisn a olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər. 3.5. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya r us dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər. 3.8. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələ rinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. İ-İV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir: 3.8.3. İİİ ixtisas qrupu: 3.8.3.1. dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1); 3.8.3.2. tarix-coğrafiya (TC) altqru puna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi əmsal:1). 3.10. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. 4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır. 4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. 6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abitu riyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiy a şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-2256/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir, “iddiaçının mübahisələndirdiyi test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodikı qüsur aşkar edilməmiş, beləliklə ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqlar ı da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Qeyd olunduğu kimi, mübahisələndirilən imtahan sualları üzrə qiymətləndirilmə meyarları, iddiaçının həmin suallara verdiyi cavablar, o cümlədən həmin suallar üzrə iddiaçı ilə eyni və daha artıq bal toplamış abituriyentlərin yazı işləri məhkəməyə təqdim edilmişdir.”
20. Daha sonra apellyasiya məhkəməsinin qərarında yazılmışdır ki, “Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən mütəxəssislər - Azərbaycan Respublikasının X7 mütəxəssisləri X8, X6, X12, Bakı Slavyan Universitetinin Slavyan dilləri və tərcümə kafedrasının dosenti X1 və Bakı Dövlət Universitetinin Rus dili kafedrasının müdiri X10 iddiaçının mübahisələndirdiyi test tapşırıqlarının cavablarının cavabdeh tərəfindən düzgün qiymətləndirildiyini təsdiq etmişlə r.”
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla, qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi sözügedən inzibati mübahisəyə baxarkən düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları»nın 1.1., 1.2., 1.3., 1.6., 1.8., 3.1., 3.2., 3.4., 3.5., 3.8., 3.10., 4.1., 4.2., 6.1., 6.2., 6.3-cü bəndlərini tətbiq etmişdir.
22. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı İİİ ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün cavabdeh orqan X11 tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edərək imtahanda Rus dili fənni üzrə 28 və ədəbiyyat fənni üzrə 88 nömrəli test tapşırıqlarına verdiyi cavabların yenidən qiymətləndirilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmış və cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
23. Həmçinin mübahisələndirilən imtahan sualları üzrə qiymətləndirilmə meyarları, iddiaçının həmin suallara verdiyi cavablar, o cümlədən həmin suallar üzrə iddiaçı ilə eyni və daha artıq bal toplamış abituriyentlərin yazı işləri əlavə edilməklə müvafiq sahə üzrə mütəxəssislər tərəfindən verilmiş rəy apellyasiya məhkəməsinə təqdim edilmiş və orada qeyd olunmuşdur ki, “28 nömrəli yazı işində mətndə tünd qara hərflə verilmiş «Qastrol» sözünün məna sını mətnin kontekstinə uyğun olaraq açmaq lazım idi. Eyni zamanda abituriyentin bu sözün birbaşa mənasını açması və mətnlə əlaqələndirməsi nəzərdə tutulur. Abituriyent «Qastrol» - başqa şəhərdə və ya başqa ölkədə çıxış» yazmışdır. Amma qastrol sadəcə çıxış deyil, müğənninin, artistin, teatr və ya sirk truppasının tamaşa və ya konsert vermək məqsədi ilə başqa şəhər və ya ölkələrə səfəridir. Abituriyent sözün mənasını tam izah vetməmişdir. Belə ki, hər kəs qastrol səfərinə getmir, qastrol səfərinə yalnız sənət nümayəndələri ədəbi-bədii və ya şou proqramlar təqdim etmək üçün gedirlər. «Qastrol» sözünün izahı tam yazılmadığı üçün yazı işi qiymətləndirmə meyarının «B» bəndinə uyğun olaraq 1/2 qiymətləndirilmişdir. - 88 nömrəli yazı işinin şərtinə əsasən abituriyent verilmiş parçanın janrını gö stərməli və ən azı iki faktdan istifadə edərək fikrini əsaslandırmalı idi. Abituriyent fikirlərini verilmiş parçanın aid olduğu janrın fərqləndirici xüsusiyyətlərini yazmaqla əsaslandıra bilərdi. Abituriyent fərqləndirici əlamətlər kimi «1. Epos janrı (nəsrlə yazılmış)» - bu cavab yanlışdır, çünki hekayə janrının sübut edəcək arqument deyil və nəzərə alsaq ki, «epos» sözü ilə həm ədəbiyyatın növünü, həm də ədəbiyyatın janrını adlandırmaq olar deyə, cavab ikili məna verir.
2. «Kiçik həcmli» cavabı hekayə janrının xüsusiyyəti olduğu üçün doğrudur. - Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərsliyinin 2022-ci il nəşrinin 102-ci səhifəsində hekayənin xarakterik cəhətləri göstərilmişdir: - kiçik həcm; - çox vaxt qəhrəmanın həyatından bir hadisə təsvir olunur; - hadisələr qısa müddətdə baş verir; - az sayda obraz; - qəhrəmanın xarakteri onun hərəkət və hərəkətləri, digər personajlarla münasibətləri vasitəsilə açılır; - müəyyən bir mövzuya əsaslanır; - bir əsas məsələniproblemi həll edir; - rəvayətçi təsvir olunanla oxucu arasında vasitəçidir. Beləliklə, tapşırığın şərtlərinin tələb etdiyi, bu parçanın hekayə olduğunu sübut edən ikinci fakt yoxdur. Qiymətləndirmə meyarının «B» bəndinə uyğun olaraq 2/3 bal toplayıb.”
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, iddianın mahiyyətinə görə hazırkı inzibati mübahisə üzrə işə mütəxəssisin çıxış edərək rəy verməsi xüsusi əhəmiyyət kəsb edir.
25. Məlum olduğu kimi, Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
26. Azərbaycan Respublikası MPM-in 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
27. Həmin Məcəllənin 64.2-ci maddəsinə görə, mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
28. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı Dövlət Universitetinə (İİ cild, iş səhifəsi 16), Bakı Slavyan Universitetinə və X3 Nəsimi adına Dilçilik İnstitutuna (İİ cild, iş səh 17) mütəxəssisin məhkəmə iclasında təmin edilməsi məqsədi ilə sorğular göndərilmişdir.
29. İşin İİ cildinin 25-29-cu səhifələrində olan apellyasiya məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli şifahi məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında 5 mütəxəssis (3 nəfər cavabdehin mütəxəssisləri və 2 nəfər müvafiq olaraq Bakı Slavyan Universitetinin və Bakı Dövlət Universitetinin mütəxəssisləri) iştirak edərək hazırkı inzibati mübahisənin mahiyyətinə dair rəy vermişlər.
30. Həmin mütəxəssislərin məhkəmə iclasında vermiş olduqları izahlı rəylərə görə, burada bir daha xatırlatmaq lazımdır ki, mütəxəssis zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsdir (MPM-in 64.1-ci maddəsi) iddiaçının mübahisələndirdiyi test tapşırıqlarının cavablarının cavabdeh tərəfindən düzgün qiymətləndirilməsi təsdiq edilmişdir ki, apellyasiya məhkəməsi də düzgün olaraq mütəxəssislərin sözügedən izahlı rəyləri nəzərə alıb iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)2256/2024 nömrəli qərarı dəyişdirilməd