Məhkəmə qərarları › İş №2-1(102)-599/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-599/2023

02.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-599/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əqli Mü lkiyyət Agentliyi) “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2133/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli, FA-22 nömrəli əmri ilə yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiya “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə, hüquqi ünvanı AZ 1029, ünvan 1anı AZ 1142, Bakı şəhəri, Xətai rayonu, X8, ev 9, mənzil 161 olan İddiaçı MMC barəsində qaldırılmış xx.xx.2021-ci il tarixli, FA-22 nömrəli işə baxaraq qərara almışdır: 1) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 9, mənzil 161 olan "NPG Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə edilməklə və alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində "ENERGY” sözü yazılmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verilməklə "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması hallarını xx.xx.2021-ci il tarixi nə kimi aradan qaldırması və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi haqqında göstəriş verilsin. 2.) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 9, mənzil 161 olan "NPG Azerbaijan” MMC-yə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən “Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi 141.230,07 manat (bir yüz qırx bir min iki yüz otuz manat ye ddi qəpik) gəlirin bir misli həcmində, yəni 141.230,07 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. 3) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 9, mənzil 161 olan İddiaçı MMC-yə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat (üç yüz yetmi ş beş min beş manat otuz doqquz qəpik) gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat (yeddi min beş yüz manat on bir qəpik) məbləğində maliyyə sanksiyası tətbiq edilsin. 4) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2021- ci il tarixli, FA-22 nömrəli işin hüquqi ünvanı AZ1029, ünvan 5li Cəmiyyəti (VÖEN: **********) üzrə hissəsinin icraatına xitam verilsin. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv olun masını xahiş etmişdir.

3. İddia ərizəsinin əsaslarına görə aşağıdakı səbəblərdən cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməlidir. "Haqsız rəqabət haqqında” Qanununun 4-cü maddəsinin 4-cü abzasının tələbini pozduğuna görə, həmin Qanunun 12ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsinin tələbinə əsasən "Veysəloğlu” MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası ilə bağlı qeyd edilməlidir ki, "NPG Azerbaijan” MMC tərəfindən istinad olunan Qanunun göstərilən maddələrinin tələbləri pozulmamışdır. Belə ki, "xxxx" MMC ilə "NPG Azerbaijan” MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinə əsasən, "NPG Azerbaijan” MMC-yə məxsus mallar "Veysəloğlu” MMC -yə satılır və "xxxx" MMC distributorluq hüququ əsasında həmin malların yeganə satıcısıdır (təchizatçısıdır). Həmin müqavilənin 3.4-cü bəndinin tələblərinə görə, həmin bənddə göstərilən məlumatlar (istehsalçının adı, VÖEN-i, ünvanı, malların istehsal tarixi, malın tərkibi və s.) "Veysəloğlu” MMC-yə satılacaq malların üzərində olmalıdır. Eyni zamanda, həmin bəndin son cümləsinin tələbinə görə isə, malların üzərində "Qanunvericiliklə nəzərdə tutulan digər məlumatlar” da olmalıdır. Həm bu bəndin tələbini, həm də "Veysəloğlu” MMC-nin tələbini nəzərə alaraq, "xxxx" MMC-yə satılmış məhsulların üzərinə həmin müəssisənin adı distributor kimi qeyd edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsin in 9.1-ci bəndinin tələbinə görə, müqavilə xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olacaqdır. Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 15 gün qalana (xx.xx.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət etməzsə, müqavilə hər dəfə 1 il müddətinə uzadılmış hesab edilir. "Veysəloğlu” MMC tərəfindən müqavilənin 9.1-ci bəndinin tələbinə uyğun olaraq müqavilənin müddətinin bitməsinə 15 gün qalana (xx.xx.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət edilmədiyindən, müqavilə həmin şərtə uyğun olaraq xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır. Qeyd olunan müqavilə xx.xx.2021-ci il tarixinə qədər uzadıldığı üçün "xxxx" MMC müqavilənin ləğv edilməsini yalnız həmin müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq tələb edə bi lər. Həmin bəndin tələbinə görə, tərəflərdən biri müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, digər tərəf 10 gün əvvəlcədən məlumat verməklə müqaviləyə xitam verə bilər. Eləcə də, hər hansı səbəb göstərməməklə 60 gün qabaqcadan məlumat verməklə istənilən tərəf müqaviləyə xitam verə bilər. Lakin, hazırki iş üzrə "xxxx" MMC tərəfindən müqavilənin 9.2ci bəndinin tələbinə uyğun olaraq müqaviləyə xitam verilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. "xxxx" MMC mübahisələndirilən qərarın qəbul edildiyi iclasda bildirmişdir ki, guya elektron poçt (email) vasitəsi ilə müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə edilmiş müraciətdə müqaviləyə xitam verilməsi ilə bağ lı heç bir şərt qeyd edilməmişdir və üstəlik 9.2-ci bəndin tələbinə riayət olunmamışdır, yəni hansı əsasla və hansı tarixdən müqaviləyə xitam veriləcəyi qeyd edilməmişdir. Həmin müraciətdə yalnız pərakəndə satış sahəsində əməkdaşlığın dayandırılması, lakin topdansatış sahəsində əməkdaşlığın istisna edilmədiyi və ətraflı müzakirə olunacağı qeyd edilmişdir. Eyni zamanda, həmin müraciətdə "xxxx" MMC-nin adının çıxarılması və satışın dayandırılması ilə bağlı hər-hansı tələb irəli sürülməmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinin qüvvədə olmasını təsdiqləyən digər bir hal isə ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı olan və mailto:Yasm.Ekberov@veyseloglu.azElektron ünvan adlı korporativ elekt ron poçtdan istifadə edən Yasin Ələkbərov tərəfindən yeni elektron poçt ünvanı göndərilmiş və həmin poçtda yuxarıda qeyd olunan müqaviləyə xitam verilməsi ilə bağlı Razılaşma təqdim edilmişdir. Lakin, həmin Razılaşmanın tarixi xx.xx.2021-ci il tarixi göstərilmişdir. Razılaşmanın tarixi geri tarixə yazıldığı üçün cəmiyyət tərəfindən təsdiqlənməmişdir və qarşı tərəfə bu barədə mövqe bildirilmişdir. Əgər tərəflər arasında müqavilə "xxxx" MMC-nin bildirdiyi kimi, xx.xx.2021-ci il tarixli elektron poçt müraciəti ilə ləğv edilmişdirsə, o zaman yenidən xitam barəsində Razılaşma göndərməyə hansı zərurət yaranmışdı? Zərurət ondan ibarət idi ki, "xxxx" MMC maliyyə sanksiyasına məruz qalmamaq üçün mübahisə predmeti qəbul olunan iclasda belə bir əsassız və həqiqəti əks etdirməyən izahat vermişdir. Döv lət Xidməti isə cəmiyyət tərəfindən təqdim edilmiş sənədlər və məlumatlarla əlaqədar düzgün araşdırma aparmadığından həmin sənədlərə və məlumatlara yanlış qiymət vermişdir. Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarının “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin 2-ci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 3cü abzasının tələbinə əsasən qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsi ilə bağlı qeyd edilməlidir ki, qərar bu hissədə də əsassız və qanunsuzdur. Belə ki, Dövlət Xidməti 375005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsini Cəmiyyət tərəfindən məhsulların üzərində “Energy” sözündən istifadə edilməsi və “Haqsız rəqabət haqqında” Qanunun 9cu maddəsinin 2-ci bazasının tələblərinin pozulması ilə əsaslandırmışdır. Yəni cəmiyyət tərəfindən guya əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi ilə. Dövlət Xidmətinin bu mövqeyi ilə razılaşmayaraq, qeyd olunur ki, məhsulların üzərində “Energy” sözü energetik içki təəssüratı yaratmaq üçün qeyd edilməmişdir. Həmin söz satışa çıxarıla n və cəmiyyətə məxsus məhsulun qanuni əsaslarla qeydiyyatdan keçirilmiş əmtəə nişanın adının tərkib hissəsidir. Belə ki, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 16 nömrəli Protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” Qərarı ilə “Pit Bull energy” əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı ilə bağlı müraciət xx.xx.2020-ci il tarixdə edilmişdir. Həmin əmtəə nişanın tərcümə edilmiş mənası “Pit bulun enerji” deməkdir. Bu isə istehlakçıda hər hansı yanılma və çaşma halına səbəb ola bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, həmin məhsulun üzərində məhsulun istehsalı və tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmin məhsulun tərkibi ilə bağlı məlumatlardan müəyyən edilir ki, hazırki alkoqolsuz,qa zlı, vitaminli içki enerji içkisi deyil. Belə ki, X3 tərəfindən təsdiqlənmiş "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın 1.4-cü bəndində göstərilən qaydalar cəmiyyət tərəfindən pozulmamış və məhsulun tərkibi həmin qaydalara uyğun müəyyən edilmişdir. Misal üçün qeyd etmək olar ki, məhsulun tərkibində kofein 15mg/100mg əmsalından azdır. Lakin, məhsulun üzərində istehlakçı üçün bütün zəruri məlumatların yazılmasını diqqətə almadan, yalnız "Energy” sözünün istifadə edilməsini əsas götürmək əsassız və qanunsuzdur. "Energy” sözü əmtəə nişanı olaraq qeydə alınmış və cəmiyyətə məxsus olan əmtəə nişanının adının tərkib hissəsidir və məhsulun üzərində "Pit bull Vitamin C + Energy” ifadəsinin yazılması əmtəə nişanın adı ilə bərabər reseptinin də qeyd edilməsi mənasını veri r. Əmtəə nişanı olaraq digər bir əmtəə də qeydiyyatdan keçmişdir. AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli Protokolu ilə təsdiq edilmiş "Əmtəə nişanının qeydiyyata alınması haqqında” Qərarı ilə "X10 The Energy” əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı ilə bağlı müraciət xx.xx.2020-ci il tarixdə edilmişdir. Qanuni əsaslarla əmtəə nişanın qeydiyyatdan keçirilməsinə və həmin adın istifadə edilməsinə cəmiyyətə müstəsna hüquq verməsinə baxmayaraq Dövlət Xidməti bunu nəzərə almamış və yuxarıda qeyd olunan qanunsuz qərarı qəbul etmişdir. Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” Qərarının 1-ci hissəsi ilə bağ lı qeyd edilməlidir ki, qərar həmin hissədə də əsassız və qanunsuzdur. Belə ki, cəmiyyət tərəfindən hər hansı pozuntu hallarına yol verilmədiyi üçün həmin “pozuntu hallarının” aradan qaldırılması zərurəti də yaranmamışdır. Lakin, "xxxx" MMC tərəfindən cəmiyyətə qarşı nümayiş etdirilən haqsız və etibarsız mövqe nəzərə alınaraq, növbəti istehsal olunacaq məhsullarda artıq "xxxx" MMCnin distributor kimi adının qeyd edilməsi istisna ediləcəkdir.

4. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-2180/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, qanunda əksini tapan şərtlərə uyğun gəlir. Həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur.

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2133/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-2180/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilmiş, cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərar ləğv edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, müqaviləyə xitam verilməsinin, bununla bağlı bildirişin iddiaçıya daxil olduğu xx.xx.2021-ci il tarixindən 60 gün sonra mümkün olduğu nəzərə alındıqda, tərəflər arasında 2021-ci ilin yanvar ayından avqust ayına kimi müqavilə münasibətləri mövcud olduğu halda, cavabdeh orqan tərəfindən iddiaçıya "xxxx" MMC-nin adından qanunsuz istifadə etdiyinə görə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyət Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, 1428 nömrəli çıxarışından görünür ki, “Pit Bull energy” Əmtəə nişanında 32-ci sinif: pivə; mineral və qazlı sular və digər alkoqolsuz içkilər; meyvəli içkilər və meyvə şirələri; siroplar və içkilərin hazırlanması üçün digər tərkiblərdən ibarətdir. Əmtəə nişanında “Pit Bull energy” söz birləşməsi elementlərinə ayrı-ayrılıqda müstəqil hüquqi mühafizə verilmədən bütövlüklə qorunur. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunur ki, "PİT BULL VİTAMİN C+ENERGY” ifadəsi "Pit Bull energy” əmtəə nişanın adının tərkib hissəsidir. Bundan başqa, qablaşdırma nın üzərində məhsulun tərkibi ilə bağlı istehlakçı üçün bütün vacib məlumatlar göstərilmişdir. Lakin, cavabdeh orqan qərarında məhsulun üzərində istehlakçı üçün bütün zəruri məlumatların yazılmasını diqqətə almadan, yalnız "Energy” sözünün istifadə edilməsini əsas götürməklə düzgün olmayan nəticəyə gəlmiş və nəticədə iddiaçıya qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat maliyyə sanksiyası tətbiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılma sının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərar ləğv edilməlidir.

9. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, sözügedən məhsulun qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C + ENERGY” və “Distributor: "xxxx" MMC, Azərbaycan, Bakı şəh., Nizami ray., Keşlə qəs., 2- ci Eninə

2. AZ 1029. Tel: (+99412) 5143030. Faks: (+99412) 5143636. e-mail: info@veysəloglu.az.” sözləri yazılmış (250 ml) “PİT BULL” adlı alkoqolsuz içkilər 23 iyun 2020-ci il -12 yanvar 2021-ci il dövrü ərzində "xxxx" MMC-yə satılmış, 18 yanvar 2021-ci il -26 iyul 2021-ci il dövrü ərzində “Veysəloğlu" MMC-yə deyil, d igər rəqib bazar subyektlərinə satılmış və bundan İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 141230,07 manat gəliri olmuşdur. Yəni, "xxxx" MMC-nin adından 18 yanvar 2021-ci il - 26 iyul 2021-ci il dövrü ərzində qanunsuz istifadə edilmişdir.

11. Bununla əlaqədar olaraq, "xxxx" MMC-nin Dövlət Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, xx-xx/2021 nömrəli məktubunda sözügedən məhsulların İddiaçı MMC-dən satın alınaraq ticari dövriyyənin digər subyektlərinə satışını həyata keçirərək ikinci satıcı rolu oynadığını, 2021-ci ilin yanvar ayından sonra “PİT BULL” içkisinin İddiaçı MMC ilə alqı-satqısını sübut edən hər hansı qaimə və s. olmadığını, İddiaçı MMC-nin bu əməli ilə “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin, həmçinin Mülki Məcəllənin tələblərini pozaraq "xxxx" MMC-ni bilərə kdən yalandan distributor kimi göstərdiyi bildirilmişdir.

12. Məhkəmə qərarında xx.xx.2020-ci il tarixli, 77AZ nömrəli alqı-satqı müqaviləsinə istinad edilərək İddiaçı MMC tərəfindən “Veysəloğlu" MMC-yə satılacaq malların üzərində “Distributor: "xxxx" MMC, Azərbaycan, Bakı şəh., Nizami ray., Keşlə qəs., 2 -ci Eninə

2. AZ 1029. Tel: (+99412) 5143030. Faks: (+99412) 5143636. e-mail: info@veysəloglu.az.” məlumatlarının olmasını mütləq hesab etsə də, sözügedən məhsulun "xxxx" MMC-yə deyil, digər rəqib bazar subyektlərinə satıldığını nəzərə almamışdır.

13. Bunun təsdiqi olaraq, Dövlət Xidməti tərəfindən məhkəmə baxışı zamanı İddiaçı MMC ilə "xxxx" MMC, "xxxx" MMC, fiziki şəxs X5 arasında olan xx.xx.2021-ci il tarixli, 274178 nömrəli, xx.xx.2021-ci il tarixli 158538 nömrəli, xx.xx.2021-ci il tar ixli, 158680 nömrəli qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir.

14. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi hər hansı hüquqi qüvvəsi olmadığı halda, xx.xx.2020-ci il tarixli, 77AZ nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olması faktını qərarında dəfələrlə vurğulasa da, həmin müqavilənin yalnız İddiaçı MMC ilə "xxxx" MMC arasındakı alqı-satqı münasibətlərini tənzimlənməsini nəzərə almamışdır. Belə ki, müqaviləyə əsasən, "xxxx" MMC-nin "xxxx" MMC, "xxxx" MMC, fiziki şəxs X4 məhsulların satılması zamanı MMC-nin adından istifadəyə dair hər hansı səlahiyyətin verilməsi müəyyən edilməmişdir.

15. Qeyd edilənlərə əsasən, İddiaçı MMC “PİT BULL VİTAMİN C + ENERGY'’ məhsulunun üzərində "xxxx" MMC-nin adını qanunsuz olaraq qeyd etməklə digər bazar subyektlərinə satışını həyata keçirmiş (satışa dair qaimə-fakturalar əlavə olunur) və bununla da, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, Dövlət Xidməti tərəfindən həmin Qanunun 12-ci maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi 141.230,07 manat gəlirin bir misli həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi isə etiket göstəricisində istehlakçılara lazım olan bütün məlumatların olması və “ENERGY” sözünün istehlakçıları çaşdıran ciddi pozuntu olmaması səbəbindən Dövlət Xidmətinin Qərarını ləğv etmişdir. 17. “PİT BULL” adlı məhsulların üzərində həmin içkinin energetik içki olmasına dair hər hansı qeyd yoxdur. Məhz, həmin məhsulların üzərində belə bir qeydin olmaması və etiket göstəricisin də “ENERGY” sözünün olması istehlakçıların çaşdırılmasına səbəb olur.

18. Kassasiya şikayətinin maddi hüquqi əsası kimi “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 21. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

4. Rəqibin təsərrüfat fəaliyyə tinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Maddə

9. İstehlakçıların çaşdırılması Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol veril mir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;...... əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Maddə

12. Maliyyə sanksiyaları

1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gə lirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları;....

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: 1.1-ci bəndinə görə, Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Anti inhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. 2.1-ci bəndinə görə, Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır.2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. 2.3-cü bəndinə görə, Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfind ən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə, Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən, Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən, Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən, Komissiyanın qərarına əsasən "Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir.

23. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin halların ın araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfin dən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən-cavabdehin qərarının iddiaçıya "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi 141.230,07 manat gəlirin bir misli həcmində, yəni 141.230,07 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğvinə dair apellyasiya məhkəməsinin qərarının ləğvinin tələb edildiyi hissədə əsassız, qalan hissədə-qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından, bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla, əldə etdiyi 375.005,39 manat gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğvinə dair apellyasiya məhkəməsinin qərarının ləğvinin tələb edildiyi hissədə isə əsaslıdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı kassasiyanın əsaslı olduğu hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd edilməli, qalan hissədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğvinə nail olmaqdan ibarətdir. Belə ki, ca vabdehin qeyd edilən qərarına əsasən iddiaçıya: a) həm “Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi 141.230,07 manat gəlirin bir misli həcmində, yəni 141.230,07 manat məbləğində maliyyə sanksiyası; b) həm də qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla, əldə etdiyi 375.005,39 manat gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi və cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının iddiaçıya “Veysəloğlu" MMC-nin adından qanunsuz ist ifadə etməklə əldə etdiyi 141.230,07 manat gəlirin bir misli həcmində, yəni 141.230,07 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hissədə mübahisə üzrə zəruri olan həcmdə, eləcə də "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarın əsaslandırmasına uyğun kassasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının “Veysəloğlu" MMC-nin adından istifadə etməsi, eləcə də ona “Veysəloğlu" MMC-nin adından istifadə etməklə əl də etdiyi 141.230,07 manat gəlirin bir misli həcmində, yəni 141.230,07 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələlər apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası həmin hissəyə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, 30 aprel 2020-ci il tarixdə İddiaçı MMC (direktor X6) (“Satıcı”) ilə "xxxx" MMC (“Alıcı”) ar asında bağlanılmış alqı-satqı müqaviləsinin 9.1-ci bəndində müqavilənin qüvvədə olma müddəti müqavilənin bağlandığı tarixdən xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Müqavilənin şərtlərinə əsasən, Tərəflərdən hər hansı birinin müqavilənin müddətinin bitməsinə ən geci 15 (on beş) gün qalana kimi müqaviləni ləğv etmək barədə müraciət etmədiyi təqdirdə, müqavilə hər dəfə 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

35. İstinad olunan müqaviləsinin 9.2-ci bəndinə əsasən isə, tərəflərdən biri digər tərəfə 60 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verə bilər. Həmçinin həmin bəndin tələbinə görə, tərəflərdən biri müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf 10 gün əvvəlcədən məlumat verməklə müqaviləyə xitam verə bilər. 36. "xxxx" MMC tərəfindən İd diaçı MMC-yə (direktor Ayaz Aşırov) ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, şirkət rəhbərliyinin qərarı ilə 2021-ci ilin yanvar ayından etibarən məhsulların pərakəndə satışı sahəsində onlarla əməkdaşlığı dayandırmaq məcburiyyətindədirlər. Məktubda eyni zamanda topdansatış kanalı və ya şəbəkə vasitəsi ilə satışın davam etdirilməsinin mümkünlüyü, bu seçimin daha da ətraflı müzakirə olunacağı qeyd edilmişdir. Eləcə də qarşılıqlı öhdəliklərin müsbət cəhətdən həll ediləcəyinə ümid etdiklərini, xüsusən də yüz (bir yüz) min ədəd məhsul sataraq, 2020-ci ildə marketinq fəaliyyətinə görə borclarının ödənilməsi məsələsini həll etdiklərini və 2020ci ilin yekunlarına görə heç bir borclarının olmadığını bildirmişlər. Bundan əlavə, soyuducu və digər avadanlıqlarının köçürülməsi məsələsini də qısa müddət ərzində həll edəcəkləri məktubda qeyd olunmuşdur. 37. "xxxx" MMC müqavilənin xx.xx.2021-ci il tarixdən ləğv olunduğunu və buna əsas kimi elektron poçt (email) vasitəsi ilə müqaviləyə xitam verilməsi barədə İddiaçı MMC-yə müraciətinin olduğunu iddia etməsinə rəğmən, yuxarıda istinad edilən məktubdan göründüyü kimi, "xxxx" MMC tərəfindən müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq müqaviləyə xitam verilməsi ilə bağlı heç bir konkret niyyət bildirilməmişdir. 38. "xxxx" MMC tərəfindən yalnız xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsilə qeyd olunan müqaviləyə xitam verilməsi barədə Razılaşma təqdim edilmiş və həmin Razılaşmanın mətnində tərtib tarixi olaraq xx.xx.2021-ci il göstərilmişdir.

39. Bununla bağlı qeyd etmək lazımdır ki, Razılaşmanın iddiaçı tərə findən təsdiq edildiyi və buna dair hər hansı mövqe bildirdiyi iş üzrə materiallardan müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, Tərəflər arasında müqavilə, "xxxx" MMC-nin iddia etdiyi kimi xx.xx.2021-ci il tarixli elektron poçt müraciəti ilə ləğv edilmiş olsaydı, ləğv edilmiş müqavilə barəsində xx.xx.2021-ci il tarixdə yenidən müqaviləyə xitam verilməsinə dair məktub və Razılaşma ilə təkrar iddiaçıya müraciət olunmazdı.

40. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, müqaviləyə, ona xitam verilməsi barədə bildirişin iddiaçıya daxil olduğu vaxtdan 60 gün sonra xitam verilə bilər. Bu baxımdan, müqaviləyə xitam verilməsi ilə bağlı bildirişin iddiaçının ünvanına xx.xx.2021-ci il tarixdə daxil olduğu, tərəflər arasında 2021-ci ilin yanvar ayından avqust ayına kimi müqavilə münasibətlərinin davam etdiyi nəzərə alındıqda, cavabdeh tərəfindən iddiaçıya "xxxx" MMC-nin adından qanunsuz istifadə etdiyinə görə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz sayılmalıdır.

41. Beləliklə, cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının 141.230,07 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair apellyasiya məhkəməsi qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, həmin hissədə kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası, cavabdehin xx.xx.2021-ci il tarixli qərarın ın qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından (bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla) əldə etdiyi 375.005,39 manat gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat məbləğində iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri sayır.

43. Cavabdeh həmin hissədə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı MMC alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazaraq həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozmuşdur.

44. Həmçinin qeyd edilə n hissəyə münasibətdə cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Qida X1 xx.xx.2019-cu il tarixli,11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji içkilərinə dair müvəqqəti sanitarıya normaları və qaydaları”nın 1.4-cü bəndinə əsasən, enerji içkisi, tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik maddələrdən (kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları) ən azı ikisi mövcud olan alkoqolsuz içkidir.

45. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 9/2662 nömrəli məktubdan görünür ki, müayinələr nəticəsind ə “PİT BULL ENERGY + VİTAMİN C” adlı alkoqolsuz içkinin enerji içkisi olmadığı, lakin həmin məhsulların üzərində “Energy” sözü yazılmaqla istehlakçıların çaşdırıldığı və haqsız rəqabətə yol verildiyi müəyyən edilmişdir.

46. Qeyd olunmalıdır ki, tərkibinə görə “PİT BULL” adlı məhsul istinad olunan “Qaydalar”ın tələbləri baxımından enerji içkisi hesab edilmir. Bununla belə, onun qabının üzərində yazılmış “ENERGY” sözü qrafik yazı tərzi və enerji içkisini ifadə anlamı baxımından güclü zahiri təsirə, uzaqdan diqqəti cəlbetmə və assosiasiya yaratma keyfiyyətinə malikdir. Bu mənada ilk baxışdan həmin məhsulların enerji içkisi olması barədə istehlakçılarda assosiativ təsəvvür və təəssürat formalaşdırmaq imkanını özündə ehtiva edən bir ifadə kimi qiymətləndirilməli və bunun üzərindən alıcılara ç aşdırıcı, yanıldıcı təsir göstərməsi nəzərə alınmalıdır. Məhsulun tərkibi barədə qabın üzərində qeyd olunmuş məlumatlar əslində “ENERGY” ifadəsi ilə müqayisədə fərqli şəkildə və ölçüdə yazıldığına görə, ilk baxışda diqqətdən kənarda qalır və istehlakçı yalnız yaxından təmas zamanı həmin məlumatlardan onun enerji içkisi olmadığını müəyyən edə bilər. Bu baxımdan iddiaçı tərəfindən qablaşdırmanın üzərində “ENERGY” sözünün yazılması istehlakçıların çaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

47. Odur ki, İddiaçı MMC-yə “Haqsız rəqabət haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışına görə 7500,11 manat məbləğində maliyyə sanksiya tətbiq etməkdə cavabdeh haqlı sayılmalıdır.

48. Beləliklə, məhkəmə kollegiyası həmin hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qeyd edilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tətbiqində apellyasiya instansiyası məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Bu səbəbdən kassasiya şikayət qismə-həmin hissədə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(107)2133/2022 nömrəli qərarı qismən - Qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışına görə 7500,11 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli və iddia rədd edilməlidir.

49. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3-ci yarımbəndinə əsasən, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edilməsi, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirlər hazırlayır və həyata keçirir.

50. Həmin Əsasnamənin 3.0.6-cı yarımbəndinə əsasən, antiin hisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifəsidir.

51. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdı ra bilən hər hansı məlumatlardan istifadə edilməsi, əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətidir və göstərilən hallara yol verilmir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 21(107)-2133/2022 nömrəli qərarı qismən - Qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışına görə 7500,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı hissədə ləğ v edilir. Həmin hissədə yeni qərar qəbul edilir. İddiaçının “Qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışına görə 7500,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə” cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğvinə dair iddiası rədd edilir. Qərar qalan hissədə-gəlirin bir misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar